2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
2.1. Orqanoleptiküsullakağızvəkartonmallarınınkeyfiyyətininekspertizası Kağız və karton mallarının keyfiyyətini orqanoleptik üsulla qiymətləndirən zaman yüksək savada və bacarığa malik olan mütəxəssislərdən istifadə olunmalıdır. Məsələn, onlar ilk baxışdan vizüal baxmaqla kağızın ağlığını, onun zibillilik dərəcəsini, dəftərlərdə olan xətlərin əyriliyini, həmçinin kağız və karton mallarının toxunmaqla qalınlığını təyin edə bilməlidirlər. Orqanoleptik üsulla qiymətləndirmə zamanı kağız və kartonun xassələri, keyfiyyəti haqqında dəqiq nəticələr almaq mümkün olmasa da bu metoddan istifadə olunur. Çünki bu zaman qısa bir vaxt ərzində malın keyfiyyəti haqqında fikir söyləmək mümkündür.
Orqanoleptik üsulla kağızda olan bütün liflərin miqdarca mütənasibliyini təyin etmək mümkündür (5% xəta ilə). Kağız nümunəsini öyrənərkən mikroskop altında müxtəlif boyanmış liflərin miqdarını sayırlar və onları bütün liflərin miqdarına nisbətən %-ni təyin edirlər. Hesablama vahidi kimi mikroskopun sahəsində tam görünən lif qəbul edilir. Bir neçə qısa lifləri (iki,üç), əgər onlar uzunu üzrə obyektiv görüş sahəsinin diametrinə bərabərdirsə, bir lif kimi sayılır.
Kağız və kartonların qalınlığı bölgüsünün qiyməti 0,001 mm olan qalınlıq ölçənlə təyin olunur. Kağızın qalınlığından aslı olraq ölçü bir qat – 50 mkm-dən çox, beş qat – 15-50 mkm və on qat – 15 mkm ola bilər. Təcrübə üçün nümunələrin sayı və vərəqdə ölçü nöqtələrini standarta uyğun olaraq seçirlər.
1m²-nin kütləsini də orqanoleptik üsulla təyin etmək mümkündür. Kağız və karton mallarının 1m²-nin kütləsini 200 x 250 mm ölçüsündə nümunələri çəkməklə sonradan 1m²-ə hesablamaqla müəyyən edirlər. Çəki üçün kütləsi 0,5% dəqiqliklə təyin etməyə imkan verən tərəzilərdən istifadə olunur. Kağızı kütlə üzrə 25 q-dan az 0,001 q-a qədər, 25-dən 100 q-a qədər 0,01-ə qədər, 100 q-dan çox 0,05 q-a qədər dəqiqliklə çəkilir.
Orqanoleptik üsulla kağızın daha bir keyfiyyət göstəricisini – zibilliliyini də təyin etmək olar. Zibilliliyin böyüklülüyü 0,25- 0,5 mm-dən çox olan kənar hissəciklərin sayını hesablamaqla təyin edirlər (kağızın təyinatından aslı olaraq). Onları əks olunan işıqda 200 x250 mm ölçülü nümunələrin hər iki tərəfində hesablayırlar. Hər iki tərəfdən görünən zibilləri bir dəfə hesablayırlar. Təyin etmək üçün 3 nümunə götürülür və qiymətləndirmənin nəticəsi kimi 1m²üçün hesablanmış orta hesabi kəmiyyət qəbul edilir.
Kağız və kartonun əzilməyə qarşı davamlılığını təyin etmək üçün vərəqi bir neçə dəfə ikiqat (180) əyirlər.Sonra orta əyilməni seçirlər. Təcrübə göstərir ki, şəkil kağızı 20-30 dəfə, şəffaf çertyoj kağızı 300 dəfə ikiqat əyilməyə qarşı davamlıdır.
Şəffaflıq göstəricisi kağız üçün zəruri göstəricidir. Kağız nə qədər şəffafdırsa o, nazik xətləri belə göstərə bilər ki, bu da çertyoj üçün zəruri şərtdir. Şəffafliq bir neçə kağız vərəqini üst-üstə qoyaraq işıq keçirməsi ilə təyin olunur. Çertyoj kağızları üçün bu göstərici 28 vərəqdir.
Kağız və karton malllarının cırılmaya qarşı davamlılığını da orqanoleptik üsulla təyin etmək olar. Bu göstəricini kağızları eninə və uzununa cırmaqla təyin edirlər. Sellülozadan olan kağız ağac kütləsindən hazırlanmış kağızdan daha davamlıdır. Məsələn, qəzet digər dəftər vərəqələrinə nisbətən daha tez və asan cırılır.