Zəlzələnin nəticələrinin aradan qaldırılması. Bunun üçün birinci növbədə aşağıdakı xilasetmə və təcili qəza-bərpa işlərini görürlər: zərərçəkmiş adamları uçqunların altından çıxarır, qismən dağılmış və od tutmuş binalardakı adamları xilas edirlər; mülki müdafiə dəstələrini obyektlərə aparmaq və zərərçəkmiş adamları köçürmək üçün uçqunlarda keçid düzəldirlər; kommunal-energetika şəbəkələrində və texnoloji xətlərdə adamların həyatı üçün təklükə törədən, xilasetmə işləri aparmağa mane olan, yaxud xeyli maddi zərər vura biləcək qəzaları məhdudlaşdırır və aradan qaldırırlar; zərər çəkmiş adamlar üçün toplanış məntəqələri və tibb məntəqələri açırlar; zəlzələ zonasında su təchizatlarını təşkil edirlər.
Xilasetmə və təcili qəza-bərpa işlərinə əmək qabiliyyəti olan əhalini cəlb edirlər, lakin bu işdə mülki müdafiə dəstələri əsas rol oynayır.