Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə288/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   284   285   286   287   288   289   290   291   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

    Bu səhifədəki naviqasiya:
  • Kağız
2.2. Laboratoiya üsuli ilə kağız karton mallarının keyfiyyətinin ekspertizası

Kağız və karton mallarının keyfiyyətinin qiymətləndirilməsində ən geniş tətbiq olunan üsullardan biriə də laboratoriya üsuludur. Bu metodla xassələr xüsusi cihazların köməyi ilə təyin edilir. Keyfiyyəti təyin edən zaman digər metodlardan fərqli olaraq təsadüfliyə yol verilmir. Laboratoriya metodu ilə xassə göstəriciləri təyin edilən zaman tədqiqat aparılacaq otağın temperaturu və nisbi rütubəti normaya uyğun olmalıdır. Burada xüsusi hazırlığa malik olan kadrların iştirakı vacibdir. Laboratoriya üsuli ilə malların xassə göstəricilərinin təyin edilməsinə çox vaxt sərf olunur. Lakin alınan nəticələr 100%-li olur. Xassə göstəricilərinin bu metodla təyini zaman mal göndərən və mal alan təşkilatlar arasında münaqişələrə son qoyulur.

Kağız karton mallarının rütubətinin təyini :

Kağız və kartonda rütbətin miqdarını quruducu şkafda stakanla, yaxud stakansız qurutma üsulu (nəzarət-orbitraj üsulu) və infraqırmızı şüalanma lampası ya da elektrik qızdırıcı cihazdan istifadə edərək tezləşdirmə üsulu ilə müəyyən edirlər.

Quruducu şkafda stakanda qurutma üsulu müəyyən miqdarda (5q-a yaxın) kağız yaxud kartonu sabit çəkiyədək qurudulmuş stakanda 0,0002q-a qədər dəqiqliklə çəkirlər. Nümunə ilə stakanı ağzı açıq qapaqla birlikdə quruducu şkafa yerləşdirirlər və 100-105 dərəcə hərarətdə sabit çəkiyədək qurudurlar, quruduqdan sonra nümunə olan stakanı qapağı ilə quruducu şkafda örtürlər, eksikatora qoyub soyudurlar və yuxarıda göstərilən dəqiqliklə çəkirlər. Rütubəti W(%-lə) aşağıdakı düsturla hesablayırlar.



W= q1 -- q2 100

q1 -- q

Burada, W – rütubət;

q1 – qurudulmazdan əvvəl nümunə ilə stəkanın çəkisi, q-la;

q2 – qurudulduqdan sonra nümunə ilə stəkanın çəkisi, q-la;



q – qurudulmuş stəkanın çəkisi, q-la.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin