31
Tarixdə bu gün
50
illiyi
Abşeron rayonu
1963
Y
ANV
AR
Abşeron rayonu 1963-cü ilin yan-
varında yaradılmışdır. Abşeron yarı-
madası ilə adı eyni olsa da rayon ya-
rımadanın yalnız qərb hissəsini əhatə
edir. Yarımadanın şimalında Novxanı
kəndinin kiçik dənizkənarı hissəsi
Abşeron rayonuna məxsusdur. Ab-
şeron rayonu Şərqdə əhalinin yüksək
dərəcədə sıxlığı ilə (xüsusilə rayo-
nun inzibatı mərkəzi olan Xırdalan
şəhərində) qərbdə isə barsız təpələri
ilə səciyyələnir. Ötən illər ərzində ra-
yon Bakı və Sumqayıt şəhərlərinin
inzibati ərazilərindəki kolxoz və
sovxozlara, quşçuluq sənayesinə,
aqrar sahəyə xidmət edən idarə və
müəssisələrə, kənd tikinti və meliorasi-
ya təşkilatlarına, aqrar istiqamətli elmi-
tədqiqat institut və laboratoriyalarına
yüksək ixtisaslı rəhbərliyi təmin etmək
məqsədilə yaranmışdı. O, həmçinin hər
iki sənaye mərkəzinin kənd təsərrüfatı
məhsullarına ehtiyacının daha dolğun
ödənilməsinə xidmət etmək vəzifəsini
həyata keçirmişdir. Abşeron rayonu-
nun əsas xüsusiyyətlərindən biri bura-
da yerləşən Ceyranbatan su anbarıdır.
Xırdalan şəhərinin şimalında yerləşən
bu su anbarı Bakı şəhərini su ilə təmin
edir. Su Dağıstan ilə sərhəddə axan Sa-
mur çayından Samur-Abşeron kanalı
vasitəsilə gətirilir. Hal-hazırda bu, Ba-
kını təmin edən yeganə su mənbəyidir.
2010-cu ildən Qəbələdən gələn yeni su
boru kəməri istifadəyə veriləcək.
Rayon ərazisində 1 şəhər (Xırdalan)
8 qəsəbə (Ceyranbatan, Saray, Mehdi-
abad, Digah, Qobu, Güzdək, Hökməli,
Aşağı Güzdək, Güzdək) 6 kənd (Ma-
sazır, Fatmayı, Məmmədli, Goradil,
Pirəkəşkül və Novxanı) vardır.
Xırdalan qəsəbəsi 1930-1940
illərdə Binəqədi, XX əsrin 50-ci illərin
birinci yarısında Maştağa, 1950-1960-
cı illərdə yenidən Binəqədi rayonunun
tabeliyinə verilmiş, Azərbaycan SSR
Ali Soveti rəyasət Heyətinin 4 yanvar
1963-cü il tarixli Fərmanı əsasında ya-
radılmış Abşeron rayonunun mərkəzi
kimi fəaliyyət göstərmişdir.
1936-cı ildə şəhər tipli qəsəbə ol-
muş Xırdalan, Azərbaycan Respubli-
kasının Prezidenti İlham Əliyevin 29
noyabr 2006-cı il tarixli Sərəncamına
əsasən şəhər statusu almışdır.
Dostları ilə paylaş: