TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
E.M.Ağayev
“ 15 ” fevral 2010-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat
(xəstələr üçün)
"QIZIL ULDUZ" BALZAMI duru balzam
BALSAM "GOLDEN STAR"
Tərkibi
Təsiredici maddələr: 100 ml balzamın tərkibində 28
q kristal mentol, 8,88 q kamfora , 22,9 q nanə yağı, 0,1 q
evkalipt yağı, 0,46 q mixək yağı, 0,38 q darçın yağı vardır.
Köməkçi maddələr: maye
parafin
Təsviri
Şəffaf qəhvəyi-qırmızı rəngdə, spesifik efir yağları iyli maye.
Farmakoloji xüsusiyyətləri
Preparat yerli qıcıqlandırıcı, yayındırıcı, antiseptik təsirə malikdir.
АТС kodu: R05X
İstifadəsinə göstərişlər
Qrip, baş ağrısı, soyuqdəymə xəstəlikləri, zökəm, həşəratların sancmaları zamanı kompleks müalicədə
simptomatik vasitə kimi istifadə olunur.
Əks göstərişlər
- Preparatın komponentlərinə qarşı fərdi dözümsüzlük.
- Dəri xəstəlikləri və preparat çəkilən yerlərdə dərinin tamlığının pozulması.
- 2 yaşına qədər uşaqlar, dərinin irinli xəstəlikləri.
Xüsusi göstərişlər
Göz və burunun selikli qişalarına düşməsindən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Preparat nazik layla dərinin ağrıyan hissələrinə çəkilir və sürtülür (baş ağrısı zamanı - gicgaha və boyun
nahiyəsinə; soyuqdəymə xəstəlikləri zamanı kürək və sinə nahiyəsinə; zökəm olduqda - burun qanadları uzərinə).
Həşəratların sancması zamanı balzam sancılmış yerə sürtülür.
Əlavə təsirləri
Allergik reaksiyaların əmələ gəlməsi mümkundür, о halda preparatdan istifadə dayandırılmalıdır. Balzamın qalıqları
dəri üzərindən sabun və ilıq su ilə yuyulmalıdır.
Buraxılış forması
Xaricə istifadə üçün 5 ml balzam, yivli plastik qapaqlı şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton
qutuya yerləşdirilir.
Saxlanma şəraiti
15-25°C temperaturda, quru va uşaqların əli çatmayan yerds saxlanılmalıdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Danafa Farmasyutikal ASC", Vyetnam.