2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Məmulatınxariciəlamətlərinəgörəplastikkütlələrinekspertizası. Məişət təyinatlı malların istehsalında işlənən plastik kütlələrin əksəriyyəti müəyyən xarici əlamətlərinə görə (şəffaflığına, rənginə, səthinin xüsusiyyətinə və s.) xarakterizə edilir ki, bununla da plastik kütlələrin görünüşünə görə təbiətini izah etmək olar.
Qeyd etmək lazımdır ki, plastik kütlədən hazırlanan məmulatların ayrı-ayrı əlamətləri universal xüsusiyyətlərə malik deyildir. Belə ki, səsləşməsinə görə polistiroldan olan məmulatı üzvi şüşədən olan məmulatdan asanlıqla ayırmaq olar, aminoplast və polistiroldan olan məmulatları isə eyni rəngdə və eyni şəffaflıqda olduğu üçün səsinə görə fərqləndirmək çətindir. Polistiroldan məmulatlar yüksək təzyiq altında tökmə üulu ilə istehsal edilir. Nəticədə onların səthi güzgü kimi parlaq və hamar olur. Istipres üsulu ilə aminoplastdan hazırlanan məmulatların səthi parlaqsız olur. Yüksək təzyiq altında tökmə üsulu ilə hazırlanan məmulatların səthində qəlibin izi qalır ki, bunu da qəlibi yaxşıca təmizləməklə müəyyən qədər aradan qaldırmaq olar.
Polietilendən olan tutumlu məmulatlar ekstruziya üsulu ilə alınır. Onlar üçün sökülən formaların izləri, divarın qeyri-bərabər qalınlığa malik olması xarakterikdir.
Polimetilmetakrilatdan, sellüloiddən, ştamplama üsulu ilə alınan məmulatlar, presləmə üsulu ilə alınan mmulatlardan, sadə formalı, divarının və dibinin bərabər qalınlığa malik olması ilə fərqlənir.