1
ÖN SÖZ
Kitab Azərbaycan və Kürd
xalqlarının tarixi dostluğuna ithaf olunur
Kürdlər Yaxın və Orta Şərq regionunun ən qədim aborigen (yerli) xalqlardan biri
olduğu kimi, Azərbaycan kürdləri də bu ölkənin ən qədim xalqlardandır. Azərbaycanda
kürdlərhərhalda az saylı xalqlardan olsa da Yaxın və Orta Şərqdə ərəblərdən və türklərdən
sonra sayına (50 milyona yaxın) görə üçüncü yeri tutur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa edən gündən (180 oktyabr 1991-ci il),
xüsusilə, Azərbaycan xalqının dahi öndəri, ümumilli lideri H.Əliyev hakimiyyətə yenidən
qayıdan dövrdən (15 iyun 1993-cü ildən) bu ölkənin digər xaqları kürdlər də milli-mədəni
muxtariyyət əldə etdi. Halbuki Azərbaycanın “iri addımlarla” “kommunizmə” doğru
irəlilədiyi 1979-cu ilin rəsmi əhali siyahıya alınmasının məlumatlarına görə, guya, bu
respublikada bir nəfər də olsun kürd yaşamırdı (?!).
Bəli, 70 ildən artıq bir dövrdə “vahid sovet xalqının (?!) yaradılması pərdəsi altında
“qırmızı imperiya” (SSRİ) ərazisində yaşayan xalqların, o cümlədən, azərbaycanlıların
ruslaşdırılması, kürdlərin isə azərbaycanlaşdırılması prosesinin nəticəsidir ki, 1926 –cı ildə
Azərbaycanda yaşayan kürdlərin rəsmi sayı 40,9 min nəfər olduğu halda, 1979-cu ildə bu
göstərici 0 (sıfır)-a enmişdir (1,55).
1991-ci ildə Azərbaycan Respublikası Prezident Aparatının göstərişi və köməyi
nəticəsində Azərbaycan kürdlərinin ilk rəsmi mədəni-muxtaroyyət qurumu olan “Ronayi”
(“Ziya”) Kürd mədəniyyət mərkəzi yaradıldı. 1992-ci ildən həmin mərkəzin orqanı olan
“Dənge kurd” (“Kürdün səsi”) qəzetinin nəşrinə başlanıldı. 1992-ci ilin 16 sentyabrında
“Azərbaycan Respublikasında yaşayan milli azlıq, az saylı xalq və etnik qrupların hüquq
və
azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı
haqqında” prezidentin fərmanı dərc olundu (Bax: “Xalq” qəzeti, 20 sentyabr 1992-ci il).
Qeyd olunan fərmandan dərhal sonra Azərbaycan Respublikası Təhsil nazirliyi
ümumtəhsil məkəblərinin ibtidai sinifləri üçün tədris planlarına az saylı xalqların, o
cümlədən, kürdlərin ana dillərinin öyrədilməsi üçün həftədə 2 saat dərs daxil edildi,
müvafiq tədris proqramları, dərslik və dərsvəsaitlərinin hazırlanmasına başlanıldı. 1993-cü
ildən başlayaraq Azərbaycan radiosunun “Araz” proqramında həftədə iki dəfə kürd dilində
verilişlər təşkil olundu. Qısa vaxt ərzində kürdcə “Əlifba” dərsliyi, danışıq kitabçası və
lüğətlər,, xeyli sayda bədii əsərlər işıq üzü gördü. Halbuki, “Sovet Azərbaycanı”nın 70
illik tarixində kürd dilində bircə dənə də olsun kitab çap olunmamışdı.
2
Bütün qeyd olunanları gözü götürməyən bədnam müxalifətçilər H.Əliyevin
uzaqgörən, müdrik siyasəti nəticəsində müstəqil, demokratik və hüquqi dövlət quruculuğu
yolunda inamla irəliləyən Azərbaycanda az saylı xalqların milli-mədəni inkişafının
qarşısını almaq, ölkədə hərcmərclik yaratmaq məqsədi ilə xalqlara, xüsusilə kürdlərə, qara
yaxmağa başladılar. Erməni dəyirmanına su tökən, xaricdəki ağalarının ayırdığı “qrantlar”
hesabına yaşayan üzdəniraq “jurnalistlər” müxalifət mətbuatının səhifələrində
Azərbaycanda yaşayan kürdlərə qara ləkə yaxır, onların görkəmli şəxsiyyətlərinə “PKK” –
çı damğası vurmağa çalışır, hətta həyasızlıq və gədəlik edib 50 milyonluq bir xalqı təhqir
etməkdən çəkinmirdilər.
Bu savadsız quyruqbulayanlar bilmirlər (və ya bilmək istəmirlər) ki, Azərbaycan və
kürd xalqları qafqazın eləcə də Yaxın və Orta Şərqin yeganə iki qonşu xalqıdır ki, min
illiklər boyu yadelli işğalçılara qarşı çiyin –çiyinə vuruşmuş, aralarında heç bir zaman
ciddi ixtilaf, münaqişə və ya müharibə olmamışdır. Bu tarixi həqiqəti Qarabağ uğrunda
gedən döyüşlərdə kürd xalqının mərd və igid oğlulları bir daha sübut etdi. 1988-ci ildən
bəri başlayan bu müharibədə işğalçı ermənilərə qarşı döyüşlərdə kürd xalqının yüzlərlə
igid oğlu qəhramancasına şəhid olmuş, onlarla döyüşçüsü “Azərbaycanın Milli Qəhramanı
adına laiq görülmüş, “Azərbaycan bayrağı” ordeni və digər medallarla təltif olunmuşdur.
Azərbaycan kürdlərinin ağsaqqalı, görkəmli kürdşünas, etnoqraf, şair və ictimai
xadim mərhum Şamil Əskərov qədim kürd xalqının adına kölgə salmaq istəyən
qaragüruhçulara kəskin etirazını poyeziya dilinə çevirərək yazırdı.
Azərbaycan Kürdlərinin tarixi və etnoqrafiyası haqqında XX əsrin 20-30 cu və
Ç.X.Bakayevin həmin kürdəlin dilinə həsr olunmuş əsərindən başqa (2;3;4;5;6) indiyədək
Bilsin hamı, bilsin aləm,
Qəlb deyəni yazır qələm,
Od oğluyla çəkicimi,
Bir zindana vuran Kürdəm!
***
Vicdan satan, ara qatan,
Danışanda həlləm, qəlləm,
Gecə gündüz Od yurdunun
Keşiyində duran kürdəm!
Od oğluyla çəkicimi
Bir zindana vuran kürdəm
!
3
heç bir kitab və kitabça işıq üzü görməmişdir. Doğrudur, Zaqafqaziya Kürdlərinə həsr
olunmuş bəzi kitablarda (7;8;9) Azərbaycan kürdlərinə də müəyyən yer verilmişdir, lakin
bu əsərlərdə də sözü gedən kürdlər haqqında geniş və hərtərəfli məlumatlar təbii ki, əks
olunmamışdır. Azərbaycanın qaragüruhçu müxalifətinə cavab olaraq yazılmış və iki
xalqın tarixi dostluğuna itfah olunmuş bu kitab Azərbaycan kürdləri haqqında tarixi
faktlara əsaslanan, hərtərəfli və geniş məlumatları özündə əks etdirən ilk monoqrafiyadır.
Monoqrafiyanın yazılmasında Azərbaycan, kürd, rus, türk, erməni, inglis və fransız
dillərində olan mənbələrdən istifadə olunmuşdur. Bu zaman tərcümə ədəbiyyatına deyil,
ilkin mənbələrə daha çox üstünlük verilmişdir.
4
B I R I N C I H İ S S Ə
K ü r d l ə r v ə
K ü r d ü s t a n
h a q q ı n d a
ü m u m i m ə l u m a t
5
I.I. KÜRDLƏRIN MƏNŞƏYINƏ VƏ FORMALAŞMASI TARIXI
Kürdlər haqqında yazılmış əsərlərin demək olar ki hamısı təxminən belə bir cümlə
ilə başlanır: kürdlər Yaxın Şərqin (Ön Asiyanın) ən qədim xalqlarından biridir.
Kürdlərin mənşəyinə gəldikdə isə, bu barədə indiyədək yekdil fikir yoxdur. Kürdlərin bir
etnos kimi meydana gəlməsi haqqında əfsanələr və elmi mülahizələr müxtəlif olsada
onların hamısının orta “məxrəci” eynidir: bu xalq ən azı səkkiz min il əvvəl
Mesopotomiya-nın Şimalı və Zaqros dağlarının ətəklərində, Van və Urmiya gölləri hövzə-
sində meydana gəlmiş və bu günə qədər öz tarixi vətənini qoruyub saxlamış aborigen
xalqlardan biridir. Yeri gəlmişkən qeyd edək ki, Zaqros kürd sözü olub mənası “gün
(günəş) doğan” deməkdir. (Başqa fikrə görə bu dağ silsiləsi qədim kürd tayfası olan
Zakurtilərin (Zakruti) adını daşıyır).
Kürdlərin yaranması haqqında ən geniş yayılmış əfsanə öz başlanğıcını Firdovsinin
“Şahnamə” əsərindən təsvir olunan əsatirdən almışdır. Əfsanədən deyilir ki, Cəmşiddən
sonra İran və Turan taxtına əyləşən və pişdadilərin beşinci şahı olan Zöhhak taun
xəstəliyinə tutulur. Onun dərdinə əlac edə bilməyən həkimlər yeganə müalicə vasitəsi kimi
hər gün ona iki gəncin beynindən hazırlanan yeməyi təklif edirlər.
Bu işin icrası şahın Ərmail və Kərmail adlı iki vəzirinə tapşırılır. Vəzirlər
insanpərvərlik göstərib bir gəncin beyninə bir quzunun beynini əlavə edib şaha yemək
hazırlayır və beləliklə, hər gün bir gənci vətəni tərk etmək ilə ölümdən xilas edirlər. Azada
olunan gənclər dağlarda məskən salıb yaşayır, ailə qurur və öz nəsillərini artırmağa
başlayırlar. Həmin azda olunan gənclərin törəmələri sonralar kürd adlandırılır. Firdovsi
özü “Şahnamə”də belə yazır:
Bu minval ilə o iki xeyirxah
Otuz gəncə hər ay olardı pənah.
Yığıldı bu yolla iki yüz nəfər,
Pənahgah tapıb, orda gizləndilər.
Verib hər birinə neçə baş qoyun,
Dedilər: - Alın çöllərə üz qoyun
Gedib tutdular dağda onlar qərar,
Şəhərdən uzaqda məkan saldılar.
Bu kürdlərki var, onların nəslidir,
Bütün ömrü dağda keçir, bəllidir. (10,41)
6
Kürd xalqının böyük tarixçisi Ş.X.Bidlisi özünün tarixi “Şərəfnamə” əsərində
kürdlərin mənşəyi haqqında bu əfsanəni daha çox ağlabatan hesab etmişdir.(11)
Kürdlərin mənşəyi haqqında digər əfsanə Süleyman peyğəmbərin adı ilə bağlıdır.
Həmin əfsanəyə görə Süleyman peyğəmbər birgün 500 gənc cini çağırıb onlara tapşırır ki,
günbatan yerə qədər uçub uzaq Avropadan 500 gözəl qız tapıb gətirsinlər. Cinlər xeyli
axtarıb 500 ay üzlü gözəl qızları tapana qədər Süleyman peyğəmbər vəfat edir. Bunu
eşidən cinlər həmin qızlarla evlənir, onların çoxlu uşaqları olur. Beləliklə, yaranan yeni
nəslə kürd adı verilir. (12,6).
Kürdlərin mənşəyi barədə elmi mülahizələrə gəldikdə, burada da yekdil fikir
mövcud deyildir. Bu barədə irəli sürülən müxtəlif fikirlərə görə tətqiqatçıları bir neçə
qrupa bölmək olar. Birinci qrup alimlərin fikrinə görə kürdlər yunan tarixçisi Ksenofonun
e.ə. 441-cildə “Anabazis” əsərin-də təsvir etdiyi kardu (kardux) xalqı ilə eyni mənşəyə
malikdir. (13,93)
Ksenofon qeyd olunan əsərində karduxların indiki Şimali Kürdüstan ərazisindəki
dağlıq bölgədə yaşadıqlarını, çox döyüşkən olduqlarını, on minlik yunan qoşununa ciddi
müqavimət göstərdiklərini, ətraf dillərdən fərqlənən yerli dildə danışdıqlarını yazır.
Şərqşünas alim P.Şehtman “Karduxlar-kürdlərin qədim əcdadlarıdır” adlı əsərində
göstərir ki, indiki Şimali kürdüstan ərazisində yaşayan karduxlar iran dillərinə aid
olmayan öz dillərində danışmış, lakin sonrakı dövrlərdə irandilli tayfalarla qanaynayıb-
qarışmış və kürd xalqlarının etnogenezində mühüm rol oynamışlar. (12,9) .
Kürdlərin
etnogenezində
Karduxların
mühüm
rol
oynadığını
görkəmli
şərqşünaslardan akademik N.Y. Movir, akademik O. Vilçeviskiy, kürd alimi M.İ. Şəmsi,
İhsan Nuri Paşa və başqaları da öz əsərlərində qeyd edirlər. (14;15,81). O. Vilçeviski
kürdlərin bir xalq kimi formalaşması məsələlərinə həsr etdiyi sanballı monoqrafiyasında
(14) arxeoloji, tarixi etnoqrafik coğrafi, iqtisadi? Leksik (dil) materialların təhlili əsasında
belə qənaətə gəlmişdir ki, kürdlərin bir etnos kimi meydana gəldiyi tarixi Kürdüstan
ərazisində, yəni Kiçik Asiya yaylası ilə İran yaylasının Şimal-qərb hissələrinin qovuşduğu
ərazilərdə (Şimali Mesopotomiya və Zaqros dağlarının ətəklərində, Urmiya gölü
hövzəsində) hələ e.ə. VI minillikdə məskunlaşmış qədim qədim tayfa birləşmələrindən
hürrilər,kutilər, lullubeylər kassitlər, həmçinin karduxlar bu xalqın etnogenezində bu və
ya digər dərəcədə iştirak etmişlər. Müəllif burada onu da qeyd edir ki, həmin tayfa
birlikləri təkcə kürdlərin deyil, qonşu xalqların da etnogenezində müəyyən rol oynamışlar.
Həmin tayfalar aborigen olub öz dillərində danışmırlar.Minnillər ərzində şərqdən Iran
imperiyası ərazisindən gələn irandilli tayfalarla yerli etnosun qaynayıb-qarışması
nəticəsində kür xalqı formalaşmışdır. Müəllifin fikrinə görə midiyalılara məxsus “Kara”
termini iə sasanilərə aid “kürd” sözü arasında sıx əlaqə mövcuddur və mənası “döyüşçü
xalq ” deməkdir. (14,113).
7
M.İ.Şəmsi və bir çox kürdşünaslar isə belə hesab edir ki, kürd sözü “kardu”
sözündən yaranıb, mənası “pəhlivan” deməkdir. (15,48). Göründüyü kimi, kürd sözünün
mənası haqqındakı bu iki fikirdə bir oxşarlıq mövcuddur.
Məlum olduğu kimi, Azərbaycan alimlərinin də böyük bir qismi azərbaycanlıların
etnogenezində O.Vilçeviskinin qeyd etdiyi qədim tayfaların iştirak etdiyini sübut etməyə
çalışırlar. Məsələn, A.S.Sumbatzadə Azərbaycan xalqının etnogenezinə və bir xalq kimi
formalaşması tarixinə həsr etdiyi monoqrafiyasında qeyd edir ki, “Azərbaycan xalqı öz
mənbəyini kuti-lulubey, manna, atropatena və alban tayfalarından olan ölkənin avtoxton
əhalisi ilə miqrantların, əsasən türkdilli tayfaların qaynayıb-qarışması prosesində
yaranmışdır”. (16,10). Bu isə o deməkdir k, azərbaycanlılarla kürdlərin ulu əcdadları eyni
olmuş, sonralar birincilərin xalq kimi formalaşmasında türkdilli, ikincilərinkində isə
irandilli tayfalar üstünlük təşkil etdiyi üçün onların onların dillərində fərq yaranmışdır.
Belə ki, indiki Azərbaycan dili Altay dillər ailəsinin türk qrupuna, kürddilli isə Hind-
Avropa dillər ailəsinin İran qrupuna daxildir.
Akademik O.Velevski sözügedən monoqrafiyasının sonunda belə bir nəticəyə gəlir
ki, kürdlərin ayrıca bir xalq kimi formalaşması prosesi ən geci II əsrdə başlamıs və VI-
VIII əsrlərdə başa çatmışdır. (14,115,116).
Ikinci qrup alimlər kürdlərin karduxlarla əlaqəsini inkar edirlər. Həmin alimlərdən
T.H.eldeke, M. Hartman, Veysbax və başqaları karduxların və kürdlərin dil müxtəlifliyini
əsas gətirərək belə hesab edirlər ki, kürdlərin qədim əcdadları karduxlar deyil, Strabonun
və digər antik müəlliflərin qeyd etdikləri kurtilərdir. Azərbaycan alimlərindən akademik
İ.Əliyev, Mənsur Əlisoy, R.Ş.Məlikov və başqaları da kürdlərin ulu əcdadlarının kurtilər
(qutilər, kirtilər) olduğunu təsdiqləyirlər (17; 18; 19). Məsələn, akademik Əliyev “Midya
Tarixi” adlı əsərində qeyd edir ki, “karduxları kürdlərin əcdadları olan kirtilərlə
qarışdırmaq olmaz” (17,105)
R.Məlikov “Kirtilər” adlı məqaləsində bu qədim xalq haqqında geniş məlumat
verərək özündən əvvəlki tətqiqatçıların fikirlərini təhlil edir və belə qənaətə gəlir ki,
kürdlərin ulu əcdadlarının kirtilər olduğuna şübhə ola bilməz (19,1). Mənsur Əlisoy
“Kürdlər haqqında nə bilirik” adlı məqaləsində kürdlərin mənşəyində qədim kutilərin
(qutilərin) mühüm rol oynadığını təsdiqləməklə yanaşı, qeyd edir ki, onlar e.ə. 2500 –cü
ildə mesopotomiyada hökmranlıq etmişlər(18,6). Qeyd etmək lazımdır ki, kutilərin
Mesopotomiyada hökmranlığı e.ə. 2500-cü ildə deyil, O. Vilçevskinin yuxarıda göstərilən
əsərində yazdığı kimi, e.ə. 2200-cü ildə başlamış və 60 ildən çox davam etmişdir (14,19).
Digər mənbələrə görə Qutilər (kirtilər) burada 120 il hökmranlıq etmişdir (81,21).
Kürdüstanın şimalında (Türkiyə ərazisində) “Qutu dərəsi” nin indiyədək öz adını
saxlaması və bu yerlər hal-hazırda da (4200 il əvvəl olduğu kimi) kürdlərin yaşaması adı
8
çəkilən alimlərin elim qənaətinin doğruluğuna dəlalət edən faktlardan biridir. Kürdlərin
mənşəyinin kirtilər (Qutilər) ilə bağlılığını E.A.spayzr, B. Nikitin və başqaları da
təsdiqləyir. (82,31).
“Ön Asiyanın İran tayfalarının erkən tarixi” adlı monoqrafiyasında E.A.Qrantovskiy
göstərir ki, kürdlərin etnogenezində kirtilərlə yanaşı irandilli mard tayfaları da iştirak
etmişdir.(20,373).
Akademik V.F.Minorskinin və bir çox kürd aliminin fikrinə görə kürdlərin ucu
əcdadları irandilli midiyalılar (medlər, mitanlar, madlar, marlar, mannalılar) olmuşdur
(21). V.F. Minovski “Kürdlər” adlı əsərində qeyd edir ki, Dəclə çayının sol sahilində
kürdlərin yaşadığı Cudi dağı yüksəlir və Şərq əsatirlərinə Nuh peyğəmbərin gəmisi məhz
bu dağı zirvəsində dayanmışdır. Buradaca qeyd etmək lazımdır ki, Nuh sözü kürdcə
“yeni”, Cudi isə “görünən yer” mənasındadır.
Milliyəti kürd olmayan Fəhmi Şirvani “Kürdlər adlı kitabçasında Yaxın şərqin ən
qədim xalqlarından olduğunu qeyd edərək yazır ki, Kürdlər bəşəriyyətin ən eski
kavmidirlər.
Kurani – Kərimin də zikr etdiği gibi Hz. Nuhun tufandan sonra ilk
konakladığı yer Cudidir. Cudi dağı isə Kürdlərin dağıdır”. (22,19). Həmin müəllif daha
sonra yazır: “Nuhun gəmisi Kürdüstandakı cudi dağına oturduktan sonra və Cudi dağına
Nuh lierliğindən beşeriyyetin kahraman öncüləri indiğindən bu yana bu kahraman evlatlar
Cudiyi terk etmemişlərdir”. (22,72).
Göründüyü kimi akad V.F.minovskiy ilə dr. F.Şirnavinin kürdlərin qədim mənşəyə
mailk olmaları barədəki fikirləri üst-üstə düşür. Birinci müəllif qeyd olunan əsərində daha
sonra göstərir ki, Fəratın yuxarı lövhəsi və Van gölünün ətrafları həm də kürdlərin (yəni
digər xalqlarla yanaşı) ən qədsim zamanlardan məskunlaşdığı ərazi olduğu halda, Tavr
dağlarının bütün cənub yamacları və Dəclənin sol sahilindəki dağlıq ölkə (Bohtan, Habur,
böyük Zab çaylarının hövzəsi) kürdlərin başlıca tarixi ocağı olmuşdur. V.F.Minorskiy
qeyd olunan əsərində kürdlərin mənşəyinə bir daha toxunaraq yazır: “Əgər mardlar
mannalıların nəslindəndirsə, bu hipoteza yəqin ki, Məsudinin X əsrdə qeyd etdiyi kürd
eponiminin genelogiyasında öz təsdiqini tapar: Kürd-bin-Mard-bin-Sasad-bin-Qarb-bin-
Havazin. Tarixi və coğrafi göstəricilər nəzərə alınsa, küdr millətinin Midiyalıların çox
yaxın dialektlərində danışan iki qohum tayfaların- mardların və kirtilərin qaynayıb
qarışması nəticəsində formalaşdığı çox qanunauyğun görünər” (21,98).
Kürdlərin dili ilə midiyalıların dili arasında yaxın əlaqənin olduğunu dr. F.Şinnavi
də təsdiqləyir və qeyd edir ki, “.... tarihi kaynaklar” zerdeştin aslının kürt olduğunu,
sonralardan İrana intikal etdiğini və
Sasasin devletini iranlılarla kurduğunu
söyləməkdədir” (22,8).
9
V.F,Minorski yazır: “Kürdlərin gerçək ataları....... Medlərdir” (84,41). İnglis alimi
B. Son da kürdlərin kökünün Med// Madlarla bağlı olduğuna inanır (110,2-3).
Kürdlərin mənşəyi və bir xalq kimi formalaşması tarixi haqqında görkəmli alim
Salavat Qallyamovun tətqiqatları arxeoloji, antropoloji, etnoqrafik, leksik və tarixi
faktların
zənginliyi,
dərin
elmi
məntiqə
əsaslanan
təhlilləri
və
ümumiləşdirmələri,ağlabatan əqli nəticələri ilə diqqəti cəlb edir.Müəllifin elmi qənaətinə
görə kürdlər Şimali Mesopotomiyanın və Zaqros dağlarının ənqədim sakinlərindəndir.
S.Qalyamov “Qədim arilər və əbədi Kürdüstan” adllı əsərində arxeoloji
materialların təhlili əsasında bu nəticəyə gəlir ki, Kərkük şəhəri yaxınlığında yerləşən və
qədim zamanlardan kürdlərin məskunlaşdığı Cermo məntəqəsində tapılan arxeoloji
qazıntılar sübut edir ki, Kürdüstanın mərkəzi hissəsini təşkil edən bu yerlərdə e.ə. VII
minillikdə əkinçilik mövcud olmuşdur (23,33). Müəllif daha sonra göstərir ki, Zaqros
dağlarının qədim sakinləri olan kutilər-kürdlər ən azı iki min il (e.ə.VIII-II min illiklər)
oturaq həyat tərzi sürən əkinçilər olmuşlar.
E.ə. V minillikdə Zaqros sakinləri olan kutilər (kürdlər) Mesopotomiya ovalığının
məhsuldar torpaqlarını mənimsəməyə və öz məskunlaşma arealını cənuba doğru
genişləndirməyə başlamışlar. E.ə.IV minillikdə Kuti çarlığı
yaranmış və öz ərazisini
şimal –qərbdə Suriya, cənubda İran (Fars) körfəzinədək genişləndirmişdir.
E.ə. III minillikdə kutilərin məhsuldarlıq allahı olan Inananın məbədi yaxınlığında
şumerlərin qədim şəhəri olan Yrk meydana gəlmişdir. Eləhəmin dövrdə şumerlərin yazısı
yaranmışdır. Beləliklə, kutilər (kürdlər) mesopotomiyanın ilk yazısının müəllifləri
hesab olunmalıdır. Tətqiqatlar göstərir ki, Şumer yazılarındakı kənd təsərrüfatı
məhsullarının və allahların əksəriyyətinin adı kürd dilinə aiddir. Müəllifin bu fikrini
şumerlərin “Bilqamış” eposu da təsdiq edir. (83).
S.Qallyamovun fikrincə, Şumerlərin kürdlərlə bağlılığını sübut edən dəlillərdən biri
onların dinində qadın ilahələrinin mühüm rol oynamasıdır ki, bu da müasir kürd cəmiyyəti
üçün səciyyəvi cəhətlərdən biridir. Belə ki, ərəblərdən və digər qonşu xalqlardan fərqli
olaraq kürd cəmiyyətində qadın yüksək mövqeyə, kişilərə bərabər hüquqa malikdir.
(23,52). Şumerlərlə kürdlərin sıx əlaqəsinə dəlalət edən digər fakt-onların geyimlərindəki
oxşarlıqdır ki, bu cəhəti bir çox şərqşünaslar təsdiqləmişdir.
Və, nəhayət, başqa bir
oxşarlıq: kutilərdə (şumerlərdə) çar olmamışdır. S.Qolyamov yazır: “kutilər-kürdlər
Akkad ilə müharibələr zamanı hərbi demokratiya qanunları ilə yaşamışlar, bu vaxt hərbi
əməliyyatlar zamanı tayfa şurası tərəfindən vahid hərbi rəhbər seçilir ki, bütün tayfaların
başçıları ona tabe olur. Bu prinsip kutilərin törəmələri olan kürdlərdə bu günə qədər davam
edir” (23,85).
10
Müəllifin qənaətinə görə Şumer sözü özü qədim kürdlərin ilan-allahı Şamarın adı
ilə bağlıdır. Ezidi kürdlərin inancında bu gün də Şahmar mühüm yer tutur. (“Mar” kürd
dilində “ilan” deməkdir). Şumer ölkəsinin adına qədim hind yazılı abidələrində Meru
ətrafındakı “Şı” müqəddəs yerinin adı kimi rast gəlinir. S.Qallyamov belə hesab edir ki,
buradakı Meru dağı ilə “Avesta” dakı Xara Berezanti, yəni Zaqros dağlarındakı Barzan
(İraq Kürdüstanında yerləşir) rayonu eyniyyət təşkil edir. Məhz burada qədim Kürdlərin-
Kutilərin Mehri adlı dövləti yerləşirdi. Prof. E.A. Spayzer də yazır ki, Şumer şəxs adları
kutilərin burada çox qədim zamanlardan yaşadığını sübut edir. (81,19).
S.Qalyamov tarixi-etnoqrafik, coğrafi materiallarla yanaş, başqırd (başkürd), kürd
və qədim hind-sanskrit dillərinin müqayisəli təhlili əsasında belə nəticəyə gəlmişdir ki,
kürdlər və başqırdlar (başkürdlər-şimal kürdləri) eyni mənşəli olub qədim hind ədəbi
abidələri olan vedalarda (“Rikveda”, “Axtarveda” və s.) adı çəkilən Kuru tayfalarının
törəmələridir. (24,5-11). Müəllifin fikrinə görə bu tayfaların ilk vətəni Orta Asiya, Qərbi
Sibir və Cənubi Ural (indiki Başkordıstan-Başqırdıstan) olmuşdur. Və onlar e.ə. III
minilliyin sonunda Ön Asiya və Mesopotomyaya (tarixi kürdüstan ərazilərinə),
Hindistanın şimalına qədər yayılmışlar. Bu fikri şərqşünaslardan M.Mayrxofer,
İ.M.Dyakonov, İ. Qreşeviç, T. Barrou, İ.İ.Steblin-Kamenskiy və
başqaları da
təsdiqləmişlər.
Bununla belə, T.V.Qamkrelidze və V.V.İvanov yeni hipoteza irəli sürərək qeyd
edirlər ki, hind-ari tayfaları olan Kuru- Baharatların ilkin vətəni Şərqi Anadolu (Türkiyə
Kürdüstanı), Şimali Mesopotomiya (İraq Kürdüstanı) və Cənubi Qaqaz olmuş və onlar bu
regiondan şərqə doğru e.ə.II minilliyin əvvəllərində hərəkət etmişlər (24,6).
Kürd və başqırd (başkürd-başkord) dillərinin eyni mənşəli olduğunu sübut edən S-
Qollyamov göstərir ki, bu iki xalqın eyniləşməli olduğunu onlara məxsus çoxsaylı tayfa
adlarının oxşar olması da sübut edir. Məsələn, elə hər iki xalqın adı kürd (kord) və başkord
(başkürd) eyni sözdən Kuru (“d”cəm şəkilçisidir) etnonimindən yaranmışdır. Yaxud,
qədim midyalılarıntayfalarından biri aryazantu (kürd dilində “ari tayfası”) adlanırdı. “Ari”
sözünün mənası (kürd dilində “ar”-“aqır”) “odla”, “oddan yaranmış” deməkdir.
Başqa misal. Tarixdən yaxşı məlumdur ki, Şimali mesopotomiyada yaşayan
midyalılar (yəni qədim kürdlər) Cənubi Uralda yaşayan və başqırdların (başkürdlərin)
əcdadları hesab olunan saklar-massaqetlərlə (skif-sarmatlar) sıx qohumluq əlaqələrində
olmuşlar. “Masaqet”-kürd dilində “balıq ovlayanlar”, “sarmat”-“baş matlar” (mateinlər-
madlar-midyalılar) deməkdir. “Tarixin atası” Heradotun “Tarix” əsərində qeyd etdiyi
“Savromatların adı kürd dilində olub mənası “atlı-cəngavər” mənasındadır” (24,7).
S.Qallyamov buradaca qeyd edir ki, tarixi mənbələrdən məlum olduğu kimi,
başqırdların (başkürdlərin) qədim şəhərlərindən biri Suvar olmuşdur. İrandilli orta əsrlərin
Dostları ilə paylaş: |