75
Xorasan kürdləri doğma vətənlərindən uzaqda yaşamaqlarına baxmayaraq öz
həmvətənləri kimi İran tarixində möhkəmiz salmışlar. Məsələn, Dərəqəz və Kəlat
xanlıqları uzun illəryarımmüstəqil həyat sürmüş, onların hakimiyyətinə yalnız XX əsrin
20-ci illərində son qoyulmuşdur (96,10). Yaxad, xorasan, Şirvan dairəsindı 1917-ci ildə
zəfəranlı tayfa birləşməsinin xanı Tac Məhəmməd İbrahim çobanı Xudaverdinin (Xuda
xanın) başçılığı altında başlanan silahlı üsyan genişlənərək tezliklə Kuçan mahalını da
əhatə etdi.
İran hökuməti bu üsyanı yalnız 1920-ci ilin avqust ayında yatırda bildi.
Müşahidəçilərin verdiyi məlumata görə üsyançılarınarasında qəhrəmancasına vuruşan
kürd qadınları da var idi (96,48).
Xorasan kürlərindən başqa, İran kürdləri Gilan, Mozandaran (kürddilində “daha
böyük” deməkdir), Qəzvin, Məkran və s. əyalətlərdə də yaşayır.
Şərqi Kürdüstanın iqtisadiyyatında əsas yeri kənd təsərrüfatı (maldarlıq,
qoyunçuluq, əkinçilik), yüngül və yeyinti sənayesi təşkil edir.Şimali Kürdütanda olduğu
kimi burada da əhalinin sosial-iqtisadi vəziyyəti ölkənin mərkəzi vilayətləri ilə
müqayisədə çox aşağıdır.
Əhalisinin sayına və ərazisinə görə Kürdüstanın üçüncü parçası İraq dövləti
çərçivəsində yerləşən Cənubi Kürdüstandır. Onun sahəsi təxminən 100 min kv. km-dir.
Əhalisi isə 6 mln nəfərdən yuxarıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, 2003-cü ilsə S. Hüseynin diktatura rejimi
dağıldıqdan sonra federativ İraq dövləti çərçivəsində muxtariyyət hüququna malik olan
kürdüstan bölgəsi yaranmışdır. Bu muxtariyyət Iraqın yeni qəbul edilmiş
Konstitusiyasında
təsbit
olunmuşdur.
Siyasi
icmalçıların
və
müşahidəçilərin
yarımmütəqil dövlət adlandırdığı İraq Kürdüstanının öz bayrağı, dövlət dili (kürd dili),
himni, gerbi, prezidenti (M.Barzani), hökuməti, parlamenti, özü nümüdafiə qüvvələri,
paytaxt (Ərbil) mövcuddur.
Muxtariyyət hüquqla Kürdüstan bölgəsini rəsmi olaraq Ərbil, Süleymaniyə, Duhok
əyalətləri (ərəbcə “mühafizə”) daxil edilmişdir. Halbuki Mosul, Kərkük vilayətləri, eləcə
də Xanəgin, sincar rayonları da qədim kürdlərin ana vətənidir (bax: I-II, I-II). Yeni Iraq
Konstitusiyası qəbul edilərkən bu ərazilər İraqın mərkəzi hökuməti ilə Kürd hökuməti
arasında ciddi mübahisələrə səbəb oldu (1971-ci ilin mart ayında bəyan edilmiş Kürd
muxtar rayonuna da həkim ərazilər daxil edilmədiyi üçün Mustafa Barzani həmin
muxtariyyəti qəbul etməmişdi).
Kürdlərin ən qədim məskunlaşma ərazilərindən olan Kərkük (ərəblər bura VIII
əsrdən, türkmənlər isə XI əsrdən sonra gəlmişlər) yeni Konstitusiyayan görə burada
76
yaşayan əhalinin çoxluğuna təşkil edən kürdlər bunu öz hüquqlarının pozulması kimi
qəbul edirlər.
Ərəb istilasından sonra kürdlərin sayının məcburi azalması nəticəsində gəlmələrin
(ərəblərin) üstünlük təşkil etdiyi Mosal vilayəti (həmin vilayət uzun illər Osmanlı
imperiyasının tabeliyində olsa da kürdlər tərəfindən idarə olunmuşdur) isə Mərkəzi
hökumətin (ərəblərin) tabeliyinə verilmişdir.
Cənubi Kürdüstannın relyefi müxtəlifdir. Belə ki, İran və Türkiyə ilə həmsərhəd
olan rayonların relyefi əsasən dağlıqdır. Dağlıq ərazini Kürdüstan (Şərqi Tavr) və Zarqos
silsilələrinin şimaldan və şimal-şərqdən İraq ərazisinə daxil olan qolları təşkil edir.
Cənuba və cənub-qərbə doğru getdikcədağlıq relyefi dağətəyi yüksəkliklər və ovalıqlar
(Mesopotomiya ovalığının şimal hissələri) əvəz edir.
Cənubi Kürdüstanın (İraq Kürdüstanının) ərazisi neft-qaz (Kərkük, Ərbil, Xanəgin
vilayətləri), dəmir filizi (Süleymaniyə yaxınlığında) kükürd, fosfat, bitium, tikinti
materialları və s. faydalı qazıntılarla zəngindir. Mənbəyini Şimali Kürdüstandan alan
Dəclə və Fərat çayları, eləcə də dəclənin iri qolları (Dialə, böyük Zab, Kiçik Zab) Cənubi
Kürdüstanın ən böyük çaylarıdır.
Cənubi Kürdüstan əhalisinin 80%-dən çoxunu kürdlər təşkil edir. Kürdlərdən
başqa burada ərəblər, türkmənlər təşkil edir. Mosal, Kərkük, (50%-dən çox) Xonəgin və
s. əyalətlərdə də xeyli sayda kürd yaşayır.
Cənubi Kürdüstan iqtisadiyyatın əsasını neft hasilatı, yüngül və yeyinti sənayesi,
heyvandarlıq və dəmyə əkinçiliyi (xüsusilə taxılçılıq, tütünçülük) təşkil edir. Ən iri
sənaye mərkəzləri Kərkük, Ərbil və Süleymaniyədir. Son illərdə Süleymaniyyə, Ərbil,
Duhok vilayətlərində konserv, şəkər, sement zavodları, toxuculuq və tikiş müəssisələri,
mərmər emalı zavodu və s. tikilmişdir. Kurort təsərrüfatının və turizmin inkişafı üçün də
yerli kürd Hökuməti yeni addımlar atmaqdadır (107,74). Az vaxt ərzində Kürd Hökuməti
bölgənin sosial-iqtisadi inkişafı üçün böyük işlər görmüşdür.
Kürdüstanın həm sahəsinə, həm də əahlisinə görə ən kiçik parçası-Cənubi-qərbi
Kürdüstan-Suriya dövlətinin sərhədləri daxilində yerləşir. Onun sahəsi təxminən 25 min
kv.km-ə yaxındır. Suriyada yaşayan kürdlərin ümumi sayı isə 3 mln nəfərə çatır.
Cənubi-qərbi Kürdüstanın relyefində yaylalar və düzənliklər üstünlük təşkil edir.
Belə ki, ərazinin çox hissəsi hündürlüyü 450 m-dən 200 m-dək olan Cəzirə platosunun
(yaylasının) üzərində yerləşir. Hələb vilayətində Cəbəl əl-Əkrad (Kürd dağları) dağları
uzanır. Cənub-qərbi Kürdüstan nefti (Derik və Rumeyla), dəmir filizi (ayn-Əl-Ərəb-
77
keçmiş Kəbani), tikinti materialları və s. ilə zəngindir. Əsas çayları Dəclə Habur və
onların qollarıdır.
Cənub-qərbi Kürdüstanda kürdlər əsasən Həsəkə (keçmiş Cəzirə), Hələb, Dəməşq,
Raqqə, Latakiya, Həma, Homs, Deyr-əz-Zur, İdlib əyalətlərində yaşayır. Buradakı kürlər
ən çox sahəsi 22 mindən yuxarı olan Həsəkə əyalətində yaşayır. Bu əyalətin kürdlər
üstünlük təşkil etdiyi şəhər, qəsəbə və kəndləri aşağıdakılardır: Həsəkə (əyalətinmərkəzi),
Qamışlo (əyalətin böyük şəhəri), Amud, Derbasiya, Rasyutan (Sərekaniye-Bulaqbaşı),
Tel-Əbyad, Tel-Təmir, Tell- Koçər, Əl-Matinkiya (Derik), Kubur-Əl-Bid, Ayn-Divar,
diclə, şəddadi, Butah, Səncar və s. Dəməşq şəhərində yaşayan kürdlər əsasən haradakı
“Xayy-əl-əkrad” (“KÜrd məhəlləsi”) adlanan kvartalda məskunlaşmışlar. Hələb
əyalətindəki kürdlər daha çox cəbəl-Əl-Əkrad (“Kürd dağları”), Cəbəl Saman və Əziz
rayonlarında, həmçinin Afrin, Ayn-Əl-Ərəb, Kubbani və Carablos şəhərində yaşayır.
Elmi mənbələrin verdiyi məlumatlara görə Suriyanın paytaxtı Dəməşq şəhərində
yaşayan KÜrdlərin sayı 170 mini ötmüşdür.
Cənub-qərbi Kürdüstanın başlıca təsərrüfat sahələri kənd təsərrüfatı (heyvandarlıq
və əkinçilik), yüngül və yeyinti sənayesi, neft hasilatı və s.dir. Burada becərilən əsas
bitkilər pambıq və buğdadır. Cəzirə əyalətində (Həsəkədə) yetişdirilən bərk buğda
sortlarından alınan yüksək keyfiyyətli un Avropa ölkələrinə (ən çox İtaliyaya) ixrac
olunur. Həmin andan makaron və qənnadı məmulatları istehsalında geniş istifadə olunur.
Kürdlərin müasir coğrafiyası tarixi Kürdüstanın dörd parçası ilə bitmir. Tarixi
Kürdüstandan kənarda kürdlərin ən çox yaşadığı regioan “postsovet məkanı” deyilən
keçmiş SSRİ-nin ərazisidir. “postsovet məkanı”nda kürdlərin qədim zamanlardan vəvə ən
çox yaşadığı başlıca region Cənubi Qafqaz respublikasının (Azərbaycan, Ermənistan,
Gürcüstan) ərazisidir.Sovet dövründə (1917-1991-ci illər) Zaqafqaziya adlanan bu
regionda Kürdlər çox qədim zamanlardan yaşayır. Çünki Cənubi Qafqazın ərazisi tarixi
Kürdüstanın ərazisi ilə demək olar ki, birbaşa həmsərhəddir: Şimali Kürdüstan (Türkiyə
Kürdüstanı) Gürcüstan və Ermənistanla, Şərqi Kürdüstan (İran Kürdüstanı) isə
Azərbaycanla sərhəd-keçid məntəqələrinə malikdir.
Çox təəsüf ki, bu tarixi-təbii reallığı və adı çəkilən respublikalarda kürdlərin adı ilə
bağlı olan qədim yer adlarını (toponimləri) nəzərə almayan bəzi tətqiqatçıları öz
əsərlərində belə bir yanlışlığa yol vermişlər ki, Cənubi Qafqaz respublikalarının ərazisinə
kürdlər əsasən, güya, XIX əsrin əvvəllərində (1805-1828-ci illər) gəlmişlər. Məsələn,
Zaqafqaziya kürdlərinin tarixi və etnoqrafiyasına həsr etdiyi kitabında T.F.Aristova
özündən əvvəlki tətqiqatçıların (A. Bykspan, Q. Çursin və s.) fikrinə və özünün çöl
tətqiqatçılarının materiallarına əsasən yazır: “Ekspedisiya işləri zamanı aydın olmuşdur
ki, Zaqafqaziyanın bütün kürd yaşlıları bir qayda olaraq, kürdlərin Yaxın Şərq
78
ölkələrindən köçməsi nəticəsində yaranan kəndlərinin yaranması tarixini xatırlayırlar.
Beləliklə, Azərbaycan ərazisində, onun yüksək dağlıq və dağətəyi rayonlarındakı kürd
əhalinin əsas kütləsi İrandan XıX əsrin əvvəllərindən başlayaraq köçmüşlər” (7,39).
Həmin müəllif sonrakı illərdə yazdığı “Kürdlərin maddi mədəniyyəti XIX-XX
əsrin əvvəllərində” adlı kitabında həmin səhvini qismən düzəldərək, kürdlərin
Azərbaycan ərazisində VIII-XIV əsrlərdən məskunlaşdığını qeyd edir (8,65). Halbuki,
Azərbaycan
ərazisində
qədim kürd tayfaları eramızdan
əvvəlki minilliklərdə
məskunlaşmışdır. Bu barədə bu kitabın II.I. fəslində geniş məlumat veriləcəkdir.
Ermənistan ərazisində də kürdlər ən qədim zamanlardan məskunlaşmışlar. Məsələ
burasındadır ki, ən qədim kürd tayfa birləşmələrinin (urartalıların, xoldeylərin, nairlərin
və s.) doğma vətəni olan Arimana vilayəti (“Manna ariləri”nin vətəni) yuxarıda qeyd
etditimiz kimi, Aralıq dənizi sahillərindən gəlmiş Haylar (ermənilər) tərəfindən işğal
olunduqdan sonra onlar tərəfindən Hayastan, avropalılar və ruslar tərəfindən Armeniya
adlanmağa başlamışdır.
İndiki Ermənistan ərazisində kürdlərin orta əsrlərədək geniş məskunlaşdığını sübut
edən bəzi faktları I.I. və I.II fəsillərdə vermişik. Əlavə olaraq onu da qeyd edək ki,
buradakı bir çox coğrafi adlar kürdlərin sonralar Ermənistan (Hayastan) adlandırılan
respublikanın (1920-ci ildən) ərazisində orta əsrlərədək geniş məskunlaşdığını sübut edir.
Məsələn, kürd mənşəli Şəddadilər sülaləsinin yaratdığı dövlətin ilk paytaxtı olan Dəbil
(hazırda Ermənistanın Ararat rayonundakı Dvin qəsəbəsinin ərazisində yerləşirdi)
şəhərin orta əsrlərdə kürdlər tərəfindən məskunlaşdığı barədə bir çox ərəb mənbələrində
məlumat verilmişdir. Məsələn, hələ X əsrdə ərəb coğrafiyaşünası Əl-Müqəddəsi yazırdı:
“Dəbil çox böyük şəhərdir. Buranın qalası alınmaz, nemətləri çoxdur; tarixi qədimdir...
Came məscidi hündür təpədə yerləşir. Kürdlər buranı qoruyurlar” (105,132).
Bu məlumata ozu da əlavə edək ki, Dəbil şəhərinin adı qədim kürd tayfasının adı
olan “Bil” sözü ilə bağlıdır. Maraqlıdır ki, İraqdakı Kürdüstanın bu günkü paytaxtıolan
Ərdəbil də həmin tayfanın adını daşıyır. Onu da xatırladaq ki, Səlahəddin Əyyabinin ulu
babası məhz Dəbildən Ərbilə getmişdir. Dəbiş şəhərinin qədim zamanlardan kürdlərə
məxsus olduğunu sübut edən başqa fakta diqqət yetirək. W. Köhler “Övliya Çələbi
səyahətnaməsində Bitlis və xalqı” adlı kitabında yazır: “642-ci ildə ərəblər Artaşat
yaxınlığında Kürd çayını keçdilər və Dvin qalasını tutdular. Kazaryan yazır ki,
Mertsamur çayının digər adı da kürd çayıdır” (109,19).
Buradakı Dvin-Dəbilin ermənicə adıdır. Artaşat şəhəri dəbilin yaxınlığında
yerləşir. Onun adı kürd dilində Ərdəşad olub “Şad (Şadilər-Şəddadilərin kürdcə qısa adı)
torpağı” (“Ərd”-yer, torpaq deməkdir) mənasındadır. Kürd çayının (Metsamurun)
79
sahillərindəki kəndlərdən biri son dövrlərədək Kürdkənd adlanırdı. Hazırda həmin kəndə
Noraşen adı verilmişdir.
Yaxud başqa bir misal. Orta əsrlərdə Mosuldan Zəngəzur dağlarınadək geniş
ərazidə iz qoyan kürd tayfa birləşməsi- Zəngilərin adını daşıyan bir çox toponimlərə
indiki Ermənistan ərazisində də rats gəlirik: Zəngi çayı (indiki Razdan), Zəngibasar
rayonu (indiki Masis), Zəngəzur silsiləsi və s. Bəzi tətqiqatçıların fikrinə görə
Ermənistanın indiki paytaxtı İrəvanın adı qədim kürd tayfası olan Rəvanla (Rəwan)
bağlıdır. Kürdlər indi də İrəvana Rəwan deyir. İraq Kürdüstanındakı Rəvandiz şəhərinin
qədim zamanlardan bu günədək kürdlərlə məskunlaşması faktı bu mülahizənin
doğruluğuna dəlalət edir.
Ermənistanın Gorus, Sisian və s. kimi şəhər adları da kürdlərlə bağlıdır.
Ümumiyyətlə, indiki Ermənistan ərazisində kürdlərin və kürd mənşəli tayfa və
qəbilələrin adı ilə bağlı belə qədim toponimlər yüzlərlədir. Onların öyrənilməsinin dərin
tətqiqata ehtiyacı olduğundan burada qeyd etdiyimiz bir neçə faktla kifayətlənməyi
məqsədəuyğun hesab edirik.
Beləliklə T. Aristova, Q. Çursin, A. Bukşpan və başqa tətqiqatçılar yuxarıda qeyd
etdiyimiz faktları və həmin faktlardan irəli gələn məntiqi mühakiməni (kürdlər doğma
vətənlərini tərk etmək məcburiyyətində qaldıqda ərəblərin, farsların türklərin və.s qonşu
xalqların yaşadıqları ölkələrə deyil, məhz öz soydaşlarının qədim zamanlardan bəri
yaşadığı indiki Ermənistan və Azərbaycan ərazisinə-tarixi kürdüstanın ən ucqar
məntəqələrinə köçmüşlər) nəzərə almadıqları üçün Cənubi Qafqaz (Zaqafqaziya)
kürdlərinin məskunlaşma tarixi haqqında yuxarıda qeyd etdiyimiz yalnışlığa yol
vermişlər.
Əlbəttə, həmin müəlliflərin qeyd etdiyi kimi, XIX əsrin I yarısında Cənubi Qafqaz,
xüsusi ilə, Ermənistan və Azərbaycan ərazilərinə tarixi Kürdüstanın bir çox
vilayətlərindən xeyli sayda kürd tayfaları siyasi və sosial-iqtisadi səbəblərə görə köçərək
bu yerlərdə məskunlaşmışlar. Həmin tayfalar həm Ermənistanın həm də Azərbaycanın
digər regionlarında (ermənilərin və Azərbaycanlıları üstünlük təşkil etdiyi yerlərdə)
deyil, məhz öz soydaşlarının
(Kürdlərin)
qədimdən yaşadıqları rayonlarda
məskunlaşmışlar.
XX əsrin 80-ci illərinədək, daha doğrusu, Ermənistanla Azərbaycan arasındakı
Qarabağla əlaqədar münaqişənin yarandığı ilədək (1988-ci il) Hayastan Respiblikası
ərazisində 80 mindən çox kürd yaşayırdı. Lakin bu rəqəm əhalinin 1989-cu il siyahıya
alınmasında 60 min göstərilmişdir. Həmin dövrdə kürdlər əsasən Ermənistanın Araqats,
Talin, Aparan, Armavir, Eçmədzin, Artaşat, Ararat (Vedi), Aştarak, Kotayk, Taşir
80
(Kalinino), Vardenis (Basarkeçər), Kirovakan, Axtin, Dilican rayonlarında və İrəvan
şəhərində yaşayırdı.
1988-ci ildən başlayan “Qarabağ müharibəsi” illərində Ermənistan hökuməti “etnik
təmizləmə siyasəti yeridərək, 200 mindən çox azərbaycanlı ilə yanaşı, 20 minə yaxın
müsəlman kürdünü də ölkəni tərk etməyə məcbur etdi (mənəvi təzyiq, terzər və silah
gücünə). (1937-ci ildə də 20 minə yaxın müsəlman kürd Orta Asiyaya sürgün edilmişdi).
Müsəlman kürdləri həmin dövrdə əsasən Ararat (Vedi) rayonunun-Xalisa, Şidli,
Qaralar, Yengicə, Dəvəli, Şirazlı, Taytan, Çimən, Şahablı, Arazdəyən, Şıxlar, Kiçik Vedi,
Avşar; Masis rayonunun-Zəhmət, Yuxarı Nəcitli, Aşağı Nəcitli (hər iki kəndin adı
kürdcə “Ovçu” mənasında olan “Neçirvan” sözündən yaranmışdır), Nizami, Çobankərə,
Dəmirçilər, Rəhimabad, Mehmandar, Qaraqışlaq, Ağcaqışlaq, Hacıelyas, Sarvanlar,
Zəngi və s. (bu kəndlərin hamısının adı dəyişdirilmişdir); Vardenis (Basarkeçər)
rayonunun Qolovino, Semyonovka; Eçmədzin rayonunun-Kürd kənd (Kürokənd) və s.
yaşayış məntəqələrində yaşayırdı.
Kürdlər qeyd olunan bu kəndlərdə əsasən azərbaycanlılara birgə yaşadığından (bu
kəndlərin 80%-dən çoxunda azərbaycanlılar üstünlük təşkil edirdi) 1988-ci ilin payızında
elə onlarla birlikdə doğma yerlərindən qovuldular.
İlk illərdə müsəlman olmadıqları üçün və Ermənistanda qoyunçuluq təsərrüfatının
80%-dən çoxunun zəhmətini çəkən Ezdi (onlara Yezidi demək yanlışdır; bax: I. IV)
kürdlərinə dəyməyən və onları qızışdıraraq müsəlman kürdlərinin üstünə basqına
göndərən ermənilər, Dağlıq Qarabağı işğal etdikdən sonra (1993-cü ildən) onları da
sıxışdırmağa başladılar. Nəticədə Ezdi kürdlərinin də xeyli hissəsi (bəzi məlumatlara
görə 20 mindən yuxarı) öz doğma yurdlarını tərk etməyə və xarici tutmağa məcbur oldu.
Beləliklə, “monoetnik” (təkmillətli) ölkəyə çevrilən Ermənistanda bu gün dağlıq
rayonlarda ermənilər üçün qoyun sürülərini saxlayan bir neçə min Ezdi kürdlərindən
başqa, demək olar ki, bir nəfər də olsun azərbaycanlı və müsəlman Kürdü qalmamışdır.
Gürcüstan Respublikasında (1920-1991-ci illərdə Gürcüstan Sovet Sosialist
Respublikası) 1989-cu ilin məlumatına əsasən 33,3 min nəfər kürd yaşayırdı. Gürcüstan
ərazisində də kürdlərin qədim zamanlardan yaşadıqlarına baxmayaraq, onların böyük
qismi XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinədək davam edən dövrdə, xüsusilə,
Rus-İran (1804-1813; 1826-1828) və Rus-Türk (1853-1856; 1877-1888) müharibələri
zamanı köçmüşlər.
Bəzi gürcü alimlərinin verdiyi məlumata görə indiki Gürcüstan ərazisində
kürdlərin məskunlaşması ən azı X əsrin ortalarından başlamışdır (9,134)
81
Kürdlərin orta əsrlərdə Gürcü dövlətinin ictimai-siyasi həyatında mühüm rol
oynamaları barədə bir sıra tarixi faktlar mövcuddur. Məsələnə, təkcə onu qeyd etmək
kifayətdir ki, gürcülərin məşhur çarı Tamaranın (1184-1212) baş sərkərdələri İvane (İvo,
İbo- İbrahim) və Zaxare (Zahar) qardaşları kürd idi (111,8).
XX əsrin əvvəllərindən 1989-cu ilədək Gürcüstanda yaşayan KÜrdlər əsasən
Aspindz (Axçə, Çoldə, Nəkləkef, Bərtəqan, Timuk, Anakət, Danət, Zədəvarz
kəndlərində); Adıgün (Blorzə, İntələ, Pərihev, Küpəli,Ş Rustav kəndlərində); Ahalkələk
((Axalkalak), Mirişxan kəndində) rayonlarında, Batumi şəhərinin ətraf kəndlərində, Tiflis
şəhərində yaşayırdılar. Tiflisdə əsasən Ezdi kürdləri yaşayırdı.
Ermənistanda olduğu kimi Gürcüstan SSRI-də də Sovet hakimiyyətinin ilk
illərində kürdlərin sosial iqtisadi və mədəni inkişafı üçün müəyyən addımlar atıldı. Belə
ki, kolxoz quruculuğuna fəal qoşulan kürdlər üçün savadsızlığı ləğv edən kurslar, kürd
balaları üçün doğma dildə ibtidai məktəblər açıldı və s.
Lakin kürdlərin bu “xoş” günü uzun sürmədi. Belə ki, Stalin repressiyanın
qurbanları siyahısına Gürcüstanın Türkiyə ilə sərhəddində yaşayan kürdlər və Məhsəti
(Mesxet) türkləri də
düşdü. 1944-cü ilin noyabr ayında həmin xalqların
nümayəndəsindən ibarət 92 min nəfər yük qatarları ilə Orta Asiyaya sürgün edildi. Bəzi
mənbələrə görə bu rəqəm 115,5 min nəfərdir (12,53). Sürgün edilənlərdən çoxlu sayda
qadın, uşaq (həmin uşaqların ataları o illərdə cəbhədə “Stalin uğrunda”, “Sovet ittifaqı
uğrunda qəhrəmancasına vuruşurdu; Onlardan biri kürd Bəkir Mustafayev Sovet İttifaqı
qəhrəmanı adına layiq görülmüşdü) yollarda xəstəlikdən, aclıq və susuzluqdan məhv
oldu. Onu da qeyd edək ki, mənbələrin verdiyi məlumata görə həmin ildə sürgün
olunanların 20 mini müsəlman kürdü idi (1937-ci ildə Ermənistanda olduğu kimi, bu
dəfə də kürdlər müsəlman olduğu və türklərlə birgə yaşadıqları üçün sürgün edilmişdi).
Əslində burada kürdlərin (müsəlman olanların) sayı daha çox olmuşdur. Lakin həmin
illərdə türklər və azərbaycanlılarla birgə (eyni kənddə) yaşayan müsəlman kürdlərinin
sənədlərində bir qayda olaraq “azərbaycanlı” yazılırdı. Digər tərəfdən kürdlərlə ailə
qurub, onlarla qaynayıb-qarışan kürdləri də “türk” hesab edirlər. Hətta adını yuxarıda
qeyd etdiyimiz “xalis kürd” olan Bəkir Mustafayevin də sənədlərində, qəribədə olsa
“azərbaycanlı” yazılmışdır.
Sürgün illərindən sonra Gürcüstanda Tiflis, Batumi, Telavi və
Rustavi
şəhərlərində, həmçinin az miqdarda Kaxeti vilayətində yaşayan kürdlər istisna olmaqla,
demək olar ki, bir nəfər də olsun müsəlman kürdü qalmamışdır. Gürcüstanda da,
Ermənistanda olduğu kimi, millətçi qüvvələr hakimiyyətə gələn kimi (1989-1991-ci
illərdə “gürcü şovinizmi” tüğyan edirdi) erməni dostlarının irəli sürdüyü şüarı
(“Ermənistan-yalnız ermənilərindir!”) mənimsəyərək, “Gürcüstan-yalnız gürcülərindir”
82
devizi ilə hərəkət etməyə başladılar. Nəticədə təkcə xeyli sayda azərbaycablılar deyil,
təzyiq və təqiblərə məruz qalan Ezdi kürdləri də ölkəni tərk etməyə məcbur oldu. Odur
ki, bu ölkədə kürdlərin sayı ildən-ilə azalır.
“Postsovet məkanında” Cənubi Qafqaz respublikalarından sonra kürdlərin ən çox
məskunlaşdığı ikinci regiona Orta Asiyadır. Bu regionda isə kürdlər ən çox Qazağıstan
Respublikasında (1920-1936-cı illərdə Kazaxıstan Muxtar Sovet Sosialist Respublikası;
1936-1991-ci illərdə Qazaxıstan SSR) yaşayır. Burada yaşayan kürdlər öz xoşları ilə
deyil, əsasən Türkiyə ilə həmsərhəd olan regionlardan 1937-ci ildə ermənistan SSR-də,
Naxçıvan MSSR, Azərbaycan SSR-nin Cəbrayıl, Zəngilan rayonlarından; 1944-cü ildə
Gürcüstan SSR-in yuxarıda qeyd olnunan regionlarından; 1988-1990-cı illərdən
Ermənistandan sürgün və departasiya nəticəsində məskunlaşmışlar.
2004-cü ilin rəsmi sənədlərinə görə Qazaxıstanda yaşayan kürdlərin sayı 32 min
nəfər olmuşdur. Lakin tətqiqayçıların hesablamalarına görə hal-hazırda həmin kürdlərin
sayı 100 mindən çoxdur (9,171). Bu respublikalarda yaşayan kürdlər əsasən Almatı,
Çimkənd, Cənubi Qazaxıstan, Cambal və Taldı-Kurqan vilayətlərində, həmçinin ölkənin
keçmiş (Almatı) və yeni (Astana) paytaxtında yaşayırlar.
Qazaxıstan öz müstəqilliyinə qovuşduqdan (1991-ci il, 16 dekabr) sonra buradakı
az saylı xalqların, o cümlədən kürdlərin milli mənəvi inkişafı üçün əlverişli şərait
yaranmışdır. Belə şəraitin nəticəsidir ki, kürdlərin kompakt yaşadıqları yaşayış
məntəqələrindəki orta məktəblərdə kür dili tədris olunur; Kürd mədəniyyət mərkəzləri
assosasiyası-“Bərbanq” (Şəfəq), bir sıra şəhər və vilayət mərkəzlərində milli-mədəniyyət
mərkəzləri; folklor kollektivləri fəaliyyət göstərir; “Jiyana Kurd” (“Kürd həyat”) adı
qəzet, “Nubar” adlı jurnal nəşr olunur və s.
Qazaxıstan kürdləri bu ölkələrin sosial iqtisadi və mədəni inkişaflarında
özünəməxsus rol oynayır. Belə ki, bu gün respublikanın elm və mədəniyyət
mərkəzlərində, iri istehsal müəssisələrinə, hüquq-mühafizə orqanlarından, ümumtəhsil və
ali məktəblərində, səhiyyə, idman və turizm təşkillatlarında, biznes sahəsində yüzlərlə
görkəmli kürd mütəxəssisləri çalışır. Həmin mütəxəssislərdən təkcə Qazaxıstanda deyil,
bütün Dünyada görkəmli neft-kimya mütəxəssis alimi kimi tanınan kimya elmləri
doktoru, professor, akaemik, dövlət mükafatı laureatı, N.R. Nadirova, tanınmış kürdşünas
alim, jurnalist, kürdlərin digər xalqlarla ədəbi əlaqələrinə dair samballı monoqrafların,
eələcə də ümumtəhsil mərkəzlərin ikinci sinifləri üçün iki cildli dərsliyin müəllifi,
filologiya elmləri doktoru, professor, akademik K.R.İ.Mirzəyevi beynəlxalq mineral
ehtiyatlar Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru mərhum professor Q.A.
Musayevi, etxnika elmləri doktoru professor U.A. Sadıqovu,Turizm və İdman
Akademiyasının müdiri M.O. Mirzəyevi; respublikanın “Əməkdar müəllim”ləri:
|