16
Milli Qəhrəmanlar
Mübariz Əhmədov
1963-1992
Y
ANV
AR
Mübariz Əlizadə oğlu Əhmədov
1963-cü il yanvar ayının 1-də Sabi-
rabad rayonunda dünyaya göz açmış-
dır. 1969-cu ildə burada orta məktəbə
getmişdir. 1980-ci ildə Azərbaycan
Pedaqoji Dillər İnstitutuna daxil ol-
muş, üçüncü kursda oxuyarkən hərbi
xidmətə çağırılmışdır. 1985-ci ildə
ordudan tərxis olunmuşdur. 1988-ci
illərdə Meydan hərəkatının iştirak-
çısı olmuşdur. Erməni basqınçıla-
rı Azərbaycan torpaqlarına hücum
etməyə başlayanda Mübariz yenicə
yaranan özünümüdafiə batalyonuna
ilk yazılan könüllülərdən olmuşdur.
Mübariz Ağdamda rota komandiri
kimi döyüşlərə girmişdir. Daha sonra
isə Dovşanlı, Qazançı, Əsgəran, Pir-
camal, Aranzəmin, Xanabad, Şuşa və
digər kənd və şəhərlərimiz uğrunda
gedən döyüşlərdə göstərdiyi igidliyə
görə adı dillər əzbəri olmuşdur. 1991-ci
ildə Müdafiə Nazirliyi ona Türkiyədə
hərbi təhsil almağı tövsiyə etmiş, la-
kin vətəninə, dövlətçiliyimizə, xalqına
bağlı olan Mübariz döyüşməyi üstün
tutmuşdur. Onun son döyüşü 1992-ci
il sentyabrın 24-ü oldu. Abdal-Gülablı
kəndini erməni faşist dəstələrindən
təmizləyən zaman qəfil partlayan
mərmi Mübarizin həyatına son qoydu.
Azərbaycan Respublikası Prezi-
dentinin 16 sentyabr 1994-cü il tarixli
203 saylı Fərmanı ilə Əhmədov Mü-
bariz Əlizadə oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Sabirabad rayonunun Qaratəpə kən-
dindəki Şəhidlər Xiyabanında dəfn
edilmiş, Sabirabad rayonunda büstü
qoyulmuşdur.
Dostları ilə paylaş: