1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur


bütün  İnqilabın  taleyi  kürd  məsələsinin  həllindən  asılıdır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix06.05.2017
ölçüsü5,01 Kb.
#16984
1   2   3   4   5   6   7   8   9   10   ...   14

bütün  İnqilabın  taleyi  kürd  məsələsinin  həllindən  asılıdır”  (54,215). (Hakimiyyətə
kürdlərin  köməyi  ilə keçən  S.Hüseyn  qurduğu  diktatura  rejimini  möhkəmləndir-dikdən
sonra kürd xalqının qəniminə çevrildi).
1970-ci  ilin  11  Martında kürd  probleminin  sülh  və demokratiya  yolu  ilə həll
edilməsinə dair müqavilə bəyan edildi. Müqavilədə iran kürdlərinə muxtariyyət verilməsi,
ərəb  dili  ilə yanaşı  kürd  dilinin  də rəsmi  dil  olması  nəzərdə tutulmuşdu.  Həmin
müqavilədən  sonrakı  ilk  aylarda  kürdlərin  milli  haqqlarının  özlərinə qaytarılması
istiqamətində hökumət  tərəfindən  müəyyən  addımlar  atıldı.  Lakin  bu  addımlarla
razılaşmayan millətçi qüvvələr ölkəqə vəziyyəti gərginləşdirməyə cəht göstərdilər 1971-ci

51
ildə kürdlərin  lideri  M.Barzanıya  qarşı  uğursuzluqla  nəticələnən  sui  qəst  təşkil olundu.
Beləliklə,  hökumət  ilə kürdlər arasındakı  münasibətlərdə soyuqluq  yaradıldı.  “Kürd
muxtar  rayonunun  yaradılması  haqqında  “qanun  qəbul  edilməsi  də gərginliyi  aradan
qaldırmadı.
1974-cü ildə yenidən kürdlərlə iraqın hökumət qoşunları arasında silahlı toqquşma
baş verdi. Həmin toqquşma 1975-ci ilə-dək davam etdi. Hökumət böyük çətinliklə də olsa
Barzanilərin bu  hərəkatını  da  silah  gücünə yatırtdı.  Hənin  ildən  etibarən Ərər  Sosialist
Dirçəliş Partiyası (BƏƏS) ölkədə bütün hakimiyyəti ələ keçirtdi və demokratik qüvvələrə,
o cümlədən kürd məsələsini sülh yolu ilə həll etməyə çalışan kürdlərə qarşı kəskin hücuma
keçdi. Kürdlərin  muxtariyyət  uğrunda  mübarizəsinə birdəfəlik  son  qoymaq  məqsədi  ilə
ölkənin  Kürdüstan  bölgəsində demokrafik  vəziyyəti  dəyişdirmək
planını  həyata
keçirtməyə başladı.  Az  vaxt ərzində 700  mindən  çox  kürd doğma  yurdlarından  sürgün
edildi (54,269).
İraq  Kominist  Partiyasının  verdiyi  məlumata  görə 1974-1978-ci  illər
ərzində
Diyalə,  Süleymaniyə, Ərbil,  Kərkük,  Duhak  və Mosal  vilayətlərində 1222  kürd  kəndi
boşaldıldı.  Bəzi  mənbələrə görə dağıdılan  və boşaldılan  kürd  kəndlərinin  sayı  6130  idi.
(22,66).  Həmin  kəndlərin  bəziləri  dağıdıldı,  digər  kəndlərə ərəblər  köçürüldü.  İraq
hökuməti  özünün 1974-cü  ildə mart  ayının  11-də kürdlərə milli  muxtariyət  verilməsi
barədə qəbul  etdiyi  qanunu (33  N-li  qanun) pozaraq,  1978/1979-cu  tədris  ilindən
başlayaraq, Kürdüstan  bölgəsində təlimin  kürd  dilində deyil ərəb  dilində aparılmasına
göstəriş  verdi.Rəsmi  sənədlərdə,  məktəb,xəstəxana,  mehmanxana  və s.  Adlarında  kür
dilininişlədilməsi  qadağan  edildi.  1978-ci  ildə Kürd  Elmlər  Akademiyası (1970-ci  ildə
yaradılmışdı) bağlanıldı, Süleymaniyə Kürd Universiteti ərəb dilində təlim keçdi.
Kürdlərin  milli-azadlıq  hərəkatına  son  qoymaq  məqsədilə İraq  hökuməti  İran  və
Türkiyə
ilə
münasibətləri  yaxşılaşdırmağa  başladı.  1975-ci  ildə
İranla  sərhəd
mübahisələrini  nizama  saldıqdan  sonra  1978-ci  ildə İraq-Türkiyə müqaviləsi  imzalandı.
Həmin  müqavilənin  4-cü  bəndində kürdlərə qarşı  mübarizədə qüvvələrin  koordinasiyası
nəzərdə tutulmuşdu (54,271).
1979-cu  ildə Səddam  Hüseyn  İraqın  Kürdüstan  Muxtar  rayonuna (qəribədir  ki,
Kürdüstan  Muxtar  bölgəsinə üç  vilayət-Süleymaniyə, Ərbil,  Dahok-daxil  olduğu  halda,
həmin ərazilər rəsmi dövlət sənədlərində Kürd Muxtar rayonu (?!)adlandırıldı) səfər etdi.
Səfərdə məqsəd  Iranla müharibə ərəfəsində kürdlərin  dəstəyini  almaq  idi.  Ona  görə də
S.Hüseyn  Kürdüstan  bölgəsindəki  görüşlərində
yenidən  kürdlərə
muxtariyyətin
möhkəmləndiriləcəyi,  ölkənin  cənubuna  köçürülmüş  kürdlərin  öz  doğma  yerlərinə geri
qaytarılacağı barədə vədlər verdi.
1979-cu ildə İranla İraq arasında başlanan müharibə Kürdüstan bölgəsində

52
vəziyyəti  daha  da  kəskinləşdirdi.  Kürdlərin  muxtariyyət  uğrundakı  mübarizəsindən
vahiməyə düşən Türkiyə 1982-ci ildə İraqla gizli müqavilə imzaladı. Həmin müqavilənin
xüsusi maddəsinə əsasən hər iki tərəfin hərbiçilərinə, o cümlədən hərbi-hava qüvvələrinə
kürdlərə qarşı əməliyyatlar zamanı ölkənin sərhədlərindən 17 km-dək içəriyə daxil olmaq
icazəsi verilirdi (91,95).
İranla  mübarizə şəraitindən istifadə edən S.  Hüseyn  kürdlərə verdiyi  vədi  tezliklə
yaddan  çıxarib  onlara  qarşı  soyqırım  siyasəti  yeritməyə başladı.  Belə ki,  o əvvəlcə
sərhədlərin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Türkiyəyə yaxın rayonlarda yaşayan
kürdlərin  kütləvi  departasiyasını  həyata  keçirtdi.  Mənbələrin  (92)  verdiyi  məlumata  görə
departasiya edilmiş kürdlərin sayı iki milyon nəfəri ötmüşdü.
Daha  sonra  kürdlərin  qaniçən  cəlladına  çevrilən  Səddam  onların  milli-azadlıq
mübarizəsi əzmini  qırmaq  və gözlərini  qorxutmaq  məqsədilə,  alman  faşistlərinin  belə əl
atmadığı vasitədən istifadə etdi: 1988-ci ilin 16 Martında gecə əhalisi 70 mindən çox olan
Hələbcə şəhəri  kimyəvi  bombalarla  yerlə-yeksan  edildi. Təkcə bir  gecədə beş  mindən
çox dinc əhali –qadın, uşaq, qoca məhv edildi, minlərlə insan zəhərli maddələrlə ömürlük
şikəst edildi. (Ahları həmin gecə göylərə yüksələn insanların harayını Allahdan başqa heç
kim  eşitmədi.  Dünya  ictimaiyyəti  və özünü  insan  haqlarının  müdafiəçisi  elan  edən  ABŞ
kürdlərin  bu  soyqırım  fəlakətinə göz  yumdu. Lakin  Allahın  bu  günahsız  insanların  qanı
üçün  Səddam  Hüseynə və həmin  zəhərli  silahların  hazırlanıb  tətbiq  edilməsində xüsusi
xidmətləri olan “Kimya Əli” yə verdiyi cəza gec olsa da güc oldu: 2003-cü ildə Səddam
nəinki  devrildi,  öz  xalqına  və kürdlərə qarşı  törətdiyi  cinayətlərə görə edam  edildi.
“Kimya Əli” də özüm cəzasına məhkum olundu).
Ümumiyyətlə,  on  ilə yaxın  davam  edən  İraq  İran  müharibəsi  nəticəsində yüz
minlərlə kürd  məhv  edildi (hər  iki  tərəfdə ən  şiddətli  döyüşlər  kürdlərin  yaşadığı
vilayətlərdə gedirdi) 2  milyondan (bəzi  məlumatlara  görə üç  milyona  yaxın) yuxarı  kürd
isə evini-eşiyini itirib didərgin həyatına düçar oldu.
İranla müharibəni dayandırandan az sonra 1990-cı ilin avqustunda S.Hüseyn qonşu
Küveyt dövlətini özünün 19-cu əyaləti ela edərək onun ərazisini işğal etdi. Lakin ABŞ və
digər  Qərb  dövlətlərinin  birgə qoşunlarının  birbaşa  köməyi  ilə S.  Hüseyn  geri  çəilmək
məcburiyyətində qaldı  və Küveyt  işğaldan  azad  edildi.  Yaranmış  tarixi  şəraitdən  istifadə
edən İraq kürdləri C.Tələbani (Kürdüstan Vətənpərvərlər Birliyi partiyasının sədri) və M.
Barzaninin (Mustafa  Barzaninin  oğlu,  Kürdüstan  Demokratik  Partiyasının  sədri)
rəhbərliyi altında Kürdüstan bölgəsinin azadlığıuğrunda döyüşə başladılar. Az vaxt ərzində
demək  olar  ki,  İraq  Kürdüstanının  bütün ərazisi ərəb  işğalından  azad  edildi və bölgədə
hakimiyyət C. Tələbani və M. Barzaninin altına keçdi.
Yaranmış vəziyyətlə barışmayan  qaniçən, cəllad Səddam Hələbcədəki soyqırıma

53
görə cəzalanmadığından  şirnikərək  Kürdüstan  bölgəsini  bombalamağa  başladı.  Kürdlərin
yaşadığı  bütün  kəndləri  yerlə-yeksan  etməyə çalışan  qaniçən  cəllad  Səddam  yüzminlərlə
əhalinin (qadın,  qoca,  uşaq)
məhvinə və didərgin  düşməsinə səbəb  oldu.  Bölgədəki
kürdlərin (sayı üç milyona yaxın idi) kütləvi məhvinə çalışan S. Hüseynin vəhşiliyi dünya
ictimaiyyətində ciddi  narazılığa  səbəb  oldu.  Bu  narazılıqlardan  sonra  işə qarışan  ABŞ,
Almaniya, Fransa, İngiltərə və digər Avropa ölkələrinin təsiri ilə BMT İraq ərazisinin 36-
cı paraleldən şimalda qalan hissəsində (Kürdüstan bölgəsində) İraq təyyarələrinin uçuşunu
qadağan edən qərar qəbul etdi. Yalnız bundan sonra İraq kürdlərinin kütləvi qırğınına son
qoyuldu.
Kürdlərin kütləvi qırğınlar zamanı axıdılan günahsız qanları, ahu-naləsi S. Hüseyni
Allahın  cəzasına  çatdırdı.  Allah əli  təkcə kürdlərin  deyil,  öz  millətinin  də (şiə ərəblərin)
qanına  bulaşmış  Səddamın  ağlını  başından  aldı. O  quduzlaşaraq  dünya  ictimaiyyətinə,
ABŞ başda olmaqla Avropa dövlətlərinə, BMT-yə meydan oxumağa, nüvə silahı istehsal
edəcəyi  ilə hədə-qorxu  gəlməyə başladı.BMT-nin  bir  neçə sanksiyasını,  ABŞ-ın  başçılıq
etdiyi  koalisya  dövlətlərinin (Qərbi  Avropa  dövlətinin  çoxu  buraya  daxil  idi.)
xəbərdarlıqlarını  qulaqardına  vuran  Səddam  həmin  ölkələri  hədələməkdə davam  etdi;
onlarla axıra qədər vuruşacağını və qalib gələcəyini bildirdi.
Səddamın hədə-qorxuları və bütün dünyaya  meydan oxuması o dərəcəyə çatdı ki,
yeganə müttəfiqi olan Rusiya da ondan üz döndərdi və İraqa ABŞ-ın başçılığı ilə koalisya
qoşunlarının  daxil  olmasını  BMT  TŞ-nin  iclasında  razılıq  verdi.  Beləliklə, 2003-cü  ilin
aprel  ayının əvvəllərində koalisya  qoşunları  İraq ərazisinə daxil  oldu.  Aprelin  9-da
qoşunların  bağdada  daxil  olduğunu  görən  Səddam  gecə ilə qaçıb  doğulduğu  Tikritdə
“siçan  deşiyində” (yerin  altında  qazılmış  quyuda) gizləndi.  Elə həmin  gün  Bağdadın
mərkəzində ucalan  qaniçən  diktatorun (Səddamın) nəhəng  heykəli
ərəblərin  özləri
tərəfindən  boynuna zəncir  salınmaqla  uçuruldu.  Uzun  axtarışlardan  sonra  Səddam
gizləndiyi “siçan deşiyindən” çıxarılıb məhkəməyə verildi. Məhkəmə onu öz xalqına qarşı
törətdiyi qanlı cinayətlərə görə ölüm cəzasına məhkum etdi.
Yaranmış  yeni  tarixi  şəraitdən  bacarıqla  istifadə edən  C.  Tələbani  və Məsud
Barzani  aralarındakı  uzun  müddət  davam  edən  ziddiyyəti  həll  edərək  qüvvələrini
birləşdirdilər.  Onların  birləşmiş  qüvvələri S.Hüseyn  rejiminin  devrilməsində ABŞ-ın
başçılıq  etdiyi  koalisya  qoşunlarına  yaxından  köməklik  göstərdi  və Kürdüstan  bölgəsini
diktatura  rejimindən  tam  azad  etdi.  ABŞ  kürdlərin  bu  fədakarlığı əvəzində müstəqil
Kürdüstan  dövlətinin (İraqın  Kürdüstan  bölgəsi ərazisində) yaradılmasına  vəd  vermişdi.
Lakin  ingilislər  kimi  ABŞ  dövləti  də vədinə xilaf  çıxdı.  Bu  məsələdə Türkiyənin  kəskin
mövqedə dayanması  xüsusi  rol  oynadı.  Belə ki,  öz  sərhədləri  yaxınlığında (İran
Kürdüstanı  və Türkiyə Kürdüstanı  birbaşa  həmsərhəd  olan  vahid ərazidir) müstəqil
Kürdüstan dövlətinin yaranacağından vahiməyə düşən Türkiyə hökuməti ABŞ-a təzyiqlər

54
göstərməyə (öz  hərbi  bazalarını  ABŞ-ın  üzünə bağlayacağı;  Kərkükdə yaşayan
türkmənlərin  haqlarını  (?!)  qorumaq  üçün  Şimali  İraq  (Kürdüstan)  bölgəsinə qoşun
yeridəcəyi; Əfqanıstandakı türk qoşunlarını geri çağıracağı və s. hədələrlə) başladı.
C.Tələbani və M. Bərzani ilə ABŞ hökuməti arasında aparılan danışıqlardan sonra
hər  iki  kürd  lideri  federativ  İraq  dövləti  çərçivəsində geniş  muxtariyyət  hüququna  malik
Kürdüstan  vilayətinin (Türkiyə rəsmi  dairələri  və dövri  mətbuatı  “Kürdüstan” əvəzinə
“Şimali İraqbölgəsi” işlədirlər) yaradılmasına razılıq verdi.
Beləliklə S. Hüseyn 30 illik diktatura rejimindən xilas olan İraq ərəbləri və kürdləri
öz aralarında razılığa gəlib demokratik seçkilərə getdilər. Seçkilər nəticəsində C. Tələbani
İraq prezidenti seçildi. (tarixdə kürd xalqının lideri olaraq seçilmiş ilk prezidentdir; 2010-
cu ildə o, bu vəzifəyə ikinci dəfə seçilmişdir). Yeni yaradılan İraq hökumətinin Baş naziri
ərəblərdən,  müavini  kürdlərdən  təyin  olundu. Mərkəzi  tərkibinəüç  nəfər  kürd  nazir  daxil
edildi.  Kürdüstanda  da  prezident  və parlament  seçkiləri  keçirildi,  yerli  hökumət  təşkil
olnudu.  M.  Bərzani kürrKürdüstanın  ilk  prezidenti  seçildi. (2010-cu  ildə Məsud  Barzani
ikinci dəfə Kürdüstan prezidenti seçildi). Bu isə o deməkdir ki, İraq Kürdləri yüz ildən bəri
uğrunda  mübarizə apardıqları  və milyonlarla  şəhid  verdikləri  arzularına (Kürdüstan
dövlətinin yaradılması) əsasən çatmışlar. Belə ki, siyasi müşahidəçilərin yazdığına görə öz
bayrağı,  himni,  gerbi,  dövlət  dili,  Prezidenti,  Parlamenti  və Hökuməti  olan  Kürdüstan,
federativ  iraq  dövləti  çərçivəsində muxtar  qurum  olsa  da, əslində yarımmüstəqil (bəzi
məsələlərdə müstəqil) dövlətdir.
Tarixi  Kürdüstanın ən  qədim  parçalarından  biri  də İran  Kürdüstanıdır. Qeyd
etdiyimiz  kimi  bura  kürdlərin  ilk  yaranma  ocaqlarından  biridir  və buradakı  bir  çox  kürd
sülalələri əsrlər  boyu  müstəqil  və yarımmüstəqil  hakimiyyət  sürmüşlər.  Bani-Ərdalan
sülaləsinin  hakimiyyəti  XIX əsrin  axırlarınadək  davam  etmişdi.    Elə həmin  dövrlərdən
etibarən Iranda  kürdlərin  milli-azadlıq  mübarizəsi  baş  qaldırdı: Əsrlərdən  bəzi  müstəqil
hakimiyyət sürmüş kürd sülalələri İran şahlarına boyun əyməkdən imtina etdilər.
XX əsrin  ilk  illərindən  ikiqat  istismara  və zülmə məruz  qalan  İran  kürdlərinin
narazılığı getdikcə artaraq silahlı mübarizəyə çevrildi. 1905-ci ilin yayında Təbrizdə İran
kürdlərinin    şah  rejimi  ilə müxalifətdə olan  lideri  Salmaslı  Cəfər  ağanın  öldürülməsi
vəziyyəti  daha  da kəskinləşdirdi,  İranın  Kürdüstan  və Azərbaycan əyalətlərində yaşayan
kürdlərin silahlı üsyanına səbəb oldu. Cəfər ağanın şah rejimi tərəfindən təqib olunan atası
Məhəmməd ağa və qardaşı İsmayıl ağa Simko Türkiyə ərazisinə keçməyə məcbur oldular.
Qardaşının qisasını  almağa  çalışan  Ismayıl  ağa  Simko  Xoy-Salmas  rayonuna  hücum
edərək Qotur qalasında öz mövqeyini möhkəmləndirdi (93,17).
Həmin ilin dekabrında İranda burja demokratik inqilab başlandı və 1911-ci ilədək
davam  etdi.  Şah  rejiminə qarşı  vuruşan  fidailərə kürdlər  və azərbaycanlılar (azərilər) 

55
qoşuldu. 1906-cı  ilin  noyabr  ayında  kürdlərin  fəal  iştirakı  ilə hakimiyyət  xalq  tərəfindən
seçilmiş deputatlardan ibarət əncumənin (şəhər soveti) əlinə keçdi (94,10).
1907-ci  ilin  yazında  Maku  xanı  Murtuza  Qulu-xanın əleyhinə başlayan    silahlı
üsyanda  30  min  silahlı  kürd  iştirak  etdi.  Murtuza  Qulu-xan  Rusiyaya  qaçmağa  məcbur
oldu. Makada hakimiyyətiələ keçirən üsyançılar 1908-ci ilin yayında məğlubiyyətə uğradı.
Kürdüstanın  parçalanmasına  səbəb  olan  Lozanna  müqaviləsindən  sonra  narazılıq
dalğası  bütün  Iran  Kürdüstanını  bürüdü. Əvvəlcə kəlhani  və qurani  kürdləri  üsyana
başladılar.  Az  sonra  vəludbəqi  və babacani  tayfaları  onlara  qoşuldu.  Üsyançıların  ciddi
müqavimətinə baxmayaraq,  böyük  üstünlüyə malik  şah  qoşunları onları  məğlubbiyyətə
uğradaraq  kəlhani  tayfasının    başçısı  Fətəli  Sultanı  həbs  etməyə nail  oldu.    1923-cü  ilin
oktyabrında  özünün  “saray”ı,  qoşunu  olan  və o  vaxtadək  bir  çox  məsələlərdə müstəqil
siyasət yeridən Maku xanı həbs edildi, bura  mərkəzdən hərbi qubernator təyin olundu və
beləliklə bu xanlığın müstəqilliyinə son qoyuldu.
1923-cü  ildə kəlhur (kəlhor) tayfasının  başçısı  Sərdar  Rəşid üsyan  qaldırıb  öz
əyalətində qubernatorluğun  ləğv  edilməsini  tələb  etdi.  Lakin  şah  qoşunları  bu  üsyanı  da
yatırtdı və Sərdar Rəşidi həbs etdi. (Rıza şah sonradan onu əfv etdi).
1924-cü illərdə Urmiya gölünün qərbində yerləşən rayonlarda yeni üsyan qaldıran
İsmayıl  ağa  Simko  1925-ci  ildə məğlub  oldu.  1926-cı  ildə kürdləri  tamamilə özünə tabe
etdirmək  üçün  Rza  şah  onların üzərinə böyük  qoşun  birləşmələrini  göndərdi.    Şah
qoşunlarına  qarşı  Salar-əd-Dövlənin  və Cəfər  Cultanın  başçılıq  etdikləri  kürd  silahlıları
qəhrəmancasına  vuruşsalar  da,  qeyri-bərabər  qüvvə səbəbindən  məğlubiyyətə düçar
oldular. Həmin vaxt puştəri  tayfasının silahlıları Sərdəşt şəhərinə hücuma keçdi; kurəddin,
gyalibəqi,  həmavənd,  cəfər,  mansur  tayfalarının  qüvvələri  də Babəkir Əilinin  rəhbərliyi
altında    onlara  qoşuldu.  Hökumət  qoşunlarını  darmadağın  edərək  Sərdəşt  şəhərini ələ
keçirən  üsyançılar  burada  şahın  nizami  qoşun  birləşmələri  qarşısında  uzun  müddət  tab
gətirə bilmədi  və məğlubiyyətə uğradılar.  1929-cu  ildə İsmayıl  ağa  Simko  yenidən  İran
Kürdüstanına  gəlib  Uşnu  məntəqəsindən  yerləşdi.  Burada  Barzani  kürdlərindən  500
nəfərlik dəstə ona qoşuldu. Bunu görən Iran şahı böyük hərbi qüvvə göndərib üsyançıları
məğlubiyyətə uğratdı. Qeyri-bərabər döyüşdə İ. Simko öldürüldü.
Simko  hərəkatının  ləğv  edilməsi    ilə İran  Kürdüstanında    milli-azdlıq
mübarizəsinin  alovu  bir  qədər  zəifləsə də sönmədi.  Belə ki,  həmin əsrin (XX əsr) 30-cu
illərində İran Kürdüstanında məhəlli xarakter daşıyan çoxsaylı üsyanlar baş qaldırdı. Lakin
bu  üsyanlar  da  şah  qoşunları  tərəfindən  qəddarcasına  yatırıldı.  Mənbələrin    verdiyi
məlumata  görə həmin  illərdə
təkcə Rza  şah  tərəfindən  kürd hərəkatını  yatırtmaq
səlahiyyəti  verilmiş  general Əhmədi  tərəfindən  10  mindən  çox  kürd  güllələnmiş  və dar
ağacından asılmış, 4 min nəfərdən yuxarı həbs edilmişdir (54,141).

56
İkinci  Dünya  müharibəsində (1941-1945-ci  illər) SSRi-nin  faşist  Almaniyası
üzərindəki  qələbəsi  digər  dövlətlərdə olduğu  kimi, İranda  da  milli-demokratik  hərəkatın
güclənməsinə təkan  verdi. Əsrlərdən  bəri  İran  şahları  tərəfindənqanı  sorulan  kürdlər  və
azərilər (cənubi  Azərbaycanda  yaşayan  azərbaycanlilar) öz  milli  haqlarını  tələb  etmək
üçün silaha sarıldılar və şah qoşunlarını öz torpaqlarından qovdular.
Hələ 1942-ci ildə Mehabadda gizli şəraitdə “Koməl” adlı siyasi təşkilat yaradıldı.
Bu təşkilatın tam adı: “Koməle Ziyaneweye Kurdustan” (“Kürdüstan dirçəliş cəmiyyəti”)
idi  və qısa  olaraq Kİ yazılırdı  (95,85-86).  Lakin  nədənsə O.İ.İiqalina  Mehabad  Kürd
Cumhuriyyətinə (Azərbaycan dilli mənbələrdə Kürdüstan Demokratik Respublikası) həsr
etdiyi  elmi əsərlərində bu  təşkilatın  adını  “Jiina  Kudistan” (“Kürdüstanın  həyatı”) qısa
adını  isəmüvafiq olaraq  “İK” yazmışdır  (54,177; 96,118).    Həmin  təşkilatla (O.İ.Jiqalina
onu  partiya  kimi  qələmə verir) bağlı  digər  yalnışlıq  isə rəhbərliklə əlaqədardır.
O.İ.Jiqalinanın yazdığına görə həmin təşkilat Mehabadlı sənətkar Əbdürrəhman Zəbihinin
(O, İran zəhmətkeşlərinin yaratdığı “Tudə” partiyasının üzvü idi) təşəbbüsü ilə yaradılmış
və bu partiyaya əsasən o (Ə.Zəbihi) rəhbərlik etmişdir.
Lakin həm yerli (ərəb və kürddilli), həm də xarici elmi mənbələrdən, eyni zamanda
kürd  liderlərinin  şəxsi  arxivlərindəki  materiallardan  istifadə edərək    “Mehabad  Kürd
Cumhuriyyəti 1946” adlı sanballı monoqrafiya yazan ingilis William Aegleton göstərir ki,
bu təşkilat Mehabadın orta təbəqədən olan 11 nəfərdən ibarət təşəbbüs qrupu (Ə.Zəbihi də
həmin qrupa  daxil  idi) tərəfindənyaradılmış və ona kollegial orqan olan Mərkəzi Komitə
rəhbərlik etmişdir (95,82-88).
Cəlal  Tələbani (İraqın  indiki  prezidenti) özünün ərəbcə yazdığı  “Kürdüstan  və
Kürd milli hərəkatı” adlı kitabında həmin 11 nəfərin aşağıdakılardan ibarət olduğunu yazır
(bu siyahını C.Tələbaniyə Ə. Zəbihinin özü təqdim etmişdir):
1.Həsən  Rəzkeri. 2.  Rəhman (Əbdürrəhman) Fəbihi. 3. Əbdürrəhman  İmami.
4. Əbdülkadir  Müdərrisi. 5.  Nəcməddin  Təvhidi. 6.  Mühəmməd  Nanəwazadə.  7. Əli
Mahmudi.  8.  Mühəmməd Əshabi.
9. Əbdürrəhman  Kəyani.
10.  Siddik  Heydəri.
11.  Kasun  Kadiri.
Təşəbbüs  qrupunun  bu  zvlərindən  başqa  təsis  yığıncağına  İraq
kürdlərinin nümayəndəsi yüzbaşı Mir Hac da iştirak etmişdi (95,83).
Göründüyü  kimi,  O.İ.  Jiqalina  “Sovet”  alimi  olduğu  üçün  ideoloji  hissə qapılmış
və zəhmətkeş  təbəqədən  olan Ə.Zəbihinin  rolunu  bir  qədər  şişirtməyə yol  vermişdir.
Lakin tarix-tarixdir, o həqiqəti sevir. Həqiqət isə gec-tez üzə çıxır.
“Koməl” (Kİ) öz proqramının ilk bəndində İran dövləti çərçivəsində Muxtar
Kürdüstan Respublikasının  yaradılmasını  qarşısındakı əsas  məqsəd  kimi  qeyd  emişdi.
1944-cü ilin May ayında “Koməl” İraqdakı müttəfiqlərinin köməyi ilə üçrəngli (qərməzə,

57
ağ,  yaşıl) kürdüstan  bayrağını  hazırladı.  Bayrağın  ortasında  günəş,  qələm  və dağ
təsvirolunmuşdu.  Getdikcə öz  sıralarını  genişləndirən  “Koməl”  1944-cü  ildə Mehabad
şəhərinin  başçısı  Məhəmməd  Qaziyə təşkilata  üzv  olmadığı  təklif  etdi.  O, bu  təklifi
məmnuniyyətlə qəbul etdi.
1945-ci ilin Mart ayında “Koməl”in üzvlərindən ibarət yaradıcı qrup kürd dilində
“Dayue Niştiman” (“Ana Vətən”) adlı opera hazırladı. Operanın qısa məzmunu belə idi:
Ana Vətən təhlükədədir. Qəsbkarlar ona işgəncə verir. Sonda Ana Vətənin igid oğulları
döyüşə atılaraq  onu  azad  edirlər.  Operanın  tamaşaçılara  təsiri  o  qədər  güclü  idi ki,  onu
seyr edənlərin qəlbləri vətən eşqi və düşmənə intiqam hissi ilə coşurdu.
1945-ci ilin Sentyabr ayında M. Qazinin rəhbərlik etdiyi kürd liderlərindən ibarət
nümayəndə heyəti  Bakı  şəhərinə ikinci  səfər  etdi. (Birinci  səfər  1941-ci  illə olmuşdu).
Həmin ayın 19-da nümayəndə heyəti Azərbaycan Kommunist Partiyasının birinci katibi
M.Bağırovla  görüşdü.  Nümayəndə heyəti  kürdlərin  İranda  müstəqil  Kürdüstan  dövləti
qurmaq istədiklərini və bunun üçün Sovet İttifaqından kömək gözlədiklərini M. Bağırova
bildirdi.  M.  Bağırov  hələlik    belə bir  dövlətin  qurulması  üçün    tarixi  şəraitin  mövcud
olmadığını,  indiki  zamanda  Azərbaycanın  tərkibində muxtariyyət  hüququna  malik
Kürdüstanın yaradılmasının məqsədəuyğunluğunu əsaslandırmağa çalışdı (95,110-111).
M.  Bağırovu  dinlədikdən  sonra  M.  Qazi  İran  Kürdlərinin  fikrini  ona  çatdırdı:
“Kürdlər  Azərbaycandan  kənarda  muxtar  qurum  yaratmağa  qəti  qərar  vermişlər”.  Bu
sözlərdən  sonra  M.  Bağırov  yüksək  səslə dedi:  “Sovetlər  Ittifaqı  var  olduqca
kürdlərmütləq  azadlıqlarınaqovuşacaqdır”  (95,112).  Bu  sözlərdən  sonra
M.  Bağırov
Sovet  İttifaqının  İran  kürdlərinə hərbi  texnika,  silah-sursat  verəcəyinə və maddi  yardım
göstərəcəyinə nümayəndə heyətini əmin etdi.
1945-ci  ilin  oktyabr  ayında  “Koməl”  təşkilatının  bazasında  İran  Kürdüstanı
Demokrat  Partiyası (İKDP) yaradıldı  (95,142).  Həmin  partiyanın  yaranması  tarixi
haqqında  O.İ.Jiqalina  qeyri-dəqiqliyə yol  olunmuş  yazısında  (54,178).  həmin  partiyanın
1945-ci  ilin  axırlarında,  1988-ci  ildə işıq  üzü  görmüş  kitabında  isə avqust  ayında
yaradıldığını qeyd etmişdir (96,128). İKDP-nin dekabr ayında dərc olunan Proqramında
“qanunçuluq, ədalətlilik,  sivilizasiyalılıq”  priksipləri əsasına  İran  dövlət  çərçivəsində
kürdlərə muxtariyyət  hüququ  verən  qurumun  yaradılması  başlıca  məqsəd  kimi  qarşıya
qoyulmuşdur.
12  dekabr  1945-ci  ildə Cənubi  Azərbaycanda  101  üzvdən  ibarət  Milli  Məclis
toplandı  (Həmin  üzvlərin  hamısı  İran  Azərbaycanı  Demokrat  Partiyası  tərəfindən
seçilmişdi).  Həmin  toplantıda  İran  dövləti  çərçivəsində Azərbaycan  Demokratik
Cumhuriyyəti  elan edildi.  Milli  Məclisin  iclasında  Mehabaddan  gəlmiş  beş  nəfərdən
ibarət  kürd  nümayəndələri  dəiştirak  edirdi.  Milli  Məclisin  kürdlərlə bağlı  qərarı (yalnız

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin