2. Məktəb-yazı ləvazimatları və dəftərxana mallarının təsnifatı, çeşidi və keyfiyyətinin eksperizası
Məktəb-yazı ləvazimatlarının təsnifatı, çeşidi və keyfiyyəti. Bu qrup mallar çeşidinin müxtəlifliyinə görə xüsusi yer tutur. Buraya qrafit qələmlər, ruçkalar, perolar, mürəkkəblər, tuşlar, çertyoj taxtası və stolları, xətkeşlər, üçbucaqlar, transportirlər, lokallar, boyaqlar, fırçalar, həlledicilər və digər növ ləvazimatlar daxil edilir.
Qələmlər. Bunların içi qrafitdən olmaqla köçürmə və rəngli növlərdə istehsal olunur. Bunun qrafit içliyi qrafitlə gilin qarışığından hazırlanır. Müxtəlif rəngli qələmlər hazırlamaq üçün onun qrafit içliyinə istənilən rəngverici maddələr də əlavə edilir. Qrafit içliyinin əsas xassələrinə onun möhkəmlik dərəcəsi, diametri və sınmaya qarşı davamlılığı daxildir. İçliyinin möhkəmlik dərəcəsi 15-ə qədərdir. Köçürmə qələmlərinin qrafit içliyinin diametri 1,7-3,2 mm lakin rəngli qələmlərin qrafitinin diametri isə 2,5 mm-ə qədər çata bilir. Formasına görə qələmlər dairəvi, oval şəkilli olmaqla 140, 160 və 178 mm uzunluqlarda istehsal edilir.
Qrafitli və rəngli qələmlərdən təyinatından asılı olaraq məktəblilər, çertyoj, şəkil və dəftərxana üçün istifadə olunur.
Dostları ilə paylaş: |