Açar sözlər: NATO, Cənubi Qafqaz, əməkdaşlıq, sülh, strategiya
Cənubi Qafqaz strateji nöqteyi-nəzərdən NATO üçün əhəmiyyətli re- gionlardan biridir. SSRİ-nin süqutundan və Varşava Müqaviləsi Təşkilatının parçalanmasından sonra NATO-nun qarşısında duran əsas vəzifələrdən biri də keçmiş sosialist respublikaları ilə münasibətlərin yaradılması idi. Bu məqsədlə 1991-ci il dekabrın 20-də Şimali Atlantika Əməkdaşlığı Şurası (ŞAƏŞ) yara- dıldı. Azərbaycan, Ermənistan 1992-ci ilin martında, Gürcüstan isə 1992-ci ilin aprelində ŞAƏŞ-in üzvü oldu [4, 61]. Sonradan ŞAƏŞ-i əvəzləmiş Avratlantik Əməkdaşlıq Şurasının əsas məqsədi regionda sabitlik və təhlükəsizliyi təmin etmək, münaqişələrin qarşısını almaq idi. Avratlantik Əməkdaşlıq Şurasının iclaslarında Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri dəfə- lərlə müzakirə olunmuşdur. 1994-cü ilin yanvarında NATO-nun Avratlantik Əməkdaşlıq Şurasına üzv olan dövlətlər ilə əməkdaşlığını daha da inkişaf etdirməsi məqsədilə “Sülh naminə tərəfdaşlıq” adlı yeni proqram təsis edilir. Bu proqrama üzv olmaq həmin dövlətin gələcəkdə NATO-ya üzv olmasına şərait yaradırdı. Lakin bu, həmin proqrama qoşulmuş dövlətin gələcəkdə müt- ləq NATO-ya üzv olması demək deyildi. Məsələn, Cənubi Qafqaz respub- likaları ilə bağlı onu demək olar ki, bu dövlətlərin iqtisadi və hərbi cəhətdən NATO standartlarına cavab verməməyi və üstəlik, Rusiya faktoru onların NATO-ya üzv olmasına maneə olan əsas amillər idi.
Gürcüstan 1994-cü ilin martında, Azərbaycan həmin ilin mayında, Er- mənistan isə oktyabrında “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmuşdur. “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak bu dövlətlərin NATO stan- dartlarına yaxınlaşmasına təkan verirdi və proqram çərçivəsində siyasi, hərbi, elm, ekologiya və s. sahələrdə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulurdu.
1994-cü il 10-11 yanvarda NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Brüsseldə görüşü keçirildi. Görüşün yekunlarına dair bəyanat qəbul olundu. Sənəddə beynəlxalq və regional siyasi şəraitin aktual problemləri barəsində NATO-nun mövqeyi əks olunmuşdu. Bəyanatın 21-ci bəndində NATO-nun üzvü olan ölkələr Cənubi Qafqazda vəziyyət haqqında öz möv- qelərini bildirdilər [7]. Bəyanat yenə də mülayimliyi baxımından əvvəlkilə- rindən fərqlənmirdi. Güc işlədilməsi ilə ərazilər ələ keçirilməsini pisləyən NATO ölkələri Ermənistan, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmət edilməsini həmin bölgədə sülhün, sabit- liyin, əməkdaşlığın bərqərar olması üçün zəruri hesab edirdilər [4, 66].
NATO-nun Cənubi Qafqaz strategiyasında başlıca məsələ üç respublika ilə eyni dərəcədə əməkdaşlığın planlaşdırılmasıdır. NATO Cənubi Qafqaz respublikaları ilə ayrı-ayrılıqda yaratdığı münasibətlərin bir-birinə xələl gəti- rəcək istiqamətdə inkişafına imkan verməməyə çalışır. Təşkilatın Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional formatda əməkdaşlıq təklifləri də bu məntiqdən qaynaqlanır [8, 104].
NATO-nun Cənubi Qafqaz strategiyasında region ölkələrinin hər biri ilə əməkdaşlığının inkişafı səciyyəvi xüsusiyyətlərə malikdir və ilk növbədə, həm Azərbaycanın, həm də Gürcüstanın milli təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənmişdir. Lakin ABŞ-ın 907-ci düzəlişə əsasən, qoyduğu embarqo hərbi-siyasi sahədə Azərbaycan-NATO əməkdaşlığını əngəlləyirdi. 1993-2003- cü illərdə Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin məq- sədyönlü xarici siyasət xətti 1999-cu ilin noyabrında ABŞ-ın qeyri-rəsmi şəkil- də bu embarqonu götürməsinə imkan verdi. Məhz bundan sonra Azərbaycan- NATO əməkdaşlığının hərbi-siyasi aspektləri mühüm əhəmiyyət kəsb etməyə başladı və göstərilən sahənin müxtəlif istiqamətlərdə inkişafını şərtləndirdi. Hələ 1997-ci ilin fevralında NATO-nun Baş katibi X.Solananın Azərbaycana səfəri zamanı hazırlanmış “Prezentasiya sənədinə əsasən” Azərbaycanda ordu quruculuğu və onun təchizatı NATO nümunəsinə əsasən həyata keçirilməyə başlanmışdı [1, 9]. Bu prosesin hərbi-siyasi müstəviyə keçirilməsi isə nəinki Azərbaycana, ümumiyyətlə, Cənubi Qafqaza ciddi perspektivlər vəd edir.
Cənubi Qafqazda qarşılıqlı dialoqu təbliğ etməyin və təhlükəsizliyi in- kişaf etdirməyin Alyans üçün vacib səbəblərindən biri hazırda dünyada möv- cud olan ciddi təhlükəsizlik hədələrinin – terrorizm, kütləvi qırğın silahlarının yayılması, tənəzzül etmiş dövlətlər və regional münaqişələr – sərhədləri aşması və onların yalnız birgə beynəlxalq əməkdaşlıq vasitəsilə həllinin mümkün olmasıdır. NATO-nun Cənubi Qafqazdakı tərəfdaşları müttəfiqlər kimi eyni hədələrlə üzləşir və bu hədələrin cavablandırılmasında onların da mühüm rolu
olur, çünki onlar NATO üçün narahatlıq doğuran ərazilərin coğrafi yaxın- lığında yerləşirlər.
Həm Qafqaz, həm də müttəfiqləri narahat edən digər bir məsələ enerji təhlükəsizliyidir. Bu bölgə əsas neft və qaz tranzit marşrutlarının üzərində yerləşir və Azərbaycan Xəzər Dənizi hövzəsində mühüm neft və qaz yataq- larına malikdir. Bu regionda təhlükəsizliyin gücləndirilməsi həm öz enerji ehtiyatlarını və təchizat marşrutlarını müxtəlifləşdirmək niyyətində olan enerji idxal edən ölkələrin, həm də öz sənayesi və boru kəməri infrastrukturunun təhlükəsizliyinə təminat verilməsinə ehtiyacı olan enerji ixrac edən və tranzit ölkələrin maraq dairəsindədir.
Cənubi Qafqaz respublikaları da öz növbəsində, NATO ilə əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistan sadəcə olaraq digər Cənubi Qafqaz respublikalarında izolyasiya olunmamaq üçün NATO ilə əməkdaşlıq edir. Cənubi Qafqaz respublikalarını NATO ilə əmək- daşlığa sövq edən əsas səbəblərdən biri kimi region dövlətlərinin öz təhlü- kəsizlik problemlərinin həllində NATO-ya ümid bəsləməklərini qeyd etmək olar. Onlar ərazilərindəki silahlı münaqişələrin həllinə NATO-nun müdaxilə edəcəyinə ümid edirlər. Bildiyimiz kimi, Cənubi Qafqaz münaqişələr baxı- mından qeyri-sabit zonadır. Ermənistan-Azərbaycan münaqişəsini, Gürcüstan ərazisindəki Cənubi Osetiya, Abxaziya münaqişələrini buna misal çəkmək olar. Cənubi Qafqaz respublikalarını NATO ilə əməkdaşlığa sövq edən digər səbəblərdən biri də onların Avratlantik strukturlara inteqrasiya olmağa can atmalarıdır. Cənubi Qafqaz dövlətlərinin hər üçü xarici siyasətlərində Qərbə meylli olduqlarını nümayiş etdirir. Ermənistan isə Qərbə doğru istiqamət- ləndiyini bildirməsinə baxmayaraq, Rusiya təmayüllü siyasət yürüdür [6, 155].
Bu dövlətlərin üçü də Avropa Şurasının üzvləridir. Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq edir.
SSRİ dağıldıqdan sonra Cənubi Qafqaz dövlətlərində digər keçmiş sovet respublikalarında olduğu kimi, hərbi sahədə bir sıra problemlər ortaya çıxdı. Bu respublikalarda əsas problem bu dövlətlərin silahlı qüvvələrinin yenidən qurulması və hərbi islahatlarla bağlı idi. Bu baxımdan, Azərbaycan və Gür- cüstan öz silahlı qüvvələrini NATO standartlarına uyğunlaşdırmaq üçün bu əməkdaşlığa üstünlük verirlər.
2001-ci il noyabrın 19-da NATO Parlament Assambleyasının İstanbulda keçirilən plenar iclasında Cənubi Qafqaz regionunun vacib strateji regionu olan Azərbaycan Respublikasının bu nüfuzlu təşkilatın assosiativ üzvlüyünə qəbul edilməsi [3, 178] ilə Azərbaycan – NATO əməkdaşlığı daha yeni bir mərhə- ləyə qədəm qoydu. Analitiklər bu tarixi hadisəni ölkəmizin həyatında Şimali Atlantika İttifaqı ilə əlaqələrin genişlənib möhkəmlənməsi istiqamətində ciddi addım kimi qiymətləndirirlər. Həmin ildən bu günə kimi ildə iki dəfə (yaz, payız) NATO Parlament Assambleyasının iclaslarında Azərbaycan Respubli- kasının Milli Məclisinin nümayəndə heyəti iştirak edir və Azərbaycanla bağlı problemləri NATO-ya üzv və tərəfdaş ölkələrin parlamentlərinin nəzərinə
çatdırır. Azərbaycan Respublikası NATO ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu konkret praktiki tədbirləri ilə də sübut etmişdir.
Cənubi Qafqaz ölkələri üçün NATO-nun tərəfdaşlıq proqramları bu ölkələrin təhlükəsizlik hədələrini cavablandıra biləcəkləri çoxsahəli çərçivəni təmin edir. Bu baxımdan, müttəfiq ölkələrin dövlət başçıları tərəfindən, 2004- cü ilin iyununda İstanbul Zirvə Görüşündə qəbul olunmuş Alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə prioritetlərinin müəyyənləşdirildiyi Yeni sabitlik planında Qafqaz, habelə Mərkəzi Asiya regionu ilə tərəfdaşlığı Alyans üçün prioritet məsələyə çevirmək qərarı öz əksini tapmışdır. Burada aşağıdakı bənd yer almışdır: “Balkanlardan tutmuş Qafqazadək, Mərkəzi Asiyadan Aralıq dənizi ölkələrinədək və daha geniş region üzrə daim artan tərəfdaşlarla münasibətləri möhkəmləndirmək” [3, 130]. Elə həmin Zirvə top- lantısında müttəfiqlər Qafqaza və Mərkəzi Asiyaya Xüsusi Nümayəndə təyin etməyi qərara aldılar. İlk olaraq, bu öhdəlik Robert Simmonsa verildi. Onun rolu regional təhlükəsizliyi inkişaf etdirmək üçün bölgə liderləri ilə yüksək səviyyəli iş əlaqələri saxlamaq və tərəfdaşlıq vasitələrindən maksimum yarar- lana bilməkdə tərəfdaşlara yardım göstərmək idi. O, region rəsmiləri və habelə, Avropa İttifaqı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi əlaqədar təşkilatlardakı həmkarları ilə yaxından iş aparır və daimi əlaqənin saxlanılmasına və işlərin digər iştirakçıların əlavə qüvvələri sayəsində icrasına təminat verilməsinə köməklik edirdi.
Cənubi Qafqaz respublikalarının NATO ilə əlaqələrini tədqiq edərkən Rusiya amilini xüsusi vurğulamaq lazımdır. Rusiyanın Cənubi Qafqazda ma- raqları NATO-nun buradakı maraqları ilə eynidir, yəni Rusiya bu regionda Qərbin ən güclü rəqibidir və Qərb burada yeritdiyi siyasətdə çox vaxt Rusi- yanın fikrini nəzərə alır [5, 23]. Cənubi Qafqaz Rusiyanın cənub sərhədlərini təşkil edir və Rusiya NATO-nun bu regiona gəlməsi ilə heç cür razılaşmaz. Son zamanlar Gürcüstanın NATO-ya üzv olması haqqında müzakirələr Rusiya- nı çox narahat edir. Gürcüstanda 2008-ci il avqust hadisələri Rusiyanın Cənubi Qafqazın onun üçün strateji cəhətdən nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi. Rusiya üçün Gürcüstandakı hərbi bazalarının və Azərbaycandakı Qəbələ RLS-in itirilməsi onun cənub mövqelərinin itirilməsi deməkdir ki, bu- nunla da o razılaşmaz. Qərb və Rusiyanın bu regionu nəzarətdə saxlamaq üçün istifadə metodları bir-birindən fərqlənir. Rusiya bu regionu öz təsiri altında saxlamaq üçün burada silahlı münaqişələr yaratmaqla və regionda sürətli silahlanmanı həyata keçirməklə hadisələrin gedişinə təsir etməyə çalışır. Qərb isə iqtisadi metodla, yəni regiona xarici sərmayə gətirməklə buranı nüfuz dairəsinə daxil etməyə çalışır.
2008-ci ildə Cənubi Qafqazda baş verən proseslər, region uğrunda geosiyasi çəkişmələr Azərbaycan – NATO münasibətlərinə də təsir etdi. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) sənədinin 3-cü mərhələsinin razılaş- dırılması prosesi il yarım gecikdi. Bildiyimiz kimi, FTƏP 2002-ci ildə NATO- nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsə-
dilə qəbul edilmiş və tərəfdaş ölkələr üçün açıq elan olunmuşdur. Azərbay- canın FTƏP sənədi də 2005-ci ilin may ayının 27-də qəbul edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev planın təsdiq olunması haqqında avqustun 3-də sərəncam vermişdir. Lakin 2011-ci ilin dekabrın 19-da tərəflər, nəhayət, 2012-2013-cü illəri əhatə edən FTƏP sənədinin üçüncü mərhələsini razılaşdırdılar [2, 749-750]. Bu mühüm hadisənin ardınca NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana gəlməsi, daha sonra prezident İlham Əliyevin Brüs- selə - NATO-nun mənzil-qərargahına səfər edərək Alyansın Baş katibi Anders Foqh Rasmussenlə görüşməsi və səsləndirilən məsələlər Azərbaycan-NATO əməkdaşlığında mühüm mərhələnin başlanmasına işarə idi. Həmin görüşdə prezident İlham Əliyev bəyan etdi ki, Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılacaq, NATO ilə əməkdaşlıq dərinləşəcək və ən əsası Azərbaycan Əfqan milli qüvvələrinin formalaşdırılması üçün yaradılan etimad fonduna maliyyə dəstəyi verəcək.
2012-ci il may ayının 21-də NATO-nun Çikaqoda keçirilən sayca 25-ci sammiti Əfqanıstan məsələsinin müzakirəsi ilə yanaşı, həmçinin Cənubi Qafqaz ölkələrində gedən proseslərlə bağlı müzakirələrlə də yadda qalmışdır. Azərbaycan üçün mühüm bir hadisə isə - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Şimali Atlantika Alyansının ədalətli mövqeyinin növbəti dəfə bəyan edilməsi idi. Sammitin yekununda qəbul olunan bəyannamədə Azər- baycanın ərazi bütövlüyü və suverenliyi təkrarən bu beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır. Bəyannamənin 47-ci bəndində qeyd olu- nurdu ki, NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan regional münaqişələr barədə narahatlığını bəyan edir: “Biz Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün, müstəqilliyinin və suveren- liyinin dəstəklənməsinə sadiq qalırıq və BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsas- lanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik” [9].
Qeyd edək ki, Çikaqo sammitinin yekun bəyannaməsini beynəlxalq aləmdə böyük nüfuza malik olan ölkələr, o cümlədən ATƏT-in Minsk qrupu- nun həmsədrləri Fransa və ABŞ kimi nəhəng dövlətlər də imzalamışlar. Sənədi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin imzalaması onu deməyə əsas verir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən tərəflər ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bir daha qeyd etməklə yanaşı, münaqişənin də məhz ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardırlar. Bu, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbay- canın həm də ümumilikdə, beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə dəstəklənməsi deməkdir. Bu da öz növbəsində, NATO-nun Cənubi Qafqaz re- gionuna, xüsusilə, Azərbaycan Respublikasına olan marağını biruzə verir.
Daha sonra, 2014-cü il il sentyabrın 4-də bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uels sammitindəki çıxı-
şında Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli məsələsində tutduğu mövqeyə görə NATO-ya bir daha təşəkkürünü bil- dirərək demişdir: “Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəs- təyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir” [9].
Azərbaycanın dövlət başçısının çıxışındakı məqamlar NATO-nun Uels sammitinin yekun bəyannaməsində öz əksini tapdı. Bəyannamənin 30-cu maddəsində deyilir ki, Alyans tərəfdaşlıq etdiyi ölkələrin kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcək [10]. Beləliklə, sənəddə Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək ifadə olunur, Şimali At- lantika Alyansı ölkəmizlə yanaşı, Ermənistan, Gürcüstan, Moldova və Ukray- nanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini müdafiə edir.
Dostları ilə paylaş: |