1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix06.05.2017
ölçüsü5,01 Kb.
#16984
1   2   3   4   5   6   7   8   9   ...   14

27
çiçəklənmə dövrü Əhməd  ibn  Mərvanın  hakimiyyəti  illərində (1011-1061) təsadüf  edir.
S.X.Bidlisi  “Şərəfnamə”  də qeyd  edir  ki,  “Kürdlərdən ilk  sultan” Əhməd  ibn  Mərvan
olmuşdur. Fatimilərlə, Vizantiya imperatoru Səlcuq sultanları ilə sülh müqaviləsi bağlayan
Əhməd ibn Mərvan ölkəsində iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün əlverişli şərait
yaratmışdır.
Təkcə Yaxın  və Orta  Şərq  deyil,  dünya  tarixinə qızıl  hərflərlə öz  adını  yazdırmış
kürd sülalələrindən biri Əyubilərdir. Bu sülalələrin tarixi, xüsusiləonun banisi Səlahəddin
Əyyubi  haqqında  onlarla  elmi  və bədii əsərlər  yazılmış,  filmlər  çəkilmişdir.  Təəsüf  ki,
dünya şöhrətli bu sülalə haqqında ASE-nin VI cildində cəmi bi neçə cümlə yazılmışdır.
Əyyubilər, Eyyubilər- Yaxın Şərqdə sülalə əsasını Misirdə Fatimilərin süqutundan
sonra  1171-ci  ildə Səlahəddin  qoymuşdur.  Sülalə Səlahəddinin  atası Əyyub  ibn Şadinin
adı  ilə adlandırılmışdır. Əyyubilərin  müxtəlif  qolları  12-13-cü əsrlərdə Misirdə (1171-
1250),  Suriyada  Dəməşq (1186-1260),  Hələb (1186-1260) və Xüms (1178-1262)),
Mesopotomiyada (1200-1945) və Cənubi Ərəbistan (1173-1228) hakimiyyətdəolmuşdur.
Misir Əyyubiləri səlibçilərlə mübarizənin başlıca təşkilatçılarından idi. Məmlüklərin hərbi
siyasi başlıca artması və sülalə daxilndəki çəkişmələr Əyyubiləri zəiflətdi. Əyyubilərin sas
Misir qolu 1250-ci ildə məmlüklərin sui-qəsdi nəticəsində süqut etdi (40,152).
Göründüyü kimi burada Əyyubilərin etnik mənsubiyyəti haqqında heç nə deyilmir.
Halbuki  təkcə küdr  müəlliflərinin  deyil,  çoxlu  sayda  xarici  ölkə alimlərinin,  görkəmli
şərqşünasların əsərlərində Əyyubilərin  kürd  mənşəyi  haqqında  açıq-aydın  yazılmışdır.
(7;12;21;22;23;25;35;36;41;42;43;44). Sülalənin banisi Səlahəddin Yusif ibn Əyyub 1138-
ci ildə İraqın Tikrit şəhərində anadan olmuşdur. Elmi mənbələrin verdiyi məlumatlara görə
onun atası Racəddin Əyyub və babası Şadi Rəvənd adlı kürd tayfasına aid olub, X əsrdə
yaşadıqları  Dvin (Dəbil,  Yerevan  yaxınlığında  yerləşir) şəhərindən (hazırda  şəhər  tipli
qəsəbədir) İraqa  köçmüşlər.  Yeri  gəlmişkən,  onu  da  qey  edək  ki,  İrəvan (Yerevan) 
İrandakı  rəvandüz  şəhərlərinin  adı  məhz  kürdlərin  qəhrəmanlıqlarla  dolu  tarix  yazan
Rəvənd tayfası ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, bu tayfa islam dünyasına,
Yaxın  və Orta  Şərqin  ölkələrinin  tarixinə parlaq  səhifələr  yazmış  iki  qüdrətli  kürd
sülaləsini (şəddadilər və Əyyubilər) bəxş etmişdir.
Rəvənd  tayfasının  görkəmli  nümayəndələrindən  olan  Şadi (Səlahəddinin  babası)
iki  oğlu (Racəddin Əyyub,  Əsədəddin  Şirkuh) ilə birlikdə İraqa  köçüb  burada
məskunlaşmışdır.
1164-1169-cu    illərdə Misirə qarşı  hərbi  yürüşlərə Səlabəddinin əmisi  Şirku
rəhbərlik edirdi. 1169-cu ildə Misirin paytaxtı Qahirə şəhərinə “ağ atın belində daxil olan”
Səlahəddin  hakimiyyəti ələ alaraq əyyubilər  sülaləsinin əsasını  qoydu.  Tarixçilər
Səlahəddinin şəxsi katibi əl-İsfahi onu “VIII əsrin Napalyonu” , “Qüdsin xilaskarı”, “Zəfər

28
çalan  şah”,  “Müsəlman  dünyasının  birləşdiricisi”  və s.  adlandırmışlar.  Görkəmli  inglis
yazıçısı  Valter  Skott  onu “Şərq  tarixində ən  böyük  şəxsiyyət
(fiqur)” adlandıraraq,
“Şirürəkli  Riçart”  romanında  qəhrəmanın  dili  ilə deyir: “Xaça  çəkilməmiş (yəni  xristian
olmayan) insanda  da  ola  biləcək  bütün  xeyirxahlıqlara  malik  bütpərəst  Səlahəddin  bu
müqəddəs torpaqları almaq ədalətli ola bilərdimi?!” (12,18). Şir ürəkli Riçardı (səlibçilərin
kralı) məğlub edən Səlahəddin onu öldürməyib buraxmışdı:
Əvvəlcə (1169-cu  ildə) Misir  hakiminin  vəziri  təyin  olunan  Səlahəddin  1175-ci
ildə Misir Sultanı elan olundu. Qısa vaxt ərzində Yəmən, Suriya, Livan, Fələstin, Əlcəzair,
Benqazi,  Diyarbəkir  və Nubiyanın  özünə tabe  etdirdi.  Səlibçilərə qarşı  qəhrəmancasına
vuruşan    Səlahəddin  1187-ci  ildə Hittin  məntəqəsi  yaxınlığında  xaçlıların  qoşununu
darmadağın edib, həmin ilin oktyabrının 2-də müqəddəs Qüds şəhərini, az sonra isə Suriya
və Fələstin  torpaqlarını  işğalçılardan (Avropanın  Xristian  qoşun  birləşmələri  olan
səlibçilər-“Xaç daşıyalar”)azad etdi.
1189-1192-ci illərdə baş verən III səlib yürüşü zamanı səlibçilərin böyük qüvvə ilə
(“xaçlıların”  birləşmiş  qoşunlarına  bu  yürüçdə Almaniya  imperatoru  I  Fridrix
Barborassa, Fransa kralı II Flipp Avqust, İngiltərə Kralı Şirürəkli Riçard başçılıq edirdi )
hücuma  keçdiyinə baxmayaraq,  Səlahəddinin  şəxsən  rəhbərlik  etdiyi  qoşun    avropalıları
darmadağın edib, onları döyüş meydanından qaçmaq məcburiyyətdində qoydu.
IV  cildində Əyyubilərin  mənşəyi  barədə susan  ASE  VIII  cldində bu  sülalənin
banisi Səlahəddin Əyyubinin “Türkləşmiş Kürd” olduğunu etiraf edir.
Burada bu görkəmli sərkərdə və dövlət xadimi  haqqında belə yazılmışdır:  “Mhir
döyüşçü  və siyasətçi  kimi  məşhur olmuş  Səlahəddin Əyyubi  öz  hakimiyyəti  dövründə
vergilri  qismən  azaltmış,  iqta  torpaq  mülkiyyətinin  genişləndirilməsi  və mədrəsələrin
tikintisinə şərait yaratmışdı”(37,372).
4 mart 1193-cü ildə Cəlaləddin Əyybi  Dəməşqdə qızdırma xəstəliyindən vəfat edir.
Buna baxmayaraq, onun qurduğu Əyyubilər hakimiyyəti 1252-ci ilədək davam etdi. Onun
hakimiyyəti  illərində Misir  və Suriya  padşahlığı ərəb  fəlsəfəsinin,  tarixşünaslığının  və
ədəbiyyatının  mərkəzinə çevrildi;  İslam  dini  və mədəniyyəti  regionda  öz  inkişafının
yüksək inkişaf səviyyəsinə çatdı.
Əsrlər  boyu (XII əsrdən-XIX əsrin  60-cı  illərinədək!)
gah  müstəqil,  gah  da
yarımmüstəqil hakimiyyət sürmüş küdr tayfa birləşməsi Bani Ərdalan Kürdüstan və İran
tarixinə öz damğasını vuran sülalələrdən biridir. Ş.X.Bidlisi “Şərəfnamə”də ərdalanlıların
adını  kürdlərin  güclü  tayfa  birləşmələri  olan  Həkəri  Soran  və Babanlarla  yanaşı  çəkir
(45,87).  Bani Ərdalan    kürdlərinin  tarixi  haqqında  çoxsaylı əsərlərdə geniş  məlumat
verildiyinə baxmayaraq,  müxtəlif  dövrlərdə yazılmış  iki kitab  dəyərli  elmi  mənbə kimi
daha çox diqqəti cəlb edir (46;47).

29
Həmin  kitablardan  birincisi  Xosrov  İbn  Məhəmməd  Bani Ərdalanın  o  zamankı
hakimi  Xosrov  xan    Nakamın  dövründə tamamlanmışdır.  Lakin  bu  dəyərli əsər  yalnız
1977-ci ildə Tehranda İranlı kürd alim doktor İsmayıl Ərdalan tərəfindən çap olunmuşdur.
Rus  alimi  E.İ.Vasilyeva  həminəsəri  fars  dilindən  rus  dilinə çevirərək,  1984-cü  ildə
Moskvada çap etdirmişdir.
İkinci  kitabın  müəllifi  Mah  Şərəf  xanım  Kürdüstani  Xosrov-xan  Nakamin  həyat
yoldaşıdır.  O,  həm  də Məsturə təxəllüsü  ilə gözəl  şerlər  yazmış  və tətqiqatçıların  X.B.
Natəvanla  müqayisə etdiyi  “divan  sahibi”  olan  kürd  şairəsidir  (48,4-5).  Müəllif  həmin
kitabı  1845-1847  ci  illərdə,  yəni  birinci  kitabdan  təxminən  13  il  sonra  yazmışdır.  Mah
Şərəf  xanımın  kitabı  ilk  dəfə 1946-cü  ildə -onun  vətənində -İran  kürdüstanında
Demokratik Cümhuriyyət yaranan il çap olunmuşdur.  Həmin kitabı çap etdirən kürd alimi
Nasir  Azadpur  yazır:  “Hərçənd  ki, Ərdalan  tarixinə dair  çox  kitab  və əsrlər  yazılmışdır,
etiraf  etmək  lazımdır  ki,  Məsturənin  Xronikası  yazılması  tarixinin  qədimliyinə müəllifin
şəxsiyyəti  və Bani Ərdalan  evinə qohumluq əlaqələri    nöqteyi-nəzərindən  istənilən  digər
kitabdan  daha çox diqqəti cəlb edir (47,11). E.U.Vasilyeva həminkitabı rus dilinə tərcümə
edərək 1990-cı ildə Moskvada çap etdirmişdir.
Hər iki elmi mənbə əsasında S.X.Lonqriqqin “imperiya” adlandırdığı Bani Ərdalan
vilayətinin  (knyazlığının)    qısa  tarixinə nəzər  yetirək.  Yeri  gəlmişkən  qeyd  edək  ki,
Ərdalan  kürdlərin  yaşadığı  yeganə vilayətdir  ki,  onların  adl  ilə,  yəni  kürdüstan
adlandırılmışdır.  Bir  çox  mənbələrdə Ərdalan  və Kürdüstan  sözləri  sinonim  kimi
işlənmişdir.  İranın  müasir  ictimai-siyasi  Kürdüstan  ostanı  məhz  tarixi ərdalan  vilayətinin
ərazisində yerləşir. Bir çox tədqiqatçılar bu vilayətin ərazisini kürdlərin yaranma mərkəzi-
ocağı hesab edir (46,49).
Vilayətin  tarixi  haqqında  həriki  kitabı  farscadan  rus  dilinə tərcümə edən
E.U.Vasiliyeva Bani Ərdalan knyazlığının tarixini 4 dövr ə bölür:
I dövr-knyazlığın yaranmasından XV əsrədək.
II  dövr-XVI əsrdən-1658-ci  ilədək.  Bu  dövrdə vilayət  geniş əraziləri əhatə edir  və
demək  olar  ki,  müstəqil  idarə olunurdu.  Və hətta,  hökmdarlarının  adına  pul  buraxılırdı
(36,85).
III  dövr-1658-1825-ci  illər.  Knyazlığın ərazisi əsasən Ərdalan  vilayətini əhatə
edirdi.
IV  dövr-1825-1868-ci  illər.  Bu  dövrdə yerli  hakimiyyət  zəifləyir  və vilayətdə
Qacarlar sülaləsinin nüfuzu artmağa başlayır.
Kürd  alimlərinin əksəriyyəti  Bani Ərdalan  sülaləsinin  öz  mənşəyini  Sasanilərdən-
Ərdəşur Papakandan olduğunu yazır. Şərəf Xan Bidlisi qeyd edir ki, sülalənin banisi Baba

30
Ardalan Diyarbəkrdə hökmranliq edən  Mərvanilərdən idi və o, həmin dövrdə Şəhruzurun
hakimi  idi  (45,146).  K.Riç  və başqalarının  fikrinə görə Bani Ərdalan  ailəsi (sülaləsi) öz
başlanğıcını quran (goran) tayfa birləşməsinin bir qolu olan mamuilərdən almışdır.
Tədqiqatçılar  belə hesab  edir  ki,  bu  sülalənin  banisi  Baba Ərdalan  1169-cu  ildə
Ərdalanda  deyil,  şəhrizur  vilayətində hakimiyyətə gəlmişdir.  Sülalənin  ilk  hökmdarları
olan  Baba Ərdalan,  Kalul,  I  Xızır,  İl yas,  II  Xızırın  dövründə vilayətin  sahəsi  geniş
əraziləri-Şəhrizur,  Palanqan,  Koy,  Hərir,  Baban,  Şəhrbazar,  Rəvandüz, Ərdəbil  və
İmadiyəni əhatə edirdi.
1550-ci ildə Şah Təhmasibin göstərişi ilə qızılbaşların (səfəvilərin) qoşunu Ərdalan
üzərinə hücuma  keçir.  Vilayətin  hakimi  Bikə bəyin  qəhramancasına  döyüşü  nəticəsində
qızılbaşlar  geriyə qaçmağa  məcbur  olurlar  (46,75).  1561-1562-ci  illərdə Bağdad əmiri
Usman-paşa sülalənin ilk iqamətgahı olmuş Zalm qalasını və Şəhrizuru işğal edir. Xosrov
ibn  Məhəmmədin  verdiyi  məlumata  görə üç  ildən  sonra (1565-ci  ildə) Bəni Ərdalanın
hakimi Sultan Əli bəy Şəhrizuru osmanlılardan geri alır (46,75).
Bani Ərdalan (Kürdüstan) hakimi Teymur xan (Sultan Əli bəyin oğlu) (1579-1590)
özhakimiyyətini gücləndirərək və Şah Təhmasibin ölümündən istifadə edərək Kirmanşah,
Sonkor,  Dinavər  və Gorusu  da  Kürdüstanın (Bani Ərdalanın) tərkibinə daxil  edir.  O,
əvvəlcə Osmanlı  sultanı  Murad-xana  itaətkarlıq  göstərsə də,  sonradan  vilayəti  müstəqil
idarə etməyə başlayır.  Vaxtından əvvəl (goruslularla  müharibədə) ölümüTeymur  xanın
müstəqil Kürdüstan dövləti qurmaq arzusunu ürəyində qoydu.
Teymur xanın ölümündən sonra hakimiyyətə gələn Helo-xan Palanqan, Həsənabad,
Mərivan qalalarını tikdi (bəzi tətqiqatlara görə bərpa etdi) və sülalənin ilk iqamətgahı olan
Zalm qalasını bərpa edib daha da möhkəmləndirdi. Tədricən öz hakimiyyətini və ordusunu
gücləndirən  Helo-xan  İran  şahı (Şah  Abbas) və Osmanlı  sultanına  baş əyməyib  vilayəti
müstəqil idarə etməyə başladı (46,76).
1611-ci  ildə İran  şahının Əmri  ilə Liristan  hakimi  Hüseyn-xan  Lurun  başçılığı
altında  böyük  qoşun  birləşmələri Ərdalanın (Kürdüstanın) üzərinə hücuma  keçir.  Helo-
xana  itaətsizliyinə görə dərs  vermək  istəyən  Şah  Abbasın  qoşunu  biabırcasına  məğlub
olub,  geriyə qayıtdı.  Buna  görə şah  Abbas  özü Ərdalan  üzərinə yeriməyə başladı,  lakin
ətrafdakıların məsləhəti ilə Helo-xana hücum etməyib geri qayıtdı.
Öz bacısı Helo-xana oğlu Xan Əhməd-xana ərə verən Şah Abbas  onu Kürdüstanın
(Ədalanın) hakimi təyin etdi. 1616-cı ildə hakimiyyətə gələn Xan Əhməd xan Kürdüstan
(Ərdalan) vilayətinin ərazisini daha da genişləndirdi və onun iqtisadi-siyasi qüdrətini xeyli
güclədirdi.  Tarixçi  İsgəndər  bəy  Türkmən  şah  Abbasın  dövründə hakimlik  etmiş  qüdrətli
17 kürd və lur (onlar da kürd xalqının bir qoludur) əmirləri içərisində birinci sırada Helo-
xanın oğlu Xan Əhməd-xanın adını çəkir.

31
Şah  Abbasın  ölümündən
(19.I.1629)
sonra  Xan
Əhməd-xan  qızılbaşların
tabeliyindən çıxıb, öz adına pul kəsdirməyə və Tam müstəqil hökmranlıq etməyə başlayır.
Xan Əhməd xan Kürdüstan (Ərdalan) vilayətinin sahəsini Kirmanşahdan və Həmədandan
Urmiyayadək, Marağadan Mosul və İmadiyəyədək  genişləndirdi.
1638-ci  ildə Şah  Səfi  Zal  xanın  başçılığı  altında  Xan Əhməd  xan  Osmanlı  sultanı
tərəfindən  ona kömyə göndərilən  türkdöyüşçü  dəstələri  ilə birlikdə şah  Səfinin  qoşununa
Mərivan  gölü ətrafında  darmadağın  etdi.  Həmin  döyüşdən  sonra  Mosula  gedən  Xan
Əhməd xan burada vəfat edir.
Xosrov-xan  Bani Ərdalanın  hakimiyyəti  illərində (1756/57-1790/91) Kürdüstan
vilayətinin  hərbi  siyasi-qüdrətidaha  da  güclənir,  müstəqilliyi  artır.  Belə ki,  1779-cu  ildə
Kərim  xan  Zəndin  ölümündən  sonra  hakimiyyəti ələ keçirməyə çalışan  Qacarlar  sülaləsi
yalnız  Xosrov-xan  Bani Ərdalanın  h ərbi  köməyi  sayəsində öz  məqsədinə nail  olur.  Ağa
Məhəmməd-xan  Qacarın  hakimiyyət  başına  keçməsinə yaxın  olan  köməklik  göstərən
Xosrov xan Bani Ərdalan tədricən özünü müstəqil aparmağa başlayır. Onun bu itaətsizliyi
A.M.Qacarın xoşuna gəlmir və o öz müttəfiqinin (Xosrov xanın) üzərinə qoşun göndərir.
Həmədan  yaxınlığında  baş  verən  şiddətli  döyüşdə Xosrov  xan  Qalib  gəlir  və ağır  itkiyə
məruz  qalan  Ağa  Məhəmməd  xan  Qacar  geri  çəkilməli  olur.  Tarixçilərin  verdiyi
məlumatlara  görə bu  döyüşdə “dərs  alan”  Ağa  Məhəmməd  xan  sonralar  birbaşa  Xosrov
xanın üzərinə hücuma keçməyə cürət etmir (46,89).
Bani Ərdalan  axırıncı  qüdrətli  hökmdarlarından  biri  olan Əmənullah  xan (Xosrov
xanın  oğlu) 20 ildən yuxarı (1799-1825) bir  dövrdə vilayəti demək  olar  ki,  tam  müstəqil
idarə etmişdir.  Mənbələrin  verdiyi  məlumata  görə,  O,  Şah  (kral)  mövqeyinə malik  olub
sözün  tam  mənasında  müstəqil  idi  (36,85).  Rus  alimi  F.Çyornozubov  fars  və erməni
mənbələri əsasında  vilayət  haqqında  yazdığı  dəyərli əsərində (“Şirlər  və Günəş”
ölkəsi.Ərdalan, yaxud İran Kürdüstanı)qeyd edir ki, Əmənullah  xanın adı bütün dünyada
məşhur  idi.  Hindlər inglislərlə müharibə zamanı  İran  şahına və Əmənullah  xana kömək
üçün  müraciət  etmişdilər.
Əgər  İranda  kiməsə heykən  qoyulması  qərara  alınsaydı,
şübhəsiz  ki,  Kürdlər Ərdalanın  bu  böyük  dövlət  xadiminə (Əmənullah  xana) üstünlük
verərdilər (49,38).
1825-ci ildə Əmənullah  xan  vəfat  etdikdən  sonra  onun  yerinə oğlu  Xosrov  xan
Nakam (şairə Məsturənin əri) keçir.  O,  1819-cu  ildə Fətəli-şahın  qızı  Valiyə xanım  ilə
evlənmişdi.  1835-ci  ildə Xosrov  xan  Nakam  30  yaşında  vəfat  edir. Ərinin  ölümündən
sonra Valiyə xanım vilayəti idarə etməyə başlayır və beləliklə, burada hakimiyyət Qacarlar
sülaləsinin  nüfuzu  altına  keçir.  1865-ci  ildə Xosrov  xan  Nakamın  ikinci  oğlu  Qulam  şah
(II Əmənallah) vilayətin hakimi təyin olunur, onun ölümündən sonra-1868-ci ildə İran şahı
Nəsrəddin  Şah
Ərdalan  vilayətinin (İran  kürdüstanına) yerli  sülalədən  deyil,
ərdalanlıların  hakimiyyətə gətirdiyi  Qacarlar  sülaləsinin  olan  öz  dayısı (Nəsrəddin  şahın

32
dayısı) Mötəmməd əd-Dövləni  hakim (vali) təyin  edir.  Beləkilə, əsrlər  boyu  müstəqli
hökmranlıq edən  Bani Ərdəlan  sülaləsinin  hakimiyyətinə son  qoyulur.  Lakin  tarixçilərin
yazdığına görə sonralar da bu sülalənin nümayəndələri Şah sarayında böyük nüfuza malik
olmuşlar (36,85).
Əsrlər  boyu  müstəqil  və ya  yarımmüstəqil  hakimiyyətə malik  olan  kürd
əmirliklərindən biri də kürd Bidlis əmirliyidr. Əmrlik onun paytaxtı olan bidlis şəhərinin
adını daşıyır. Bidlis şəhəri Van gölünün cənu-qərbində yerləşir və Kürdüstanın ən qədim
şəhərlərindən  biridir.  Görkəmli  kürd  tarixçisi  məşhur  “Şərəfnamə”nin  müəllifi  Şərəf  xan
Bidlisi həmin sərənidə qeyd edir ki, Makedoniyalı İsgəndər tərəfindən əvvəlcə Bidlis çayı
çayında  eyni  adlı  qala  tikilmiş,  sonralar  həmin  qalanın ətrafında  şəhər  yaranıb  inkişaf
etmişdir. Şəmsəddin Sami şəhər haqqında yazır:”Kürdüstan olan Bidlis şəhəri orta əsrlərdə
uzun  zaman  kiçik kürd  hökumətinin mərkəzi  olmuşdur”  (15,94).  Orta əsrlərdə “İpək
yolu”  üzərində böyük  ticarət  mərkəzi  olan  Bidlis əmirliyini  də öz  hakimiyyəti  altında
birləşdirmişdi. Ş.X.Bidlisinin yazdığına görə Bidlis əmirliyində 24 kürd yaşayırdı. Həmin
tayfaların ən  qüvvətlisi Ruzəki tayfası  olmuşdur.  Ona  görə də əmirliyi əsrlər  boyu  bu
tayfadan olan hökmdarlar idarə etmişlər. Ş.X.Bidlisinin və başqa tətqiqatçıların yazdığına
görə Bidlis hökmdarlarının mənşəyi Sasanilər sülaləsi ilə bağlıdır. (15,96).
“Şərəfnamə”nin  müəllifi  yazır  ki, (tarixdə adları  qeyd  olunan) “mənim  nəzərimə
çatan Bidlis hökmdarları 18 nəfərdən ibarət olub 450 ildən artıqdır ki, hökmranlıq edirlər”
(15,97).
1925-ci  ildə Cəlaləddin  Xarəzmşah  monqollara  məğlub  olub Azərbaycana  gəlir  və
buradan da bidlisə keçir. O burada Bidlis hökmdarı Məlik Əşrəfin qızı ilə evlənir. Məlik
Əşrəf  Bidlis  hökmdarı  olmazdan əvvəl  Suriyada (Şamda) yaşamış  və Əyyabilərin  qoşun
başçısı  olmuşdur.  Məlik Əşrəf  heç  bir  şaha  tabe  olmadan  ölənədək  Bidlis əmirliyini
müstəqil idarə etmişdir.
Ümumiyyətlə Bidlis əmirliyi  1384-cü  ildən  1849-cu  ilədək  gah  müstəqil,  gah  da
yarımmüstəqil surətdə fəaliyyət göstərmişdir (Yenə orada,səh. 16).
Tətqiqatçıların  yazdığına  görə Məlik Əşrəfin  ölümündən  sonra  hakimiyyət  onun
qardaşı  Məlik  Məcdəddinə,  ondan  sonra  isə oğullarına (Məlik  Məcdəddinin)
keçmiş,
onlara  Teymurləngin  Kürdüstana  gəlməsinədək  heç  kim  toxunmamış, əmirliyi  müstəqil
idarə etmişlər.  1393-cü  ildə Bidlis  üzərinə qoşun  yeridən  Teymurləngi  Vilayətin hakimi
Hacı  Şərəf  hədiyyələrlə (kürd  atları  ilə) qarşılayır.  Zəmanəsinin  ağıllı  siyasətçilərindən
hesab olunan Hacı Şərəfin bu hərəkəti Teymurləngin xoşuna gəlir və o, bir neçə rayonu da
Bidlis əmirliyinə qataraq onun (Hacı Şərəfin) hakim təyin olunması barədə xüsusi fərman
verir  (15,98).  Beləliklə,  Hacı  şərəf  bidlis əmirliyinin  müstəqilliyini  monqol  istilası
dövründə də qoruyub saxlamağa nail olur.

33
Hacı Şərəfdən sonra onun oğlu Məlik Şəmsəddin Bidlis hökmdarı (1399-1425) olur.
Teymurləng zamanında qaçaq düşən Qara Yusif Qaraqoyunlu Teymurun ölümündən sonra
1405-ci  ildə öz  tərəfdarları  ilə birlikdə əvvəlcə Diyarbəkir  kürdlərinə,  daha  sonra  Bidlis
əmiri  Məlik  şəmsəddinə pənah  gətirir.  F.Metsopskinin  yazdığına  görəMəlik  Şəmsəddin
Qara  Yusifi  böyük  hörmətlə:  duz-çörəklə qarşılamış,  ona  silah,  at,  qatır,  çoxlu  miqdarda
hərbi sursat bağışlamışdır (50,22-23).
Qara  Yusif  öz  qızını  Məlik  Şəmsəddinə ərə verir,  o  isə Pasin  rayonu  ilə Onik
qalasını qayınatasına (Qara Yusifə) bağışlayır.
Burada bir qədər qüvvə toplayan Qara Yusif 1406-cı ildə Teymurləngin nəvəsi Əbu
bəkrin ixtiyarında olan Çuxur Səəd qalasına hücum etdi. Həmin döyüşdə qalib gələn Qara
Yusif Mərənd, Naxçıvan, Şərur və Makuna da ələ keçirir.
Qara Yusif şah olan kimi (1410-cu il) Mum və Əxlat rayonlarının Bidlis əmirliyinə
qıtılması  barədə fərman  verdi.  Tarixçilərinə yazdığına  Qara  Yusiflə Məlik  Şəmsəddin
arasındakı  dostluq  və ittifaq  o  dərəcəyə çatmışdı  ki,  Qara  Yusif  ona  “oğlum”  deyə
müraciət edirdi (15,99).
1420-ci  ildə Qara  Yusif  öləndən  40  gün  sonra  Teymurləngin  oğlu  Şahrux  Mirzə
Kürdüstana  gəlir  və Əxlat  nahiyyəsində Mərku  adlanan  yerdə düşərgə salır.  Digər  kürd
əmirləri ilə birgə Məlik Şəmsəddin ona tabe olduğunu bildirmiş və beləliklə öz əmirliyini
qoruyub  saxlamışdır.  Ş.X.Bidlisinin  yazdığna  görə Məlik  Şəmsəddin  öz  adına  xütbə
oxutdurmuş  və sikkə zərb  etdirmişdir  (15,101).    Kürdlər  arasında  ona  “Şəmsəddin əl-
Kəbir” adı verilmişdi.
1453-cü  ildən  Diyarbəkir  və Ermənistanda  hökmdarlıq  edən  Ağqoyunlu  Uzun
Həsən  1468-ci  ildə Qaraqoyunluları  məğlub  edərək  bəzi  kürd əmirliklərini  də öz  itaəti
altına  salmağa  başladı.  O,  Bidlis  qalasını  işğal  etmək  üçün  Süleyman  bəyin  Başçılığı
altında  böyük  qüvvə ilə qoşun  göndərdi.  Qalan  üç  il  mühasirədə saxladığı  üçün
müdafiəçilər arasında baş verən xəstəlik çoxlu sayda insanın məhvinə səbəb olmuşdu.
1471-ci  ildə Uzun  Həsən  Bidlisin  üzərinə yeni  qüvvə ilə qoşun  göndərdi. Əmir
İbrahimin  sülh  təklifini  Uzun  Həsən  qəbul  etdi.  Beləliklə,  1471-ci  ildən  1498-ci  ilədək
Bidlis əmirliyi  Ağqoyunlu  hökumətinin  tabeliyinə keçdi.  1501-ci  ildə Bidlis əmirliyində
hakimiyyəti ələ alan Əmir Ş ərəf (Şərəf  xan  Bidlisinin  babası) 1533-cü  ilədək  müəyyən
fasilələrlə demək olar ki, əmirliyi müstəqil idarə etdi.
1532-ci  ildə Şah  Təhmasib Əmir Şərəfi  Kürdüstanın  bəylərbəyisi  təyin  etdi  və
Osmanlılarla  Azərbaycanın  sərhədlərinin  təhlükəsizliyini  qorumağı  ona  tapşırdı.  1533-cü
ildə Bidlis əmiri Şərəf xan öldürülür.    1535-ci ildən Bidlis əmirliyi Osmanlı hökumətinin
bir  vilayətinə çevrilir,  yalnız  43  ildən  sonra-1578-ci  ildə “Şərəfnamə”nin  müəllifi, Əmir

34
Şərəfin  nəvəsi  Şərəf  xan  Bidlisinin  hakimiyyətinə verilir  və müstəqil əmirlik  kimi
fəaliyyətə başlayır.  1588-1596-cı  ildə Bidlis əmirliyinə Şərəf  xanım  oğlu  Şəmsəddin  bəy
hakimlik etmişdir.
V.Nikitin qeyd edir ki, XVI-XVII-XVIII əsrlərdə Bidlis əmirliyi çox vaxt Osmanlı
hökumətinə tabe  olmurdu.  Ona  görə də XIX əsrin  ortalarında (1849-cu  il) Türkiyə
əmirliklərini  tamamilə ləğv  etmək  qərarına  gəldikdə əvvəlcə Bidlis əmiri  Şərəf  bəyi
Konstantinopola apardı və sonra Bidlis əmirliyini özünə tabe etdi (51,248). Tətqiqatçıların
yazdığına  görə həmin  ilədək (1849-cu  il) Bidlis əmirliyi  yarımmüstəqil  halda  Şərəfxan
Bidlisinin xələfləri tərəfindən idarə olunmuşdur.
Əsrlər  boyu  azadlıq  uğrunda  mübarizə aparan  və yadelli  işğalçılara  boyun
əyməyən  Kürdüstan  vilayətlərindən  biri  də Dərsimdir (indiki  Tunceli  vilayəti).
N.Dərsiminin fikrinə görə Dərsim-iki kürd sözündən (“dər”-qapı: “sim”-gümüş) yaranıb
“Gümüş  qapı” deməkdir  (26,1).  E.ə.VI əsrdə yunanlar  bu  yerə Daranis,  Bisütun
kitabələrində isə Zuza (Zaza-zozan-“yaylaq”) deyilmişdir.  Vilayətin  qərbində yaşayan
Koçan  tayfası  Dərsimə “Kürdüstan  qapısı”  deyir.  Xalq  arasında  Dərsim  sözü  Kürdüstan
sözünün sinonimi kimi işlənilmişdir.
Qədim  Midiyanın  vilayətlərindən  biri  olan  Dərsim (Zuza) kürdləri  bütün  tarixləri
boyu  müstəqil,  azad  yaşamaq  uğrunda  mübarizə aparmış,  yadellilərə heç  zaman  boyun
əyməmiş və könüllü təslim olmamışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 600 ildən çox
yaşayan  Osmanlı  imperiyası  döründə osmanlılar  nə qədər  çalışsalar  sa,  dərsimlilərin
iradəsini qıra bilməmiş, onları özlərinə tabe etməyə müvəffəq olmamışdır. Yalnız 1938-ci
ildə aviasiyanın (hərbi  təyyarələrin) köməyi  nəticəsində Dərsim  vilayəti  Türkiyəni
tanımağa məcbur olmuşdur.
Romalılar,  Bizanslılar  və İranlılar  dəfələrlə bu  dağlıq  bölgəyə hücum  etsələr  də
onu ələ keçiər  bilməmişlər.  1093-cü  ildə Səlcuqlar  Bizansı  məğlub  edib  kürd
əmirliklərindən  Van,  Diyarbəkir,  Bidlis,  Muş,  Sasun,  Cabaqcur  və s. ələ keçirsələr  də,
Dərsimə daxil olmağa nail olmamışlar.
1224-cü  ildə monqollar  Səlcuq  dövləti  üzərinə hücuma  keçərkən  dərsimlilər  dağ
keçidlərini  tutaraq  onlara  yol  verməmişdir.  Anadolunu  işğal  etdikdən  sonra  Hülaku  xan
Ərzincan  vilayətinə hakim  təyin  etdiyi  oğlu  Pəşmuta  Dərsimə hücum  etməsini əmr
etmişdi.  Monqol-tatar  ordusu  ilə Dərsim  kürdləri  arasında  Qızıl  kilisə yaxınlığında  iki
aydan çox davam edən döyüşdə işğalçılar məğlub olub geri çəkildi.
Monqollardan  sonra  onların  naibləri  olan  Elxanilər  də Dərsim  vilayətini  özlərinə
tabe  etdirə bilmədi.  Qaraqoyunlular  və Ağqoyunlular  da  Dərsim  vilayətinə daxil  olmağa
çalışsalar da öz məqsədlərinə nail ola bilməmişlər.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin