29
Texnika
60
illiyi
Əli Abbasov
1953
Y
ANV
AR
Əli Məmməd oğlu Abbasov 1953-
cü il yanvar ayının 1-də Naxçıvan
MR-in Şahbuz rayonunda anadan
olmuşdur. 1969-cu ildə Azərbaycan
Neft və Kimya İnstitutunun “İstehsal
proseslərinin avtomatlaşdırılması”
fakültəsinə (avtomatika və telemexa-
nika ixtisası üzrə) daxil olmuşdur.
1972-ci ildə təhsilini davam etdir-
mək üçün Moskva Energetika İnsti-
tutuna (MEİ) köçürülmüş və 1976-cı
ildə MEİ-ni avtomatika və hesablama
fakültəsini bitirmişdir. 1977-1980-ci
illərdə Ukrayna EA-nın aspirantura-
sında təhsil almışdır.
1981-ci ildən texnika elmləri nami-
zədidir.
1992-ci ildə Azərbaycan EA-nın
İnformasiya-Telekommunikasiya Elmi
Mərkəzinə (indiki İnformasiya Texno-
logiyaları İnstitutu) direktor vəzifəsinə
təyin olunmuşdur. Bu müddət
ərzində “Respublika avtomatlaşdırıl-
mış idarəetmə sistemləri” (“RAİS-
Azərbaycan”) layihəsinin rəhbəri,
EARN və İNTERNET şəbəkələrinin
respublika üzrə koordinatoru, NATO-
nun Elm Komitəsində informasiya
texnologiyaları sahəsində Azərbaycan
üzrə əlaqələndirici və milli əhəmiyyətli
bir neçə xüsusi təyinatlı kompyuter və
informasiya sistemlərinin icraçısı və
rəhbəri olmuşdur. 1994-cü ildə texnika
elmləri doktoru elmi dərəcəsini, 1996-
cı ildə informatika sahəsində professor
elmi adını almışdır.
2000-2004-cü illərdə Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru
vəzifəsində işləmişdir. 2004-cü ildən
Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları naziridir.
Azərbaycan Elm və Təhsil üzrə
Kompyuter Şəbəkələri Assosiasi-
yasının (AZRENA) prezidenti kimi
fəaliyyət göstərmiş, “Elm və təhsil İN-
TERNET şəbəkəsinin inkişafı”, “Res-
publikada məsafədən (distant) təhsil
sisteminin yaradılması”, “Virtual İpək
Yolu” və digər layihələrə rəhbərlik et-
mişdir.
1996-cı ildə Kembric Bioqrafiya
Mərkəzi Ə.Abbasovu texnika və tex-
nologiya üzrə “İlin beynəlxalq adamı”
elan etmişdir.
1994-cü ildən UNESCO-nun in-
formasiya və telekommunikasiya üz-
rə eksperti, 1997-ci ildən Nyu-York
Elmlər Akademiyasının, 1998-ci ildən
Beynəlxalq İnformasiyalaşdırma Aka-
demiyasının, 2000-ci ildən Beynəlxalq
Elmlər Akademiyasının, 2001-ci ildən
isə Azərbaycan Milli Elmlər Akademi-
yasının həqiqi üzvüdür. 2000-ci ildən
Azərbaycan Milli Məclisinin, 2001-ci
ildən isə Avropa Şurasının Parlament
Assambleyasının üzvü olmuşdur.
150-dən çox elmi-texniki əsərin, o
cümlədən 6 monoqrafiyanın, 2 dərsliyin
müəllifidir. Onlarla beynəlxalq konf-
rans və forumların iştirakçısıdır.
Dostları ilə paylaş: