Açar sözl
ər: Əqli və fiziki inkişaf, yardımçı məktəb, uşaqlar.
Əqli inkişafdan geri qalan uşaqlarda idrak proseslərinin fəaliyyətinin çatış-
mazlığıdır. Əqli inkişafdan geri qalan uşaqlar kütləvi ümumtəhsil məktəblərində
t
əlim almağa qadir deyildirlər. Ağır dərəcədə əqli kəm olan uşaqlar isə, ümu-
miyy
ətlə məktəb, bilik və bacarıqlarını mənimsəmək iqtidarında deyildirlər. Əqli
k
əm dedikdə, idrak proseslərinin inkişafdan qalması əsas faktor kimi müəyyən
edil
ərək uşağın yardımçı sinif və yardımçı məktəbə göndərilməsi vacibdir.
Beyinin üzvi z
ədəsinin nəticəsi olan əqli gerilik zamanı hərtərəfli (total)
z
ədələnmə deyil, kompensasiya oluna bilən zədələnmələr də müşahidə edilir.
Ciddi anomal psixi inkişafla müşahidə olunan əqli kəmlik zamanı, beynin
total üzvünün z
ədəsi əsas əlamətə çevrilir. Əqli geriliyin klinik-psixoloji xüsu-
siyy
əti haqqında başlıca zədələnməsi, idrak fəaliyyətinin ifadə edilmiş çatış-
mazlığıdır. O həm ümumiləşdirmə və mücərrədləşdirmə qabiliyyəti ,həm də psi-
xi prosesl
ərinin tempinin, mütəhərrikliyinin pozulması, yaddaşın, diqqətin bir
sıra beyin qabığı funksiyalarının qüsurluğu ilə şərtləndirilir. Əqli gerilik üçün
nitqin inkişafdan qalması səciyyəvidir. Əqli gerilik müxtəlif etnologiyaya ma-
likdir. M
ərkəzi sinir sisteminin genetik zədələnməsi, daxili qarın patogen təsirlə
doğum zamanı travma və asfiksiya ilə uşaq beyninə infeksiyaların, travmaların
t
əsirini şərtləşdirə bilər. Məlumdur ki, əqli gerilik zamanı psixi funksiyaların
91
inkişaf tempi qısamüddətli deyil, mütləq uzunmüddətli olur. Çox vaxt pedaqoji
baxımsızlıq nəticəsində əqli cəhətdən öz yaşıdlarından geri qalmış uşaqlara
t
əsadüf edilir ki, onları əqli cəhətdən geri qalanlara aid edirlər. Lakin bu heç də
düzgün deyildir. Çünki, onlarda beyinin üzvi z
ədəsi yoxdur, sinir prosesləri
normaldır. Sistematik və düzgün qurulmuş təlim nəticəsində onlar öz yaşıdlarına
çata bil
ərlər. Həmçinin, analizator sistemlərində kəsiri olan uşaqlar da əqli
c
əhətdən geri qalmış uşaqlara aid edilməməlidir. Elə hallar olur ki, hər hansı bir
infeksion x
əstəlik, beyinin zədəsi və s. nəticəsində əqli iş qabıliyyətinin pozul-
ma
sı halı baş verir. Bu hal onlarda müəyyən vaxtdan sonra keçib gedir və ona
gör
ə də əqli cəhətdən geri qalan uşaqlara aid edilmirlər (yəni idrak proseslərinin
k
əsiri möhkəm deyil). Uşaqların anomal psixi inkişafında əqli geriliyin diaqnos-
ti
kası çox ciddi proses olduğundan, onların təyin edilməsi üçün mütəxəssislərə
maksimum vaxt v
ə şərait yaratmaq lazımdır ki, diferensasiya düzgün aparılsın,
çünki bu v
ə ya digər uşağın harada oxuması düzgün təyin edilərsə, onun gələcək
h
əyat yolu və bir şəxsiyyət kimi formalaşması problemi də həll olunmuş olur.
Deyil
ənlərdən belə bir nəticə çıxır ki, əqli geriliyə ağır pedoqoji baxımsızlıq
t
əzahürlərini aid etmək olmaz, belə ki, bu əqli geriliyin yuxarıda göstərilən
meyarlarına cavab vermir. Əqli geriliyin əsas formalarının klinik xarakteristikası
z
ədələnmənin patogenezi halının təsir müddəti ilə sıx əlaqədar olur. Mərkəzi
sinir sisteminin z
ədələndiyi zaman, ilk növbədə, filo və antogenezdə daha cavan
beyin qabığı sistemlərinin formalaşması zərər çəkəcək.
Z
ədələnmənin morfoloji sahəsində və psixi reflektin klinik təzahürlərin-
d
ə inkişafdan qalma hadisələri üstünlük təşkil edir. Belə olduqda, söhbət oli-
qof
reniyanın müxtəlif variantlarından gedecək. Aparılan elmi tədqiqat işləri
mü
əyyən edir ki, bir çox uşaqlar məktəb yaşına çatanda kütləvi məktəbdə oxu-
maq iqtidarında olmurlar [1]. Kütləvi məktəbin proqramı onlar üçün çətinlik
tör
ədir. Onlar təlim materialının tempinə uyğunlaşa bilmirlər, köməksiz olurlar,
m
əktəb həyatına və onları əhatə edən həyata uyğunlaşa bilmirlər. Bu uşaqların
kütl
əvi məktəbdə təhsilləri məsləhət deyil, özlərinin yaşıdları onlara pis müna-
sib
ət bəsləyir, bu da onların psixikasına pis təsir edir, onlar hər dəqiqə özlərinin
köm
əksiz və müdafiəsiz olduqlarını hiss edirlər.
Bunların arasında əqli cəhətdən geri qalan uşaqlara da rast gəlmək olur.
De
fektoloqlar nöqsanlı uşaqları bioloji hal kimi qəbul edir və onları cəmiyyət-
d
ən təcrid olunmuş hesab edirlər [8]. Xüsusi məktəb əqli və fiziki cəhətdən geri
qa
lan uşaqları real həyata hazırlamalıdır ki, onlar özlərinin köməksiz olduqları-
nı hiss etməsinlər.
Yardımçı məktəblərin məqsədi və vəzifəsi məqsədyönlü olmalıdır. Ano-
mal uşaqları onları əhatə edən cəmiyyətdən ayırmadan, onların fəallığını ar-
tırmaq, faydalı yaradıcılıq işləri ilə məşğul olmağa alışdırmaq lazımdır. Yar-
dımçı məktəb, o internat məktəbidir ki, burada əqli cəhətdən zəif olan uşaqlar
xüsusi rejiml
ə təhsil alırlar. Bu məktəbdə onlar bilik, bacarıq və vərdişlər əldə
edir,
əməyə, mənəvi, fiziki və estetik tərbiyəyə qarşı məhəbbət qazanırlar. Psixi
92
in
kişafından asılı olaraq, yardımçı məktəb şagirdləri təcrübə işi üçün kənd tə-
s
ərrüfatında çalışmaq üçün hazırlanırlar. Təlim-tərbiyə ilə yanaşı müalicə-sağ-
lam
lıq işləri də aparılır. Yardımçı məktəb ilə kütləvi məktəb arasında məqsəd
v
ə vəzifə eynidir. Normal və əqli cəhətdən geri qalan uşaqların inkişafı eyni
ümumi qanun-qayda il
ə aparılır. Bu uşaqların inkişafı onların beyin fəaliyyəti-
nin qüsuru il
ə əlaqədardır. Yardımçı məktəbin mahiyyəti, qüsurlu uşağın qüsu-
runu nisb
ətən azaltmaqdır. Belə uşaqlarda ümumi inkişaf qüsurludur və yar-
dımçı məktəb bu problemlə məşğul olur. Əqli və fiziki cəhətdən geri qalan
uşaqlarda fonematik eşitməni inkişaf etdirmək -ətraf mühit haqqında təsəvvür
yaratmaq v
ə zənginləşdirmək deməkdir. Bütün bu işlər nitq texnikası dərslərin-
d
ə, əmək dərslərində, rəsm dərslərində, yapma zamanı ritmikada, müalicə gim-
nas
tikası dərslərində aparılır. Sonra isə bu korreksiya işləri riyaziyyat, coğrafi-
ya, t
əbiətşünaslıq dərslərində aparılır. Şagirdlərə müşahidə etməyi, diqqəti, tər-
biy
ə etməyi öyrətmək lazımdır. Onlarda təfəkkürü, nitqi, yaddaşı inkişaf etdir-
m
ək, hər hansı obyekti müqayisə etmək, oxşar və fərqli cəhətləri fərqləndirmək
xüsusiyy
ətləri öyrətmək lazımdır. Diqqət etmək lazımdır ki, uşaqlar öz xarak-
terl
ərində çatışmayan cəhətləri ayırd etsinlər. Yardımçı məktəbdə əqli və fiziki
c
əhətdən geri qalan uşaqların inkişafında əmək tərbiyəsi mühüm yer tutur.
Uşaqları tərbiyə etmək və onları həyata hazırlamaqda əmək çox böyük təsiredi-
ci (korreksiya) rol oynayır [3]. Onların psixi və fiziki inkişafdakı qüsurlarını
azal
dır, qazanılmış bilikləri möhkəmləndirir. Yardımçı məktəbin vəzifəsi il ər-
zind
ə təlim -tərbiyəyə diqqətlə yanaşmaq və uşaqların qüsurunu islah etməkdən
ibar
ətdir. Dərs prosesi əqli cəhətdən geri qalan uşaqlara bilik, bacarıq və vərdiş
verm
əklə yanaşı əqli cəhətdən geri qalan uşaqların tərbiyəsində və inkişafında
da köm
ək edir. Tərbiyə prosesi oliqofren uşaqların ayrı-ayrılıqda psixi funksi-
ya
sını deyil, anomal uşağın şəxsiyyətini tam və məqsədəuyğun öyrənməlidir.
D
ərs prosesində keçirilən dərs materialı xüsusi işlənməli və sadə strukturu ilə
kütl
əvi məktəbdən fərqlənməlidir. Ən çox dərs prosesində əyaniliyə fikir verilir.
Əyanilik müəllimin və şagirdin sözünə uyğun olmaqla yanaşı məktəbdə didaktik
prinsip
ə əsaslanır və şagirdlərin qüsurlu düşüncəsini inkişaf etdirir. Fərdi yanaşma
prinsipi h
ər məktəbdə əsas yer tutur. Fərdi yanaşma olmazsa, müəllimlə şagird
arasında əlaqə yaranmaz, fəallıq və müstəqilliyi şüurlu, düşüncəli təhsilə qarşı
yön
əltmək olmaz. Əqli cəhətdən geri qalan uşaqları psixi və fiziki cəhətdən təshih
ed
əndə yardımçı məktəbin qarşısında mühüm bir məqsəd durur – hissedici tərbiyə.
Hissedici t
ərbiyə, müstəqil tərbiyə forması deyil, estetik fiziki və əmək tərbiyə-
sinin t
ərkibinə aiddir. Bu tərbiyə qavramadan təfəkkürə keçid yaradır. Hissedici
t
ərbiyə bütün məşğələlərdə və bütün fənlərin tədrisində yardımçı məktəbdə
öyr
ədilməlidir, eyni zamanda fiziki və estetik tərbiyədə əmək dərslərində,
sinifd
ənxaric dərslərdə, onun yaradıcılığında istifadə edilir.
Dostları ilə paylaş: |