Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə102/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   98   99   100   101   102   103   104   105   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] /

Cabir Novruz; ön sözün 

müəl. M.Cabiroğlu.- Bakı: 

Lider, 2004.-288 s.

Özünü qoru, xalqım 

[Mətn]: şeirlər və poema-

lar /Cabir Novruz.- Bаkı: 

Azərbaycan, 2002.-352 s.

Vətən əbədi qoruqdur 

[Mətn]: şeirlər və poe-

malar /C.Novruz.- Bakı: 

Yazıçı, 1992.- 208 s.

İ n t e r n e t d ə

www. az.wikipedia.org

www. cabirnovruz.gen.az

www.lit.az

12

Şair


76

Milli ədəbiyyat 

75 

illiyi

Anar Rzayev

 1938   

MART

Anar Rəsul oğlu Rzayev 1938-ci il  

mart ayının 14-də Bakıda anadan ol-

muşdur. 


Burada onillik musiqi məktəbini 

bitirdikdən sonra 1955-1960-cı illərdə 

ADU-nun  filologiya fakültəsində 

təhsil almışdır. 1960-1961-ci illər-

də Azərbaycan EA Nizami adına 

Ədəbiyyat Muzeyində elmi işçi, 

1961-1967-ci illərdə Azərbaycan SSR 

Dövlət Televiziya və Radio Verilişləri 

Komitəsində redaktor işləmişdir.

1987-1991-ci illərdə Azərbaycan 

Yazıçılar  İttifaqının birinci kati-

bi olmuş, 1991-ci ilin martından  

Azərbaycan Yazıçılar Birliyinin sədri 

seçilmişdir.

1960-cı ildə “Azərbaycan” jurnalı-

nın dekabr nömrəsində çap olunmuş 

“Keçən ilin son gecəsi” və “Bayram 

həsrətində” ilk mətbu hekayələridir. 

Anarın müxtəlif ölkələrdə nəşr olu-

nan kitablarının sayı 50-dən artıqdır. 

1983-cü ildən  Asiya və Afrika 

ölkələri ilə Respublika Həmrəylik 

Komitəsinin, 1993-cü ildən Azərbay-

can-Türkiyə Dostluq Cəmiyyətinin 

sədri seçilmişdir. Azərbaycan  ədəbiy-

yatı  və incəsənəti ensiklopediyası-

nın baş redaktorudur. 1993-cü ildə 

Türkiyədə  İstanbul  şəhəri Memar 

Sinan Universitetində Azərbaycan 

ədəbiy-yatı tarixindən mühazirələr 

oxumuşdur. Beynəlxalq Dialoq Avro-

Asiya təşkilatının sədri, Kinematoq-

rafçılar  İttifaqı  İdarə Heyətinin üzvü-

dür.


12  bədii filmin və 10-dan artıq sənədli 

televiziya  filminin ssenari müəllifidir. 

8 pyesi Azərbaycanın bütün teatrların-

da, habelə Türkiyədə, Moskvada, Bol-

qarıstanda, Özbəkistanda, Moldovada, 

Tatarıstanda, Türkmənistanda tamaşa-

ya qoyulmuşdur. Əsərləri 20-dən artıq 

dilə çevrilmışdır. 

1995-ci və 2000-ci illərdə Azər-

baycan Respublikası Milli Məclisinin 

deputatı seçilmişdir. 

1995-ci ildə Azərbaycan Respub-

likası Konstitusiya Komissiyasının 

üzvü olmuşdur. Anar bir sıra dövlət 

və beynəlxalq mükafatların sahibidir.  

Azərbaycanın  Əməkdar incəsənət xa-

dimi (1976), Respublika Dövlət Mü-

kafatı laureatı (1980), “Literaturnoye 

Obozreniye” jurnalının mükafatçısı 

(1987), “Şərəf nişanı” ordenli Xalq 

yazıçısıdır (1998). 1998-ci il martın 

14-də ulu öndər Heydər  Əliyev 60 

yaşı münasibətilə yazıçını ölkənin  ən 

yüksək dövlət mükafatı – İstiqlal or-

deni ilə  təltif etmişdir. Türkiyənin üç 

mükafatına layiq görülmüşdür (2000, 

2002, 2003). 

10 may 2011-ci ildə Azərbaycan 

Respublikasının Prezidenti İlham 

Əliyev Yazıçılar Birliyinin sədri Anara 

Azərbaycan  ədəbiyyatının inkişafın-

da xüsusi xidmətlərinə görə Heydər 

Əliyev Mükafatının verilməsi haqqın-

da Sərəncam imzalamışdır.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin