11
xronikalarında İdel (Volqa) və Yaik (Ural) çayları arasındakı bütün ərazi birbaşa kürd
dilində “Dəşte Savaran” (“Suvarlar səhrası, çölü”) adlandırılmışdır.
Kürdlərlə başqırdların etnogenezində eyni tayfaların iştirak etdiyini sübut edən
dəlillərdən biri də kürdlərin geniş yayılmış tayfalarından biri olan alanların adı ilə
bağlıdır. Belə ki, başqırdların əcdadı sayılan masaqetlər özlərini “arilər”-“alanlar”
adlandırmışlar (“al”/ar+ “an”-cəm şəkilçisi) (24,8). Bu fikri təsdiq etmək üçün S.
Qallyamov ərəb tarixçisi İbn-əl-Əsirdən və İran tarixçisi Rəşiddədindən iqtibaslar gətirir.
Birinci müəllif yazır: “1223-cü ildə Çingizxan Dəşte-Qıpçakda (Dəşte-Savara) qıpçaklarla
və alanlarla qarşılaşdı. Monqollar qıpçaklara dedilər: “Biz sizinlə eyni qandan, alanlar isə
bizə və sizə yad xalqlardır”. Rəşiddədin bu hadisəni belə təsvir edir: “Biz və siz eyni xalq
sayılırıq, alanlar isə bizə yaddır, bizimlə birləşin” (24,8-9).
Müasir dövrdə alanlar Van gölü hövzəsində, Tatvan əyalətində-öz adları ilə bağlı
olan-Kürdalan (Kurd alan) şəhərində yaşayır. Başqırdıstanda (Başkordıstanda) da ən
böyük yerli tayfalardan olan Elan tayfası yaşayır. Müəllif daha sonra Başqırdıstandakı
Tanqaur (“tan” qədim hind dilində “bədən”, “qa”-kürdcə “öküz” deməkdir) tayfası ilə
kürdlərə məxsus Qoran tayfasının eyni mənşəyə malik olmasını misal göstərir.
Kürdlərin mənşəyi haqqında başqa bir fikir də P.Lerxə və bəzi kürd alimlərinə
aiddir. XIX əsrin ortalarında Rusiyanın İranda səfiri olmuş P.Lerx “İran kürdləri və onların
əcdadları Şimali Xaldeylər haqqında tətqiqat” adlı əsərində (25) sübut etməyə çalışır ki,
kürdlərin ulu əcdadları qədim xaldeylər olmuşdur. Dr. M.Nuri Dersimi onun bu fikrini
təsdiqləyərək qeyd olunan əsərdən sitat gətirir: “Kürdlər iranlı bir irq olan bu
xaldeyalılardan önəmli dərəcədə irqi miras almış olan millətdir. Xaldeyalılar Miladdan
3 min il əvvəl öncə Babilistanı istila və iraqa hakim olduqları üçün, Assuriya dövlətinin
inkişafında böyük rol oynamışlar. Yeni araşdırmalar Kürd tayfaları arasında rast gəlinən
gözəl va cazibəli tiplərin həmin qədim xalqların məhsulu olduğunu sübut edir ”(26,70-
71).
Tarixdən yaxşı məlumdur ki, xaldeylər (xaldilər) e.ə. I minilliyin əvvəllərində
assuriyalıların Yrarta adlandırdığı və Ön Asiyada üç yüz il ömür sürmüş qədim dövlət
qurmuş bir xalqdır. Bu qədim xalq özünə xaldey (xaldi) demiş, assuriyalılar isə onları
urartalar adlandırmışlar. Əsasən van gölü hövzəsində yerləşən Urartu çarlığının sərhədləri
özünün qüdrətli dövründə şimalda sevan gölünə, şərqdə Urmiya gölünə, cənub-qərbdə
Dəclə çayı və Fərat çayının yuxarı axarına qədər azlalırdı.
Dr. Raysk yazır: “Xaldi (Khaldi), Kurti, əl-Kurdi adları Kürdlərin adıyla eyniyyət
təşkil edir” (81,143).
Bildiyimiz kim Ermənilər qədim urartuları özlərinə “calamaq” üçün dəridən-
qabıqdan çıxmış və hər cür saxtakarlığa əl ataraq çoxlu “elmi əsərləri”, “tarixi faktlar”
12
uydurmuşlar. Halbuki, özlərini xaldey (xaldi) adlandırmış urartuların ermənilərlə heç bir
əlaqəsi yoxdur. Belə ki, tətqiqatçılar arxeoloji qazıntılar zamanı müəyyən etmişlər ki,
“hay”lar (ermənilər) Kürdüstan (Urartu) ərazisinə e.ə. 600-cü ildə yunalarla birgə
Trakiyadan gəlmişlər. Bu zaman Urartu çarlığı artıq sübut etmişdi.
Bəzi alimlər Urartu sözünün üç kürd kəlməsindən (“Ur”+ “ard”+“tə”) yarandığını
və mənasının “Ur-sənin torpağında” olduğu fikrini irəli sürürlər. Həmin müəlliflərə görə
“Ur” –qədim Uruk şəhərinin qısaldılmış formasıdır. Uruk isə 2500 –ci ildə kürdlərin
etnogenezində mühüm rol oynamış hürrilərin tikdirdiyi və öz adları ilə adlandırdıqları
Xurik (Hurik) şəhərinin adı ilə bağlıdır. Onu da qeyd edək ki, “huri” sözünün kürd dilində
mənası “gözəl” deməkdir.
Fərat (kürd dilində Fırat-“enli çay”) çayının qədim məcrasının sahilində yerləşən
Uruk şəhərinin ərazisində alman alimləri qədim Şumer sivilizasiyasının mərkəzlərindən
birini aşkar etmişlər. Məhz bu mərkəz bəşəriyyətə qədim yazı nümunələrini, coğrafi
xəritələri zodiak işarələrinə malik təqvimi və s. bəxş etmişdir. E.ə. 883-cü ildə xaldeylərin
bir qismi assuriyalıların zülmündən xilas olmaq üçün şimala doğru hərəkət etmiş, Merivan
(Van) gölünün hövzəsində və Kapavta gölünün cənub-qərb sahillərində məskunlaşmışlar.
Urartu dövlətini quran xaldeylər Kapavta gölünün adını dəyişərək Urmiya
qoymuşlar. Urmiya sözünün mənası isə kürd dilində “Mənim Urum” deməkdir.
E.ə. II minillikdə Manna
dövləti öz ərazisini Van gölünün hövzəsinədək
genişləndirmiş və həmn dövrdən başlayaraq Ararat yaylası “Arimana”, yəni “Manna
ariləri” adlandırılmışdır. E.ə. V əsrdə yunanlar Ararat yaylasını “Arimana” (“Armenaya”)
yaylası adlandırmışlar. Eradan əvvəl IV-III əsrlərdə Frigiya və Lidiyadan bu yerlərə köçüb
gələn “hay”-lar (sonralar ermənilər) özlərini Arimananın sakinləri kimi qələmə verməyə
başladılar. Beləliklə, erməni, yəni “Arimananın sakinləri” termini yaranmışdır. Bu isə o
deməkdir ki, “hay”-ların (ermənilərin) vətəni heç də onların uydurduğu kimi Armeniya
(Armanna) deyildir.
Onu da qeyd edək ki, bir çox tətqiqatçılar (S.Qallyamov, N.Dersme və.b) belə hesab
edirlər ki, kürdlərin özləriə verdikləri ad-Kur manc məhz Manna sözü ilə bağlıdır və
mənası “Mannanın oğlu” (“Kur” kürdcə “oğul”) deməkdir. Manna isə bəşəriyyatın atası
sayılan, qədim hind ədəbi abidələrində (vedolarda) və “Avesta”da adı çəkilən Mamı
(german tayfaları öz əcdadlarını Mann hesab edirlər) ilə bağlıdır.
S.Qallyamov kürdlərin Manna ilə bağlılığını sübut etmək üçün çoxsaylı dəlillər
gətirərək yazır: “Armeni, daha doğrusu, ari-manna –Manna ariləri, manna-midiya tayfa
ittifaqına aid olan tayfalardan birinin adını əks etdirən tipik qədim kürd etnonimidir. Belə
mürəkkəb tərkibli adlar kürd və qədim fars dilləri üçün xarakterikdir; Belə adları müqayisə
edin: Ariaramna, Ariabarran, Ariomard, Ariabiqn, Arimena-Manna ariləri etnoniminin
13
kürd mənşəli olması onun senefontun (e.ə.V əsr) qeyd etdiyi hürri-mitani etnonimi
Arisennadan daha qədimliyini təsdiqləyir... Qədim Arimen, “Manna ariləri” etnonimi
kürdlərin armeni-varta-“Manna arilərinin yurdu” (“var, var-kürdcə “yurd”deməkdir)-
tayfasının adında bugünədək qorunub saxlanmışdır... Mürəkkəb tərkibli armena varto öz
davamını digər kürd tayfaların-avroman və saurman-adında tapır. “Sauroman”-kürd
dilində “Manna suvariləri” deməkdir. Beləliklə, üç kürd etnonimi-kurmanc (“Manna
oğulları”), Sauroman (“Manna suvariləri”) və arimen (“Manna ariləri”) bir biri ilə
birbaşa qohumluq əlaqələrinə malikdir (23,289-290).
Bu fukrə onu da əlavə edək ki, kürd tayfalarından biri bu gün də Manki adlanır. Bu
sətrlərin müəllifi bu tayfadandır.
Kürdlərin mannalılarla sıx əlaqəsini sübut edən faktlardan biri də manna çarlarının
adlarıdır. Həmin çarların ən məşhurları Artsari, İranzo, Ara, Losan və Deyok olmuşdur.
Deyoka Key Qubada Kürdi adı verilmişdir.
Beləliklə, kürdlərin mənşəyi və formalaşması tarixi haqqında elmi mənbələrin
tətqiqi və bu barədə alimlərin müxtəlif fikirlərinin təhlili göstərir ki, bu xalq, Ön Asiyanın
və Şimali Mesopotomiyanın ən qədim-ən azı 8 min illik tarixə malik olan aborigen (yerli)
etnoslarından biridir. Qədim kürd tayfa birləşmələrinin tərkibində fəal iştirak edən hürrilər,
lallabeylər, kutilər, kassitlər, karduxlar, xaldeylər (urartalar), mannalılar, midyalılar
(medlər, marlar) bu xalqın etnogenezində mühüm rol oynamışlar. Həmin tayfa
birləşmələri e.ə. III-I minilliklər ərzində bir neçə qüdrətli dövlət (Kuti imperatorluğu,
Urarta çarlığı, Manna çarlığı, Midiya imperiyası və.s.) yaratmağa və regionda dərini tarixi
izlər (ilk yazı nümunələri-şumer yazıları, zodiak təqvimləri, qədim şəhərsalma
mədəniyyəti, tarixi abidələr, dini-mənəvi dəyərlər-“Avesta”, Zərdüşt dini və s.) salmağa
nail olmuşdur.
Bizim eranın II-VI əsrlərndə qeyd olunan tayfa birləşmələrinin vahid kürd xalqı
kimi formalaşması prosesi getmiş və bu proses ən geci VII əsrdə başa çatmışdır. Artıq VII
əsrdə bu xalqın yazılı ədəbiyyat nümunələri meydana gəlmişdir.(14,15)
14
I.II. KÜRDLƏRIN VƏ KÜRDÜSTANIN QISA TARIXI
.
“Kürdlərin yaşadığı yer mənasında olan Kürdüstan termininin yaranması tarixinə
nəzər salaq. Yuxarıda qeyd etdiyimiz kimi qədim kürdlər bir sıra qüdrətli dövlətlər
yaratdıqlarına baxmayaraq, onların heç birinə onu yaradan xalqın adı verilməmişdir. Necə
ki, ABŞ-ı yaradan xalqın (inglislərin) adı bu ölkəyə verilməyib. Rəsmi sənədlərdə və elmi
mənbələrdə Kürdüstan sözünə ilk dəfə XII əsrə aid materiallarda rast gəlirik. Belə ki, “XII
əsrin ortalarında səlcuqlar sülaləsinin görkəmli hökmdarlarından olan Sultan Səncər
Luristan (kürdlərə aid lan lurların vətəni) ilə Azərbaycan (Cənubi Azərbaycan) arasındakı
vilayətləri, o cümlədən Həmədan, Dinəvər və Kermanşah sərhəddini müəyyənləşdirmək
və qərb hissələri Kermanşaha tabe etmək məqsədilə Kürdüstanın bir qismini müstəqil elan
edərək, onu həmin ərazidə yaşayan xalqın adı ilə adlandırdı. Bunda sonra Səlcuq
dövlətinin rəsmi sənədlərində Kürdüstan adı yazıldı və paytaxtı Bahar şəhəri olmaqla,
Sultan Səncərin qardaşı oğlu Sultan Süleyman 1159-1161-ci illərdə Kürdüstan padşahı
oldu” (29,49).
Həmin dövrdə (XII əsrdə) Kürdüstan əyalətinin tərkibinə beş iri vilayət-Həmədan,
Dinavər, Kermanşah, Şəhrizur, Səncər-daxili idi. Kürdüstan əyalətinin tabeliyindəki
dairələrin sayı 16 idi: 1) Alanı; 2) Alişter; 3) Bahar; 4) Huftian (Həftian); 5) Dərbənde Tac
Xatun; 6) Dərbənde Zənqe; 7) Dəzbil; 8) Dinavər; 9) Sultanabade Çəm-Cəmal;
10) Şəhrizur; 11) Kermanşah; 12) Kərənd və Xoşan; 13) Kənqavər; 14) Mahidəşt; 15)
Hərsin; 16) Vəstam.
XIII əsrədək Luristan vilayəti də Kürdüstanın tərkibinə daxil idi. (51,73).
Yuxarıda qeyd olunan vilayətlərin və dairələrin adından göründüyü kimi Sultan
Səncər Kürdüstan əyalətinə kürdlərin qədim məskunlaşma ərazilərinin təxminən 40%-ni
daxil etmişdi.
M.İ.Şəmsi yazır ki, Kürdüstan adını ilk dəfə İran tarixçisi Həmdulla Qəvzini
1339/40-ci ildə yazdığı əsərində qeyd etmişdir (29,49). Əlbəttə, bu fikirlə razılaşmaq
olmaz. Çünki Kürdüstan sözünə H.Qəzvinidən xeyli əvvəl (XII əsrin axırlarından) bir sıra
ərəb mənbələrində rast gəlirik. Digər tərəfdən Strabonun Kordienası elə Kürdüstan
deməkdir. Kürdüstan Vilayəti zaman keçdikcə öz sərhədlərini genişləndirmiş və proto
kürd tayfalarının kompakt yaşadığı qədim məskunlaşma ərazilərini əhatə etmişdir.
XII əsrin görkəmli kürd tarixçisi Şərəfxan Bidlisi özünün məşhur “Şərəfnamə”
əsərində göstərir ki, Kürdüstan ölkəsi Hind dənizi sahilində olan Hormuzdən başlayaraq
düz xətlə Mərəş və Malatiya vilayətlərinə qədər uzanır. O, şimalda fars, İraq-Əcəm,
Azərbaycan və Ermənistanla, cənubda isə Diyarbəkir, Mosal və İraq-Ərəblə sərhədlənir.
Övliya Çələbi isə 1646-cı ildə yazdığı əsərində Kürdüstanın Şimalda Ərzrum, cənubda isə
Bəsrə
(İran)
körfəzinədək
uzandığını
qeyd
etmişdir.
(81,121-122).
O,öz
15
“Səyahətnamə”sində göstərir ki, Ərzurumdan şimal-qərbdə yerləşən Baybort şəhəri
əhaləsinin yarısı kürdlərdən ibarət olub (85,286).
1514-cü ildə baş vermiş Çaldıran döyüşünədək vahid ərazinin adı olan Kürdüstan
həmin ildə Osmanlı və İran imperiyaları arasında iki yerə parçalandı. 1923-cü
ildə
bağlanan lozanna müqaviləsindən sonra Kürdüstanın ərazisi dörd dövlət (Türkiyə, İran,
İraq və Suriya) arasında bölüşdürüldü. Elə həmin ildə Azərbaycan SSR ərazisində
kürdlərin adı ilə bağlı Kürdüstanın beşinci parçası-“Sovet Kürdüstanı”, “Qızıl Kürdüstan”
(rusca “Krasnıy Kürdüstan”ın) deyilən Kürdüstan qəzası yarandı. Beləliklə, elmi
mənbələrdə vahid Kürdüstan əvəzinə Türkiyə Kürdüstanı, İran Kürdüstanı, İraq
Kürdüstanı, Suriya Kürdüstanı və
“Sovet Kürdüstanı” ifadələri içlədildi və
içlədilməkdədir.
Elmi mənbələrin verdiyi məlumata görə tarixi Kürdüstanın sahəsi 530 min kv. km-
dən çoxdur ki, bu da Fransanın sahəsinə yaxındır (8,45). Kürdlərin tarixən məskunlaşdığı
və bu günədək yaşayıb öz azadlığı uğrunda mübarizə apardığı ərazi (vahid Kürdüstan)
şimalda Kars-Ərzurum paralelindən başlayıb cənubda İran körfəzi sahillərinədək, qərbdə
vəşimal-qərbdə Suriyanın Hələb şəhərinədək, şərqdə və cənub-şərqdə Maka-Xoy-Salmas-
Mehabad-Sənəndəc-Kirmanşah-Hürrəmabad-Şəhre-Kord (Kürd şəhəri) xəttinədək, başqa
sözlə Zaqros dağlarının şərq ətəklərinədək uzanır.
Qeyd olunan ərazilər hal-hazırda Türkiyənin cənub-şərq, İranın şimal-qərb, İraqın
şimal, Suriyanın şimal-şərq hissələrini təşkil edir. Göründüyü kimi, bu ərazi Yaxın və Orta
Şərq regionunun mərkəzi olub olduqca mühüm geostrateji mövqeyə malikdir. Qədim
“İpək yolu”, regionun ən iri şəhərləri olan İstanbul, Ankara, Təbriz, Tehran, Dəməşq,
İsfan, Bağdad, Bəsrə və s. Şəhərləri bir-biri ilə birləşdirən beynəlxalq əhəmiyyətli
magistrallar (avtomobil və dəmir yolları, boru- kəmər nəqliyatı) Kürdüstan ərazisindən
keçir.
Kürdüstan ərazisi həm də təbii şəraitinin gözəliyi və zənginliyi ilə diqqəti cəlb edir.
Belə ki, Kiçik Asiya yaylasını və Zaqros silsiləsini (Kürdüstan dağlarını) yaradan dağlar,
dağlararası dərələr, Mesopotomiya ovalığının şimal hissələri təbii sərvətlərlə-qiymətli ağac
növlərinə mail sıx meşələr, yay otlaqları olan güllü-çiçəkli (Bingöl kürd dilində “çiçək
qoxulu” yaylaq deməkdir) yaylaqlar, neft, dəmir, əlvan metal filizləri, mineral sular,
məhsuldar torpaqlar və s. olduqca zəngindir. Təsadüfü deyil ki üç qədim peyğəmbərin
(Nuh, Zərdüşt, Ibrahim) vətəni məhz kürdüstan ərazisində yerləşir.
Kürdüstanın bu gözəlliyi və zənginliyi, beynəlxalq əhəmiyyətli geostrateji mövqeyi
tarix boyu kürd xalqına xeyirdən çox zərər gətirmiş, hətta bu qədim etnosun faciəsinə
səbəb olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, II-VI əsrlərdə qədim kürd tayfa birləşmələrinin vahid
16
xalq kimi formalaşması prosesi getmişdir. Çox təəsüflə acı bir həqiqəti qeyd etmək
lazımdır ki, qədim kürd tayfa birləşmələrinin yaratdığı qədim imperiya və çarlıqlar kimi,
vahid kürd xalqının, yaradılması və qorunması uğrunda canını və qanını qurban verdiyi
sonrakı dövlətlər (Parfiyalılar, Sasanilər Rəvvadilər, Şəddadilər, Mərvanilər, Əyyabilər və
s.) də onların adını daşımamışdır.
Kürdlərin vahid xalq kimi formalaşdığı ilk əsrlərdən (II-VI əsrlər) bu günədək
onların tarixi yadelli işğalçılara-böyük imperiyalara (İran, Roma, Bizans, Ərəb xilafəti,
Monqol-tatarlar, Osmanlı imperiyası və s.) qarşı mübarizə tarixi olmuşdur. Məhz həmin
mübarizə nəticəsində qəhraman kürd xalqı öz milli kimliyini, dilini, dinini, hətta öz milli
geyimini, ən başlıcası doğma vətənini-yarandıqları torpaqları bugünədək qoruyub saxlaya
bilmişdir. Həmin mübarizə tarixinin ən mühüm məqamlarına qısa nəzər yetirək.
Hələ e.ə.V əsrdə yunanlar Ksenofontun (“Anabazis” əsərinin, karduxlar haqqında
ilk yazılı məlumatın müəllifi) rəhbərliyi ilə (on mindən ibarət qoşun ilə) kürdlərlə üz-üzə
gəldikdə axırıncıların ciddi müqavimətinə rast gəlmişdi. Ona görədə yunan sərkərdəsi və
tarixçisi Ksenofont kürdlər haqqında yazırdı: “Karduxlar əla oxatan idilər. Onların
yaylalarının böyüklüyü təxminən 2 dirsəkdən (bir dirsək-44,4 sm-ə bərabərdir) çox idi...
Onların oxları qalxanları olub zirehləri deşib keçirdi”(30,198-200). Ksenofont daha sonra
“Anabazis”də kürdlərin heçkimə baş əymədiklərini, qorxmaz olduqlarını və azad
yaşamağa üstünlük verdiklərini qeyd edir.
E.ə. 550-ci ildə Midyanı (Kürdlərin etnogenezində mühüm rol oynamış medlərin
vətəni) işğal edən Əhəmənilər kürdlərin məskunlaşdığı digər əraziləri də zəbt edtməyə
başladılar. Beləliklə, 330 il hökmranlıq edən əhəmənilərlə kürdlər arasında zaman-zaman
müharibələr baş verdi. E.ə. 529-cu ildə əhəməni çarı Kir öz qoşunlarını Araz çayı
sahillərində yaşayan və Heredotun qəhrəman tayfa kimi qələmə aldığı Masagetlərin
(kürdcə: “balıqçıların”) üzərinə yeritdi. Bu zaman masagetlərin çarı Tomris adlanan cəsur
və qorxmaz bir qadın idi. Kir ilə Tomris qoşunları arasındakı döyüşü Herodot “ən dəhşətli
döyüş” adlandırmışdır. Döyüşdə əhəmənilər məğlub oldu və onların şahı Kir öldürüldü.
E.ə. 331-ci il oktyabr ayının 1-də Əhəməni III Dara ilə Makedoniyalı İsgəndərin
qoşunları indiki Iraq Kürdüstanın paytaxtı olan Ərdəbil (Hewler) şəhərinin yaxınlığında
yerləşən Qavqamela kəndinin ərazisində üz-üzə gəldi. III Dara döyüşdən qaçdı və
Əhəməni qoşunları darmadağın edildi. Beləliklə, Əhəməni sülaləsinə son qoyuldu.
Makedoniyalı Isgəndər Midya (Kürdüstan) ərazisini işğal etdikdən sonra burada
zərdüştlərin bütün dini və yazılı abidələrini dağıtdı, o cümlədən, “Avesta”nın nüsxələrini
yandırtdı. Bu dövrdə (e.ə.312-64) Kürdüstan ərazisinin böyük hissəsi yananların-
Makedoniyalı İsgəndərin sərkərdələrindən biri olmuş Selevk I Nikatorun adını daşıyan
selevkilər sülaləsinin hakimiyyəti altına keçdi.
17
E.ə. 250-ci və eramızın 224-cü illərində Kürdüstan ərazisinin xeyli hissəsi Parfiya
padşahlığının tərkibindən olmuşdur. Əvvəlcə Tehran və Gürgan şəhərləri arasındakı
ərazidə (Təbəristan vilayəti) yaranmış Parfiyanın sərhədləri sonralar Mesopotomiyadan
Hindistanadək genişlənmişdi. Bəzi tətqiqatçıların fikrinə görə Parfiya sözü Partan
sözündən, bu isə “bər (kürcə “ittifaq”, “birlik”) Təbəristan” yəni Təbəristan birliyi
(İttifaqı, tayfası) ifadəsinin qısaldılmış formasıdır. Selevkilərə qarşı üsyan qaldıran Parfiya
satrapı (Knyazı) Aşek (Kürdcə Aşıq, yəni aşiq) bu imperiyanın və onu idarə edən Arşakilər
(yunanlar Aşeki-Arşak kimi qeyd etmişlər) sülaləsinin banisi hesab olunur. Azərbaycan
alimi M. Vəlili (Baharlı) yazır: “Bəzi alimlərin rəyinə görə, kürdlər-parfiyalılardandır
(partiyalılardandır”) (219,62). Əslində isə parfiyalılar kürdlərdəndir, yəni kürd tayfa
birləşmələrindən biridir.
Şərqşünas alimlərin və tarixçilərin qeyd etdiyi kimi parfiya dili İran dillərinin şimal
qərb qrupuna aiddir (31,477). Yəni bu dil kürd dilinə ən yaxın dillərdən biridir.
Parfiyalıların kürdlərlə sıx əlaqəsini ingilis alimi S.J.Malxin də təsdiqləyir.Buna
baxmayaraq, saxtakarlıqda və cəfəngiyat uydurmaqda mahir olan ermənilər (əslində
“hay”lar) parfiyalıları və onların dilini də özlərinə aid etməyə çalışmışlar.
E.ə.132-ci ildə parfiyalıların çarı II Fərhad Pont əyalətində yunanları məğlub edib
erməni Arşakı bura satrap (başçı) təyin edir. Arşakın ölümündən sonra (e.ə. 114-cü il)
onun yerinə, oğlu Ardaşes keçir. Kürdlərin avropalılarla apardığı müharibədən və
yunanların köməyindən istifadə edən Ardaşes özünü ermənilərin çarı elan edərək,
kürdlərin yaşadığı Nisebin, Omed (indiki Diyarbəkir) və Urfa vilayətlərini işğal edir. E.ə.
89-cu ildən ölən Ardaşesin yerinə onun oğlu Tiqran (hayların “Böyük Tiqran”ı) keçir.
Tiqranın başçılıq etdiyi erməni qoşunları e.ə. 71-ci ildə Pompeyin başçılıq etdiyi romalılar
tərəfindən dağıdılır və yandırılır. Beləliklə, Kürdüstan ərazisində qısa zaman kəsiyində
mövcud olmuş erməni çarlığına bir dəfəlik son qoyulur. Bu faktı şişirdib filə döndərən
ermənilər öz cızma-qaralarında “dənizdən-dənizə” uzanan “Böyük Ermənistan” dan dəm
vurur, qonşu xalqlara (kürdlər, türklər, Azərbaycanlılar, gürcülər) məxsus olan torpaqlara
göz dikib və bu günədək işğalçılıq niyyətlərindən əl çəkmirlər.
Kürdüstanın qərb torpaqlarını işğal edən romalılar kürdlərin bütün ərazisini zəbt
etmək məqsədilə Mesopotomiyaya doğru hərəkət edir. Kürdlərin ciddi müqavimətinə
baxmayaraq, Kürdüstan ərazisinin yarıdan çoxu Roma imperiyası tərəfindən zəbt edilir.
Romalılardan sonra Kürdüstan ərazisi Sasanilər sülaləsinin hakimiyyəti altına düşür.
Tarixdən məlum olduğu kimi, Sasanilərdövləti III-IV əsrlərdə Yaxın və Orta Şərqdə ən
böyük imperiyalardan biri olmuşdur. Sülalə bu dövlətin banisi I Ərdəşirin babası Sasanın
adını daşıyır. 224-cü ildə Parfiya hökmdarı V Artabanı məğlub edib bu dölətin varlığına
son qoyan I Ərdəşir 226-cı ildə Ktesifon (Mədain Ekbatan-indiki Həmədan-kürdcə
“Midyalılar” deməkdir) şəhərində hökmdar elan etdi. Beləkilə, öz sərhədlərini tədricən
18
qərbdə Mesopotomiyaya , şimalda Cənub Qafqaza (indiki Gürcüstan, Ermənistan və
Azərbaycan əraziləri,) şərqdə Əfqanıstan və Orta Asiyaya, cənub isə Yəmənədək
genişləndirən Sasanilər 400 ildən çox regionda hökmranlıq etdilər
Bəzi tətqiqatçılar (xüsusilə, görkəmli şərşünas alim S.Qalyamov) bir çox faktlar
əsasında iddia edirlər ki, Sasanilərin sülaləsinin banisi I Ərdəşir milliyətcə kürd olmuşdur.
I Ərdəşirin babası Sasan Kürdüstandakı Avroman (Həmroman) əyalətinin, onun (Sasanın)
atası Bəhman Kürdi isə Avroman və Pəhlə vilayətlərinin hakimi olmuşdur. Ərdəşir
sözünün mənası kürdcə “Yer üzünün aslanı” deməkdir.
Sasani imperiyasının dövlət dili məlum olduğu kimi, (fəhlə vilayətinin adından
götürülmüşdür)
dili olmuşdur. Sasanilərin kürd mənşəli olduğunu iddia edən alimlər
pəhləvi dilinin müasir kürd dilinin dialektlərindən biri etdiyini söyləyirlər. İ. Nuri paşa
özəsərində Sasanilərin kürd mənşəli olduqlarını əsaslandırmaq üçün Kürdüstanın Kəlhur
vilayətinin hakiminin arvadı olan Şəhrabanu Xatunun öz atasına-sasanilərin axırıncı şahı
Yezdi Kürdə qoran dialektində (pəhləvi dilində) yazdığı məktubu misal göstərir. Onu da
qeyd edir ki, bu faktı ört-basdır etmək istəyənlər Yezdi Kürd sözünü Yezdəgird kimi
yazmışlar (81,122-123).
Milliyətlə başqırd olan S. Qallyamov bir sıra faktlar əsasında Sasani sülaləsinin kürd
mənşəli olduğuna təsdiqləyərək, yazır: “Sasani çarlarının etnik cəhətdən kürdlərə məxsus
olduğunu sülələnin (sasanilərin) İranda bütün hakimiyyəti dövründə ali kahinlər
vəzifəsinin kürdlərin konfessional-troktatik nəsli olan Barzanlarda (Barzanilər bu gün də
Iraq Kürdüstanına başçılıq edir saxlanılması faktı izah edir)” (24,314).
Barzanların (Barzanilərin) Sasani sülaləsində mühüm rol oynadığını Firdovsinin
tarixi “Şahnamə” əsərindən də görmək olur. Həmin əsərdə Firdovsi dəfəlrlə kahin (möbid)
(Xərrad Bərzinin) (Bərzanın) adını çəkir onun Virantiya imperatoruna zərdüştlük dininin
əsaslarını izah etməsini təsvir edir. Tarixdən yaxşı məlumdur ki, Sasani dövlətində hakim
din məhz Zərdüştlük dininin əsaslarını izah etməsini təsvir edir. Tarixdən yaxşı məlumdur
ki, Sasani dövlətində hakim din məhz zərdüştlük idi. Zərdüşt peyğəmbərlər isə “yuxarıda
qeyd etdiyimi kimi, kürdlərin ulu əcdadlarının (melərin, madların, midyalıların) əsas
peyğəmbəri olmuşdur”. Sasanilər V-VI əsrlərdə şimaldan gələn hunların və xəzərlərin (hər
ikisi türk tayfa birləşmələridir) qarşısını almaq məqsədi ilə Xəzərin sahilində Dərbənd
şəhərini və qalasını tikmişlər. Dərbənd-Kürd dilində “Bağlı qapı” deməkdir.
Əlbəttə, sasanilərin kürd mənşəli olduğunu sübut etmək üçün çoxlu sayda digər
faktlar (şahların adları, coğrafi adlar, etnik-dini xüsusiyyətlər və s.)İda tapmaq olar. Lakin
faktsız-sübutsuz bir acı həqiqət gün kimi aydındır ki, Sasani dövləti də kürdlərin yaratdığı
və ya qurulmasına kömək etdiyi digər dövlətlər kimi tarixə bir kürd dövləti kimi deyil,
fars-İran dövləti kimi düşmüşdür. Daha acınacaqlısı odur ki, bu sülalənin hökmranlıq
|