19
Milli Qəhrəmanlar
Nizami Məmmədov
1958-1992
Y
ANV
AR
Nizami Murad oğlu Məmmədov
1958-ci il yanvar ayının 12-də
Xankəndi şəhərində dünyaya göz
açmışdır. N.Gəncəvi adına 4 saylı
məktəbi bitirdikdən sonra 1975-1977-
ci illərdə İrkutsk vilayətində hərbi
xidmətdə olmuşdur.
Xidmətini başa vurduqdan sonra
Xankəndi şəhərinə qayıdaraq Yaşıl-
laşdırma idarəsində əmək fəaliyyətinə
başlamışdır. Milis olmaq arzusu ilə
Bakı Xüsusi Milis Məktəbinə da-
xil olmuş və oranı bitirdikdən son-
ra Xankəndi şəhər polis şöbəsində
növbətçi köməkçisi işləməyə
başlamışdır. Xankəndində milli
münasibətlərin gərginləşdiyi vaxtda
Şuşaya köçmüş və burada polis zabiti
kimi işini davam etdirmişdir.
Nizami Məmmədov özünümüdafiə
batalyonlarına silah-sursat çatdırılma-
sında iştirak etmiş, döyüşlərə atılmışdı.
Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi
kimi mühüm əməliyyatlarda işti-
rak etmiş, erməni basqınçılarına öz
gücünü göstərmişdi. 1992-ci il 29
mart tarixində snayper gülləsi onun
həyatına son qoymuş, Vətənin cəsur
övladı əbədiyyətə qovuşmuşdu.
Evli idi, üç oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarix-
li 264 saylı Fərmanı ilə Məmmədov
Nizami Murad oğlu ölümündən son-
ra “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür.
Nizami Məmmədov Bərdə rayo-
nunun Dəymədağlı kəndində dəfn
edilmişdir.
Dostları ilə paylaş: