27
Riyaziyyat.Fizika.Astronomiya
105
illiyi
Lev Davidoviç Landau
1908-1968
Y
ANV
AR
Lev Davidoviç Landau 1908-ci il
yanvar ayının 22-də Bakıda yəhudi
ailəsində anadan olmuşdur.
Landau 13 yaşında gimnaziyanı bi-
tirmiş, universitetə yaşı çatmadığından,
Baki İqtisadiyyat Texnikumuna qəbul
olunmuşdur. 1922-ci ildə cəmi 14 ya-
şında ikən Bakı Dövlət Universitetinə
daxil olmuşdur. Burada o, eyni zaman-
da iki fakültədə - fizika-riyaziyyat və
kimya ixtisasları üzrə təhsil almışdır.
1924-cü ildə Leninqrad Universitetinin
fizika fakültəsinə göndərilmiş və buranı
1927-ci ildə bitirmişdir. Daha sonra Le-
ninqrad Fizika-Texniki İnstitutunda as-
pirant təhsilini davam etdirmiş və cəmi
21 yaşında doktor dərəcəsini almışdır.
1929-cu ildə Landau ilk dəfə Avropaya
getmək imkanı əldə etmişdir. Götingen
və Leypsiqdə qısamüddətli dayandıq-
dan sonra Kopenhagenə yollanmış və
burada Nils Borun Nəzəri Fizika İns-
titunda çalışmışdır. Kopenhagendən
sonra o Kembridc və Zürixə yollanmış
və yenidən Sovetlər Birliyinə qayıtmış-
dır. 1932-1937-ci illər ərzində Landau
Xarkov Mexanika və Maşınqayırma
İnstitutunun Nəzəri fizika kafedrasına
rəhbərlik etmişdir. 1936-1937-ci illərdə
Lev Landau “Fazaların ikinci növ
dəyişmələri” və “Yüksəkkeçiricilərin
aralıq vəziyyəti” nəzəriyyələrini yarat-
mış, bu problemlərə həsr olunmuş elmi
məqalələrlə çıxış etmişdir. Elə Xar-
kovda işlədiyi dövrdə dostu və keçmiş
tələbəsi Y.M.Lifçitzlə birgə on cildlik
məşhur “Nəzəri Fizika Kursu” kitabını
yazmışdır.
1937-ci ildə bütün ölkəni bürü-
müş repressiyalar dahi alimdən də
yan ötməmişdir. Əvvəlcə Xarkovdan
Moskvaya gələn alim 1938-ci ilin 17
aprel tarixində təhlükəzlik xidməti
tərəfindən saxlanılmış və 1939-cu il
aprel ayının 19-na qədər həbsdə sax-
lanılmışdır. Landaunun həbsini eşidən
Nils Bor dəhşətə gəlmiş və o, Landa-
unun fizika üçün, dünya elmi üçün nə
dərəcədə əhəmiyyətli olduğu barədə
İosif Stalinə məktub göndərərək onun
azad edilməsini xahiş etmişdir. Onun və
həmkarı Pyort Ksapitsanın Stalinə yaz-
dığı məktublar müqabilində Lev Lan-
dau 1939-cu ilin 29 aprelində azadlığa
buraxılmışdır.
1946-cı il o, SSRİ EA-nın akademiki
seçilmişdir. 1956-cı ildə Sosialist Əməyi
Qəhrəmanı adına layiq görülmüşdür.
1962-ci ilin yanvar ayının 7-də ciddi
avtomobil qəzasına uğramışdır. Həmin
ilin noyabrında Landau ona Nobel mü-
kafatı verilməsi barədə teleqram al-
mışdır. Nobel Komitəsinin tarixində
ilk dəfə olaraq xüsusi hal kimi məşhur
fizik Lev Landaunun Stokholma gedə
bilməməsi nəzərə alınmış və İsveçin
Moskvada olan səfiri Nobel mükafatı-
nı xəstəxanada ona təqdim etmişdir. O,
bir daha tamamilə sağala bilməmiş və
əvvəlki fəaliyyətini dayandırmışdır.
Dahi fizik 1968-ci il aprel ayının
1-də Moskva şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: