Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix01.01.2017
ölçüsü1,83 Mb.
#4146
1   2   3   4   5   6   7   8   9   10
bilər. Gözləmə, əsasən avtomatik və iradədən kənar yaranır; çox halda 
instinktiv olur. Siz gözləmənin şüurlu bir şəkildə fərqində olmasanız 
belə, fikirlər sizi təqib edir. Buna görə də problemlə qarşılaşırsınız. Bu 
fikirlərlə mübarizə aparmağa başlayanda çətinliyinız daha da artır, 
eyni zamanda onların müqaviməti də çoxalır. Gözləmə fikirləri qəf-
lətən daha ağlabatan hala gələndə də sizin üçün çətinlik yaradır. 
Bilirsiniz ki, bu fikirlərlə əlaqədar olaraq “Onu fikirləşmə və ya 
belə düşünməkdən əl çək!” deməyin heç bir faydası yoxdur. Əksinə, 
beləcə siz onları daha çox fikirləşəcəksiniz. “Birdən...?” fikrinə qar-
şı müqavimət göstərmək üçün bu əsnada siz adətən ətrafınızda baş 
verən hadisələrlə maraqlanırsınız. Özünüzü bunları fikirləşməməyə 
məcbur etmək yerinə bu düşüncələrin varlığını qəbul etməyiniz daha 
düzgün olar. Ətrafınızla maraqlananda bu fikirlərə də açıq olun.
Həkim bir az fasilə verib daha sonra Barış bəydən soruşdu: 
– Barış bəy, gözləmə vahiməsi ilə bağlı siz nə deyə bilərsiniz? 
– Vallah, ay həkim, bu dediklərinizin hamısı məndə var. Bəzən 
mən də oxşar şeylər fikirləşirdim, fikirləşirəm də. Gözləmə otağında, 
məktəbdə, yolda, evdə, demək olar ki, hər yerdə. Panika tutması baş 
verəndə qızımın buna şahid olmasını istəmirəm. Hətta dua edirəm ki, 
olmasın belə bir şey. Çox vaxt diqqətimi başqa məsələlərə yönəltməyə 
çalışıram. Fikirləşməməyə çalışdıqca mənə elə gəlir ki, sanki daha çox 
fikirləşirəm.

61
– Haqlısınız. Gözləmə vahiməsi panika pozuntusunun bir hissəsi-
dir. Özünüzə “düşünmə” dedikcə bir mənada siz onu özünüzə xatırla-
dırsınız və unutmursunuz. Belə adamlar əlacsızlıqdan çıxış yolu kimi 
bəzən Allaha ümid bağlayıb, ona dua edərlər.
Həkim nəfəsini dərib bir az gözlədikdən sonra: 
– Bu həftəki planımda psixoterapiyaya zəmin hazırlamaq üçün sizə 
özünüzü tanımaq və gücünüzü bilmək haqqında məlumat vermək də 
var. Diqqətinizi cəmləşdirməkdə çətinliyiniz yoxdursa o mövzuya 
keçə bilərik.
İkisi də “olar” mənasında başını yellədi. Vaxtdan mümkün olduğu 
qədər effektli istifadə etmək lazım idi. Ödənişlə bağlı çətinlikləri olur-
du, ancaq bunun əvəzində heç olmazsa bir nəticə olmalıydı.
 ***
– Barış bəy, panika tutması baş verəndə özünüzə inam hissiniz 
necə idi?
Barış bəy biraz fikirləşib daha dik oturmağa çalışaraq:
– Demək olar ki, yoxdu. O an sanki heç nə edə bilmir, əlimdən heç 
nə gəlmirmiş kimi bir hissin olduğunu xatırlayıram. Elə bil taqətim 
tükənib, sanki bir heçəm. Hisslərimi, fikirlərimi, bədənimi idarə edə 
bilmirdim. Sözün qısası, elə bil ki mən, mən deyildim.
Həkim gülümsəyərək:
– Çoz gözəl ifadə etdiniz, Barış bəy, –dedi. – Panika tutması ke-
çirən adamlardan soruşanda ki, o an özünüzə nə qədər inanırdınız, 
cavabları adətən belə olur: “demək olar ki, heç nə qədər”. Bunu başa 
düşmək elə də çətin deyil. Adi həyatda hamı hər hansı bir vəziyyətlə 
qarşılaşanda necə reaksiya verəcəyini bilir. Davranış adekvat olmayan-
da isə özünə olan inam hissi bundan elə də sarsılmaz. Digər tərəfdən 
bir adam mütəmadi olaraq başa düşmədiyi, izah edə bilmədiyi, səbəb-
siz yerə qəflətən bədənində və beynində müəyyən əlamətlər meydana 
gələndə, təbii ki, özünə inamı sarsılır. Həmin insanın inam hissi daim 
zərbə alır və zərər görür.
Panika tutmasının simptomları barədə ətraflı məlumatınızın olma-
sı və bunu başa düşməyiniz sayəsində siz daha az çətinlik çəkəcək və 
daha az sarsılacaqsınız. Sizin qorxunuzun əsasında bunların nə oldu-
PANİKA TUTMASI ALDADIR

PANİKA POZUNTUSU
62
ğunu bilməməyiniz durur. Onların sizə zərər verməyəcəyini, daimi bir 
nasazlığa səbəb olmayacağını bilməyiniz özünüzə inamı artıracaq və 
siz özünüzü daha güclü hiss edəcəksiniz.
Özünü etibar qazanmış kimi hiss etməyə aparan yol “özünü tanı-
maq və özünü bilməkdir”. Ümumiyyətlə insanlar yad adamlara elə də 
etibar etmirlər, dostlarına daha çox güvənirlər. Barış bəy, siz dediniz 
ki, həyat yoldaşınıza hamıdan çox güvənirsiniz. Bunun çox sadə iza-
hı var. Çünki siz neçə ildir yoldaşınızı tanıyırsınız və hər xasiyyətinə 
bələdsiniz. Eyni şeyi dostlarınız haqqında da deyə bilərik. Bir az əv-
vəl bəhs etdiyimiz aldatmadan xilas olma strategiyaları yaxşı nəticə 
vermirdi. Panika tutmalarıyla bağlı davranışlarda lazımi reaksiyaların 
verilməsində özünü bilmək və tanımaq vacibdir.
Həkim bu yerdə üzünü Barış bəyə tutub: 
– Bir fikirləşin, siz özünüzü nə qədər tanıyırsınız. Müxtəlif səbəb-
lərdən indiyə qədər nöqsanlı cəhətlərinizə bəlkə daha çox fikir ver-
misiniz. Bəlkə hər hansı davranışınıza görə özünüzü həddindən çox 
tənqid etdiyiniz məqamlar da olmuşdur. Əgər belədirsə, özünüzü 
həddindən artıq tənqid etməyiniz özünüzə olan inam hissini sarsıdır. 
Hər insan kimi sizin də bacardığınız və ya çətinlik çəkdiyiniz şeylər 
ola bilər. Vacib deyil ki, hər işiniz əla olsun, ancaq şübhəsiz ki sizin də 
uğurlarınız, bacardığınız şeylər vardır. 
İnqhama görə (2000) başlanğıcda bunları edə bilərsiniz: 
– Özünüzlə bağlı yaxşı şeylərin olduğunu qəbul edib təqdir etmək, 
– Etməyi xoşlamadığınız şeyləri dəyişdirməyə başlamaq, 
– Sizin də edə və dəyişdirə bilməyəcəyiniz şeylərin olduğunu qə-
bul etməyi öyrənmək. 
Bunları edə bilərsinizmi, Barış bəy? 
– Başlanğıcda çətin ola bilər, lakin çalışacağam ki, edim; məncə 
edə bilərəm, – dedi Barış bəy.
– Yaxşı, indi bu mövzuda nə edə bilərik, ona baxaq. Əvvəlcə işə 
“Heç bir bacarığım yoxdur” kimi ümumi mənfi fikri rədd etməkdən 
başlayın. Qabiliyyətlərinizin, görə bildiyiniz, bacardığnız işlərin bir si-
yahısını tutun. Digər siyahı da bacarmadığınız işlər barədə olsun. Hər 
iki siyahı mümkün olduğu qədər geniş olmalıdır. Siyahıdakı şeylər hə-

63
yatın hər sahəsiylə bağlı ola bilər: Evlə, işlə, dostlarınızla, qohumlarla, 
uşaqlarla, qocalarla, yad adamlarla, boş vaxtlarınızda etdiyiniz işlərlə 
və s. Birinci siyahı sizin güclü tərəflərinizi, ikinci siyahı zəif tərəfləri-
nizi ortaya qoyacaq. Hamısını eyni vaxtda görə biləcəksiniz. Bunlar 
vasitəsilə siz özünüzü tanıma mövzusunda ipucu əldə edəcəksiniz. 
İndi ikinci siyahıya baxaq. Fərz edək ki, siz siyahıda “Mən avtomo-
bil sürə bilmərəm” cümləsini yazmısınız. Bu cümlə daim sizin üçün 
bir reallıq ola bilər və özünüzü inkişaf etdirməyinizə mane olar. Bu 
cümləni dəyişdirib belə yaza bilərsiniz: “İndi avtomobil sürməyi ba-
carmıram, çünkü kursa getməmişəm və heç sürməmişəm. Əgər kursa 
getsəm, əvvəlcə mənə bir az çətin ola bilər, lakin səy göstərsəm bunu 
edə bilərəm”. Bu cümlə həqiqətə daha uyğundur. Sizə mane olmur, ək-
sinə potensialınızı inkişaf etdirmə imkanını verir. 
Eyni metodla ikinci siyahıdakı cümlələrə müsbət mənalar yüklə-
yin. Güclü tərəflərinizlə yanaşı, zəif tərəflərinizin olduğunu qəbul et-
məyi sınayın. Bunları bilmək və qəbul etmək özünüzü inkişaf etdirmə-
yiniz baxımından lazım olan ilk addımdır. Özünüzü tanıma məsələ-
sində əlaqələrin xüsusiyyətini bilmək də vacibdir. İnsanları “xoşunuza 
gələn və gəlməyən”, vəziyyətlərini və məkanlarını “bəyəndikləriniz 
və bəyənmədikləriniz” deyə kateqoriyalara ayırın. Bu xüsusiyyətlərə 
görə əlaqələriniz barədə bir qərara gəlin. 
Özünüzü daha yaxşı və daha çox tanıyaraq həyatınızı nizama sala 
bilərsiniz; beləliklə özünüzə inam hissi də artacaq. Xoşunuza gəl-
məyən, sevmədiyiniz bir adamla qarşılaşanda və ya belə bir mühitdə 
olduğunuzu hiss edəndə, öz-özünüzə “ondan xoşum gəlmir” və ya 
“xoşuma gəlməyən bir yerə getməkdənsə, bəyəndiyim bir yerə gedə-
cəyəm” deyə biləcəksiniz. Əgər bunu deyə bilsəniz, demək ki əslində 
ortada heç bir problem yoxdur.
Həkim uzun danışdığı üçün bir az fasilə verdi. Ola bilərdi ki, Ba-
rış bəylə Zeynəb xanım da yorulsunlar. Onların hər hansı bir reaksiya 
vermədiyini görüb: 
– Barış bəy, siz başqalarına “bəli” və ya “xeyr” demək məsələsində 
adətən necə davranırsınız? –deyə soruşdu. 
– Həkim, düzünü desəm, başqalarına “xeyr” demək mənim üçün 
PANİKA TUTMASI ALDADIR

PANİKA POZUNTUSU
64
bir az çətin olur. Ümumiyyətlə “xeyr” deyə bilmirəm.
– Lazım gələndə özünüzə “bəli”, başqalarına “xeyr” deməyi öy-
rənmək özünüzə inamı artıracaq. “Xeyr” deməyiniz, özünüzə arxayın 
olduğunuzu göstərir. Panika pozuntusu olan bir çox adamlar başqala-
rının problemləri ilə daha çox maraqlanır, öz problemlərini arxa plana 
atır, özünə çox tənqidi yanaşır. Bəlkə siz də belə bir adamsınız.
Barış bəy, – “Bəli, eləyəm, ” – dedi. 
– Yaxşı, sizin problemləriniz, sizin ehtiyaclarınız necə olacaq? On-
lara kim qulaq asacaq? Bunun üçün siz öz səsinizə qulaq asmalı, “xeyr” 
demək təlimlərinə başlamalısınız. Bu təlimlərə radioda və ya televizi-
yada eşitdiyiniz hər hansı bir şeyə “xeyr” deyərək başlayıb bunun çər-
çivəsini genişləndirə bilərsiniz. İlkin mərhələdə asan olmayacaq, lakin 
zaman keçdikcə daha rahat bir şəkildə “xeyr” deməyi öyrənəcək və 
deyə biləcəksiniz. Özünü tanımaqla yanaşı özünü qəbul etmə prose-
si də başlayacaq. Panika tutmasına görə mənfi şeylər fikirləşmək sizə 
zərər verə bilər. Bu səbəbdən özünüz haqqında müsbət şeylər fikir-
ləşməyə və müsbət cümlələr qurmağa çalışın. İngham (2000) bunun 
üçün aşağıdakı cümlələri misal çəkmişdir: 
– Özümü sevirəm və qəbul edirəm, 
– Bacarıqlarıma inanıram, 
– Özümə arxayınam 
– Öz qərarlarıma güvənirəm.
Bu cür müsbət təlqinlər fikirlərinizin yenidən formalaşmasın-
da sizə kömək edəcək və özünüzə inamın artmasına imkan verəcək. 
Ümumiyyətlə, özünə inam hissi zəif olan insanlar özlərinə qarşı çox 
tələbkar olurlar. Siz panika tutması keçirəndə özünüzü günahlandırıb 
məzəmmət edərək axmaq və gülməli vəziyyətə düşdüyünüzü fikirləşə 
bilərsiniz. Ətrafınızdakı insanların reaksiyalarından ehtiyatlana bilər-
siniz. Halbuki həqiqətdə gic və ya zəif bir adam deyilsiniz. 
Bu mərhələdən sonra “xoşunuza gələn və gəlməyən”, “sevdiyiniz və 
sevmədiyiniz” adamları, məkanları və mühitləri müəyyən etməlisiniz. 
Öz haqqınızda müsbət fikirləşməklə yanaşı sizə müsbət enerji verən 
və dəstək olan insanlarla bir yerdə olun. Məkan və mühitləri də eyni 
qaydayla seçin. Hamımız insanıq, panika tutmasından əziyyət çək-

65
məsək belə, hamımızın ictimai dəstəyə, xoş sözlər eşitməyə ehtiyacı 
vardır. Özünə inam hissinin yüksək olması panika tutmaları ilə bağlı 
işdə və bunlara son verilməsində başlıca əhəmiyyət daşıyır.
Həkim bir az dayandı. Sanki dediklərinin tam aydın olduğunu öy-
rənmək istəyirdi, hər ikisinə də baxdı. Bir az yorula bilərdilər: 
– Yorulmadınızsa, bu həftə qısa olaraq gücünüz və nəzarət hissi 
barədə də danışmaq istəyirəm. Bir problem varmı?”
İkisi də “xeyr” mənasında başını yellədi.
Həkim danışmağa davam etdi:
– Ümumiyyətlə, insanlar nəzarət edə bilmədiklərini stressli 
məsələlər kimi qiymətləndirməyə meyillidirlər. Belə bir qiymətlən-
dirmə vahimə səviyyəsini yüksəldir və daha çox adrenalin ayrılma-
sına səbəb olur. Hadisələr üzərində gücümüzün və ya nəzarətimizin 
olmaması hissi bizə çox mənfi təsir edir. Panika tutmalarında da ox-
şar vəziyyət olur. Onun növbəti dəfə nə vaxt və harada baş verəcəyini 
müəyyən edə bilmirsiniz. 
Gözlənilməz bir anda və uğursuz bir yerdə baş verərsə necə ola-
caq? Tutmalar üzərində heç bir gücünüzün və nəzarətinizin olmadığı-
nı hiss edirsiniz. Artıq onun insafına qalıb. Vahiməniz artır. Barış bəy, 
siz oxşar vəziyyətlə rastlaşdınızmı?
– Bəli, o məqamda mənə elə gəlir ki, heç bir şeyə nəzarət edə bil-
mirəm və özümü tamamilə taqətsiz hiss edirəm. 
Həkim davam etdi: 
– Panika tutması keçirənlər adətən tutmaların tamamilə onlardan 
asılı olmadığını qəbul edir və belə cavab verirlər. Panika tutmaları olan 
insanlarda tez-tez rast gəlinən bir xüsusiyyət asılılığa meyillilikdir. 
Belə hesab edirlər ki, asılılıq anadan ayrılmaq qorxusuyla əlaqədardır. 
Daha əvvəl buna ayrılıq vahiməsi demişdik. Ümumiyyətlə asılı adam-
lar istəyirlər ki, onları başqaları idarə etsin. Nəzarət mövzusunda bizə 
öyrədilən ilk şeylərdən biri bədənimizin bizim nəzarətimiz altında ol-
masıdır. Halbuki xəstə olduğumuzda görürük ki, bədənimiz üzərində 
heç bir nəzarətimiz yoxdur. Bədənimizə necə nəzarət edə biləcəyimizi 
öyrənmək üçün ən yaxşı misal bioloji əks əlaqədir. Bioloji əks əlaqə ci-
hazı sadə bir elektrik cihazıdır. Elektrodları var. Bu elektrodlar ürəyin 
PANİKA TUTMASI ALDADIR

PANİKA POZUNTUSU
66
sürəti, bədənin hərarəti kimi əlamətləri müşahidə etmək üçün bədə-
nin müxtəlif əzalarına yerləşdirilir. Elektrodların topladığı məlumatlar 
işıq və ya səs siqnalları vasitəsilə ekrana verilir. Rahat və ya həyəcanlı 
vəziyyətdə işarələrin necə olduğunu görə bilərsiniz. Bu cihaz vasitə-
silə qan təzyiqinizi və ya ürəyin sürətini tənzimləməyi də öyrənmə-
yiniz mümkündür. Beləliklə avtomatik olaraq ortaya çıxan bəzi fiziki 
əlamətlər artıq sizin nəzarətiniz altında olacaq. 
– Bu cihazla da işləyəcəyik? – deyə Barış bəy dərhal soruşdu. 
– Barış bəy, bu işlə psixoloqumuz məşğul olur. Sizi oraya da gön-
dərəcəyəm. Əgər potensial gücümüzü bilsək, onda nə edəcəyimizi də 
müəyyənləşdirə bilərik. Panika tutması baş verəndə sizin ən böyük çə-
tinliyiniz onların nə üçün və necə yarandığını başa düşə bilməməkdir. 
Bu, sizin gücünüzün inkişafına də maneçilik törədir. 
Bir çox adamlar asanlıqla “Edə bilmərəm” deyər. Belə bir yanaşma 
həm neqativ, həm də məhdudlaşdırıcı bir yanaşmadır. Müvəffəqiyyətə 
nail olmaq üçün əvvəlcə işə “Edə bilərəm”, deyib başlamaq vacibdir. 
Unutmayın, Obama “Bəli, edə bilərik” şüarıyla fəaliyyətinə başlamış 
və müvəffəqiyyət qazanmışdı.
 Gücünüzün fərqində olmaq taleyinizə boyun əyməmək demək-
dir. Gücünüzü və potensialınızı bilmək sizi passiv xəstə mövqeyindən 
qurtaracaq. Unutmayın ki, bədəniniz, hissləriniz, fikirləriniz, panika 
tutmaları, hamısı sizindir. Başqasının deyil. Bunun belə olduğunu 
qəbul etsək, bu o deməkdir ki, panika tutmalarının sağalması yalnız 
sizdən asılıdır. Siz istəməzsəniz, əməkdaşlıq etməzsəniz, heç kim sizi 
sağalda bilməz. Bunu ancaq siz bacarar, özünüzü ancaq siz yaxşılaşdı-
ra bilərsiniz.
Barış bəy, bir az fikirli şəkildə: – “Yəni, özüm özümün həkimi ola-
cağam?” – dedi. 
– Bəlkə tam olaraq deyil, qismən, – dedi həkim. – Sizin rolunuz 
çox vacibdir, sizə kömək etmək, yol göstərmək üçün bir adam olma-
lıdır. Bu adam sizi istiqamətləndirəcək, necə davranmalı olduğunuzu 
deyəcək. Siz bu psixoterapiyaya davam etmək üçün panika tutmala-
rından xilas olmaq variantını seçməlisiniz. Kifayət qədər məlumatınız 
olanda və panika tutması baş verəndə bunu deyin: “Səni tanıyıram. 

67
Sən indi buradasan, çünki qanımda həddindən artıq adrenalin var”. 
Panika tutması haqqında nə qədər çox məlumatınız olarsa, onun sizə 
mənfi təsir etmək ehtimalı da o qədər azalacaq. Panika tutmasını bir 
növ “sizə hücum etməyə hazır bir düşmən kimi’ təsəvvür edin. O düş-
mən hücum üçün daim sizi təqib edərək zəif anınızı gözləyir. Hücum 
edəndə sizin güclü olduğunuzu görsə, geri çəkiləcək.
Panika tutmalarını yatırtmaq üçün etdiyiniz cəhdlər o demək deyil 
ki, siz ona nəzarət edirsiniz. Əvvəla onu hərtərəfli tanımaq və aşkar et-
mək lazımdır. Başda çətin olsa da, onun haqqında çoxlu məlumat əldə 
edib tanımaq və sonra onun varlığını qəbul etmək vacibdir. Əvvəldə 
siz ondan qorxdunuz, mane olmağa çalışdınız, qaçmağa cəhd etdiniz. 
Halbuki panika tutmasını tanıdıqca onu qəbul etməyi də öyrənməli 
olacaqsınız. Tanıdıqca qorxunuzun tədricən azaldığının şahidi ola-
caqsınız. Beləliklə panika tutmalarının adrenalinin yüksək miqdarı ilə 
əlaqədar olduğunu qəbul edər və müqavimət göstərməzsiniz. Siz ona 
təzyiq göstərmək cəhdinin artıq faydasız olduğunu, hətta vahimənizi 
daha da artırdığını, lakin sizə zərər verməyəcəyini bilirsiniz. Nə qədər 
xoşunuza gəlməsə də bu belədir! 
Bu həftə mənim danışmaq istədiklərim bunlar idi. Gələn həftə 
konkret olaraq panika tutmalarını müzakirə edib bunların üzərində 
işləyəcəyik. Əsas məlumatlar bunlardır. Bu həftə ilə bağlı hər hansı su-
alınız varmı?”
İkisi də başlarıyla “yox” dedilər. 
Elə isə psixoloqumuza məlumat verim, siz də çıxanda bioloji əks 
əlaqə üçün bir vaxt müəyyənləşdirin.
***
Gələn həftə həkimlə görüşdən əvvəl o saata biloloji əks–əlaqə 
üçün qəbula yazıldılar. Evə qayıdanda yolda: “Müsbət və mənfi xüsu-
siyyətlərin siyahısını tutaram”, – dedi. 
– Məncə də, bu yaxşı olar, – deyə Zeynəb xanım yoldaşına dönüb 
dedi. – Barış əzizim, bir az fikirli kimisən. Nəsə olub? 
– Bəlkə elə də mühüm deyil, amma ağlımdan çıxmır. Üç həftə 
oldu, amma panika tutmaları ilə bağlı işə təzə–təzə başlayacağıq. Sən-
cə gecikmirik?
PANİKA TUTMASI ALDADIR

PANİKA POZUNTUSU
68
– Başda mənə də elə gəldi ki, gecikirik. Ancaq bir az götür-goy et-
dim, gec deyil. Həkim bu prosesin vaxt aldığını demişdi. İndiyə qədər 
həm panika tutmaları, həm də səninlə bağlı məlumatlar əldə etdik. 
Məncə bu yaxşı oldu. Belə baxanda adi məlumatlardır, bunlarda nə 
var ki, deyə biləcəyimiz şeylərdir, amma nədənsə bu günə qədər onla-
ra elə də fikir verməmişik.
– Bəlkə də haqlısan, – dedi Barış bəy. Ancaq elə bil tam qane ol-
mamışdı. 
– Bir dərman verib yola sala bilərdi. Elə etmədi, bu, yaxşı oldu. 
Həm də adi qaydadan daha çox vaxt ayırır bizə. 
Zeynəb xanım Barış bəyin qoluna girdi, üzündə rahat bir ifadə var 
idi.

69
6
Panika tutmasını tezləşdirən amillər və panika pozuntu-
su ilə bağlı işin başlanması
Həkim keçən həftə danışdıqlarından qisaca bəhs edib bioloji əks–
əlaqə ilə bağlı qaldığı yerdən danışmağa başladı:
– Bioloji əks–əlaqə proseduru oldumu?
– Bəli, keçən həftə sizinlə görüşdən sonra bu gün üçün bir az bun-
dan əvvələ yazılmışdıq, –deyə cavab verdi. 
– Təəssüratlarınız necədir?
– İzah etdiyiniz kimi oldu. Həyəcan, ürəyin döyünmə sürəti kimi 
hallarla əlaqədar olaraq kompüter ekranında rəngli şəkillər, qrafiklər 
gördük; səslər eşitdik. Psixoloq xanım fiziki əlamətlərin necə və nə 
zaman yarandığını göstərdi. Bunları idarəetmə yollarını öyrənəcəyik.
– Yaxşı, bizim müalicəmizlə yanaşı onu da davam etdirmək fayda-
lı olar. Keçən həftə panika tutmalarının əlamətlərini müzakirə etdik. 
Bu həftə onlarla necə işləyə biləcəyimizi araşdıracağıq, daha doğrusu, 
işləməyə başlayacağıq. Panika tutmalarını idarə etmək və ya aradan 
qaldırmaq üçün çox müxtəlif üsullardan istifadə edilir. Bəzi xəstələr 
bu cür üsullardan və ya onların təsirindən xəbərsiz olurlar. Bəziləri də 
dərhal nəticə ala bilmədiklərini görəndə səylərinin mənasız olduğunu 
fikirləşib bu üsulların tətbiqini dayandıra bilərlər.
– Çətin olduğu üçün dayandıranlar da oldumu? – deyə Barış bəy 
soruşdu. 
– Çətin olduğunu demək elə də düzgün çıxmaz. Bu müalicənin 
fərqi odur ki, müalicə alan adam da aktiv olmalıdır. Klassik passiv 
xəstə olmaq yerinə xəstənin də fəal olduğu bir ünsiyyət forması yara-
dılmalıdır. Belə olduğu halda xəstənin də üzərinə məsuliyyət düşür. 
Cəmiyyətimizdə xəstələr, ümumiyyətlə, məsuliyyət altına girmək 
istəmirlər. Bir başqa amil də odur ki, nəticə almaq vaxt tələb edir. Bu 
müalicədə və özünə kömək metodunda ən vacib məqamlardan biri, 
panika tutmalarını aradan qaldırmaq üçün effektli imkanlar, bacarıq-
lar əldə etməkdir. Bir az səbir və iştirakla hər kəs bunları öyrənə bilər.
Zeynəb xanım: 
PANİKA TUTMASINI TEZLƏŞDİRƏN AMİLLƏR VƏ PANİKA 
POZUNTUSU İLƏ BAĞLI İŞİN BAŞLANMASI

PANİKA POZUNTUSU
70
Bu müalicə metodu panika pozuntusuna aid xüsusi bir metoddur, 
yoxsa ümumi bir yanaşmadır? – deyə soruşdu. 
Koqnitiv–davranış metodlarından demək olar ki, hər bir psixi 
pozuntu zamanı istifadə edilə bilər. Pozuntunun növünə, insandakı 
simptomlarına və şəxsi xarakterinə əsasən fərqli şəkildə tərtib edilmə-
lidir. Burada müzakirə edəcəyimiz metod panika pozuntusuna uyğun-
laşdırılmış olan formadır.
Silov və Manikavaşaqara (1997) görə, bu yanaşma aqorafobi geniş 
məkan qorxusunun olub-olmamasına baxmayaraq dörd qrupda fay-
dalı olur: 
1. Hələ də panika tutmaları keçirən və bu tutmalarla mübarizə 
aparmaq üçün spesifik bacarıqlar əldə etmək istəyən insanlar: Həmin 
insanlar panika tutmalarını araşdırıb daha çox məlumat əldə edirlər. 
Daim bir yaxşılaşmanın təmin olunmasını istəyirlər. 
2. Daha əvvəl panika pozuntusu keçirib gələcəkdə ola biləcək pa-
nika tutmalarının qarşısını almaq üçün lazımi metodları öyrənmək 
istəyən adamlar: Belə adamlar son vaxtlar ərzində hər hansı tutma baş 
verməsə də bir tutmanın ilkin əlamətlərinə qarşı daha diqqətli davra-
nırlar. Onlar qabaqlayıcı metodları öyrəndikləri zaman özlərini daha 
arxayın hiss edirlər. 
3. Vahimə ilə mübarizənin əsas prinsiplərini bilən, lakin bunu 
müəyyən bir çərçivədə, müəyyən bir proqram halında tətbiq edə bil-
məyən adamlar: Bu   insanların vəziyyətləri tam olaraq öyrənilmədiyi 
üçün həmin bacarıqların tətbiqi istədiyimiz nəticəni verə bilməz. 
4. Panik pozuntusunu tam mənasıyla anlamaq və öyrənmək istəyən 
xəstənin yaxınları və dostları: Xəstənin qohumları və dostları adətən 
xəstəyə dəstək olmaq, kömək etmək istəyirlər. Halbuki nə edəcəklə-
rini, necə dəstək olacaqlarını bilmədiklərini hiss edirlər. Buradakı ad-
dımları bilmək onların bu qüsurunu aradan qaldıracaq. 
Siz özünüzü hansı qrupa aid edirsiniz? 
Barış bəy: 
– Mən birinci qrupa aidəm, həyat yoldaşım da dördüncü qrupa, 
– dedi. 
– Düzdür, bu addımları öyrənmək başqalarına kömək baxımından 

71
da faydalı olacaqdır. Bu yanaşmanın detallarına keçməzdən əvvəl yax-
şı olar ki, bəzi xüsusiyyətlə diqqət yetirək. Artıq panika tutmalarının 
sizi aldatdığını və təhlükəli olmadığını bilirsiniz. Əgər siz buna əmin 
olsanız, panika tutması sizə daha az təsir edəcək. Müqavimət göstər-
məyə cəhd etdiyinizdə vəziyyətiniz daha da pisləşə bilər. Buna görə 
də müqavimət göstərmədən panikanı keçirməyin, panika ilə birlikdə 
necə yaşamağın yolunu tapmalısınız. 
Zeynəb xanım:
– Müzakirə edəcəyimiz xüsusiyyətlər xəstəylə, yoxsa xəstəliklə 
əlaqədar xüsusiyyətlərdir? – deyə soruşdu. 
– İkisiylə də bağlıdır, – deyə həkim cavab verdi. – Hər şeydən əvvəl 
panika tutması haqqında mümkün qədər çox məlumatınız olmalıdır. 
Düşünürəm ki, burada Barış bəy üçün elə bir problem yoxdur. Xü-

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin