14
Teatr.Kino
Ülvi Rəcəb
1903-1938
Y
ANV
AR
Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə
1903-cü il yanvar ayının 9-da Ba-
tum (Batumi) yaxınlığındakı Canivri
kəndində anadan olmuşdur.
Milliyyətcə acar olan Ülvi Rəcəb ro-
mantik və realist aktyor məktəblərinin
poetika səciyyələrini inamla zənginləş-
dirən sənətkarlardan biridir. Otuz beş
illik ömründə və Milli Dram teatrında
on üç illik fəaliyyəti dövründə zəngin
yaradıcılıq irsi qoyub getmişdir.
1918-ci ildə, müharibə qurtaran-
da Batuma qayıtmışdır. Həmin il
Hüseyn Ərəblinski geniş repertu-
arla Batumda qastrolda olmuşdur.
Ülvi “Otello” tamaşasına baxmış və
Ərəblinskinin Otellosu onu məftun
etmişdir. O, Azərbaycandan gəlmiş
aktyorlarla yaxından tanış olmuş, on-
ların göstərdikləri bir neçə tamaşada
epizodik rollar oynamışdır. Gənc te-
atr həvəskarı hətta “Arşın mal alan”
operettasında, xəstələnən aktyorun
əvəzinə, Soltan bəy rolunda səhnəyə
çıxmışdır. O vaxtdan Ülvi Rəcəb Ba-
tumdakı teatrın kollektivinə daxil ol-
muş, 1922-ci ildə həmin teatrla Tiflisə
qastrola gəlmişdir.
1924-cü ilin yayında Tiflis Azər-
baycan Teatrının baş rejissoru Alek-
sandr Tuqanov hökumətin dəvətilə
Bakıya, Milli Dram Teatrına çağırıl-
mışdır. Ülvi Rəcəbin istedad və yaradı-
cılıq imkanlarına böyük ümid bəsləyən
Tuqanov onu da Bakıya dəvət etmiş,
Ülvi 1925-ci ildən Azərbaycan Milli
Dram Teatrında işləməyə başlamışdır.
Azərbaycan aktyorları arasında “psi-
xoloji teatr” sənətinin bünövrəsini qo-
yan ilkinlərdən biri və onun formalaş-
masında misilsiz xidmətlər göstərən,
yüksək nailiyyətlər qazanan Ülvi
Rəcəb olmuşdur.
Ülvi Rəcəb Azərbaycan Milli Dram
Teatrının aktyoru kimi dəvətlə Tiflisdə
Şeyx Sənan, Yaşar, Yarovay rollarını
oynamışdır.
1931-ci ildə Bakı Türk İşçi Teat-
rının hazırladığı “Sevil” tamaşasın-
da Ülvi Rəcəb Balaş rolunu yüksək
sənətkarlıqla oynamışdır.
Teatr sahəsindəki xidmətlərinə
görə 25 aprel 1933-cü ildə Ülvi Rəcəbə
Azərbaycan Respublikasının Əməkdar
artisti fəxri adı verilmişdir.
“Həyat” (rejissor Ədil İsgəndərov)
tamaşasında oynadığı Süleyman rolu
Ülvi Rəcəbin Akademik teatrda son
işi və son qələbəsi olmuşdu. Aktyor
ictimai-sosial tutumlu, mürəkkəb psi-
xoloji əsaslı, ikili xarakterli obraz ya-
ratmışdı. Bu tamaşanın premyerasın-
dan xeyli müddət sonra Ülvi Rəcəb
1937-ci ildə “vətən xaini” damğası ilə
tutulmuş, 1938-ci ilin yanvarında Ba-
kıda güllələnmişdir.
Dostları ilə paylaş: