Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə50/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   46   47   48   49   50   51   52   53   ...   538
35

Tarixdə bu gün

105 

illiyi



Leyli və Məcnun

 

operası 

1908

Y

ANV

AR

1908-ci ildə tamaşaya qoyulmuş 

“Leyli və  Məcnun”la Azərbaycan mu-

siqi mədəniyyəti tarixində yeni bir 

dövr açılmış, eyni zamanda müsəlman 

Şərqində opera janrının  əsası qoyul-

muşdur.  Opera M.Füzulinin eyniadlı 

poemasının motivləri  əsasında yazıl-

mışdır. Librettonun müəllifi Üzeyir 

bəy Hacıbəyovdur. “Leyli və Məcnun” 

muğam ilə Avropa operasının üzvi 

vəһdətindən yaranmış yeni opera janrı-

nın - muğam operasının ilk nümunəsidir. 

Muğamlar operanın əsas musiqi mate-

rialı olaraq ənənəvi opera formalarını 

- ariya, ariozo, reçitativ, vokal ansamb-

lları (duet, trio və s.) əvəz etmişdir.

“Leyli və Məcnun” operasının prem-

yerasından düz 105 il keçir. Ötən əsrin 

əvvəllərində 22 yaşlı Üzeyir bəy elə bir 

əsər yaratmışdı ki, onun şəfəqləri bu 

gün də bərq vurmaqdadır. 

Birinci milli operamızın ilk tamaşa-

sı 1908-ci il yanvar ayının 12-də (yeni 

təqvimlə 25-də) Hacı Zeynalabdin Ta-

ğıyevin teatrında keçirilmişdir. “Leyli 

və Məcnun” - Qafqaz bölgəsində, eləсə 

də Orta Asiya və İranda dəfələrlə numa-

yiş etdirilmiş, bu xalqların professional 

musiqi mədəniyyətinin təşəkkülündə 

əһəmiyyətli rol oynamış və indi də oyna-

maqdadır. “Leyli və Məcnun”un ilk ta-

maşasının rejissoru Hüseyn Ərəblinski, 

dirijoru Ə.Haqverdiyev olmuşdur. Rol-

larda: H.Sarabski (Məcnun), Ə.Fərəcov 

(Leyli), C.Dağıstani (İbn Səlam),               

M.Kazımovski (Məсnunun ana-

sı), Mirzə Muxtar (Məсnunun atası), 

İ.Qasımov (Leylinin atası),  С.Vəzirov 

(Leylinin anası) çıxış etmişlər. 

Bütün Şərqdə ilk opera olan “Leyli 

və Məcnun”un premyerası anşlaqla keç-

mişdir. Böyük müvəffəqiyyətlə nüma-

yiş etdirilən operanı izləmək üçün təkcə 

Azərbaycandan deyil, eləcə  də başqa 

şəhərlərdən tamaşaçılar gəlmişdi. 

“Leyli və  Məcnun”un librettosu ilk 

dəfə 1912-ci ildə Bakıda, Orucov qar-

daşlarının mətbəəsində, klaviri 1959-

cu ildə, partiturası 1983-cü ildə çap 

edilmişdir (baş redaktoru Q.Qarayev, 

redaktoru N.Əliverdibəyov, ön söz və 

şərһlərin muəllifi Z.Səfərova). 1996-cı 

ildə “Azərbaycantelefilm” yaradıcılıq 

birliyində “Leyli və  Məcnun”  film-

operası  çəkilmişdir (rejissorlar Nazim 

Abbas və Ş.Nəcəfzadə).

“Leyli və 

Məcnun” operası 

Türkiyədə, 

İranda, Özbəkistanda, 

Türkmənistanda, Gürcüstanda və s. 

ölkələrdə müvəffəqiyyətlə tamaşaya 

qoyulmuşdur. 

Üzeyir bəy Hacıbəylinin “Leyli və 

Məcnun” operasının  şöhrəti Avropanı 

da fəth etmiş,  əsər Fransa səhnəsində 

də tamaşaya qoyulmuşdur.

Ötən  illər ərzində “Leyli və Məcnun” 

repertuardan düşməmiş, həmişə maraqla 

tamaşa edilmişdir və bu gün qoca Şərqin 

opera tarixinin məhz Azərbaycandan 

başlandığını qürur hissi ilə xatırlayırıq.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin