30
Tarixdə bu gün
Yеni il
Y
ANV
AR
Dünya xalqlarının böyük ək-
səriyyəti yeni ilin başlanğıcını dekab-
rın 31-dən yanvarın 1-nə keçən gecə
qeyd edirlər. Yeni il Yer kürəsinin bü-
tün guşələrində dini etiqadlarından asılı
olmayaraq müxtəlif xalqlar tərəfindən
geniş qeyd olunan ən məşhur bayram-
lardandır. Bu günü bayram etməklə
insanlar belə hesab edirlər ki, bütün
uğursuzluq və kədərli anlar köhnə ildə
qalır, yeni il yeni arzular və ümidlər
gətirir.
Təzə ilin yanvarın 1-dən hesab
olunması xristianlığın tarixi ilə bağ-
lıdır. Rəvayətə görə, xristian dininin
yaradıcısı İsa peyğəmbər dekabrın
24-də anadan olmuşdur. Ona görə də
xristianlar bu günü İsa peyğəmbərin
doğulması şərəfinə Milad bayramı
kimi qeyd edirlər. Milad bayramının
ilkin mənbəyi hər il qış günəş duruşu
zamanı (21-25 dekabr) “xilaskar alla-
hın doğulması” ilə əlaqədar keçirilən
qədim bütpərəst mərasimi olmuşdur.
Milad bayramını ilk dəfə Roma xris-
tian icmaları keçirmişdir. Bu bayram
431-ci ildə qanuniləşdirilmişdir. Bizim
istifadə etdiyimiz təqvim də məhz mi-
ladi təqvim adlanır. Bu təqvimə əsasən
yeni il yanvarın 1-dən başlanır.
Yeni ilin rəmzlərindən biri də Şax-
ta babadır. Şaxta babanı müxtəlif
ölkələrdə müxtəlif cür adlandırırlar.
Məsələn, ABŞ-da və Avstraliyada o,
Santa Klaus, Rusiyada-Ded Moroz,
Türkiyədə -Noel baba, Avstriyada-
Silvestr, Britaniyada - Milad baba, Yu-
nanıstanda Müqəddəs Vasili adlanır.
Bütün hallarda Şaxta baba uşaqla-
rın sevimlisidir. Yeni il gecəsində on-
lar evlərə heç vaxt əliboş gəlmirlər.
Torbalarındakı müxtəlif hədiyyələrlə
uşaqları sevindirirlər.
Dekabrın 31-i gecəsi insanlar bay-
ram süfrəsi ətrafında toplaşırlar. Artıq
həmişəlik vidalaşdıqları ilin son an-
larında musiqini dayandıraraq sükut
içərisində saat 12.00-ı gözləyirlər. İlin
başa çatdığını göstərən saat zənginin
təntənəli sədaları altında sağlıqlar
söyləyir, sonra isə şampan şərabı ilə
dolu qədəhləri toqquşdurur, yeni ildə
bir-birinə xoş günlər və sağlamlıq ar-
zulayırlar.
Dostları ilə paylaş: