35
Dərsimdə şiəlik geniş yayıldığı üçün onlar Şah İsmayıl ilə yaxşı münasibətlər
qurmuş, Kəmah qalasını hərbi baza kimi ona güzəştə getmiş, Çaldıran döyüşü (1514-cü il)
zamanı səfəvilərə kömək etmişlər (26,75-76). Sultan Səlim Kürdüstan ərazisini bütövlükdə
İranın hökmranlığından çıxarıb Osmanlı imperiyasna qatmaq məqsədi ilə kürd
əmirliklərini öz tərəfinə çəkmək qərarına gəlir. O, bu məqsədə nail olmaq üçün görkəmli
kürd alimi İdris Bidlisinin nüfuzundan istifadə edir. Kürdlərə tam muxtariyyət verəcəyini
vəd edən Sultan Səlimin sözlərinə inanan İdris Bidlisi öz nüfuzundan istifadə edərək kürd
əmirlərinin xeyli hissəsini osmanlıların tərəfinə çəkə bilir. Lakin dərsimlilər boş vədlərə
inanmayıb müstəqil hərəkət etməyə üstünlük verirlər.
1635-ci ildə IV Sultan Murad muxtar hakimiyyətə malik kürd əmirliklərini
tamamilə aradan qaldırmaq üçün böyük qüvvə ilə onların üzərinə qoşun yeridir və
Ərzuruma gəlib çıxsa da Dərsimə daxil ola bilmir.
Osmanlı imperiyasının demək olar ki, bütün sultanları hakimiyyətə gələn kimi
Dərsim üzərinə qoşun yeritmiş, lakin öz məqsədlərinə (Dərsim kürdlərini öz itaəti altına
salmaq) nail olmamışdır.
1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinin ilk illərində də Dərsim vilayəti
mərkəzi hökuməti tanımırdı. 1936-cı ildə Mustafa Kamal (Atatürk) Türkiyənin Böyük
Millət Məclisindəki nitqində demişdi: “Daxili işlərimizdən ən mühüm bir səhifə varsa o da
Dərsim məsələsidir. Daxildə mövcud olan bu yaranı, bu qorxulu çibanı ortadan qaldırmaq
və kökünü kəsmək üçün nəyin bahasına olursa-olsun, tədbir görülməli və bunu üçün təcili
qərarlar qəbuluna görə hökümətə tam və geniş səlahiyyətlər verilməlidir” (26,259).
Atatürkün bu çıxışından və tapşırığından dərhal sonra General Abdullah Alpdoğan
dərsim valis və hərbi komandanı təyin olunur, ona az vaxt ərzində “nəyin bahasına olursa-
olsun” dərsimlilərin müqavimətini qırmaq, burada baş qaldırmış üsyanı yatırtmaq tapşırığı
verilir. Olduqca böyük hərbi qüvvə və texnika ilə Dərsimə girən General A. Alpdoğan
yenə də Səid Rızanın başçılıq etdiyi dərsimlilərin ciddi müqavimətinə rats gəlir. Qəhrəman
dərsimlilərin müqavimətini qıra bilmədiyini görən Genral Abdullah Alpdoğan dinc yaşayış
məntəqələri də daxil olmaqla vilayətin ərazisini hərbi təyyarələr vasitəsi ilə bombardman
edir.
Müharibənin uzun sürəcəyini görən türk ordusu Ərzincan valisi vasitəsilə Səid
Rızaya sülh təklif edir və danışıqlar üçün onu Ərzincana çağırır. Türk hökumətinin
dərsimlilərə muxtariyət verəcəyinə inanan Səid Rıza Ərzincana gəlir və burada xaincəsinə
həbs olunur. Hərbi məhkəmənin qərarı ilə Səid Rıza Elazığ (Eləziz) şəhərinin Buğday
meydanında edam edilir. Edam zamanı qəhrəman kürd oğlu Səid Rıza uca səslə son
sözünü deyir: “75 yaşım var, şəhid oluram, Kürdüstanın şəhidlərinə qarışıram. Dərsim
36
məğlub olur, lakin kürdlük və kürdüstan yaşayacaqdır! Kürd gəncliyi intiqam alacaqdır.
Zalımlara və yalançılara lənət olsun!” (26,290).
1938-ci ildə Dərsim aviasiya bombardmanından sonra tamamilə dağıdıldı, minlərlə
dinc əhali məhv edildi və didərgin düşdü. Dərsimin adı dəyişdirilərək Tanceli qoyuldu.
Orta əsrlərdə mövcud olmuş müstəqil və ya rarımmüstəqil kürd əmirliklərinin,
vilayətlərinin qısa tarixi səciyyəsi göstərir ki, həmin dövrlərdə kürd xalqı öz azadlığı,
müstəqil dövlət qurmaq uğrunda daima mübarizə aparmış yadelli işğalçılara (ərəblərə,
osmanlılara, farslara, monqollara və s.) qarşı qəhrəmancasına vuruşmuş və bu yolda
milyonlarla qurban vermişdir.
Çox təəssüflər ki, bütün bu küharibələr nəticəsiz qalmış, milyonlarla kürd
şəhidinin qanı yerdə qalmış, ayrı-ayrı kürd feodal dövlətləri (əmirlik və vilayətləri)
birləşib müstəqil Kürdüstan dövləti yarada bilməmişdir. Bunun əksinə olaraq, XX ərsdə
(1223-cü ildə)
Kürdüstanın ərazisi rəsmi olaraq (Lozanna müqaviləsinə əsasən) dörd
dövlət (İran, Türkiyə, İraq, Suriya) arasında bölüşdürüldü (52,274). Bununla qətiyyən
razılaşmayan Kürdlər həmin dövlətlərlə silahlı mübarizəyə qalxdılar.
Beləliklə, XX əsr, qısa fasilələr istisna olmaqla, kürdlərlə onları əsarətdə saxlamaq
istəyən Türkiyə, İran, İraq hökümətləri arasında qanlı müharibələr əsrinə çevrildi. Həmin
müharibələrdən bir neçəsinə qısa nəzər yetirməyi məqsədəuyğun hesab edirik.
Lozanna müqaviləsindən dərhal sonra Türkiyənin kürdlər yaşayan şərq və cənub-
şərq vilayətlərində başlayan həyəcan və narazılıqlar (Atatürkün kürtlərə muxtariyyət
verəcəyi barədəki vəədləri boşa çıxanda bu narazılıqlar daha da gücləndi) tezliklə silahlı
üsyana çevrildi. Həmin üsyanlardan bir neşəsinin qısa səciyyəsinə diqqət yetirək.
1925-ci ildə Şeyx Səidin başçılığı ilə Türkiyənin kürdlər yaşayan 14 cənub şərq
vilayətini əhatə edən üsyan demək olar ki şimali kürdüstanı demək olar ki, Şimali
Kürdüstanı (Türkiyə kürdüstanı) tamami ilə bürüdü (53,308). Şeyx Sədini bu üsyanda
başlıca məqsədi paytaxtı Diyarbəkir olmaqla müstəqil kürdüstan dövləti yaratmaq idi.
Öz ətrafına 10 min silahlı toplayan Şeyx Səid 14 fevral 1925-ci ildə vilayət
mərkəzi olan Gənc şəhərini ələ keçirtdi. Türk məmurları və vali əsir alındı. Şeyx Səidin
sərəncamı ilə Gənc şəhəri Kürdüstanın müvəqqəti paytaxtı elan edildi (54,121). Fevralın
29-da Licə və Xani qəzalarını özünə tabe edən Şeyx Səid Diyarbəkir yaxınlığındakı Tala
adlanan yerdə KÜrd ordusunun qərərgahını yaratmağa başladı. Tarixçilərin məlumatına
görə bu zaman kürd ordusunun qərərgahını yaratmağa başladı. Tarixçilərin məlumatına
görə bu zaman Kürd ordusunun sayı 20 min nəfərə yaxın idi (54,122).
11 Mart 1925-ci ildə Diyarbəkirin Mardin qapısından şəhərə daxil olan kürd
37
silahlarını diyarbəkirlilər böyük sevinclə və: “Yaşasın azadlıq!”, “Yaşasın Kürdüstan!”
şüarları ilə qarşıladı. Qeyri-bərabər döyüşdə şəhərin alınmasının mümkün olmadığını
görən Şeyx Səid geri çəkilmək əmri verdi. Türk hökuməti məsələnin ciddi xarakter
aldığını görüb üsyançıların üzərinə böyük qoşun birləşmələri göndərdi. Tətqiqatçıların
yazdığına görə şimaldan 40 min, cənubdan 30 min türk ordusu üsyançıları sıxışdırmağa
başladı (55,37). Bütün qüvvələri səfərbərliyə alan Türk ordusunun rəhbərliyi aprel ayında
qəzetlərdə Şeyx Səidin həbsinə kömək barədə elan dərc etdirdi. Elanda deyilirdi ki, Şeyx
Səidin dirisini ələ keçirənə 1000 qızıl lirə, ölüsünü gətirənə isə 700 qızıl lirə veriləcəkdir
(55,68).
Beləliklə, qeyri bərabər döyüşdə məğlub olan Şeyx Səid hərbi məhkəmənin qərarı
ilə 29 iyun 1925-ci ildə 47 kürd tayfa başçısı ilə birlikdə Diyarbəkirdə edam edilir
(54,128). N. Dersiminin yazdığına görə həmin edam sentyabrın 4-də həyata keçirilmişdir
(26,184). Edam zamanı Şeyx Səid özünü son dərəcə məğrur aparmış və demişdi: “Mən
qətiyyən təəssüflənmirəm ki, öz həyatımı xalqıma qurban verirəm. Biz onunla fəxr edirik
ki, düşmənlərimizin önündə nəvələrimiz bizim üçün xəcalət çəkməyəcəklər” (56,100).
XX əsrdə Türkiyə Kürdüstanında baş verən güclü üsyanlardan biri də Ağrıdağ
üsyanıdır. Şeyx Səid üsyanın qan içində boğulması, bəzi kürd tayfa başçılarının türk
hökuməti tərəfindən ələ alınması bu ölkədəki milli-azadlıq hərəkatını susdura bilmədi,
əksinə daha da gücləndirdi.
1927-ci ilin yazında Ağrı, İğdır, Bəyazit vilayətlərində baş qaldıran üsyan getdikcə
genişlənməyə başladı. Üsyandan təşvişə düşən Türk höküməti üsyançıların üzərinə 10
mindən yuxarı silahlı qoşun göndərdi. Şiddətli döyüşlərdə Türk ordusunun iki mindən çox
əsgəri öldürüldü, 500 nəfərə yaxını əsir alındı (54,143). Getdikcə şiddətlənən üsyan tez bir
zamanda Van, Malazgird, Muş, Bidlis və Siirt vilayətlərinə yayıldı. 1928-1929-cu illərdə
üsyançılar öz qüvvələrini Ağrıdağın çətin keçilən yerlərində cəmləşdirdilər. Böyük və
Kiçik Ağrıdağ arasındakı dağarası çökəkliyi özlərinə hərbi bazaya çevirən üsyançılar türk
ordusuna şiddətli müqaviməti 19310-ci ilədək davam etdirməyə nail oldular (57,109).
Ağrı üsyanı adını almış bu hərəkat “Xoybun” (“Müstəqillik”) adlı kürd komitəsi
tərəfindən təşkil olunmuşdu. Bu komitə 1927-ci ilin avqustunda bir sıra kürd siyasi
təşkilatlarının qurultayında yaradılmışdı. Həmin komitənin bütün üzvləri müstəqil
Kürdüstan naminə bütün kürdlərin birliyi uğrunda mübarizə aparacaqlarına söz
vermişdilər (58,270).
“Xoybun” təşkilatına rəhbərlik edən odlu vətənpərvər İhsan Nuri münaqişə
regionuna gələrək İbrahim paşanın (İbrahime Həsike) başçılıq etdiyi silahlı üsyançıların
qüvvələrini birləşdirməyə və dezgen istiqamətləndirməyə nail oldu. Üsyançılara siyasi
rəhbərliyi gücləndirmək üçün “Xoyban”, “Aqıri” (“Alovlanan”; Ağrı dağın kürdcə
38
adından götürülüb) adlı qəzet nəşr etməyə başladı. Ağrıdağ hərəkatını izləyən mütərəqqi
ingilis müəllif S.S. Qavan yazır: “Bu üsyan Ağrı-dağ konqresində kürd qruplarının
birləşməsi sayəsində özünün yüksək təşkilatçılığı ilə maraq doğurur. Eyni zamanda bu
təşkilat vahid kütləvi təşkilat formasına çox yaxınlaşmışdır” (59,21).
Üsyanın getdikcə şiddətlənməsini və daha geniş yayılmasını görən Türk höküməti
sülh danışıqları aparmaq üçün 12 millət vəkilindən və türkiyənin şərq vilayətlərinin bir
neçə rəhbər şəxslərindın ibarət komisya yaratdı. 1928-ci ilin may ayında komisya üzvləri
Şehli körpü deyilən yerdə (bitərəf zonada) İhsan Nurinin rəhbərlik etdiyi Kürd nümayəndə
heyyəti ilə görüşdü. Komisya üzvləri hökumət adından İhsan Nuriyə yüksək dövlət
vəzifəsi təklif etdilər; bu şərtlə ki üsyançılar silahı yerə qoyub Türk ordusuna təslim
olsunlar. Kürd nümayəndə heyyəti bu təkliflə razılaşmadı və sülh danışıqları nəticəsiz başa
çatdı.
1930-cu ilin əvvəllərində Türkiyənin bütün cənub-şərq vilayətləri (Türkiyə
kürdüstanı) kürd üsyançılarınıln tabeçiliyində idi. Həmin ilin 6 aprelində hərbi texnika ilə
gücləndirilmiş türk qoşun birləşməsi üsyançılar tərəfindən darma-dağın edildi. Ciddi
narahat olmağa başlayan Türk hökuməti bütün qüvvələri səfərbərliyə alıb üsyançıların
üzərinə böyük miqdarda hərbi qüvvə göndərdi. Bir aydan çox davam edən şiddətli
döyeşlərdə Türk ordusu məğlubiyyətə uğradı; iki min əsgər əsir alındı, 12 təyyarə vuruldu,
60 ədəd plamyot üsyançıların əlinə keçdi(54, 146)
Ağır məğlubiyyətdən qorxuya düşən Türk hökuməti döyüş bölgəsinə göndərilən
canlı qüvvənin sayını 60 min əsgərə çatdırdı (60, 31). Iyun ayınadək davam edən şiddətli
döyüşlərdən sonra Türk ordusu yalnız aviasiyanın köməkliyi ilə üsyançıları iran və
türkiyənin sərhədləri boyu yerləşən dağlıq bölgəyə doğru sıxışdıra bildi. Bu zaman İran
Kürdüstanında yerləşən Mako rayonundan üsyançıların köməyinə yeni Kürd silahlı
dəstələr yetişdi. Üsyan dalğası yenidən alovlanaraq, Başqalə, Saray, Bəqrikalə, Ərciş,
Patnos, Van, Zilan və.s. rayonları bürüdü. Həmin rayonlarda üsyançıların sayı 1921-ci
ildəkinə (10 min nəfər) çatdı.
Yenidən böyük qüvvə ilə üsyançıların üzərinə yeriyən türk ordusu iyul ayının
axırlarınadək davam edən şiddətli döyüşlər nəticəsində onların müqavimətini qıra bildi.
Mənbələrin verdiyi məlumata görə türk ordusu təkcə üsyançıları öldürmür, qarşılarına
çıxan bütün dini əhalini, bütöv kəndləri məhv edib-dağıdır, kürdlərin mal-qarasınə
qabaqlarına qatıb aparırdılar. Məsələn təkcə Zilan dərəsində 1550 nəfər məhv edilmiş
Ərciş rayonunda 200 kənd yandırılmış, Patnosda isə bütün yaşayış məntəqələri yerlə-
yeksan edilmişdir (57,111).
Kürdlərin müqavimətini 15 sentyabradək davam edən döyüşlərdə böyük çətinliklə
qıran türk ordusu mətbuat səhifələrinə özlərini öyən yazılar dərc etməyə başadılar.
39
Məsələn, “Milliyət” qəzeti üsyançıların məğlubiyyətindən sonra öz səhifəsində Ağrıdağın
ətəyində qazılmış bir məzar şəkli vermişdi. Məzar daşının üstündə yazılmışdı: “Burada
xəyal edilən Kürdüstan dəfn edilmişdir” (61,76).
Həmin sətirlərin müəllifi indi sağ olsaydı nə qədər yanıldığını anlayar və gözləri ilə
görərdi ki, 6 min ildən çox Kürdüstan uğrunda mübarizə aparan kürdlərin doğma vətənini
“dəfn etmək” tarix boyu nəhəng imperiyalara (İran, Roma, Bizans, Osmanlı, Ərəb xilafəti,
Monqol-tutur və s.)
qismət olmadığı kimi, bu, Yürkiyə cumhuriyyətinə də nəsib
olmamışdır və heç zaman nəsib olmayacaqdır. Həmin şəklin çap olunduğu ildə Türkiyənin
baş naziri İsmət İnönü Sivasdakı dəmir yolunun açılışına həsr olunmuş tədbirdəki
çıxışında deyirdi: “Bu ölkədə yalnız türk milləti etnik və irqi qüquqlar tələb edə bilər.
Başqa heç bir ünsürün buna haqqı yoxdur” (54,147).
Elə baş nazirin həmin çıxışından sonra Türkiyədə yaşayan kürdlər öz milli haqları
uğrunda yeni hərəkata başladılar. Və bu hərəkatın mərkəzi əsrlər boyu Osmanlı
imperiyasına baş əyməyən və “Kürdüstanın qapısı” adlandırılan Dərsim vilayəti oldu.
Yuxarıda qeyd etdiyimiz kimi dərsimlilərin hərəkatı 1938-ci ilədək davam etdi.
İkinci Dünya müharibəsindən, xüsusilə 1960-cı il dövlət çevrilişindən sonra
Türkiyədə kürdlərin öz milli haqları uğrunda mübarizəsi yenidən canlanmağa başladı və
bu mücadilə bu gün də davam etməkdədir. Dövlət çevrilişindən sonra qurulan yeni Türk
höküməti bəyan etdi ki, “vahid Türkiyənin türklərə məxsus olması fikri başqa məqsədlər
güdən bəzi şəxslərə aşılanacaqdır” (62). Yeni hökumət həmin fikrin aşılanması yolunu da
(kütləvi həbslər, sui-qəsdlər, təzyiq və hədə-qorxular ) tezliklə müəyyənləşdirdi. Elə həmin
ildə yeni hökumət 244 nəfər görkəmli kürd xadimini həbs etdirdi (63,109).
Kürdləri inkar etmək siyasətini həyata keçirək yeni Türk hökuməti “Yaşayış
məntəqələri ” (Məskunlaşma) haqqında 2510 № li qanuna əlavə 105 № li qanun qəbul etdi.
Həmin qanunda öz milli haqlarını tələb edən kürdlərin doğma vətənindən keçirilməsi
nəzərdə tutulurdu (64, 101-103). 1961-ci ildə Türkiyə Kürdüstanından 55 nəfər görkəmli
kürd ziyallısı və siyasətçisi ölkənin qərb vilayətlərinə sürgün edildi. Bundan bir qədər
əvvəl isə
(1460-cı ilin oktyabrında)
147 nəfər professor-müəllim ölkənin
universitetlərindən xaric edilmişdi. Onların hamısının günahı “Müstəqil kürdüstanın
yaradılmasına yönəlmiş fəaliyyət” idi (65,40).
Yeni Türk hökumətinin kürdlərə qarşı apardığı assimliyasiya və repressiya siyasəti
ölkədə yeni narazılıq dalğası yaratdı. XX əsrin 60-cı illərindən başlayaraq kürdlər siyasi
mübarizə ilə yanaşı, partizançılıq yoluna üstünlük verdi. Türkiyə hökuməti kürd
partizanlarını “bandit, quldur,bölücü” adlandıraraq onlara qarşı kəskin mübarizəyə başladı.
1966-cı ilin iyunda Türk hökuməti 21 nazirin iştirakı ilə gizli iclas keçirtdi.
40
İclasda kürd milli hərəkatının qarşısını almaq və
ölkədə
kürdlərin
assimliyasiyasını
gücləndirmək üçün tədbirləri planı müzakirə edildi. Eyni zamanda gözdən pərdə
asmaq məqsədi ilə ölkənin kürdlər yaşayan 16 şərq vilayətində mədəni və iqtisadi inkişaf
üçün müəyyən tədbirlərin həyata keçirilməsi qərara alındı.
1967-ci ildə Türkiyə hökuməti kürd hərəkatının yatırılmasının “hüquqi bazasını”
möhkəmləndirmək məqsədi ilə 6/7635 № li dekret qəbul etdi. Həmin dekretə görə kürd
dilində xarici mənşəli hər hansı materialın (yazılı materiallar, plastinkalar, maqnitafon
lentləri və s.) Türkiyə gətirilməsi və yayılması qadağan edildi (66). Həmin ilin
sentyabrında Türkiyə hökumətinin inkraçılıq, etnik haqları tapdalamaq və assimliyasiya
siyasətinə
etiraz
əlaməti olaraq, Cenevrə
şəhərində
Beynəlxalq Hüquqşünaslar
Assosasiyası məruzə dərc etdirdi (67,12).
Kürdlərin Assimliyasını gücləndirmək məqsədi ilə60-cı illərdə (XX əsr) kürd
uşaqları üçün xüsusi internat məktəbləri açıldı. Həmin məktəblərin başlıca vəzifəsi kürdlər
arasında türk dili və mədəniyyətinin təsirini gücləndirmək idi. Həmin məqsədlə, həmçinin,
60-cı illərin axırlarında kürdlərin üstünlük təşkil etdiyi Diyarbəkir, Van, Ərzurum, Kars və
digər şərq vilayətlərinin mərkəzi şəhərlərində yaradılan radiostansiyalardan geniş istifadə
olunurdu.
Türkiyə hökumətinin bütün bu tədbirləri (təzyiqlər, qadağalar, həbslər) kürdlərin
siyasi mübarizəsini daha da güclədirdi. 60-cı illərin axırından başlayaraq Diyarbəkir və
digər kürd vilayətlərini mitinq və yürüşlər dalğası bürüdü. Türkiyədə 1965-ci ildə siyasi
partiyalar haqqında qəbul edilmiş qanunda azsaylı xalqların siyasi partiya yaratması
qadağan edildi. Ona görə də həmin illərdə kürd ziyalıları qeyri-leqal şəraitdə Türkiyə
Kürdüstanı Demokratik Partiyasını (TKDP) yaratdılar. Həmin partiya Türkiyə dövləti
çərçivəsində kürdlərəinzibati və mədəni muxtariyyətin verilməsi, kürdlərin milli haqlarının
tanınması, kürd dili və mədəniyyətinin inkişaf etdirilməsi uğrunda mübarizəni öz
qarşısında məqsəd qoymuşdu. Həmin dövrdə Türkiyə Kürdüstanında, həmçinin T ürkiyə
Kürdlərinin Azadlıq Partiyası, Azadlıq Assosasiyası, Kürdüstan döyüşçüləri Təşkilatı və s.
Gizli fəaliyyət göstərirdi (68).
1970-ci ildə Türkiyə Fəhlə Partiyası özünün IV qurultayında kürd məsələsinə dair
xüsusi qətnamə qəbul etdi. Həmin qətnamədə deyilirdi: “Türkiyə Fəhlə Partiyası rəsmi
surətdəbəyan edir ki, Türkiyənin şərqində kürd xalqı mövcuddur. Lap əvvəldən
hakim siniflər tərəfindən təsdiq edilən faşist rejimi kürd xalqına qarşı münasibətdə tez-tez
qanlı əməliyyatlar forması alan əzmək, terror və assimlyasiya siyasəti aparmışdır
(69,205)”.
41
Türkiyənin tərəqqipərvər və sülhsevər qüvvələrinin və beynəlxalq təşkilatların
etirazına baxmayaraq Türk ordusu 1970-ci illərin əvvəllərində kürd vilayətlərində
(Həkəri, Mardin, Silvan, Batman, Diyarbəkir, Malazgird, Karayazı və s.) hərbi
əməliyyatlara başladı. Həmin əməliyyatlar, bir qayda olaraq, kütləvi həbslərlə müşayət
olunurdu.
Həmin illərdə yüzlərlə vətənpərvər kürd ziyalısı həbsə atıldı. Onların arasında T.
Ziya əkinçi, C.Yıldırım, Musa Antər, Kamal Burkay, Nəci Kutlay, Mehdi Zona, M.E.
Bozarslan, Yusuf Əkinçi, İsmail Beşikçi və s. Kimi görkəmli kürd ziyalıları var idi.
Türkiyə hökumətinin “əzmək, terror və assimilyasiya” siyasəti, kütləvi həbslər və
təzyiqlər məsələni daha da kəskinləşdirdi. Belə bir şəraitdə 1978-ci ildə Türkiyədə
kürdlərin yeni siyasi partiyası-Kürd Işçi Partiyası (PKK-Partiya Karkarin Kürdistan)
yarandı. 1980-ci ilin sentyabr ayında general Kənan Evrenin başçılığı ilə Türkiyədə hərbi
çevriliş baş verdi. Ölkədə hakimiyyəti ələ alan K. Evren müsahibələrinin birində deyirdi:
“Kürdlər mövcuddur. Lakin biz onlara ölkəni parçalamaq imkanı verməyəcəyik. Bu
məsələni kökündən qoparmaq üçün biz hər şüyi edəcəyik”(100,90).
Həmin müsahibədən sonra həqiqətən də Türk ordusu kürdlərin milli-azadlıq
mübarizəsi əzmini qırmaq üçün əlindən gələn “hər şeyi” etdi. Ölkənin kürdlər yaşayan
bütün şərq (“Doğu Anadolu”) və cənub-şərq (“Güney-doğu Anadolu”)
vilayətlərində
hərbi vəziyyət elan olundu. “Bölücü və terorist” kürdlərə qarşı hərbi əməliyyatlar zamanı
minlərlə insan həbs edildi və edam cəzasına məhkum olundu. Kürd siyasətçilərinin
əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldı.
Türkiyə Kürdüstanı ərazisindəki kürd toponimlərinin (coğrafi adların) demək olar
ki, 80%-dən çoxu dəyişdirildi. Məsələn, Ağrı vilayətində 376, Van vilayətində-426Muşda-
289, Bitlisdə-229 kəndin adı kürdcə olduğu üçün dəyişdirildi. (Belə dəyişmə əməliyyatı
hələ 1938-ci ildən-Dersimin adı Tanceli qoyulandan-başlamışdır).
1984-cü ilədək siyasi mübarizəyə üstünlük verən partiyanın lideri Abdulla Öcalan
həmin ilin avqust ayından silahlı mübarizə yoluna keçdi. Həmin partiyanın döyüşçüləri
(gərila) ilə Türk ordusu arasında bu günədək davam edən hərbi əməliyyatlarda 40 minə
yaxın adam həlak olmuşdur. Həlak olanların əksəriyyəti hərbi əməliyyatlar zamanı evləri,
eşikləri yelə-yeksan olan dinc kürd əhalisidir.
1999-cu ilin 16 fevralında PKK-nın lideri A.Öcalan ABŞ və İsrailin gizli
təşkilatlarının köməyi ilə həbs edildi və Mərmərə dənizində yerləşən Imrali adasındakı
həbsxanaya salındı. Ona verilən “edam” cəzası, sonradan “ömürlük həbs” cəzası ilə əvəz
edildi və hazırda o həmin həbsxanada, xüsusi şəraitdə saxlanılır. Onun həbsindən 11 il
keçdiyinə baxmayaraq, PKK ilə Türk ordusu arasındakı döyüşlər davam etməkdədir;
42
Hərçənd ki, Türkiyə hökumətinin başçıları son 11 ildə dəfələrlə PKK-nın “kökünü
qazıdıqlarını” bəyan etmişlər.
PKK-nı “bölücü”, “terorist” təşkilat adlandıran Türkiyə hökuməti məsələni
demokratik-siyasi mübarizə yolu ilə həll etməyə çalışan kürd partiyalarına qarşı
münasibətdə də səmimi olmayıb son 20 ildə həmin partiyaların (HADEP,DEHAP,DTP)
sıxışdırılması və bağlanılması ilə nəinki kürdlər arasında, eyni zamanda Avropa birliyi,
Avropa Şurası, dünyanın bir çox demokratik dövlətlərində və beynəlxalq təşkilatlarda
ciddi narazılıq doğurmuşdur.
Doğrudur, son illərdə, xüsusilə, AKP iqtidarı dövründə Türkiyə hökuməti kürd
məsələsində müəyyən güzəştlərə getmişdir. Məsələn, XX əsr boyu kürd xalqının varlığını
və kürd dilinin mövcudluğunu qətiyyətlə inkar edən, kür musiqisinin yayımlanmasına və
milli bayramların (“Novruz” və s.) keçirilməsinə, hətta, kürd uşaqlarına öz dillərində ad
verilməsinə qadağalar qoyan bu qadağaları pozan kürd əsilli mədəniyyət və incəsənət
xadimlərini, görkəmli yazıçı və alimləri dərhal həbs etdirən Türkiyə hökuməti son illərdə
kürdlərin milli-mədəni haqlarının tanınması, yuxarıda qeyd olunan qadağaların aradan
qaldırılması istqamətində, ləng də olsa, müəyyən addımlar atmaqdadır. Hətta Türkiyənin
dövlət televiziyasında kürd dilində ayrıca kanal (TRT-6) açılmış, burada müntəzəm
verilişlər yayımlanmağa başlanılmışdır.
Lakin bütün bu “yarımçıq” addımlar kürdlərin milli haqlarının tam tanınması
tələbini ödəmir və ölkədə milli zəmində qərginlik davam etməkdədir. Əlbəttə, Türkiyə
hökuməti nə qədər tez cəsarətli addım atıb dövlət səviyyəsində-konstitusiya əsasında
kürdlərin milli haqlarını tanısa, bu kürdlərdən daha çox Türkiyə Cumhuriyyətinin xeyrinə
olar. Belə ki, bununla uzun illər boyu kürdlərə mqarşı hərbi əməliyyatlara xərclənən külli
miqdarda vəsait ölkənin sosial-iqtisadi inkişafına yönələr, ölkədə siyasi sabitlik, vətəndaş
həmrəyliyi və milli birlik möhkəmlənər, ölkənin gələcəkdə parçalanması təhlükəsi aradan
qalxar. Bütün bunlar isə tez bir zamanda ölkənin iqtisadi qüdrətinin güclənmənməsinə və
Türkiyənin demokratik bir dövlət kimi beynəlxalq nüfuzunun artmasına səbəb ola bilər.
Lizanna müqaviləsindən (1923-cü il) sonra Kürdüstan ərazisinin 4 yerə
parçalanması ilə əlaqədar ciddi narazılıqlar Şimali Kürdüstanda (Türkiyə Kürdüstanı)
olduğu kimi İraq Kürdüstanında da tezliklə silahlı mübarizəyə çevrildi. Burada həmin
mübarizə əslində Birinci Dünya müharibəsindən əvvəl başlamışdı.
Birinci Dünya müharibəsindən dərhal sonra İraqın və İraq Kürdüstanının ərazisini
öz nüfuz dairəsində saxlamaq üçün ikiüzlü və hiyləgər siyasət yeridərək, üzdə zöünü
kürdlərin milli-azadlıq hərəkatının müdafiəçisi kimi göstərən inglislər əslində regionda
“parçala hökm et!” şüarını həyata keçirirdi. Onlar Müstəqil Kürdüstanın yaradılmasına
kömək etmək əvəzinə (halbu ki, üzdə buna çalıdıqlarını bəyan edirdilər) ayrı-ayrı kürd
|