34
Tarixdə bu gün
Azərbaycanlıların Ermənistandan
1988-ci il deportasiyası
Y
ANV
AR
1988-ci ilin yanvar ayından etibarən “türk-
süz Ermənistan” siyasəti planlı şəkildə həyata
keçirilməyə başlanmışdır. Ermənistan hökuməti,
“Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin
kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin
himayəsi ilə azərbaycanlıların qovulması
prosesində minlərlə qanlı aksiyalar törətmişlər.
Etnik təmizləmə nəticəsində Ermənistanın 185
yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq
azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla
qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən
qətlə yetirilmişdir.
Bunlardan 49 nəfəri ermənilərin əlindən qa-
çarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla
döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə
qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-
sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə
dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada
həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda
boğularaq, asılaraq, elektrik cərayanına verilərək,
başları kəsilərək qətlə yetirilmişdir.
Azərbaycanlı qaçqınların ilk dəstəsi respubli-
kamıza pənah gətirmişdir.
1988-1989-cu illərdə ümumilikdə 230 minə
yaxın azərbaycanlı Ermənistan ərazisindəki tarixi
ata-baba yurdlarından zorla qovulmuşdur.
Dostları ilə paylaş: