BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Sosial-siyasi
elmlər seriyası
2014
HÜQUQ
UOT: 340.1; 321.01
TİBB HÜQUQ MÜNASİBƏTLƏRİNİN OBYEKTLƏRİ
M.N.
ƏLİYEV
Bakı Dövlət Universiteti
aliyev.mayis@mail.ru
Bu məqalədə tibb hüquq münasibətlərinin obyektləri kimi həyat və sağlamlıq məsələsi,
eləcə də tibbi fəaliyyətin obyekti kimi insan orqanı və toxumaları təhlil edilmişdir. Müəllif
göstərir ki, bu münasibətlərin obyekti kimi çıxış edən tibbi məlumatları özündə əks etdirən
sirrin yayılmasına, həmin məlumatların mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət
müəyyən edən normalar olduqca ümumi formada ifadə olunmuş və orada hüquqi məsuliyyətin
konkret olaraq hansı növündən (cinayət, mülki, inzibati və s.) söhbət getməsi öz əksini tap-
mamışdır. Ona görə də, təklif edilir ki, tibbi qanunvericilikdə tibbi sirri təşkil edən məlumat-
ların mühafizəsi rejiminin pozulmasına görə hüquqi məsuliyyəti daha geniş və konkret şəkildə
müəyyən edən ayrıca bir maddənin təsbit olunması məqsədəmüvafiq olardı.
Açar sözlər: obyekt, hüquq münasibəti, tibb, sağlamlıq, məlumat
“Obyekt” termini ilə barəsində hüquq münasibətləri yaranan, mövcud
olan və inkişaf edən, habelə subyektiv hüquqların və vəzifələrin yönəldiyi ne-
mətlər və ya ictimai maraqlar ifadə olunur. Hüquq münasibətlərinin obyekt-
lərinə əsasən maddi nemətlər (əşya və digər əmlak), qeyri-maddi nemətlər (in-
sanın həyatı, sağlamlığı, şərəfi, ləyaqəti, azadlığı, toxunulmazlığı və s.), mə-
dəni dəyərlər, əməyin nəticələri, sənədlər, hərəkətlər (işlərin görülməsi, xid-
mətlərin göstərilməsi və s.) aid edilir.
Tibb hüquq münasibətlərinin obyektlərini nəzərdən keçirərkən ilk
növbədə onların mahiyyətini aydınlaşdırmaq lazımdır.
Məlum olduğu kimi, tibb məqsədi sağlamlığın möhkəmləndirilməsindən
və qorunmasından, insan həyatının uzadılmasından, müxtəlif xəstəliklərin qar-
şısının alınmasından və müalicəsindən ibarət olan elmi biliklərin və təcrübi
fəaliyyətin sistemidir. Bu məqsədləri reallaşdırmaq üçün tibb normal və patolo-
ji şəraitdə insan orqanizminin quruluşunu və həyat fəaliyyəti proseslərini, insan
sağlamlığına təsir göstərən təbii və sosial mühit amillərini, xəstəliklərin səbəb-
5
lərini, əlamətlərini, yaranması və inkişafı mexanizmini, habelə xəstəliklərin
qar
şısının alınması, aşkara çıxarılması və müalicəsi üçün müxtəlif fiziki, kim-
yəvi, texniki, bioloji faktorlardan və vasitələrdən istifadə imkanlarını öyrənir.
Göründüyü kimi,
tibb insan həyatının, demək olar ki, bütün tərəflərini əhatə
edir. Bu isə müasir tibbi insanın fərdi həyat şəraiti, onun sağlamlığı və xəstəlik-
ləri haqqında biliklər sisteminə çevirir. Ona görə də, insanın həyatı və sağlam-
lığı həm hüququn, həm də tibbin əsas mühafizə predmeti və deməli, tibb hüquq
münasibətlərinin də əsas obyekti kimi çıxış edir. Əsas obyektlə insan orqan və
toxumaları, habelə onun sağlamlığı barədə məlumatlar sıx surətdə bağlıdır.
Artıq qeyd edildiyi kimi, tibb hüquq münasibətlərinin obyektləri əsasən
insanların həyat və sağlamlığı ilə bağlıdır. Bəs, həyat və sağlamlıq anlayışları
n
əyi özündə əks etdirir? Göstərmək lazımdır ki, elmi ədəbiyyatlarda “həyat” və
“sağlamlıq” anlayışları birmənalı şərh olunmur. Bizim həyat haqqında bilikləri-
miz bir neçə hissəyə bölünür: fəlsəfi biliklər, təbii elmi biliklər və tibbi biliklər.
Fəlsəfə lüğətində “həyat” anlayışı materiyanın hərəkət forması kimi göstərilir.
Fəlsəfi mənada həyat fərdi bioloji orqanizmlərdə və onların məcmularında
reallaşdırılır (3, 475). Ümumuyyətlə, həyat çoxaspektli olmaqla çoxlu təzahür
formalarına və üsullarına malik kateqoriya kimi çıxış edir. Onu yalnız bioloji
mövcudluq, fizioloji
vəziyyət kimi qiymətləndirmək olmaz. İnsanın yaşamaq
hüququnun hüquq
baxımından tənzimi onun yalnız hüquqi deyil, həm də sosial
məzmun kəsb etdiyini göstərir. Belə ki, insan həyatının keyfiyyəti, onun layiqli
şəkildə təmin edilməsi məsələləri heç də az əhəmiyyət kəsb etmir. Buna görə
də, insan həyatının özünü və yaşamaq hüququnu məhdud (bioloji) və geniş
(onun
təzahürünün bütün formaları) mənada başa düşmək olar (8, 5).
Sağlamlıq insan həyatının ən zəruri aspektlərindən birini təşkil edir. Belə
ki,
sağlamlıq hər bir fərdin malik olduğu ən mühüm dəyər, normal yaşayış və
inkişaf zərurətidir. Z.A.Əsgərovun qeyd etdiyi kimi, hər bir fərdin yaşamasının
mənası, ətraf aləmi qavraması və əmək qabiliyyəti onun sağlamlığından birbaşa
asılıdır (9, 224). Q.S.Əliyev göstərir ki, sağlam olmadıqda həyatın digər ne-
mətləri bu və ya digər dərəcədə insan üçün əhəmiyyətini itirir. Buna görə də,
sağlamlığın qorunması insanın normal həyat və fəaliyyəti üçün vacib məsələdir
(7, 159).
İ.M.Cəfərovun fikrincə isə, sağlamlıq yalnız xəstəliklərin və fiziki
qüsurların mövcudluğu ilə müəyyən edilmir. O, bütövlükdə fiziki, mənəvi və
sosial
rifahın durumu və göstəricisidir. Bu mənada, sağlamlığın qorunması hər
kəsin fiziki və psixi sağlamlığının möhkəmləndirilməsinə, uzunmüddətli həyat
fəallığının təmin edilməsinə, səhhətin pozulması ilə əlaqədar tibbi yardım
göstərilməsinə yönəldilmiş siyasi, iqtisadi, hüquqi, sosial, mədəni, elmi, tibbi,
sanitariya-epidemioloji
tədbirlər sisteminin məcmusundan ibarətdir (6, 128).
«
İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci
maddəsində hər bir şəxsin fiziki və psixi sağlamlığın ən yüksək səviyyəsinə
çatmaq hüququ
və bu hüququn həyata keçirilməsi üçün xəstəliklərin qarşısının
alınması və müalicəsi, xəstəlik hallarında hamı üçün tibbi yardımın və tibbi
xidmətin təmin olunmasına şəraitin yaradılması nəzərdə tutulur. Sağlamlığın
6
qorunması hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının
41-ci
maddəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq
hüququ
vardır (2, 15). Beləliklə, sağlamlıq təkcə xəstəliklərin və hər hansı bir
fiziki
çatışmazlığın olmamasını deyil, bütövlükdə fiziki və ruhi cəhətdən tam
sağlam olmaq vəziyyətini özündə əks etdirir.
Təbii elmi yanaşma həyatın struktur-funksional tərifinə üstünlük verir və
burada həyat materiyanın təşkilinin müəyyən forması kimi nəzərdən keçirilir.
Tibbdə həyat konkret fərdin yaşadığı, yəni onun doğumundan ölümünə qə-
dərki dövr kimi xarakterizə olunur. Hüquq elmində də bu yanaşma üstünlük təşkil
edir. Lakin son dövrlər yeni biotibbi texnologiyaların inkişafı ilə əlaqədar olaraq
“orqanizmin həyatı” və “şəxsiyyətin həyatı”, “beynin ölümü”, “klinik ölüm” və
“bütövlükdə orqanizmin ölümü”, “həyatın kəmiyyəti”, “həyatın keyfiyyəti”,
“yaşamaq hüququ”, “layiqli həyat səviyyəsi”, “evtanaziya”, “ölüm hüququ” və s.
kimi anlayışlar geniş və fəal şəkildə araşdırılmağa və təhlil edilməyə başlamışdır.
Bu məsələ ilə bağlı hüquqla yanaşı ən azı digər iki bilik sahəsinə - fəlsəfi
antropologiya və tibbi-bioloji elm sahələrinə nəzər yetirmək lazımdır.
Qeyd etmək lazımdır ki, fərdin sağlamlığı ilə əhalinin (qeyri-müəyyən
şəxslər dairəsinin) sağlamlığı anlayışları bir-birindən fərqlənirlər. Bütövlükdə,
əhalinin sağlamlığı və insan qruplarının sağlamlığı (ictimai sağlamlıq) bir sıra
göstəricilərlə müəyyən olunur:
-
doğum səviyyəsi;
-
ölüm səviyyəsi;
-
xəstəlik səviyyəsi;
-
insanların fiziki və psixi inkişaf səviyyəsi;
-
orta ömür səviyyəsi və s.
İctimai sağlamlığa həmçinin bioloji, tibbi və sosial faktorlar da təsir gös-
tərir. Əhalinin sağlamlığı xeyli dərəcədə insanların həyatının sosial şərtlərindən
(əmək haqqının miqdarından, əmək şəraitindən, mənzil şəraitindən, qidalan-
madan, həyat tərzindən və s.) asılıdır.
Hüquqşünaslıqda, o cümlədən mülki və cinayət prosesində daha çox fərdin
sağlamlığı ilə bağlı məlumatlara istinad olunur. Əhalinin sağlamlığı ilə bağlı
məlumatlardan isə nadir hallarda, məsələn, qeyri-müəyyən şəxslər dairəsinin
hüquqlarının müdafiəsi haqqında iddia qaldırıldıqda istifadə olunur (4, 90).
Son illər həyatın keyfiyyəti ilə bağlı bir sıra maraqlı tədqiqat işləri
yazılmışdır. V.İ.Petrov və N.N.Sedova həyat keyfiyyətinə fərdin psixosomatik
vəziyyətinin onun sosial statusuna adekvatlığı kimi anlayış verirlər (5, 41). Bu
anlayışda şəxsiyyətin üç struktur səviyyəsinin – bioloji, psixi və sosial
səviyyələrinin hər biri nəzərə alınmışdır.
Həyat keyfiyyəti sağlamlıqla sıx surətdə bağlı olduğundan fərdin fiziki,
psixi, sosial rifahının təmin olunma səviyyəsi sağlamlığın göstəriciləri kimi
çıxış edə bilər. “Həyat fəaliyyəti” anlayışından istifadə olunmaqla həmçinin
sağlamlığa vurulmuş zərərin qiymətləndirilməsi prosedurası obyektivləşdirilə
bilər. Bu baxımdan istənilən tibbi müdaxilənin başlıca və son məqsədi həyat
7
fəaliyyətinin yaxşılaşdırılmasından ibarətdir. Həmin məqsəd qarşılıqlı əlaqədə
olan bir sıra vəzifələrin (orqanın funksiyasının bərpası, ağrının aradan
qaldırılması və s.) həlli yolu ilə həyata keçirilir. Bəzi hallarda həyat keyfiyyəti
əhəmiyyətli dərəcədə pozulur və onu bərpa etmək mümkün olmur. Lakin tibbi
müdaxilə həyat keyfiyyətinin azalması prosesini dayandıra və ya ləngidə bilər
ki, həmin halda bu onun məqsədini təşkil edir.
Daha mürəkkəb problemlər insanın klonlaşdırılması zamanı yarana bilər.
Məsələn, atalığın, analığın, əmlak hüquqlarının müəyyən edilməsi və s.
Hüquqi tənzimetmədə tibbi məlumatlar da obyekt kimi çıxış edir. Tibbi
məlumatlar bir qayda olaraq tibbi sənədlərdə öz əksini tapır. Tibbi məlumat-
lardan hüquqi proseduralar çərçivəsində müalicə və digər məqsədlərlə həkim,
tibb bacısı, səlahiyyətli şəxslər və digər müvafiq subyektlər istifadə edə, həm-
çinin həmin məlumatlar arxivləşdirilə bilər. Azərbaycan dilinin izahlı lüğətində
“məlumat” sözü bir şey haqqında bilmək, izahat, iş, hadisə və s. haqqında
arayış vermək, xəbər vermək kimi izah olunur (1, 250).
Tibbi məlumatlar şəxsi məlumatlarla sıx surətdə əlaqədardır. Şəxsi mə-
lumatlar hər hansı fərdlə bağlı olub onun şəxsiyyətini müəyyən etməyə imkan
verir. Tibbi məlumatlar dedikdə əsasən aşağıdakılar başa düşülür:
-
fiziki şəxsin fiziki və psixi sağlamlığı haqqında məlumatlar;
-
xəstəliyin olub-olmaması haqqında məlumatlar;
-
xəstəliyin yaranma səbəbləri;
-
müalicə metodları (üsulları);
-
xəstəliyin diaqnozu;
-
orqanizmin həyat fəaliyyətinin fərdi xüsusiyyətləri ilə bağlı məlu-
matlar.
Tibbi məlumatlar müxtəlif mənbələrdən – xəstənin özünün, onun ya-
xınlarının, müalicə həkiminin ifadələrindən, xəstəlik tarixçəsindən və s.-dən
əldə oluna bilər.
Tibbi məlumatların bilavasitə mənimsənilməsi və qiymətləndirilməsi bir
sıra səbəblərə görə çətinləşir. Belə ki, insaanın sağlamlıq vəziyyəti, onun
xəstəliyinin olub-olmaması barədə məlumatlar çox vaxt dolayı yolla əldə edilir.
Həmin məlumatlar tibbi sənədlərdə toplanır.
Pasiyentlərin maraqlarının və tibbi xarakterli məlumatların qorunması
məqsədilə tibbi sirr institutundan istifadə olunur.
Təəssüflər olsun ki, tibbi məlumatları özündə əks etdirən sirrin yayılma-
sına, həmin məlumatların mühafizəsi qaydalarının pozulmasına görə məsuliy-
yət müəyyən edən normalar (məsələn, “Əhalinin sağlamlığının qorunması
haqqında” qanunun 53 maddəsi) olduqca ümumi formada ifadə olunmuş və
orada hüquqi məsuliyyətin konkret olaraq hansı növündən (cinayət, mülki,
inzibati və s.) söhbət getməsi öz əksini tapmamışdır. Ona görə də, tibbi qanun-
vericilikdə tibbi sirri təşkil edən məlumatların mühafizəsi rejiminin pozul-
masına görə hüquqi məsuliyyəti daha geniş və konkret şəkildə müəyyən edən
ayrıca bir maddənin təsbit olunması məqsədəmüvafiq olardı.
8
ƏDƏBİYYAT
1.
Azərbaycan dilinin izahlı lüğəti. Bakı: Çıraq, 1999, 1054 s.
2.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Hüquq ədəbiyyatı, 2012, 64 s.
3.
Fəlsəfə ensiklopedik lüğəti. Bakı: «Azərbaycan Ensiklopediyası” NPB, 1997, 518 s.
4.
Осокина Г.Л. Иск (теория и практика). М.: Норма, 2000, 212 с.
5.
Петров В.И., Седова Н.Н. Проблема качества жизни в биоэтике. Волгоград, 2001,
280 с.
6.
Cəfərov İ.M. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Bakı: Hüquq ədəbiyyatı,
2010
, 488 с.
7.
Əliyev Q.S. Azərbaycan Qanunvericiliyi insan hüquqları haqqında. Bakı, 2000, 197 с.
8.
Əliyev M.N. İnsanın yaşamaq hüququ və onun sosial müdafiə sahəsində təminatları. Bakı:
Təknur, 2009, 210 s.
9.
Əsgərov Z.A. Konstitusiya hüququ: Dərs vəsaiti. Bakı: BDU, 2011, 632 s.
ОБЪЕКТЫ МЕДИЦИНСКИХ ПРАВООТНОШЕНИЙ
М.Н.АЛИЕВ
РЕЗЮМЕ
В данной статье исследуются такие вопросы как объекты правоотношений жизни
и здоровья, а также органы и семя человека как объект деятельности медицины. Автор
показывает, что распространение тайны медицинских сведений, выступающих как объ-
ект данных правоотношений, нормы, устанавливающие ответственность за нарушение
правил охраны данных сведений выражены достаточно в общей форме и нашли свое
отражение высказывание о конкретных видах юридической ответственности (уголовной,
гражданской, административной и т.д.). И поэтому предлагается, что было бы целесооб-
разным утвердить отдельную норму, в более распространенном и конкретном виде, оп-
ределяющую юридическую ответственность за нарушение режима охраны сведений.
Ключевые слова: объект, правоотношение, медицина, здоровье, информация
OBJECTS OF LEGAL MEDICAL RELATİONS
M.N.ALIYEV
SUMMARY
This paper explores such issues as the objects of legal relations of life and health, as
well as the organs and the family of a man as objects of medicine. The author shows that the
distribution of the secrets of medical information, acting as the objects of the data of legal
relations, and the norms, establishing liability for violation of the rules of this information are
expressed in fairly general terms and are reflected on the statement of specific types of legal
liability (criminal, civil, administrative, etc.). Therefore, it is recommended to adopt a separate
rule, in a more widespread and definite form that would appropriate legal responsibility for the
violation of the protection of information.
Key words: object, legal relations, medicine, health, information
9
Dostları ilə paylaş: |