9
Milli ədəbiyyat
85
illiyi
Gülrux Əlibəyli
1928
Y
ANV
AR
Gülrux Sabir qızı Əlibəyli 1928-ci
il yanvar ayının 12-də Bakı şəhərində
anadan olmuşdur.
Burada orta məktəbi bitirdikdən
sonra 1947-1952-ci illərdə A.A.Jda-
nov adına Leninqrad Dövlət Univer-
sitetində Şərqşünaslıq fakültəsini
bitirmiş, Moskvada M.Qorki adı-
na Ədəbiyyat İnstitutunda aspiran-
tura təhsili almışdır. Dissertasiya
müdafiəsindən sonra Bakıya qayıt-
mış, Azərbaycan EA-nın Nizami adı-
na Dil və Ədəbiyyat İnstitutunda ça-
lışmışdır. Sonra ADU-nun filologiya
fakültəsində müəllim, 1952-1954-cü
illərdə Azərbaycan SSR EA (indiki
AMEA) Nizami adına Ədəbiyyat və
Dil İnstitutunun baş elmi işçisi (1959-
1971, fasilə ilə), Azərbaycan SSR
Mədəniyyət nazirinin müavini (1962-
1965) olmuşdur.
1974-cü ildən Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunda (indiki Azər-
baycan Dövlət İqtisad Universiteti)
əvvəlcə baş müəllim, sonra isə fəlsəfə
kafedrasının professoru olmuşdur.
Gülrux Əlibəylinin ədəbiyyatşü-
naslıq haqqında ilk məqaləsi 1958-ci
ildə Moskvada nəşr olunan “Ədəbiyyat
problemləri” jurnalında çap olunmuş-
dur.
Gülrux Əlibəyli Beynəlxalq Pen-
klubun üzvü və bir çox beynəlxalq
konfransların iştirakçısı olmuşdur.
Gülrux Əlibəyli fəlsəfə doktoru,
fəlsəfə professoru, publisist, 500-ə
qədər elmi-fəlsəfi, tənqidi məqalənin,
18 əsərin müəllifidir.
“Yenilik uğrunda”, “İnsanların
ürəklərinə yol”, “Qəhrəman problemi
və ədəbiyyatların rəngarəngliyi”, “Ax-
tarışlar, kəşflər”, “Bədiiliyin hüdudla-
rı”, “Düşüncələr”, “Fikrin enerjisi”,
“Həmişə yolda”, “Düşünən dünya-
mız”, “Çırpınan dünyamız”, “Dəyişən
dünyamız”, “Dağılan dünyamız” kimi
dəyərli kitabların müəllifidir.
Görkəmli publisist, yazıçı Gülrux
Əlibəyli 2006-cı ildə nəşr etdirdiyi
“Zaman və özüm haqqında” kitabında
altmış illik elmi, pedaqoji fəaliyyətinə
yekun vurmuşdur. Görkəmli
mədəniyyət və incəsənət xadimi,
Azərbaycan ictimai fikrində mühüm
yeri olan Gülrux Əlibəyli bu əsərində
oxucuları öz portreti ilə tanış etmişdir.
Dostları ilə paylaş: