Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə38/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   34   35   36   37   38   39   40   41   ...   538
Ə d ə b i y y a t

Cəlil Məmmədquluzadənin 

xatirə fondu [Mətn]: 

kataloq  /tərt. X.Bəşirova, 

S.Hüseynova, Ş.İsmayılova; 

red. İ.İsrafilov; N.Gəncəvi 

ad. Azərbaycan Ədəbiyyatı 

Muzeyi.- Bakı: [Vətən], 

1996.- 80 s.

Həmidə xanım Cavanşir-

Məmmədquluzadə [Mətn]  

//M.Vəzir. Dəyişikliklərə 

cəsarəti çatan örnək 

xanımlar /layih. müəl. və 

rəhb. Ş.İsmayılova; red. 

B.Əhmədov, S.İsmayılova; 

tərc. F.Axundov.- Bakı: İlay, 

2008.- S.47.

Məmmədquluzadələr Cəlil və 

Həmidə. Məktublar [Mətn] 

/tərt. ed., izah. və müqəd. 

müəl. Ə.Mirəhmədov; red. 

İ.Həbibbəyli.- Bakı: Gənclik, 

1994.- 120 s.

İ n t e r n e t d ə

www..anl.az

www.adam.az  

www. az.wikipedia.org

19

140 

illiyi

Maarifçi


25

Mədəniyyət.Elm.Maarif

Hacı Zeynalabdin Tağıyev 

1823-1924   

Y

ANV

AR

 Xeyriyyəçi, maarifpərvər və icti-

mai xadim Tağıyev Hacı Zeynalabdin  

Tağı oğlu 1823-cü il (bəzi mənbələrdə 

1838) yanvar ayının 25-də  Bakıda 

başmaqçı ailəsində anadan olmuşdur. 

Kiçik yaşlarından fəhləlik etmiş, 15 

yaşından bənnalığa başlamışdır. 1873-

cü ildə neftçıxarma işinə sərmayə qoy-

muş, sahibkarlıq fəaliyyətinə başlamış-

dır. 1878-ci ildə Tağıyevin mədənində 

baş verən neft fontanı onu Bakının 

zəngin sahibkarlarından birinə çevir-

mişdir. 


 

70-ci illərin sonunda o, artıq 3 

neft zavodunun sahibi idi. 

Tağıyev həm neftxuda, həm dəyir-

man sahibi, həm fabrikant, həm böyük 

balıq sənayeçisi (bütün Kürətrafı  və 

Xəzərqırağı vətəgələr onun ixtiyarında 

idi), həm də ticarət və yük gəmilərinin 

sahibi olmuşdur.

O, müsəlmanların  mənafeyi ilə 

bağlı ictimai-siyasi məsələlərdə daim 

fəallıq göstərmiş, onun vəsaiti hesabına 

Ə.Axundzadənin, S.M.Qənizadənin, 

N.Nərimanovun və b. kitabları çap 

olunmuşdur. 

1879-cu ildə Bakıya su kəməri çək-

dirmiş, 1901-ci ildə 325 min manatlıq 

vəsait sərf edərək, Bakıda ilk qızlar 

məktəbi tikdirmişdir. Bu, bütün Zaqaf-

qaziyada yeganə qız məktəbi idi. 

Onun himayə etdiyi, təqaüd verdiyi 

şəxslər sonradan öz ölkələrinin, xalq-

larının görkəmli nümayəndələri ol-

muşlar. N.Nərimanov, M.Əzizbəyov, 

Ə.Topçubaşov, N.Yusifbəyli, L.Beh-

budov, Q.Qarabəyli, B.Cavanşir, 

M.D.Hüseynov, M.H.Vəzirov, Ş.Məm-

mədova və b. H.Z.Tağıyevin köməyi 

sayəsində təhsil almışlar.  

O, yeni tipli təhsil ocaqlarını ərəb, 

fars və türk dillərində kitablarla və 

məktəb avadanlığı ilə təmin etmiş, on-

lara nağd pulla yardım göstərmişdir. 

H.Z.Tağıyevin bir sıra qəzet və jur-

nalların nəşrində (“Kaspi”, “Həyat”, 

“Tazə һəyat”, “Füyuzat” və s.), mədə-

ni-maarif cəmiyyətlərinin təsis edilib 

fəaliyyət göstərməsində böyük əməyi 

olmuşdur. Onun 1880-ci ildə Bakıda 

tikdirdiyi ilk teatr binası xalq arasında 

“Tağıyev teatrı” adlanırdı.  

Sovet hakimiyyəti qurulduqdan 

sonra Tağıyevin bütün müəssisələri 

milliləşdirildi. Ona Mərdəkandakı ba-

ğında yaşamağa icazə verildi. N.Nə-

rimanov Azərbaycan sovet höku-

mətinə  rəhbərlik etdiyi dövrdə ona 

xeyirxah münasibət bəsləmiş, onu 

bolşevik hakimiyyətinin təhqiramiz 

tədbirlərindən qorumuşdur. 

H.Z.Tağıyev 1924-cü il sentyabr 

ayının 13-də Mərdəkanda vəfat etmiş, 

Axund  Əbuturab məqbərəsində  dəfn 

edilmişdir. 

Adına qəsəbə, küçə, məktəb var.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin