3) Bakı Bulvarının layihələndirilməsi
İlk bulvar Qərbi Avropada XVII- XVIII əsrlərdə yaradılıb. Öz təyinatina görə onlar skverdə sıravi küçə əkililərinin aralarındakı rolu oynayır. Bulvarın yerləşdirilmələrinin aşagıdakı üsulları var:
hər iki tərəfdən nəqliyyat hissələri;
küçənin orientasiyasından asılı olaraq (onun eni iki bulvar yaratmaq imkanı vermədikdə). Şimal-cənub orientasiyası küçələrdə bulvarları qərb tərəfdə, en orientasiyalı küçələrdə şimal tərəf boyunca yerləşdirmək lazımdır.
Bulvarın planlaşdırma həlli onun enindən və piyada hərəkəti axınından asılıdır.Bulvarın bir piyada xiyabanında eni 18 m az olmalıdır. Hərəkət hissələri və səkilər arasındakı küçələrin salınma bulvarlar 10 m enində ola bilərlər. Bulvarın eni 30 m çox olarsa ayrı-ayrı qrup ağac, kol, gül kompozisiyasından, ərazinin landşaft həllində istifadə etmək məqsədə uyğun ola bilər.
Bulvar tozdan və səs-küydən müdafiə məqsədilə nəqliyyat yolundan yaşıllıq zolağı ilə ayrilmalıdır. Bulvarda əkilən ağaclar şəhər şəraitinə davamlı olmalıdır, onların yarpaqları kifayət qədərə sıx olmalıdır ki, bura gələnləri kənar təsirlərdən qorusun, ağac köklərinin sistemini isə səki örtülərini zədələməməlidir. 1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin sərəncamı ilə Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq, “Milli Park” statusu verilmişdir. Bu tarixdən sonra burada çox iş görülüb, indi də görülür. Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə paytaxtımızın əhalisinin ən sevimli istirahət məkanı olan Bakı bulvarına Milli Park statusu verilməsindən on ildən çox vaxt ötür. Bu illər ərzində ölkəmizdə gedən geniş miqyaslı abadlıq və quruculuq işləri Milli Parkımızdan da yan ötüşməyib. Yeni çəmənliklər salınmış, xan çinarlar, sərv və küknar ağacları, müxtəlif çeşidli gül kolları əkilmiş, yeni attraksionlar quraşdırılmışdır. “Azneft” meydanında bu günlərdə istifadəyə verilmiş musiqili fəvvarə, elə oradaca ucaldılmış Azərbaycanın üçrəngli nəhəng milli bayrağı parkın ümumi mənzərəsini daha da gözəlləşdirmişdir. İllərdən bəri nostalji hisslərlə Bakı bulvarının xiffətin çəkən ağsaqqal sakinlərimiz, onu öz nəğmələrində vəsf eyləyən müğənni və bəstəkarlarımız bu gözəlliyi görməyə bilməzlər. Bütün bunlar ilk növbədə ulu öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımızın milli mənəvi irsinə, milli sərvətlərimizə göstərdiyi diqqət və qayğının parlaq nümunəsidir. Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq, “Milli Park” statusunun verilməsi haqqında ümumilli lider Heydər Əliyevin fərmanı: 1. Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq milli park statusu verilsin. 2. İzah edilsin ki, Bakı şəhərindəki Dənizkənarı bulvar milli park olduğuna görə «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq xüsusi mühafizə olunur və bu mühafizə rejimini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 3. Bakı şəhər İcra hakimiyyətinə tapşırılsın ki: I dənizkənarı milli parkın ərazisində tikintisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmış obyektlərin tikintisindən başqa, bütün növ tikintilərin dayandırılmasını və parkın funksiyalarına zidd olan obyektlərin dərhal oradan çıxarılmasını bir ay müddətində təmin etsin; II iki ay müddətində Dənizkənarı milli parkın statusuna aid sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; III dənizkənarı milli parkın bərpası və yenidən qurulması baş planını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; IV Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Bulvarın uzunluğunun 10 kilometr, bəlkə ondan da çox olacağını deyib: “Bu gün bulvarın uzadılması layihəsini icra edirik – bulvar həm sağ, həm sol tərəfə uzadılacaq”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev dünən keçirilən Bakı şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə deyib. O, artıq Dəniz Ticarət Limanının köçürülməsi prosesinə başlanıldığını, indi Ələtdə yeni ticarət limanı yaradıldığını bildirib. Dövlət başçısı indiki ticarət limanının ərazisində artıq parklar salınır və salınacaq və bulvar uzadılacağını qeyd edib.
“Bakının simvollarından biri olan Dənizkənarı Bulvar da əsaslı təmir edilib. Bulvarın 100 il tarixi var. Hesab edirəm ki, bu 100 il ərzində bu cür əsaslı yenidənqurma və təmir işləri ilk dəfə aparılıb. Bulvar genişləndi – biz bulvarı dənizə qədər genişləndirdik. İndi insanlar lap dənizin kənarına çıxa bilərlər. Orada da gəzinti üçün gözəl yerlər var. Xüsusilə yaz-yay aylarında on minlərlə Bakı sakini bulvara gedir və biz bulvarı Bakı sakinlərinə qaytardıq. Çünki hamımız yaxşı xatırlayırıq ki, bir neçə il bundan əvvəl bulvarda gəzintiyə çıxmaq üçün çox az adam tapılardı. Çünki infrastruktur bərbad, xidmət çox aşağı səviyyədə idi, zülmət, qaranlıq, bir dənə də işıq yanmırdı, dirəklər köhnəlmişdi, paslanmışdı. Adam bulvara çıxanda, sözün düzü, xəcalət çəkirdi və beləliklə, biz onu itirirdik. Şəhər sakinləri daha çox – Fəvvarələr bağına, başqa yerlərə üz tuturdular. Ancaq bu gün biz bulvarı şəhərə qaytardıq. Elə şəkildə qaytardıq ki, bu bulvar dünyada bir nömrəli bulvardır. Dəniz kənarında yerləşən başqa şəhərlərdə dənizkənarı bulvarlar var. Amma heç bir yerdə bu gözəllikdə, bu genişlikdə bulvar yoxdur”, deyə dövlət başçısı qeyd edib. “Eyni zamanda, bulvar Bayraq Meydanına qədər uzadılacaq. Orada gəmi təmiri zavodu və köhnədən qalan digər zavodlar yerləşibdir. İndi onların köçürülməsi ilə məşğuluq və hazırda Əl Oyunları Sarayından ta Bayraq Meydanına qədər möhtəşəm, gözəl, yeni bulvar tikiləcək. Beləliklə, – hazırda bulvarın uzunluğu haradasa 4 kilometrə yaxındır, – bulvarın uzunluğu 10 kilometr, bəlkə ondan da çox olacaq”, deyə prezident əlavə edib. Milli parkın başlanğıcında Azərbaycanın dövlət bayrağı dalğalanır. Bakıda nadir bayraq meydanı yaradılmışdır. Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər. Bu, doğrudan da dünyada nadir bir memarlıq abidəsidir. Bayraq meydanının ümumi torpaq sahəsi ilə birlikdə ərazisi, haradasa 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. 60 hektar ərazidə böyük abadlıq, quruculuq işləri aparılmışdır. Parklar salınmış, yollar çəkilmiş, dənizkənarı bulvarlar salınmışdır. Çox nəhəng layihədir. Meydanın özünün alt hissəsinin ölçüləri təxminən 6 hektardır. Bayraq yerləşən meydanın ölçüləri isə, təxminən 3 hektara bərabərdir. Nadir, dünyada analoqu olmayan layihədir. Dirəyin hündürlüyü dünyada ən hündür səviyyədə olmuşdur. Bayrağın ölçüləri, müqayisə üçün deyə bilərəm ki, bir futbol meydançasının ölçülərinə bərabərdir. Yəni, sözün əsl mənasında, nadir memarlıq abidəsidir. Çox sevindirici haldır ki, baxmayaraq, bu layihəni xarici şirkətlər təqdim etmişlər, bütün işləri yerli şirkətlər icra etmişlər. Bu, onu göstərir ki, bizdə həm texnika, həm də peşəkarlıq vardır. Bütün lazımi tədbirlər görülmüşdür. Ümid edirəm ki, müstəqilliyimizi, müstəqil həyatımızı əks etdirən ən önəmli rəmzlərdən birinə çevriləcəkdir. Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkıdır. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də imzalanıb. Digər tərəfdən Prezident 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Həmin il dekabrın 30-da Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında meydanın təməli qoyulub. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir. Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı 2011-ci ildə qarşıda duran vəzifələr sırasında Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi barədə tapşırıqlar verib. Azərbaycan Prezidentinin tapşırıqlarının həyata keçirilməsi ilə əlaqədar Bakı buxtasında yerləşən bir sıra müəssisə və obyektlərin, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunun və digər sənaye obyektlərinin köçürülməsi zərurəti yaranmışdı. Dənizkənarı park həqiqətən Bakı şəhərinin dəniz fasadını təşkil edən əsas amillərdən biri olmuşdur. 80-ci illərin axırı və 90-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi Bakı şəhərinin abadlığı da böhran vəziyyətinə düşmüşdür. Bu proses Dənizkənarı parkda baş vermiş dağıntılarla, burada istirahətə aid olmayan onlarla obyektlərin yerləşdirilməsi ilə, onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdir. Beləliklə, Dənizkənarı bulvar öz tarixi simasını itirmiş və böhran vəziyyətinə gətirilmişdir. Bu gün Bakı şəhəri yenə də özünün hərtərəfli inkişafı ilə fərqlənir. Hazırda onlarla müasir bina və komplekslərin inşası, onların yerli və xarici investorlar tərəfindən maliyyələşdirilməsi Azərbaycan dövlətinin səyləri və beynəlxalq miqyasda qazandığı nüfuzu ilə bilavasitə əlaqədardır. Hazırda Dənizkənarı bulvarda da Bakı şəhər icra hakimiyyəti tərəfindən dəniz sahilinin bərkidilməsi və abadlığı üçün müəyyən işlər görülmüşdür.
NƏTİCƏ
1998-ci ildə bulvar Milli Park statusu alaraq Bakı Şəhər İcra Hakimiyyətinin, habelə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncamla Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılmasından sonra burada əsaslı yenidənqurma işləri aparılıb. Bundan sonra dənizkənarı bulvarın Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulması, mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından xeyli işlər görülüb. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində Milli Parkda yeni ağaclar əkilib, yeni çəmənliklər salınıb. İtaliya, Türkiyə, Hollandiya, İran və digər ölkələrdən Banzayi, Taksus, Bakkafa, Buksus, Arizona şamı, İleks ağacları gətirilib. Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır.
Dostları ilə paylaş: |