AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ Fakültə: “İqtisadiyyat və menecment” Kafedra: “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi”
MÜLKİ MÜDAFİƏ FƏNNİNDƏN SƏRBƏST İŞ № 5 Mövzu: Sənaye obyektlərinin iş sabitliyinin artırılması yolları
Qrup: 799-(3)
Tələbə: Əliyev Pərviz Hüseyn oğlu Müəllim: dos.Mahmudova Leyla Kafedra Müdiri: prof.Rəsulov S.R Bakı-2016 Obyektdə işin dayanıqlılığı – müəssisənin qəzalara, kortəbii hadisələrə və müasir silahların zədələyici təsirinə davam gətirməsi, bunların təsiri şəraitində belə, planda nəzərdə tutulmuş həcmdə məhsul buraxması, mühəndis-texniki avadanlığın zəif, yaxud orta dərəcədə zədələndikdə istehsalın mümkün qədər tez bərpa olunması qabiliyyətinə deyilir.
Fövqəladə hallarda sənaye obyektlərində və sahələrində işin dayanıqlılığının artırılması çox vacib olduğu qədər, həm də geniş sahəli və mürəkkəb bir problemdir. Buraya istehsalatların ərazidə düzgün yerləşdirilməsi, əvəzedici istehsalat və müəssisələrin yaradılması, etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin
təmin olunması, əlavə yanacaq növünə, digər xammal və texnologiyalara keçmək üçün hazırlıq tədbirlərindən başlamış, obyektlərdə fəhlə və qulluqçuların mühafizə edilməsinə, fəlakət nəticələrinin aradan qaldırılmasınadək müxtəlif işlər aiddir. FH zamanı həm sülh vaxtı, həm də müharibə vaxtı iqtisadiyyat obyektlərinin dayanıqlı işinin təmini ölkə mülki müdafiəsi qarşısında qoyulan əsas və mürəkkəb məsələlərdən biridir.
Fövqəladə hallar baş verdikdə işin sabitliyinin yüksəldilməsi yolları və ya istiqamətləri bunlardır:
fövqəladə hallarda fəhlə və qulluqçuların mühafizəsinin təmin edilməsi;
obyektin ən vacib elementlərinin möhkəmliyinin artırılması və texnoloji prosesin təkmilləşdirilməsi;
törəməsi ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlər işlənib hazırlanması;
obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi.
Təcrübə göstərir ki, obyektlərin istehsalat binalarındakı müxtəlif texnoloji avadanlığı, o cümlədən də xeyli zərif elektron cihazları, telemexanika və avtomatik vasitələrini fövqəladə hallar baş verərkən bütünlüklə və etibarlı mühafizə etmək çətindir.Buna görə də ilk növbədə xüsusən qiymətli avadanlığın, etalon əhəmiyyətli nəzarət-ölçü cihazlarının qorunmasına, yaxud heç olmasa, mümkün qədər az zədələnməsinə nail olmaq lazımdır.Belə avadanlıqların dayanaqlığını yüksəltməkdən ötrü görülən tədbirlər onları daha möhkəm binalarda, xüsusi kameralarda yerləşdirmək, üzərində metal örtük, çətir qapaq və qovşaqlarının, habelə təmir və bərpa üçün material, alət ehtiyatlarının yaradılması, cihazları döşəməyə etibarlı surətdə bərkidilmiş altlıqlar, stollar, üzərində yerləşdirmək, uculan tavan və divar hissələri onların üstünə tökülməsin deyə, qoruyucu tərtibatlardan vaxtında istifadə etməklə də dayanaqlığı müəyyən dərəcədə yüksəltmək mümkündür.
Sülh və müharibə dövrlərində qəflətən törəyən təhlükə zamanı obyekti qəzasız dayandırmağa, avadanlıqlara enerji, qaz, texnoloji xammal verilməsini avtomatik surətdə kəsməyə imkan yaradan tədbirlər də sənaye obyektlərində texnoloji prosesin dayanaqlığını təmin edən mühəndis-texniki işlərdəndir.
3)maddi-texniki təchizat, təsərrüfat əlaqələrində dayanaqlığın əhəmiyyəti izah etməyə yəqin ki, indi heç bir ehtiyac yoxdur.
Obyektdə təchizatın sabitliyi xammal, material, komplektləşdirici hissələr, avadanlıq və yanacaq yaratmaqla artırılır.Bunlar həm istehsalı davam etdirmək, həm də fövqəladə hallar pozularsa, onun bərpası üçün nəzərdə tutulur.Azalmayan ehtiyatlar halında tədarük görülən həmin materialların miqdarı nazirliklərin hər bir obyekt üçün təsdiq etdiyi normalar üzrə müəyyən olunur.
Hazır məhsulların vaxtında və dərhal istehlakçıya göndərilməsi də çox vacibdir.Xüsusən, neftayırma, kimya müəssisələrində hazır məhsulun yığılıb qalması həm obyektin özü, həm də qonşu obyektlər və yaşayış sahələri üçün ciddi qorxu yaradır, ikinci zədələyici amillərin ən qorxulu mənbəyinə çevrilə bilər.
4)ekstremal şəraitdə obyektdə istehsal prosesini və mülki müdafiənin idarə etmək-rəhbər heyətin fəaliyyətində əsas və ən məsuliyyətli işdir. İdarəetmə prosesi-hər cür hallarda fəhlə və qulluqçulara, mülki müdafiə dəstələrinə daim rəhbərlik edilməsini nəzərdə tutur, əsas tələb isə onun fasiləsizliyidir.İdarəetməni rəhbər heyət rabitə və xəbərdarlıq vasitələrindən istifadə etməklə həyata keçirir.
Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif kortəbii hadisələrin, o cümlədən də bunlardan ən fəlakətlisi olan zəlzələnin təsir dairəsinə düşə bilər. Yalnız onu qeyd edək ki, ölkəmizin ümumən hər yeri 8 baladək, ərazinin ¼ -i qədəri də 9 baladək zəlzələ ehtimallı sahələr sayılır. Yalnız 9 ballıq zonada əhalinin 20%-i, sel təhlükəli rayonlarda isə 5%-dən çoxu yaşayır. Şəhər və rayonlarımızdakı bir çox kimyəvi, yanğın, partlayış qorxulu istehsalatlarda qəza ehtimalı da mövcuddur.