Mövzu 7. Plastik kütlələr və onlardan olan məmulatların keyfiyyətinin ekspertizası.
Plan:
Plastik kütlədən olan məmulatların çeşidi və keyfiyyəti.
3. Plastik kütlədən olan məmulatların keyfiyyətinə verilən tələblər
4. Plastik kütlələr və onlardan olan məmulatların keyfiyyətinin ekspertizası
2. Plastik kütlədən olan məmulatların çeşidi və keyfiyyəti.
Plastik kütlədən olan məişət məmulatlarının çeşidi müxtəlif əlamətlər üzrə qruplaşdırıla bilər. Plastik kütlədən olan məişət məmulatlarının çeşidini onların təyinatına müvafiq olaraq üç qrupa bölmək olar:
Təsərrüfat təyinatlı məmulatlar;
Xırdavat təyinatlı mallar;
Mədəni-məişət təyinatlı mallar.
Xüsusi çəkisinə görə plastik kütlələrdən hazırlanan məmulatlar içərisində təsərrüfat təyinatlı mallar daha əhəmiyyətli yer tutur. Bu qrup mallar təyinatından və istifadə xarakterindən asılı olaraq quru və sulu məhsullar üçün olan məmulatlara bölünür. Təsərrüfat təyinatlı məmulatlar əsasən quru ərzaq və qeyri-ərzaq məhsulları üçün (duz, yarma, poroşok və s.) işlədilir. Məsələn, polistiroldan olan qab-qacaq təsərrüfat məmulatlarından quru ərzaq məhsullarını saxlamaq üçün istifadə etmək daha məqsədəuyğundur. Lakin qısa müddət üçün nəm məhsullar da saxlamaq mümkündür. Təsərrüfat təyinatlı qab-qacaq məmulatlarının çeşidinə aminoplas və polietilendən olan bankalar, nəlbəkilər, vazalar, qənd qabları, duz, çörək, yağ qabları, boşqab və s. daxildir.
Plastik kütlələrin fiziki-mexaniki xassələri onların xırdavat malları istehsalında tətbiqinə daha geniş imkan verir. Plastik kütlədən olan tualet vəsaitləri, daraq məmulatları, geyim furniturası, bəzək əşyaları, papiros çəkmək üçün olan vəsaitlər və s. xırdavat məmulatları xırdavat malları qrupuna aiddir.
Ölkəmizdə plastik kütlədən olan məmulatların çeşidi gündən-günə genişlənməkdədir. Bu qrup məmulatların çeşidinə stolüstü bəzək əşyalarını, foto ləvazimatları, plastik kütlədən olan oyuncaqları, oyun məmulatları olan dama, şahmat, domino və s. aid etmək olar.
Plastik kütlə məmulatlarının keyfiyyətinə verilən tələblər ümumi və spesifik tələblərə bölünür. Bunlardan ən əsasları onların tərkibinin, konstruksiyasının, xarici görünüşünün, bəzək xarakterinin standart tələblərinə uyğun gəlməsidir. Plastik kütlədən olan hər bir məmulatın forması, konstruksiyası, ölçüləri və xarici görünüşü təsdiq olunmuş nümunəyə və texniki şərtin, eləcə də standartın tələbinə uyğun olmalıdır. Plastik kütlədən olan məmulatın keyfiyyətini təyin edərkən həmin məmulata aid olan sahə standartları, texniki şərtlər və sınaq üsulları göstərilən standartlar əldə rəhbər tutulmalıdır.
Dostları ilə paylaş: |