1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix06.05.2017
ölçüsü5,01 Kb.
#16984
1   ...   6   7   8   9   10   11   12   13   14

101
edəndə,  yaxud,  elə həmin  ildə italyan  missioner  Maurisio  Qarzoni  Roma  şəhərində Kürd
dilinin qrammatikasını nəşr edəndə kürd xalqına qarşı inkarçılıq siyasəti yeridən ağalarının
sifarişi  ilə müstəqil  kürd  dilinin  mövcud  olmadığını,  onun  guya  “fars  dilinin  bir  ləhcəsi”
olduğunu  öz  cızma-qaralarında  “sübut”  etməyə çalışan  “Kürdfobiya”çıların  heç  babaları
da dünyaya gəlməmişdilər.
Hətta kürd dilinin ən qədim dillərdən biri olduğunun sübutu kimi Nuhun gəmisinin
Kürdüstandakı Cudi dağına bənd olmasını Xatırlatan və aşağıdakı sözləri yazan dr. Fəhmi
Şinnavi  də kürd  deyil:  “Quranın  da  zikr  etdiyi  kimi  kürdlərin mənşəyi  hz.  Nuhun
gəmisinin  Cudi  dağına  bənd  olduğu  dövrədək  uzanır: Avropa  və Asiya  dillərinin
törəndiyi dilin əsli Kürd dilidir ” (22,46).
Kürd  xalqının  milli-mənəvi  dəyərlərli  xəzinəsində heç  bir  mübahisəsiz ən  önəmli
yeri kürd folkloru tutur. Kürd dili kimi kürd folklora da özünün qədimliyi və zənginliyi ilə
seçilir.  Təsadefi  deyil  ki,  dünya  kürdşünaslarının  demək  olar  ki,  hamısı  kürd
mədəniyyətindən bəhs edərkən bu xalqın yaratdığı şifahi ədəbiyyat (foklor) nümunələrini
öz  plana  çəkmişlər.  Məsələn,  görkəmli  şərqşünas  alim,  akademik  N.Y.Marr  kürd
mədəniyyətinin  inkişafında  folklorun  rolunu  çox  yüksək  qiymətləndirərək  yazır:  “Kürd
tayfaları  tarixində
müstəqil  amil (faktor), əhəmiyyətli  ictimai-mədəni  qüvvə rolunu
oynamış  və bu  günədək  həmin  rolu  oynamaqdadırlar.  Bu  hadisənin  açarını  hər  çeydən
əvvəl zəngin  kürd  folklorunda,    kürd  rəqsləri  və mahnılarında  axtarmaq  lazımdır”
(41,23).
Akademik  V.  F.  Minorskiy  də kürd  folklorunun  zənginliyinə və Ön  Asiya  xalqları
arasında geniş təsir dairəsinə malik olduğuna diqqəti cəlb edir, fikrini əsaslandırmaq üçün
ermənilərin və aycorların kürd mahnılarını oxumasını, kürd nağıllarından istifadəsini misal
göstərir  (21,13).  Daha  sonra  müəllif  yazır:  “Kürdlərin  olduqca  zəngin  xalq ədəbiyyatı:
saysız-hesabsız  nağıllar,  xalq  rəvayətləri,  mahnıları    mövcuddur”  (Yenə orada  116).
Görkəmli alim M. Vaqner isə kürd mahnılarının Ön Asiyada geniş yayıldığını, onların bir
qisminin türk dilinə tərcümə olunduğunu qeyd edir (183,255).
Kürdlərin zəngin folklor mədəniyyətinə malik olmasını, hətta, özlərindən başqa heç
bir  xalqı  tərifləməyən  ermənilərin  tanınmış  şairi  X.Abovyan  da  etiraf  edir:  “Kürd  xalq
poeziyası valehedici addımlar atmış və yüksək inkişaf səviyyəsinə çatmışdır” (116,188).
Görkəmli  kürdşünas  V.P.  Nikitin  kürd
ədəbiyyatında  folklorun  rolunu  yüksək
dəyərləndirərək, onun bu gün də xalqın həyatında mühüm rol oynadığını qeyd edir: “Kürd
ədəbiyyatı-birinci növbədə kürd folkloru deməkdir; onda  təkcə keçmiş nəsillərin irsini
görmürük;  bizim  günlərdə o,  həyat  qabiliyyətinə və heyrətləndirici  yaradıcılıq  qüvvəsinə
dəlalət  edir  ki,  bu  da  onun  gündəlik  yeniləşməsinə və zənginləşməsinə səbəb  olur...  (51,
362) .

102
Şərqşünas  alim  L.İ.Klimoviç  kürd  xalq ədəbiyyatında  bu  xalqın  qəhrəmanlıq
tarixinin  geniş əks  olunduğuna  diqqəti  çəkməklə yanaşı,  kürd  mədəniyyətinin  Yaxın
Şərqdəki  roluna  xüsusi  toxunur:  “Kürdlər  yaxın  Şərqin  maddi  və mənəvi  mədəniyyətinə
böyük töhfə vermişlər” (145,67).
Kürd  folklorunda  başlıca  yeri  xalq  dastanları (bəyt-sərhati) tutur.  Qonşu  Şərq
xalqlarında olduğu kimi burada da həmin dastanlar məzmununa görə iki qrupa bölünür: a)
qəhrəmanlıq;  b)  məhəbbət  dastanları.  Lakin  kürd  xalq  dastanlarının  fərqləndirici  cəhəti
mövcuddur:    demək  olar  ki,  bütün  dastanlar
əvvəldən  axıradadək  nəzmə
çəkilmişdir.Onların  ifasında  da  fərq  var:  həmin  dastanları  “dənqbej” (xalq  xanndələri)
adlanan yüksək istedada malik sənətkarlar xalq məclislərində, evlərdə təşkil olunan musiqi
gecələrində (bəzən bu gecələr səhərədək davam edir) mahnı formasında ifa edirlər.
Kürd  xalq  dastanlarından ən  məşhurları  “Mən  və Zin”,  “Rüstəm  və Zal”,
“Zənbilfroş” (Zənbilsatan),  “Qər  və Kulik”,  “Xəce  və Siyabənd”,  “Dımdım”,  “Məme  və
Əyşe” və s. dir.
Kürd  folklorunda  önəmli  yerlərdən  birini  də xalq  mahnıları  tutur.  Bu  mahnılar
motivinə və süjetinə görə iki  qrupa  bölünür: a)  süvari  mahnıları (“kılaên  siyara”); b)
məhəbbət və yallı  mahnıları (“kılaên  qovəndê).  İkinci  qrup  mahnılara  bir  çox  bölgələrdə
“qız mahnıları” (“kılaên kəça”) da deyilir. Çünki bu mahnıları çox vaxt qız-gəlinlər toy və
şənliklərdə oxuya-oxuya yallı gedirlər.
“Kılaên siyara” deyilən mahnıların demək olar ki, hamısı kürd xalqının qəhrəmanlıq
tarixini əks  etdirən  süjetlərdən  ibarətdir.  Bu  mahnıların  baş  qəhrəmanı  bir  qayda  olaraq
xalqının azadlığı  uğrunda  bu  və ya  digər  döyüşdə şücaət  və igidlik  göstərənlərdir.  Bu
mahnıların  sözləri  də,  musiqisi  də “dənqbej”  lərə məxsusdur.  Həmin  mahnılar  qonşu
xalqlarda  müşahidə olunmayan  bir  tərzdə ifa  olunur.  Belə ki,  bəzən  axşamdan  səhərəcən
davam  edən  musiqi  gecələrində “dənqbej”lər  bu  mahnıları  heç  bir  musiqi  alətinin
müşaiyəti olmadan muğamat üstündə ifa edirlər.
Kürd  “dənqbej”  lərin,  məhəbbət  və yallı  mahnılarını  oxuyan  qəz-gəlinlərin  ifasını
heyrətlə izləyən  X.  Abovyan  yazır:  “Hər  bir  kürd,  hətta  hər  bir  kürd  qadını  ruhən
anadangəlmə şairdirlər.  Onların  hamısı  təəcübləndirici  improvizasiya  qabiliyyətinə
malikdirlər..... ” (116,188).
Kürdlərin milli rəqsləri sistemində başlıca yeri yallı-“qovənd” (kürd dilindəki “qav”
sözündən  olub  “addım”  deməkdir) tutur.  Toy  şənliklərində,  digər əyləncə məclislərində
demək  olar  ki, “qovənd”dən  başqa  rəqslər  ifa  olunmur.    Tətqiqatçıların  demək  olar  ki,
hamısı  “qovənd” (yallını) kürdlərin  milli  rəqsi  hesab  edir.  Yeri  gəlmişkən  Naxçıvanda
yaradılmış  “Şərur”  ansamblının  ifa  etdiyi  yallı  rəqslərinin  böyük əksəriyyəti  kürdlərə
məxsusdur. Məsələn,  “Sareyi”    rəqsi  kimi  təqdim  olunan  yallı əslində rəqs  növü  deyil,

103
kürdlərin  qədimdən  “qovənd”  mahnılarından  biri  kimi  oxuduğu  “Sare”  mahnısının  təhrif
edilmiş adıdır.
Kürd  “qovənd”i başqa qonşu xalqların (azərbaycanlı, erməni, türk və s.) yallısından
iki  cəhəti  ilə fərqlənir.  Birincisi  odur  ki  “qovənd”in  yüzdən  çox  növü  ,  daha  doğrusu  ifa
tərzi  mövcuddur. Hər  bir  “qovənd”  bir  deyil,  bir  neçə xalq  mahnısının  müşaiyəti  ilə ifa
olunur. “Qovənd” mahnılarının sayı isə minlərlədir.
“Qovənd”i  fərqləndirən  ikinci  cəhət  isə ondan  ibarətdir  ki, ən  qədim  zamanlardan
hal-hazıra  kimi  o,  musiqi  alətlərinin  müşaiyəti  altında  deyil,  xorla  ifa  olunan  yallı
mahnıları əsasında  yerinə yetirilir.  Bu  isə o  deməkdir  ki,  hələ musiqi  alətləri  kəşv
olunmamışdan əvvəl kürdlər “qovənd”i müvafiq mahnıları oxuya-oxuya ifa etmişlər.
Kürdlərin ən  geniş  yayılmış  milli  musiqi  alətlərindən  blur (tütək),  fiq, (neyə
bənzəyir), zurna, tənbur, tulumb, dihol, (nağara), ud və s. misal göstərmək olar.
Kürd  folkloru  haqqında  çoxsaylı əsərlər  müxtəlif  dillərdə mövcud  olduğu      üçün
burada yuxarıdakı qısa qeydlərlə kifayətlənirik (Bax: 129;`146-176;185;188;192).
“Kürdfobiya  ”çıların  kürd  mədəniyyətinə yaxdığı  ləkələrdən  biri  guya  bu  qədim
xalqın  yazılı ədəbiyyatının  yox  dərəcədə olmasıdır. Halbuki,  hələ VIII əsrdə kürd  yazılı
ədəbiyyatının  yarandığı  dövrdə həmin  “Kürdfobiya”çıların  mənsub  olduğu  xalqların  heç
ədəbi  dili  formalaşmamışdı.  Görkəmli  rus  alimi  V.Dittel  Qafqaza  səyahəti  zamanı
kürdlərin ədəbiyyatı ilə tanış olduqdan sonra yazırdı: “Mən heç bir halda gözləmirdim ki,
şərqşünasların az öyrəndiyi kürdlərin dili şifahi ədəbiyyatdan başqa bir qədər geniş yazılı
ədəbiyyatına da malik ola bilər.... KÜrdlərin öz ədəbiyyatı mövcuddur...... ” (177,8-9).
Yuxarıda  qeyd  etdiyimiz  kimi  kürd  dilində ilk  yazılı ədəbiyyat  nümunəsi  VII əsrə
aid  olub,  “Kürdüstanın ərəblər  tərəfindən  dağıdılması  haqqında  ağı”  adlanır  (36,50,
184,432).    Bu  poemanın  bəzi  fraqmentləri  XX əsrin  20-ci  illərində Cənubi  Kürdüstanın
Süleymaniyyə şəhərində tapılmış  və görkəmli  kürd  alimi  Rəşid  Yasəmi  tərəfindən  çap
edilmişdir.
Poemada  Kürdüstanın  şəhərlərinin,  o  cümlədən Şəhrizorun
ərəblər  tərəfindən
talanması, atəşpərəstlərin məbədgahlarının dağıdılması təsvir olunur:
Məbədgahlar dağıdılıb, odlar söndürülüb,
Böyüklər və zəiflər qaçıb gizlənib.
Zalım ərəblər kəndləri yandırıb,

104
X əsrdən  başlayaraq  klassik  poeziya  nümunələri  yaradan  kürd  şairlərindən  Pire
Şariar (Şəhriyar),  Baba  Tahir  Həmədani, Əli  Tərəmahi (X-XI əsrlər), Əli  Hərizi (1009-
1079), Məlae  Cəziri (1101-1169), Fəkie  Təyran (1302-1375), Maləe  Bate (1417-1491),
Səlim  Sleman (XVII-XVIII)-və bir  çox  başqaları  orta əsrlərin  şərq ədəbiyyatı  tarixində
özlərinə möhkəm yer tutmuşlar.
Burada  bir  məsələni  də qeyd  etmək  lazımdır  ki,  orta əsrlərdə kürd  dilində yazıb
yaradan  şairlər  təkcə yuxarıda  adlarını  qeyd  etdiklərimizdən  ibarət  deyil.  Onlarla  belə
şairin həyatı və yaradıcılığı hələlik öyrənilməyib; orta əsrlər kürd ədəbiyyatı tarixində “ağ
ləkələr” çoxdur.
Orta əsrlərin  klasikkürd  şairlərindən  ikisinin  adını  xüsusi  qeyd  etmək  vacibdir.
Məlae  Cəziri  və Əhməde  Xani.  M.  Cəziri  kürd ədəbiyyatı  tarixinin  ilk ədəbi  məktəbin
yaradıcısıdır  (178,90-91). Əhmədi  Xani  özünün  yaratdığı  ölməz  “Məm  və Zin”  poeması
ilə Şərq  poeziyasının ən  parlaq  səhifələrindən  birini  yazmışdır.  Görkəmli  şərqşünas,
akademi  U.A.Orbeli (1887-1961) Ə.Xaninin  şərq ədəbiyyatı  tarixində yerini  çox  yüksək
qiymətləndirmiş,  onu  dahi  İran  şairi  Firdovsi  ilə müqayisə etmişdir:  “Şairin  xəlqiliyi
haqqında, şairin onu yetirən xalqa qovuşması barədə fikirləşərkən istər-istəməz Şərqin üç
böyük şairinin  müqayisəsi  yada  düşür..  İranlı Firdovsi, gürcü Rustaveli və kürdlərdən
başqa  hamı  tərəfindən  unudulmuş,  daha  doğrusu  kürdlərdən  başqa  heç  kimə
məlumolmayan,lakin  öz  xalqı  arasında  mübahisəsiz  “xalq  şairi”  adını  qazanmış kürd
Əhmədi Xani ” (179,57).
Görkəmli  alimin  bu  qənaətinin  doğruluğuna  sübut  üçün  qeyd  edək  ki, Ə.Xani
“Mən və Zin” poemasından başqa doğma  vətənində (Bəyazid mahalında) kürd balalarına
ana dilini öyrətmiş, bu məqsədlə “Nubar” adlı ərəbcə-kürdcə ilk  mənzum  lüğət yaratmış
kürd dilində qəzəllərdən ibarət divan, fəlsəfəyə aid bir neçə traktat yazmışdır (180,5).
Şəhrizora qədər yalnız meyitlər qalıb.
Qadınlar, qızlar əsir alınıb,
Qəhrəman kişilər qan içərisindədir.
Zərdüştün dini tərk edilib, unudulub,
Ahuramazda xalqın harayına gəlmir.

105
Dahi  şair  “Mən  və Zin”  poemasını  o  dövrün ənənələrinə fars  və ərəb  dilində
yazmaq  zidd  olaraq  məhz  doğma  kürd  dilində yazmış  və bunun  səbəbini  belə izah
etmişdir:
Əhməd  Xaninin  xəlqiliyini  görkəmli ədəbiyyatşünas  alim  Qasım  Qasımzadə də
çox  yüksək  qiymətləndirərək,  onun  “Məm  və Zin”  poemasını (həmin  poemanın
Azərbaycan  dilində tərcüməsinin  redaktoru  Q.  Qasımzadədir) “Xəlqiliyin  maraqlı
nümunəsi”  adlandıraraq  yazır:  İtiqlaliyyət  uğrunda  və ictimai ədalətsizliyə qarşı
mübarizədə Əhməd Xaninin adı əbəs yerə milli azadlıq hərəkatının rəmzi sayılmır. Əsərin
“Əhvalımız”  hissəsi  xalqın siyasi  manifesti təsiri  bağışlayır.  Müasir  oxucu əsərlə,  onun
müəllifi  ilə tanış  olmadan  həmin  hissəni  ayrıca  mütaliə etsəydi  bunun  düz  yüz  il əvvəl
deyil məhz bizim günlərdə xarici ölkələrdə yaşayan kürdlərin vəziyyəti haqqında yazıldığı
qənaətinə gələrdi
İçdi xam şərabdan dürrü, cövhəri,
Doğma kürd dilini-incini zəri.
Nizam intizamla sıraya düzdü,
Şair xalq yolunda cəfaya dözdü-
Deməsinlər: “Hanı kürdün qüdrəti,
Əsli, nəcabəti, mədəniyyəti?!”
(181,10)
Biri öz əliylə sərvət yaratdı,
Başqası qəsb edib dövlət yaratdı...
Məni çaşbaş salıb xuda hikməti-
Kürdün aşıb-daşır varı-dövləti,
Yaşayır asılı, yaşayır məhkum”
(182,4-5).

106
Onu da qeyd edək ki, təkcə U.A. Orbeli deyil, bir çox şərqşünaslar (P.Lerx, V. Minorski,
V.Nikitin,  R.Leski,  N.Rudenko,  M.  Bozarslan,  Q.Kuptayev  vəs.) “Mən  və Zin”  poemasını
Fizulinin “Leyli və Məcnun”, Şeksprin “Romeya və Culyetdası” və s. əsərlərlə müqayisə
edərə, müəllifinin adını Firdovsi, Sədi, Rustaveli, Fizuli, Rumi və s. kimi dahi şairlərlə bir
sırada çəkmişlər. Məsələn, V. Nikitin yazır: “görünür ki, Əhməd Xani öz yaradıcılığında
Cəlaləddin Ruminin nümunəsini davam etdirmişdir” (51,389).
XVIII əsrdən sonrakı dövrdə də adını Şərq ədəbiyyatı tarixinə yazdıran kürd şairləri
və yazıçıları az deyil. Onlardan bir neçəsinin adını qeyd edək: Nali (1800-1856), Ə. Səlim
(1805-1869),  M.  Kurdi (1812-1850),    Mah  Şərəf-xanımın  Kürdüstani-Məsturə (1805-
1847), Hacı Kadir Koyi (1816-1894), Mir Şəkər əli Dinavərvand (1825-1865),R. Tələbani
(1842-1910), Abbas  xan  Azadi (1858-1899), Abdulla  bəy Ədəbi (1859-1916), Zivər
(1875-1948),  Pirəmerd (1868-1959), Behud (1878-1955),  Səlam (1892-1959),  Nuri  Şeyx
Saleh (1898-1958),  Qani  Muxtar (1898-1960),  Faiq  Bekəs (1905-1948),  Ş.Ciyərxun
(1903-1984),  A.  Qaran (1904-1962),  O,  Səbri (1905-1993), Ə.Həjar(1920-1991), Əmine
Əvdal (1906-1964), Ərəb  Şamilova (1879-1978),  Vəzire  Nadiri (1911-1946),  Haciye
Cındi (1908-1999), Caume  Cəlil (1908-1999), Əli Əbdülrəhman (1920-1994), Mikiaile
Rəşid (1925-1984), Yılmaz  Güney (1937-1984), Kaçaxe  Mırad (1914-1979),  Şıkoye
Həsən (1928-1971), Şamil Əsgər (1929-2007), Hüseyn Kürdoğlu (      ) və s.
Yuxarıda  qeyd  edilən ədiblər  arasında  sağlığında  klasikləşən,  20  kitabın,  o
cümlədən  səkkiz  divanın  və kürdüstan  tarixinə aid  iki  dəyərli  monoqrafiyanın  müəllifi
Şeyxmus  Ciyərxunu  xüsusi  qeyd  etməyi  mənəvi borcumuz  sayırıq.  S.  Ciyərxunun  hələ
sağlığında  onun  yaradıcılığına  bir  neçə dissertasiya  işi  həsr  olunmuş  və müvafiq
monoqrafiyalar nəşr edilmişdir. Həmin monoqrafiyalardan Ş. Əsgərovun “Xalqın şairi” və
Ordixane Cəlilin “Ciyərxunun vətənpərvərlik poeziyası” adlı kitablarını xüsusi qeyd etmək
lazımdır.  Birinci  kitab  Bakıda  azərbaycanca,  ikinci  isə Yerevanda  kürdcə nəşr  olunub
(186,187).
Hər  iki  kitabın  adından  göründüyü  kimi  müəlliflər  hələ sağlığında  (şair  1984- cü
ildə vəfat  edib, əsərləri  isə 1966  və 1968-ci  illərdə nəşr  olunub)  klasikləşən  dahi
Ciyərxunun  poeziyasında  Xəlqiliyin  və vətənpərvərlik  ideyalarının  başlıca  yer  tutduğuna
diqqəti cəlb etmişlər. Onu da qeyd edək ki, hələ 1959-cu ildə Bakıda Azərbaycan dilində
nəşr  olunan  “Kürd ədəbiyyatı almanaxı ”nda  ölməz  şairin  “Nə vaxtacan”  və “Antantika
İttifaqı” adlı iki şeiri (hər iki şeiri Ş. Əsgərov tərcümə etmişdir) verilmişdir (189,23-24).
“Nə vaxtacan” şeiri xalq milli-azadlıq mübarizəsinə səsləyən milli marşa bənzəyir.
Belə ki, burada şair öz  xalqına  müraciətlə:  “  Nə vaxtadək qul  kimi-belə rüsvay  ola  biz?!
Nə vaxtadək  yadların əlaltısı  olaq  biz?!  və s.  kimi  suallar  verdikdən  sonra  onu  ayağa
qalxmağa səsləyir:”

107
Dahi  şairin şeirlərinin  demək  olar  ki,  80-90  faizi  belə “milli marşlardan”  ibarətdir.
Həm yaradıcılıq  xüsusiyyətlərinə,həm  də doğma  xalqı  arasındakı  böyük  nüfuzuna  görə
Ş.Ciyərxunu cəsarətlə Azərbaycanın XX əsr dahi şairləri Səməd Vurğunla (şeirləri  doğma
xalqı arasında dillər əzbəri olması baxımından) və Xəlil Rza Ulutürklə (bütün həyatın və
yaradıcılığını milli azadlıq uğrunda mübarizəyə həsr etdiyi üçün) müqayisə etmək olar.
Almanaxda verilmiş “Atlantika İttifaqı” adlı ikinci şeirdə milliyətçi olduğu qədər də
beynəlmiləlçi  (X.R.  Ulutürk  kimi)  olan  Şeyxmus  Ciyərxun NATO-nun  müharibə
planlarını nifrətlə pisləyir, həmin hərbi ittifaqı ədalətə, sülhə səsləyir:
Dahi şairin Kürdüstan tarixinə aid iki monoqrafiyası da elmi dəyərinə milli ruhu ilə
diqqəti cəlb edir (190,191).
Tanıyıram mən sizi-döyüşdə nəhəg kimi,
Qoca Şərqə səs salın şir kimi, pələng kimi!
Vuruşlardan qorxmayın, tərpənməyin ləng kimi.
Gözünüzü tutmasın pərdə qara rəng kimi.
Dəmdir, qalxın ayağa-hər yandan bölük-bölük,
Nə vaxtadək daşıyaq çiynimizdə ağır yük?!
Nə vaxtadək itlərin öznündə önündə olaq sümük?!
Sizdə vicdan hanı, ədalət hanı?!
Deyin, niyə qırsın insan-insanı?..
... Qan-qırğın salmağa etməyin niyyət!
Vaxtdır, ibrət alın, tarixdən ibrət!
(189,24-25).

108
Müasir dövrdə də çoxsaylı kürd şairləri və yazıçıları öz sələflərinin ədəbi irsini daha
da  inkişaf  etdirmək  və yeni  dövrün  tələblərindən  irəli  gələn  ideyalarla  zənginləşdirmək
üçün  dəyərli əsərlər  yaratmaqdadırlar.  Belə kürd  yazarlarından  aşağıdakılarımisal
göstərmək  olar:  Karlene  Çaçani, əmərike  Sərdar, Əsgəre  Boyik,  Çərkəze  Rəş,  Hərəme
Rəş, Əhməde  Həpo,  Babaye  Kələş,  Temure  Xəlil,  Saleh  Sayadi,  Тosine  Rəşid,  Şerko
Bekəs,  Mehmet Əmin  Bozarslan,  Fərhad  Şakəli,  Mahmud  Baksi,  Naci  Kutlay,  Orxan
Kotan,  Kamal  Burkay,  Rəşo  Zilan,  Malmisanij,  Mahvur  Mayi, Məmməd  Uzun,  Fırat
Cəvari, Xəlil Dihoki, Kərim Husami və s.
Bir  məsələni  də xüsusilə qeyd  etmək  lazımdır  ki,  yuxarıda  adları  çəkilən  kürd
ədəbiyyatının  görkəmli  nümayəndələri  sırasına  fars,  türk, ərəb  dillərində sanballı əsərlər
yaratmaqla  həmin  xalqların ədəbiyyatını  zənginləşdirən  yazar  lar  (belələrinin  sayı
yüzlərlədir) salınmamışdır.    Məlum  həqiqətdir  ki,  Türk ədəbiyyatının ən  görkəmli
nümayəndələrinin xeyli hissəsi kürd mənşəli yazarlardır. Kürd mənşəli ziyalılar təkcə türk
əədəbiyyatının  deyil,  türk incəsənətinin,  xüsusilə,  musiqi  və kino  sənətinin  inkişafında
böyük rol oynamış və oynamaqdadır. Türk hökumətinin yeritdiyi  “tək  millət, tək bayraq,
tək  dil”  siyasətindən  irəli  gələn  tızyiq  və təqiblərdən  qorxan  bəzi:  kürd  ziyalıları  və
sənətkarları  ya  milli  kimliyini  danır,  ya  doğma  ana  dilində yazmaqdan  və oxumaqdan
çəkinir  (İbrahim  Tatlısəs,  Mahsun  Qırmızıgül  və s.    kimi),  ya  da  ölkəni  tərk  etmək
məcburiyyətində qalırlar.
Öz milli mənliyini heç nədən qorxmayaraq şərəflə qoruyan kürd ziyalıları isə “PKK-
çı  yanlışı”
damğası  ilə həbsə atılır,  ya  da  dövlətin əli  ilə gizli  terorun  qurbanı  olur.
Məsələn,  türk  kino  sənətinin  inkişafında  ölməz  xidmətləri  olan  Yılmaz  Güney  öz  milli
mənliyini  biruzə verənkimi  həbs  edildi.  Mənəvi  təzyiq  və təqiblərə,  həbsxanada  verilən
amansız  işgəncələrə tab  gətirməyən  dahi  kinorejissor,  dramaturq  və aktyor  Fransaya
qaçmağa  məcbur  oldu.  Lakin  burada  da  onu  dinc  buraxmadılar.  Məruz  qaldığı  mənəvi
teror onun ağır xəstəliyə düçar olmasına səbəb oldu, 47 yaşında qürbətdə vəfat etdi.
Təkcə onu qeyd  etmək  kifayətdir ki, 26  illik  yaradıcılıq həyatının  15 ildən  çoxunu
türmədə, sürgündə və müharicətdə keçirən Y. Güney 110 bədii filmə aktyor kimi çəkilmiş,
rejissor kimi 17 film yaratmış, 53 kino ssenarisi, dörd sanballı roman və yüzlərlə hekayə
yazmışdır.  1971-ci  ildə Adana  şəhərində keçirilən  kino  festivalında  yeddi  mükafatdan
altısını  (!)  Y.  Güney    qazanmışdır.  Türk  mədəniyyətinə göstərdiyi bütün  bu  xidmətlərə
görə Türk hökuməti ona 11 illik türmə həyatı “bağışladı”.
Türk estradasının ən parlaq ulduzu Əhməd Qayanın taleyi də Y. Güneyin aqibəti ilə
eynidir. Belə misalların sayı tək-tək deyil, onlarladır.

109
Kürd ədəbiyyatının qədimliyinə və zənginliyinə baxmayaraq, kürd ədəbiyyatı tarixi
və kifayət qədər öyrənilməmiş və kürd ədəbiyyatşünaslığı zəif inkişaf etmişdir. Bu sahədə
yazılmış kitabların (178,184,186,187,193-201) sayı kifayət qədər deyildir.
“Kürd  fobiya”  çıların  kürd  xalqına  yaxdığı  ləkələrdən  biri  də budur  ki,  guya  bu
qədər  qədim  və zəngin  mədəniyyətə malik  olan  xalqın  övladları  istedadsız  olub  elmə,
təhsilə
maraq  göstərmirlər.
Əvvəla,
kürd  xalqının  özünəməxsus  etnoqrafik
xüsusiyyətlərini  tətqiq  və müşahidə edən  xarici  ölkə alimlərinin  və misionerlərinin  bir
çoxu (akad. Marr N. , akad. Minorskiy V., akad. Orbrli U., Lerx P., İbn Bətutə, Riç, Qrant,
Riqler, Barb, Hammer, Sonthgate, F. Şinnavi və s.) məhz kürdlərin elmlərə dərin marağını,
bu qədimxalqın bir çox övladlarının dünya elminə verdiyi töhfəsini xüsusi qeyd etmişlər.
Fikrimizi sübut etmək üçün bir neçə konkret faktı misal göstərək.
İngilis  alimi  Southgate  kürdlərin  elmi  qabiliyyətini  çox  yüksək qiymətləndirərək
yazır:  “Bir  xalq  kimi Kürdlər
Şərqin  hər  hansı  digər  xalqından yüksəkdə dayanır
(25,32). Başqa misal: P. Lerx kürdlərin etnoqrafik xüsusiyyətlərini öz kitabında (25) ayrıca
səciyyələndirmiş  və burada  onların  elmə böyük  marağını  xüsusi  qeyd  etmişdir:
“Müsəlman  xalqları içərisində kürdlər,  gələcəyə inam  baxımından  şərəfli  yer  tutur....  Riç
onlarda biliklərdə yiyələnmək  cəhdinin  farslar  və türklərə nisbətən  daha  yüksək
olduğunu  qeyd  etmişdir...  Bunu  Qrant  və Riqler  də təsdiqləyir  Axırıncı  deyir:  Kürdlər
yüksək inkişaf üçün qabiliyyətə və böyük istedada malikdir” (Yenə orada)
Hələ XIV əsrdə ərəb  alimi  İbn  Bətutə,  XVIII əsrdə türk  alimi Əbdürrəhman Əşrəf
kürd alimlərinin dəyərli əsərlər yaratmasını qeyd etmişlər (Yenə orada).
P.Lerx 
göstərilən
əsərində
görkəmli 
kürd 
alimlərindən
ərəb 

ədəbiyyatşünaslığında  tanınmış  simalardan  olan Əbülfidanı  (O,  Səlahəddin Əyyubinin
yaxın qohumu olmuşdur) misal göstərir.
Onu  da  qeyd  edək  ki, Əbul-Fida  həm  görkəmli  tarixçi,  həm  də məşhur  tarixşünas
olmuşdur. Onun haqqında təkcə P. Lerx deyil, bir çox mənbələr geniş məlumat vermiş və
onu orta əsrlərin ən görkəmli alimləri sırasında qeyd etmişlər. Hətta, ASE-nin IV cildində
onun  barəsində verilən  məlumatda Əbül  Fidanın Əyyubil ər  sülaləsindən  olduğu  etiraf
edilmişdir-hərçənd  ki  yuxarıda  qeyd  etdiyimiz  kimi,  ASE Əyyubilərin,  o  cümlədən
Səlahəddin  və onun  yaxın  qohumu  olan Əbül-Fidanın    milli  mənsubiyyəti  haqqında
susmağa  üstünlük  vermişdir.
Qəribə burasıdır  ki,  o, ərəb  (?!)  alimi  kimi  təqdim
edilmişdir.
ASE-də bu  dahi  kürd  alimi  haqqında  yazılan  qısa  məlumat  belədir:  “Əbül  Fida-
İmadədin əl-Məlik əl-Müəyyəd  İsmayıl  ibn Əli əl-Əyyubi (1273,  Dəməşq -27.10.  1331,
Həma)-ərəb(?!)  tarixçisi,  coğrafiyaşünası Əyyubilər nəslindən  olan Ə.  Bir  çox  hərbi
səfərdə iştirak  etmiş  və nəhayət,  1320-ci  ildən  ata  mülkü  olan  Həma  şəhərinin əmiri

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin