BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Təbiət elmləri seriyası
2010
QAŞQALDAQDA (FULICA ATRA L.) BAŞI QANLA TƏMİN EDƏN
ARTERİAL MƏNBƏLƏRİN TOPOQRAFO-ANATOMİK XÜSUSİYYƏTLƏRİ
N.İ.ƏLİYEV
Azərbaycan Tibb Universiteti
bun@box.az
Ali onurğalılarda beyin qan dövranında filogenetik aspektdə baş vermiş dəyişikliklərin
ümumi qanunauyğunluğunun müəyyən edilməsi üçün, sürünənlər və məməlilərlə yanaşı quş-
larda da beyinin arterial sisteminin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Lakin indiyə kimi
quşlarda beyinin arterial sistemi xüsusi olaraq tədqiq edilməmişdir. Odur ki, quşların bir
nümayəndəsi olan qaşqaldaqda həm başın kəlləxarici hissəsindəki arterial damarların, həm
beyini qanla təchiz edən arterial damarların topoqrafo-anatomik xüsusiyyətləri müəyyən
edilmiş, həm də beyin əsasının arterial dövranının quruluşu öyrənilmişdir.
Ali onurğalılarda beyin qan dövranı və təkamül aspektində bu dövranı əmələ
gətirən mənbələrdə baş vermiş dəyişikliklərin xarakterini müəyyən etmək üçün
quşlarda, xüsusən də onların fərqli ekoloji şəraitlərdə yaşayan, fərqli həyat tərzi
keçirən növlərində beyini qanla təchiz edən arterial mənbələrin öyrənilməsi mühüm
əhəmiyyət kəsb edir.
Quşların ümumi quruluş xüsusiyyətləri, ayrı-ayrı növlərin ekoloji xüsusiyyətləri,
həyat tərzləri, ornitofaunadakı yerləri diqqətlə öyrənilsə də [3], onlarda üzvlər sistemi
haqqındakı məlumatlar ümumi xarakter daşıyır [1,2]. Quşların beyin qan dövranı
haqqındakı məlumatlara isə tək-tək rast gəlinir [4,5]. Odur ki, əsasən su mühitində-
sahilə yaxın cəngəllik və qamışlıq ərazilərdə həyat tərzi keçirən qaşqaldaqda (Fulica
atra L.) beyinin qan dövranını tədqiq etməyi planlaşdırmışıq.
Qaşqaldaqda başı və beyini qanla təchiz edən arterial mənbələrin topoqrafo-
anatomik xüsusiyyətlərini müəyyən etmək üçün 6 ədəd qaşqaldaq cəsədindən material
kimi istifadə olundu.
Qan damarlarının kontrast maddə ilə doldurularaq, preparat halına salınma
üsullarından istifadə edərək aparılmış tədqiqatlar göstərdi ki, qaşqaldaqda sağ aorta
qövsündən sağ və sol adsız arteriyalar ayrılır ki, onların da hər biri üç şaxəyə: döş,
körpücükaltı və ümumi yuxu arteriyalarına bölünür. Ümumi yuxu arteriyasından
onurğa arteriyası (a. vertebralis) ayrılır. Onurğa arteriyası birinci döş fəqərəsi ilə axı-
rıncı boyun fəqərəsinin sərhədinə çataraq iki şaxəyə ayrılır: 1. kranial istiqamətdə ba-
şa doğru gedən — qalxan şaxə (r. ascendens a.vertebralae); 2. döş fəqərələri boyun-
ca, kaudal istiqamətdə arxaya doğru gedən — enən şaxə (r. descendens a.verteb-
ralae). Onurğa arteriyasının qalxan şaxəsi, boyun fəqərələrinin birər dəliklərindən ke-
çib, fəqərələrin sərhədlərində boyun əzələlərini qidalandıran r.muscularis və onurğa
beynini qidalandıran r. spinalis şaxələri ayırmaqla, başa doğru uzanır. Onurğa arteri-
yasının magistral yatağının diametri, başa doğru getdikcə kiçilərək, II boyun fəqərəsi
74
bərabərində uc şaxəyə keçir ki, o da ənsə arteriyasına birləşir.
Ümumi yuxu arteriyası (a.carotis communis) boyun fəqərələri cisminin ventral
səthindəki çökəkliklə başa doğru uzanır. Başın yaxınlığında ümumi yuxu arteriya-
sından, qırtlağı və qida borusunu qanla təmin edən bir damar ayrılır ki, o da tezliklə
iki şaxəyə: qırtlaq arteriyasına (a. laryngea) və qida borusu arteriyasına (a.
esophagus) ayrılır. Qırtlaq arteriyası tezliklə şaxələnərək qırtlağı qanla təmin edir. Qi-
da borusu arteriyası isə qida borusunun lateral səthi ilə enən istiqamətdə, kaudal tərəfə
doğru uzanır. Onun magistral yatağından qida borusunu qanla təmin edən çoxsaylı ki-
çik damarlar ayrılır. Ümumi yuxu arteriyası II boyun fəqərəsinin yaxınlığında iki şa-
xəyə: medial tərəfdə yerləşən — daxili yuxu arteriyasına (a. carotis interna) və lateral
tərəfdə yerləşən — xarici yuxu arteriyasına (a. carotis externa) ayrılır. Xarici yuxu
arteriyasının ilk şaxəsi olan ənsə arteriyası ənsə nahiyəsindəki əzələlərin qanla təmin
edilməsində iştirak edir. Xarici yuxu arteriyasının digər şaxələri: dil arteriyası, alt
çənə və əng arteriyaları, üz arteriyası və s., başın üz şöbəsinin müvafiq hissələrini
qanla təmin edirlər.
Daxili yuxu arteriyası kəllənin kaudal hissəsində — təbil kapsulası yaxınlığın-
da, ənsə sümüyünün yan payı (partes lateralis) ilə əsas sümüyün (basisphenoid) arxa
hissəsinin sərhədində yerləşən vidaçi çökəkliyə daxil olur və burada özündən
gözyuvasıarxası arteriyanı ayırır (şək. 1). Gözyuvasıarxası arteriyaları, xaricdən onları
əhatə edən çox nazik divarlı sümük kapsula içərisində yerləşirlər.
Gözyuvasıarxası arteriya daxili yuxu arteriyasından ayrıldıqdan sonra qövs əmələ
gətirərək, təbil kapsulasının medial divarı ilə orbitaya doğru istiqamətlənir. Ön yarım-
dairəvi kanalla kvadrat sümüyün arxa kənarı arasındakı sahədə, ondan bir şaxə ayrılır.
Bu şaxə yarımdairəvi kanalların dorzal tərəfindən keçərək ənsə nahiyəsinə gedir və ənsə
sümüyü pulcuğundan xaricə çıxaraq, ənsə əzələlərində şaxələnir. Gözyuvasıarxası arte-
riya isə kvadrat sümüyün altından keçərək, onun ön kənarı ilə orbita arasındakı sahədə
— orbitanın qəribə torunu (rete mirabilae orbitae) əmələ gətirir. Orbitanın qəribə toru-
nun ön kənarının yuxarı qütbündən — üst göz qapağı arteriyası (a. palpebra superior),
aşağı qütbündən — alt göz qapağı arteriyası (a. malaris), medial tərəfindən isə bilavasi-
tə göz almasını və onun köməkçi aparatını qanla təmin edən xarici göz arteriyası (a.
ophthalmica externa) ayrılır.
Шяк. 1. Qaşqaldaqda йуху артерийасы вя онун шахяляринин
схематик тясвири:
a.car.com. — цмуми йуху артерийасы (а. carotis
communis); a.car.ex. — хариъи йуху артерийасы (а. carotis
externa); a.car.in. — дахили йуху артерийасы (а. carotis
interna); a.car.in.pr. — щягиги дахили йуху артерийасы (а.
carotis internae proprii); a.car-oc. — янсядахили йуху
артерийасы (а. carotico-occipitalis); a.f. — цз артерийасы (а.
facialis); a.lin. — дил артерийасы ( а. lingualis); a.mal. — алт
эюзгапаьы артерийасы (а. malaris); a.max.ex. — янэин хариъи
артерийасы (а. maxillaris externa); a.max.in. — янэин дахили
артерийасы (а. maxillaris interna); a.oc. — янся артерийасы
(а. occipitalis); a.oph.ex. — хариъи эюз артерийасы (а.
ophthalmica externa); a.pal.s. — цст эюзгапаьы артерийасы
(а. palpebralis superior); a.porb. — эюзйувасыархасы
артерийа (а. postorbitalis); a.slin. — дилалты артерийа (а.
sublingualis); a.tem.c. — каудал эиъэащ артерийасы (а.
temporalis cаудаlis); a.tem.sf. — сятщи эиъэащ артерийасы (а.
temporalis superficialis); a.ver. — онурьа артерийасы (а.
vertebralis); r.c. — каудал шахя (r. caudalis); r.des. — енян
шахя (r. descendens); r.mir.orb. — эюзйувасынын гярибя тору
(rete mirabilae orbitae); r.r. — rostral шахя (r. rostralis).
75
Vidaçi çuxurda gözyuvasıarxası arteriyanı ayırdıqdan sonra, həqiqi daxili yuxu
arteriyası, kəllənin əsas sümüyünün basisphenoid hissəsinin süngəri maddəsi ilə nazo-
medial istiqamətdə orta xəttə doğru uzanır. Basisphenoid-in ön hissəsində sağ və sol
həqiqi daxili yuxu arteriyaları orta xəttə çatırlar. Burada onların hər ikisi dönərək dor-
zo-rostral istiqamətdə, bir-birlərinə paralel halda, kəllə əsasının hipofizə məxsus çö-
kəkliyinə doğru uzanırlar. Sağ və sol həqiqi daxili yuxu arteriyaları orta xətdə bir-bir-
lərinə çatdıqdan sonra ümumi bir sümük kapsulanın içərisində yerləşirlər. Hipofizə
məxsus çökəkliyin yaxınlığında onlar lateral tərəflərə doğru bir-birlərindən aralana-
raq, çökəkliyin yan tərəflərindən kəllə qutusuna daxil olub, kaudal və rostral şaxələrə
ayrılırlar (şək. 2).
Kaudal şaxənin başlanğıc hissəsindən beyinciyin rostral arteriyası (a.cb.r.) ay-
rılır. Bundan sonra daxili yuxu arteriyasının kaudal şaxəsi əks tərəfin eyni adlı arteri-
yası ilə birləşib, beyinin əsas arteriyasını (a.ba.) əmələ gətirir. Beyinin əsas arteriya-
sından beyinciyə, uzunsov beyinə və s. şaxələr ayrılır. Böyük ənsə dəliyinə doğru get-
dikcə diametri kiçilən a. basilaris, böyük ənsə dəliyi yaxınlığında onurğabeyni ventral
arteriyası (a.sp.ven.) ilə anastomozlaşır.
Шяк. 2. Гашгалдагда бейин ясасынын виллиз
артериал дювраны вя ону ямяля эятирян
мянбялярин схематик тясвири.
a.ba. — бейинин ясас артерийасы ( а. basilaris);
a.car.in.pr. — щягиги дахили йуху артерийасы ( а.
carotis internae proprii); a.cb.r. — бейинъийин
рострал артерийасы (а. cerebelli rostralis); a.cer.c. —
бюйцк бейинин каудал артерийасы (а. cerebri
caudalis); a.cer.m. — бюйцк бейинин орта артерийасы
(а. cerebri media); a.cer.r. — бюйцк бейинин рострал
артерийасы (а. cerebri rostralis); a.eth.in. — дахили
хялбир артерийасы (а. ethmoidalis interna); a.sp.ven.
— онурьабейни вентрал артерийасы (а. spinalis
ventralis); r.c. — каудал шахя (r. caudalis); r.r. —
rostral шахя (r. rostralis).
Həqiqi daxili yuxu arteriyasının rostral şaxəsi (r.r.) rostro-lateral istiqamətdə
gedərək, əvvəlcə böyük beyinin kaudal arteriyasını ( a.cer.c.), sonra ikitəpəli cisim ar-
teriyasını, görmə çarpazı bərabərində isə böyük beyinin rostral arteriyasını (a.cer.r.)
ayırdıqdan sonra böyük beyinin orta arteriyasına (a.cer.m.) çevrilir. Rostral şaxə me-
dial istiqamətdə orta xəttə doğru uzanır. Böyük beyinin rostral arteriyasından rostral
istiqamətdə daxili xəlbir arteriyası ayrılır. Beləliklə, qaşqaldaqda baş-beyin əsası vil-
liz arterial dövranı ön tərəfdə açıq qalır.
ƏDƏBİYYAT
1.
Акаевский А.И., Лебедев М.И. Анатомия домашних животных: В 3-х ч., ч.III, М.:
Высшая школа, 1971, 376 с.
2.
Акаевский А.И., Юдичев Ю.Ф., Михайлов А.В., Хрусталева И.В. Анатомия домашних
животных. М.: Колос, 1984, 543 с.
3.
Наумов Н.П., Карташев Н.Н. Зоология позвоночных, часть-2, (Пресмыкающиеся,
76
птицы, млекопитающие), М.: Высшая школа, 1979, 272 с.
4.
Əliyev N.İ., Qırmızıburun Dalğıcda (Netta rufina Pall.) başı qanla təmin edən arterial mən-
bələrin topoqrafo-anatomik xüsusiyyətləri // Sağlamlıq jurn., Bakı, 2005, № 10., s.120-123.
5.
Əliyev N.İ., Berkutda (Aquila chrysaetos L.) başı qanla təmin edən arterial mənbələrin
topoqrafo-anatomik xüsusiyyətləri // Sağlamlıq jurn., Bakı, 2006, №10., s.142-145.
АРТЕРИАЛЬНЫЕ ИСТОЧНИКИ ГОЛОВЫ ЛЫСУХИ (FULICA ATRA L.) И ИХ
ТОПОГРАФО-АНАТОМИЧЕСКИЕ ОСОБЕННОСТИ
Н.И.АЛИЕВ
РЕЗЮМЕ
Изучена артериальная система головы у шести особей Лысухи (Fulica atra L.).
Выяснены топографо-анатомические особенности сосудов как наружной поверхности
головы, так и сосудов кровоснабжающие головной мозг. А также изучена форма
артериального круга основания мозга и сосуды отходящие от него к головному мозгу.
ARTERIAL SOURCES OF HEAD IN BALD COOT (FULICA ATRA L.) AND THEIR
TOPOGRAPHER-ANATOMICAL FEATURES
N.I.ALIYEV
SUMMARY
The arterial system in six individuals of Bald coot (Fulica atra L.) has been studied.
The topographer-anatomical features of vessels in external surface of head and the vessels
supplying the cerebrum with blood are determined. The form of arterial circle of cerebrum
brain and vessels reliving from it directed to cerebrum are studied.
77
Dostları ilə paylaş: |