Akvarel boyaqları şəffaf yapışqanlı boyaqlar sırasına daxildir. Bunlar daha narın üyüdülmüş piqment növlərinin yapışqan vasitəsilə həll edilməsi nəticəsində əldə edilir. Akvarel boyaqları 2 növdə , yəni yarımqurumuş pasta halında və tübiklərdə yumşaq pasta halında istehsal edilir.
Temper boyaqları sulu-yağlı emulsiyalardan ibarət olmaqla pasta halında buraxılır. Yağlı boyaqlardan fərqli olaraq kazein-yağlı tərkibli temper boyaqları , qurudulduqdan sonra rənginin tonu tədricən dəyişir.
Fırçalar, adətən rəssamlıq işləri üçün istehsal edilir. Bunlar tüklərinin sayına və tük dəstinin ölçüsünə görə 18 nömrələrdə buraxılır. Rəssamlıq işləri üçün hazırlanan fırçalar dairəvi və yastı tük dəsti formasında Sibir siçovulu, ayı, dələ, porsuq heyvanlarının tüklərindən hazırlanır.
Dostları ilə paylaş: |