11
Dünya ədəbiyyatı
130
illiyi
Aleksey Nikolayeviç Tolstoy
1883-1945
Y
ANV
AR
Aleksey Nikolayeviç Tolstoy 1883-
cü il yanvar ayının 10-da Nikolayevsk
şəhərində (indiki Saratov vilayəti, Pu-
qaçov şəh.) qraf ailəsində anadan ol-
muşdur. Samara real məktəbini bitir-
dikdən sonra, 1901-ci ildə Peterburq
Texnoloji İnstitutuna daxil olmuş, lakin
ədəbiyyata olan güclü həvəsinin təsiri
ilə 1907-ci ildə təhsilini yarımçıq qoy-
muşdur. Elə həmin il onun “Lirika”
adlı ilk şeirlər kitabı çap olunmuşdur.
İlk şeirlər kitabından bir il sonra “Niva”
jurnalında Aleksey Tolstoyun “Köhnə
qala” adlı ilk hekayəsi, 1910-cu ildə
“Sağsağan nağılları” hekayələr kitabı
çap olunmuşdur. Böyük Oktyabr Sosia-
list İnqilabını əvvəlcə düşməncəsinə qar-
şılamış, 1919-cu ildə Fransaya, sonra isə
Almaniyaya mühacirət etmişdir. 1923-
cü ildə SSRİ-yə qayıtmışdır. “Nikita-
nın uşaqlığı” avtobioqrafik povestində
vətənə məhəbbət öz əksini tapmışdır.
Böyük Oktyabr Sosialist İnqilabı və
Rusiyada vətəndaş müharibəsi hadisə-
lərini əhatə edən “Əzablı yollarla”, “On
səkkizinci il”, “Tutqun səhər” trilogiya-
sında rus ziyalılarının inqilaba doğru
keçdiyi yol dolğun, epik realist əksini
tapmışdır. “Birinci Pyotr” romanının,
“İvan Qroznı” pyesinin müəllifidir. An-
tifaşist publisistik məqalələri, uşaqlar
üçün əsərləri var. Əsərləri ekranlaşdırıl-
mışdır.
Xidmətlərinə görə Lenin ordeni, 2
başqa orden və medallarla təltif edilmiş-
dir. Aleksey Nikolayeviç Tolstoy 1945-
ci il fevral ayının 23-də Moskvada vəfat
etmişdir.
Dostları ilə paylaş: