1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix06.05.2017
ölçüsü5,01 Kb.
#16984
1   ...   6   7   8   9   10   11   12   13   14

110
olmuşdu.  5  cilddən  ibarət  “Müxtəsər  tarixi əl-bəşər  (Bəşəriyyətin  müxtəsər  tarixi”)
əsərində ən  qədim  dövrdən  1329-cu  ilə qədərki  hadisələr  təsvir  olunur. Əsərin  4-cü
cildində Azərbaycanda  Xarəzmşah  Cəlaləd-din  dövründə baş  verən  hadisələrdən  də bəhs
edilir.
1321-ci ildə tamamladığı “Təqvim əl-büldan” (“Ölkələr arasında coğrafi məlumat”)
əsərində Azərbaycanın  coğrafi  mövqeyi , ticarət  yolları,  Xəzər  dənizi,  Kür  çayı,  Şirvan,
Muğan,  həmçinin,  Bakı,  Dərbənd, Ərdəbil  və digər  şəhərləri  haqqında  da  məlumat  var”
(40,131).  Bu  məlumatlar  İ.  Kraçkovskiy  və Z.  M.  Bünyadovun əsərlərindən  (203;204)
götürülmüşdür.
F. Şinnavi isə kürdlərin müsəlman dünyasına ttəkcə qəhrəmanlıqları ilə deyil, eyni
zamanda elm xadimləri ilə xüsusi xidmət etdiklərinə diqqəti yönəldir: “Səhahəddin Əyybi,
İbn əl-Əsir,  İbn əl-Halkan,  İbn  Təymiyə,  Şeyx  Səid ənnursi,  bunlar  islam  tarixinin  bəzi
önəmli  alimləridirlər. Əslində kürdlər  sırf  savaşçı  deyildir.  Kürdlərin  arasından filosof,
tarixçi, siyasətçi və din alimləri çıxmışdır” (22,71).
Kürdlərin  dünya  elminə verdiyi  töhvələri görə bilməyən  (və ya  bilərəkdən  özlərini
“korluğa”  qoyan)  bədxahlarımıza ikinci
xatırlatmamız  budur  ki,  müstəqil  dövlət
qurumuna malik olmadıqları üçün fars, ərəb, türk, Azərbaycan və s. Dillərdə elmi əsərlər
yaradan  onlarla  kürd  övladı  kürd  alimi  kimi  deyil,  fars,  türk,ərəb,  Azərbaycan  və s.
Xalqların elm xadimləri kimi tarixə düşmüşlər. Məsələn çoxları bilmir kiŞ yuxarıda qeyd
olunan  alimlərdən  başqa,  adları  dünyada  məşhur  olan Əbül-Fida, Əbu  Hənifə,  Suriya
Elmlər  Akademiyasının  yaradıcısı  və ilk  prezidenti,  çoxcildlik  “Suriya  tarixi” kitabının
müəllifi Məhəmməd Fərid-Kürd Əli; bir çox yaxın şərq xalqlarının tarixinə dair geniş elmi
məlumatlarla  zəngin  olan  “Şərəf-namə”  kitabının  müəllifi  Şərəfxan  Bidlisi;  dünya
miqyasında tanınan  geoloq-alim,  SSRİ  Elmlər  Akademiyasının  müxbir  üzvü  olmuş Əli
Əmiraslanov və onlarla belələri kürd əsilli elm xadimləridir.
Beləliklə,  göstərilən  konkret  faktlar  bir  daha  sübut  edir  ki,  bu  qədim  xalqın  təkcə
Şərq  mədəniyyətinə deyil,  Dünya  mədəniyyətinə,  elminə verdiyi  töhvələri  “görməyən”
(əslində isə görmək  istəməyən)  “kürdfobiya”çıların  yuxarıda  qeyd  olunan  fikirləri
boşboğazlıqdan,  zehni  korluqdan  və məqsədli  uydurmadan  başqa  bir  şey    deyildir.
Belələrinə kürd  olmayan  ,  lakin  bu  xalqı  dərindən  tanıya  görkəmli ədəbiyyatşünas  alim
q.Qasımzadənin həqiqəti əks etdirən bu sözlərini bir daha xatırladırıq: “Mərdliyi, rəşadəti
ilə tarixdə şöhrət qazanan kürd xalqı həm də qədim və qiymətli mədəniyyət abidələrinin
varisidir. Şərqin  zəngin bədii xəzinəsində yazılı kürd ədəbiyyatını təmsil edən 11-ci ərsin
görkəmli  siması Əli  Həzirinin  və onun  davamçıları  Cizirinin,  Teyranın,  Batenin,Xaninin
irsi dünya bədii klasikasının qiymətli nümunələri sırasındadır” (182,3).

111
Fikrimizcə.,bu sozlərioxuduqdan sonra kurd mədəniyyətinə ləkə yaxanlar az da olsa
xəcalət hissi kecirəcəklər.Əlbətdə,əgər onlarda zərrə qədər “vicdan” və “ziyalılıq”  varsa.
Hərçənd ki, belələri özlərini millətin “vicdanlı ziyalıları” adlandırırlar.

112
I.V. İSLAM DİNİNİN İNKİŞAFI VƏ QORUNMASINDA
KÜRDLƏRİN TARİXİ ROLU
Yuxarıda  artıq  qeyd  edildiyi  kimi,  qədim  kürdlər  Zərdüşt  dininə (atəşpərəstliyə)
sitayiş  etmişlər.  Bu  barədə kürdlərin  tərkibindən  bəhs  edən əsərlər  yazan  tətqiqatçıların
demək  olar  ki,  hamısı  öz  fikrini  bildirmiş  və onu  da qeyd etmişlər  ki,  Zərdüştün  özü
milliyətcə kürd olmuşdur.
“Kürdlərin  mənşəyi”  adlı  dəyərli  kitabın  müəllifi İhsan  Nuri  Paşa  tarixi-coğrafi,
etnoqrafik  və leksik  fakt  və materialların  təhlili əsasında  Medlərin  (Madların,
midiyalıların)  kürdlərlə eyni  mənşəyə malik  olduğunu  sübut  etməklə yanaşı,  onların
peyğəmbəri Zərdüştün də bu xalqın övladı olması və atəşpərəstlərin əsas dini kitabı olan
“Avesta”nın  da  kürd  dilinə ən  yaxın  olan  bir  dildə yazılması  fikrini əsaslandırmağa
çalışmışdır.
Müəllif,  bu  fikrini (Zərdüştün  kürd  mənşəli  olmasını) əsaslandırmaq  üçün  yazır:
“Zərdüştün əsil adı nəisə onlar (yəni midiyalılar) ona  “Zərdüşt raspi tmə” demişlər. Bunun
mənası “Bəyaz (təmiz) soylu Zərdüşt” deməkdir. Zərdüştün millətinin dili, yəni Mad dili
ilə söylənən bu sözlər əslində bügunki Kürd dilindən fərqli deyildir. “Zər tuş ra spi tme” –
Kürd dilində “Sarı şüalı günəşin bəyaz əlaməti” şəklində izah oluna bilir:
Zərdüştlərin günəşə sitayiş etdiklərini göz önünə gətirsək, bu səbəbdən peyğəm
bərlərinə sarı şüalı günəş ləqəbi vermələri ağlabatandır” (81,93-95).
Tarixindən  yaxşı  məlumdur  ki,  Zərdüşt  dini  (atəşpərəstlik)  I  Daranın  dövründə
(e.ə.522-486)  dövlət  dini  olmuşdur.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  Zərdüştün  vətəni
Kürdüstan ərazisində (Urmiya  gölünün  qərb  hövzəsində) yerləşir.  İhsan  Nuri  paşa  qeyd
olunan  kitabında  göstərir  ki,  Zərdüştlərin  inancına  görə Muhabad (İran  Kürdüstanındakı
Madca
(Med dili)
zər
Təş
ra
spi
tim (tmə)
Kürdcə
zər
tiş(tij)
ra (ro)
spi
tim
Farsca
Zərd
Şid (şüa)
afitab
səfid
dəstə, tim
Türkcə
sarı
ışın
günəş
bəyaz
takım,qrup,
sürü, mənsubiyyət

113
Mehabad  onun  adını  daşıyır) I  Zərdüşt;  odda  yandırılan  Huşəng  II  Zərdüşt;  İbrahim
peyğəmbər  isə III  Zərdüştdür.  Yuxatıda  qeyd  etdiyimiz  kimi  İbrahim  peyğəmbərin  də
vətəni Urfa Kürdüstandadır (Kürdlər bu qədim şəhərə Rıha deyirlər ki, bunun da mənası
“müqəddəs ruhların yaşadığı yer deməkdir).
Atəşpərəstliyin  vətəninin  Kürdüstan  olması,  bu  dinin  qədim  Kürdlər  /Medlər
arasında  daha  geniş  yayılması  fikrini əsaslandırmaq  istəyən  İ.  N.  Paşa  və bir  çox  digər
tətqiqatçıların  arqumentlərindən  biri  də budur  ki,  İslam dinini  qəbul  etməyən  dinlərinin
bəzi  ayin  və adətlərini  icra  edirlər  (günəşə and  içmək  ölülərini  üzü  gündoğana  tərəf
basdırmaq və s.)
V.  F.  Minarskiy  və N.  Y.  Marrin  fikrinə görə Ezid (bu  sözü  çox  vaxt  səhv  olaraq
Yezid ilə eyniləşdirirlər) sözü qədim fars dilində “Allah” deməkdir (41,143;21;23) Əslində
isə bu  söz  kürd  dilində “Məni  yaradan”  deməkdir. Həm  akad.  Marr,  həm  də akad.
Minorskiy  ezidizmi  kürdlərin  bütpərəstlik  dini  hesab  edirlər  (Yenə orada).  Ezidi  dininin
banisi Şeyx Hadi hesab olunur. O, 1073 (bəzi mənbələrə görə 1078; üçüncü qrup alimlərin
fikrinə görə IX əsrdə; P. Lerxin verdiyi məlumata görə isə 1275-ci ildə) anadan olmuşdur.
Ezidlər vahid  allaha (Xwədê,  Xödê)  inanır  və belə hesab  edirlər  ki,  allahın  Yerlə başlıca
təzahürləri  günəşin  rəmzi  sayılan  Mələk  Tovus (Tovuz  quşu),  Şeyx  Hadi (peğəmbər) 
cavan adam obrazında təsvir olunan Eziddir.
P.  Lerx  bir  çox  xarici  tətqiqatçıların  fikirlərini  təhlil  edərək  göstərir  ki,  Ezidizmlə
qədim assuriyalıların  dini  arasında  sıx əlaqə mövcuddur.  Belə ki,  onlarda  qədim
assariyalılar kimi tovuz quşunu (Mələk Taus) müqəddəs sayır; günəşə və oda sitayiş edir;
bir  çox  dini  simvolları  oxşarlıq  təşkil  edir;  şir,  ilan  və balta  və s.  kimi  assuriyalıların
simvollarına hörmətlə yanaşır; kişilər və qadınlar qədim assiriyalıların bəzək əşyalarından
istifadə edir;  nəhayət,  Ezdilərin  böyük əksəriyyəti  qədim  Ninəvanın  yaxınlığında  yaşayır
və onların  müqəddəs  məbədgahı  assuriyalıların  xalq  məbədgahının  yaxınlığında yerləşir
(25,51). R.  Lerxin  bu  fikri  bir  daha  təsdiqləyir  ki,  Ezid  kürd  sözü  olan Əzdan  /  Ezdan
sözündəndir və “Məni yaradan” yəni “Böyük yaradan” (Allah) deməkdir.
Qədim  Ezdilər  Mesopotomiya  ovalığının  cənubunda  yerləşən  Laləş  ş(Assuriya
mənbələrində Laqaş) əhərində yaşayırdılar.  Həmin    şəhər  müasir  Bəsrə şəhərinin
ərazisində yerləşirdi.  Assuriyalıların  zülmünə dözməyən  Ezidilər  şimala  doğru  hərəkət
edərək Mosul yaxınlığında yeni Laləş şəhərini salaraq burada məskunlaşmışlar.
Bəs bu qədim kürdlərin  adının (Ezidi) Yəzid sözündən olan yezidlər (yəzid (yezid))
formasına  düşməsinin  səbəbi  nədir.  Tarixi  mənbələrdən,  xüsusilə, ərəb  tarixçilərinin
əsərlərindən  məlum  olur  ki, Ərəb  xilafəti  şərqə doğru  genişlənən  zaman,  konkret  olaraq,
838-ci  ildə Mosul  kürdləri (onların  xeyli  hissəsini  Ezidilər  təşkil  edirdi) Dasni  kürd

114
tayfasının  lideri  Cəfər  ibn  Fəhərcasın  rəhbərliyi  altında  üsyan  qaldıraraq, ərəblərə ciddi
müqavimət göstərmişdir.
Kürdlərin müqavimətini qırmaq üçün onları parçalamaq siyasətinə əl atan Xəlifə əl-
Mütəsim  Dasni  kürdlərinin  arasında  gizli  təbliğat  aparmaq  üçün  Şeyx  Hadi  ibn  Müsafiri
göndərdi.  O,  Dasni  kürdlərinə özünü  Xəlifə əl-Mütəsimin  və abbasilər  sülaləsinin  qatı
düşməni,  kürdlərin  canıyananı  kimi  təqdim  etdi.  Kürd  şeyxləri  və sərkərdələrinin  bir
qismini pul ilə ələ alanj Şeyx Hadi onları Müaviyənin oğlu Yəzidin (Yəzid ibn Müaviyyə)
ətrafında  birləşməyə sövq  etdi.  Beləliklə,  Dasni  Kürdləri  arasında  nüfuz  qazanan  Şeyx
Hadi onlar tərəfindən müqəddəsləşdirildi.
Yəzid ibn Müaviyə isə Peğəmbərlərin (Məhəmməd s.a.s-in) nəvəsi Imam Hüseynin
KərbəLa  çölündə qətlini  həyata  keçirən  sərkərdədir.  Şeyx  Hadinin  təhriki  ilə Yəzidin
tərəfinə keçən  kürdlər  yəzidilər  adlanmağa  başladılar.  Halbu  ki,  qədim  Ezdi (Əzdi)
tərəfdarı  olan  Ezdilər  yuxarıda  qeyd  etdiyimiz  kimi  bütpərəst,  daha  doğrusu  atəşpərəst
(onlar atəşpərəstliyi digər kürdlər kimi  Böyük Midya dövründə etmişlər) idilər. Şeyx Hadi
özünün peyğəmbər kimi qələmə verdikdən  sonra  Ezdiləri  Yezidilər  adlanmasına  və
onların qədim dinlərdən əl çəkib onun yaratdığı təriqətə sitayiş etmələrinə nail oldu. Bəzi
alimlərə görə Ezdilər də VII əsrdə müsəlmanlığı qəbul etmişlər. Lakin Şeyx Hadi onları bu
dindən ayıraraq yeni təriqətə cəlb etməklə kürdlərin parçalanmasına nail olmuşdur.
1224  peyğəmbərin  mövcudluğunu  qəbul  edən  Ezdilə (Yezidilər) onların  arasında
Şeyx Hadini hamıdan üstün hesab edirlər. Hal-hazırda Ezidilərin yeganə məbədgahı Mosal
yaxınlığındakı  Laləşdə yerləşən  Şeyx  Hadinin  qəbri  və məbədidir. Onların  başlıca  dini
kitabları  “Kitaba  rəş” (“Qara  kitab”) və “Kitẻba  cilvə” (“Kəşvlər  kitabı”)-dır.  Hər  iki
kitab Şeyx Hadi tərəfindən gizli şifrələrlə yazılmışdır.
1925-ci  ildə xarici  ölkə nümayəndələrindən  ibarət  nümayəndə heyəti  Sincar
rayonunda  (ilçəsində)  yaşayan  Ezidilər  arasında  tətqiqat  apardıqdan  sonra  yazırdı:
“Ezidilər  cənnətdə kürd  dilində danışılacağına  inanırlar.  Tanrı  Qurani  Kərimim  kürd
dilində göndərdiyi  halda,  Məhəmməd    s.a.s  onu Ərəb  dilində yazmışdır.    Bu  topluluq
ibadətlərini də kürd dilində yerinə yetirir”(81,64-65).
Dünyada  yaşayan  50  mln  kürdün  99%-i  müsəlman,  1%-ə yaxını  Ezidi,  cüzi  bir
hissəsi  isə xristiandır.  Kürdlər ərəblərlə bir  başa  qonşu  olduqları  üçün İslam  dinini  ilk
qəbul  edən  (ərəblərdən  sonra)  xalqlardan  biridir.  İslam  dininin  və mədəniyyətinin
inkişafında,  qorunub  saxlanılmasında  kürdlərin  böyük  tarixi rolu  olmuşdur.  Onların  bu
xidmətini  demək  olar  ki,  kürdşünasların  hamısı  etiraf  etmişdir.  Yuxarıda Əyyubilər
sülaləsindən  bəhs  edərkən  Səlahəddin Əyyubinin
İslam  dünyasını  S əlibçilərin
(Xaçpərəstlərin)  yürüşündən  necə xilas  etməsini  qeyd  etmişik.  Onun  bu tarixi  rolunu  bir
çox  tətqiqatçılar,  dinşünas  alimlər  və
görkəmli  din  xadimləri  çox  yüksək

115
qiymətləndirmişlər.  Məsələn,  görkəmli  dinşünas  alim  dr.  Fəhmi  Şinnavi  yuxarıda  adı
çəkilən əsəridə yazır:
“Kürdlərin  qazandığı  savaş  təkcə Səlahəddinin  xaçpərəstləri  məğlub  etməsi  ilə
məhdudlaşmır.  Kürdlər  xəçpərəstlərlə
amansız  mübarizəyə
girişərkən,
ərəblər
xaçpərəstlərlə işbirliyinə girib  İslam  tarixinin  köklərini  qazdılar.  Kürdlərin  rolları  sadəcə
Səlahəddinin    müvəfəqiyyəti  ilə məhdudlaşmır.  Çünki  onlar  İslamın bütün  fəthlərinə
qatıldılar.  Hindistanın  şərqindən  Orta  Avropanın  qərbinədək Kürdlər  savaşlarda arxa
sırada olmayıb, ölümdən qorxmadan həmişə ön sırada idilər.
Qafqazı  fəth  etməklə,
Çini  Rusiyanı  və Monqolustanı
onlar  məğlub  etdilər.
Kürdlər  tarixlərinə kəsinliklə ləkə yaxan  bir  xalq  deyildir.  Onlar  şər  güclərə qarşı  boyun
əyməyib hər zsaman şərəflə mücadilə etmişlər” (22,71).
Daha sonra müəllif Kürdləri İslam dini uğrunda həyatını qurban vermiş “şəhidlər”,
onların  vətənini  “Şəhidlər  yurdu”  adlandırır: “Yaşadıqları  bölgənin  adını  Kürdüstan
qoymuşlar. Qərbli yazarlar isə buranı “qəhrəmanlar diyarı” adlandırmışlar. Doğru olanı isə
“Şəhitlər  diyarıdır  ”.    Çünki  onlar  tarix  boyunca  şəhidliyi  bütümn  nəsillərə öyrətmişlər”.
(Yenə orada,  səh.  72).  Göstərilən əsərin  bir  neçə yerində müəllif kürdləri  dönə-dönə
“İslam mizrağının başı adlandırır.
Görkəmli  başqırd  (başkürd)  alimi  S.  Qallyamov  da  kürdlərin  İslam  dünyası
qarşısında  xidmətlərini  çox  yüksək  qiymətləndirərək  bir  sıra  tarixi  faktları  sadalayır:
“Kürdlərin yeni dinin yaranmasındakı bir başa iştirakını iki çox mühüm hadisə təsdiqləyir.
Belə ki,  Parsan  vilayətindən  olan
Kürd  Salman, Salman əl-Farisi,  keçmiş  atəşpərəst
kahini,  sonralar  yeni  dinin  yaradıcısı-Məhəmməd  və onun  ailə üzvlərinin  yaxın  dostuna
çevrildi.  Peyğəmbərin  ölümündən  sonra  Salman əl- Farisi ilk  dəfə öz  hafizəsi əsasında
Quranı yazdı və redaktə etdi...
......Başqa  kürd  alim-hüquqşünası  kürd  şəhəri  Dinavərdən  olan Əbu  Hənifə (699-
767) islam dünyasında ilahiyyat elmində yazılı ənənənin yaradıcısı hesab olunur, belə ki,
islam  doqmatizminə aid  ilk  yazılı əsər- “Əl-Fiqh əl-Əkbər”-ona  məxsusdur  (23,322-
323).
Onu da  qeyd edək ki, bu görkəmli kürd alimi və hüquqşünasının xidmətlərini təkcə
S.  Qallyamov  deyil,  bir  çox  tətqiqatçılar  yüksək  qiymətləndirmişlər.  Məsələn,  Q.  Kolb
onun  haqqında  belə yazır:  “Tacir Əbu  Hənifə,  öz  xalqının  böyük  hüquqşünası,  bir  nüçə
yüz  il  öz  müasirlərini  hümanizmdə,  xüsusilə,  cinayət  hüququ  sahəsində qabaqlamışdır.
Onun  məktəbi  ölümündən  az  sonra  bütün  ölkədə hakim  mövqeyə malik  olmuş  və
müsəlmanlar indiyədək onu müdafiə edirlər” (202. 131).

116
ASE-nin  IV  cildində bu  görkəmli  din  xadimi  və alimi  haqqında  verilən  qısa
məlumatda  oxuyuruq: Əbu  Hənifə fars  (31)  mütəfəkkiri;  hənifəliyin  banisi  və rəhbəri
Ə.H.  islam  dinini  qəbul  etmiş,  fiqh  elmini  öyrənmişdir. Ə.H.  fiqh  elmini  bölmələr  və
fəsillər  üzrə tərtib  edərək  ona  daha  da  təkminləşdirmiş,  islam  aləmində fiqh  və məntiq
alimi  kimi  tanınmışdır. Əsərlərində ağıl  və mühakimə məsələlərinə daha  çox  meyl
etmişdir.
Ə.H. “Kitab əl-fiqh əl-əkbər” (“Böyük fiqh kitabı”), “Risalə ər-rədd əla əl-qədriyyə
və-elm bərrəm və böhrən, şərqən və qərbən bədən və qurban” (“Qədriyyə nəzəriyyəsinin
rədd edilməsinə dair, quru və dəniz, Şərq və Qərb, uzaq və yaxın elmlər haqqında risalə”),
“Kitab əl  alim və əl-mütəəlim”  (“Alim  və təlim  alanlar  kitabı”) və s. əsərlərin
müəllifidir”(40,131).
Göründüyü  kimi,  bu  kürd  alimi  də yuxarıda  qeyd  etdiyimiz  bir  çox  elm  və
mədəniyyət xadimləri kimi başqa xalqa aid edilmişdir.
S.Əyyubidən  başqa  bir  çox  kürd  hökmdarlar Yaxın  Şərqdə İslam  dininin  və
mədəniyyətinin  inkişafı  üçün  dövlət  səviyyəsində böyük  işlər  görmüşlər.  Məsələn,
yuxarıda  qeyd  edilən  Həsənvayhilər  dövlətinin  banisi  Həsənvayh  İbn əl-Kürdi
hakimiyyətə gələn  kimi  ölkədə əzəmətli  məscidlər  tikməyə başlayır. Onun  ölümündən
sonra  hakimiyyət  başına  keçən  oğlu  Bədir  nəinki  məscid  və məbədlərin  sayını  artırır,  o,
eyni  zamanda  islam  dininin  inkişafı  və təbliği  üçün  külli  miqdarda  pul  vəsaiti  xərcləyir.
Həmin xərclər haqqında bəzi faktlar yuxarıda qeyd olunmuşdur. Burada onu da əlavə edək
ki,  Bədir  Həsənvayhi  təkcə yolların,  Məkkə və Mədəniyyətinin  mühafizəsinə hər  il
100.000 dirhəm xərcləyirdi.
Əlbəttə, kürdlərin İslam dininin inkişafı və qorunması yolunda göstərdikləri misilsiz
xidmətlərə dair  tarixi  faktlar  təkcə yuxarıda  qeyd  olunanlardan ibarət  deyildir.  Belə
faktların sayı “kifayət qədər”dən də çoxdur. Bu  faktları sadalamaqdan daha çox bizi belə
bir  sualın  cavabı  maraqlandırır:  “İslam  dininə və mədəniyyətinə misilsiz  xidmətləri
müqabilində İslam  dünyası,  xüsusilə,  yaxın  qonşu  olan  “müsəlman  qardaşlarımız”
(ərəblər, türklər, farslar) kürdlərə nə vermişdir?!”
Çox  təəssüflər  olsun  ki,  bu  sualın  cavabı  acı  bir  həqiqətdən  ibarətdir:  “müsəlman
qardaşlarımız”  kürdlərin  tarixi  xidmətləri (həm  İslam  dünyası  qarşısında,  həm  də İran,
Ərəb,  Türk  dövlətlərinin  qurulması  və inkişafında) müqabilində onların  layiq  olduqları
milli  haqlarını  özlərinə qaytarmaq əvəzinə əsrlər  boyu  və günü-bugün  mənəvi  təzyiq  və
təqiblər,  günahsız  həbslər  və sürgünlər;  “Hələbcə”,  “Dersim”  və s. qətliamlar;  dinc
əhalinin “uşaq, qadın, qoca”, -deyilmədən bombardman edilməsi, doğma ana dilində təhsil
almaq  hüququndan  məhrumetmə;  öz  balalarına  doğma  dildə ad  vermənin  qadağan
edilməsi və s. və i.a kimi çoxsaylı “hədiyyələr” bəxş etmişlər.

117
Bütün  bunlar  ürək  ağrısı  ilə diqqəti  yönəldən  dr.  F.Şinnavi  çox  haqlı  olaraq  qeyd
edir ki, İran, Türkiyə, İraq və Suriya dövlətləri yuxarıda qeyd olunan “hədiyyələr” əvəzinə
kürdlərin  milli  haqlarını  özlərinə qaytarsalar,  kürdlər  bu  ölkələrin  bərabərhüquqlu
vətəndaşları  kimi  məmnun  olar,  “kürd  məsələsi”  sülh  yolu  asanlıqla  həll  edilər.  Müəllif
kimi haqları uğrunda mübarizə aparan kürdləri günahlandıran “müsəlman qardaşlarımıza”
belə cavab verir:
“Ümumilikdə kürd məsələsi, özəldə isə İraqdakı ayaqlanma kürdlərdən qaynaqlanan
bir məsələ deyildir. Bu məsələ Kürdləri atəşə tutan üç ölkədən qaynaqlanan bir durumdur.
Belə ki,  bu  hökumətlər  ölkələrində yaşayan  Kürdlərə təhlükəsiz,  rahat,  rifahlı  bir  həyat
bəxş  edən  hökumətlər  olsaydı,  Kürdlər  özəl  haqlarını  unudub  onların  cənnətlərindən
faydalanmaya başlayacaqdılar ” (22,52).
Əsərin  başqa  bir  yerində dr.  F.  Şinnavi  qeyd  edir  ki,  müsəlman  qardaşlarımız
avropalı ağalarının (xaçpərəstləri darmadağın edən S. Əyyubiyə görə kürdlərə qarşı bu gün
də kin  bəsləyənlərin)  təhriki  və dəstəyi ilə kürdlərə milli  haqlarını  qaytarmaq əvəzinə,
onlara qarşı inkarçılıq, təzyiq və təqib siyasəti yeridirlər: “Siyanist və xaçpərəstlər dünyası
Səlahəddin Əyyubinin bütün Avropaya ağır z ərbə vurduğunu heç bir zaman unutmadılar...
Siyonistlər  kürdlərə qarşı kinlərini  I  Dünya  müharibəsindən  sonra  Kürdləri  beş  hissəyə
böldülər.  Bir  qismini  iRana  Suriyaya,  bir  qismini  İraqa,  bir  qismini  Türkiyəyə,  digər  bir
qismini isə Rusiyaya verdilər.
Xaşpərəstlər,  Kürdlərə olan  kinlərini  daha  da  artırmış,  Kürdlərin  siyasətlərini,
həyatlarını gələcəklərini müasir ölkələrə buraxmışlar. Beləliklə bu məzluminsanlar böyük
dağın  arasına  sıxışdırılmışdır.  Önlərində qızmar  bir  səhra,  arxalarında  qan  qusan
düşmən”(Yenə orada, səh73).
“Kürd  məsələsi  yalnız  Kürdlərin  məsələsi  deyil,  bütün  dünya  müsəlmanlarını
məsələsidir”,-deyən  dr.  F.  Şinnavi  bu  müşkül  məsələnin  həlli  yolunu  da  “müsəlman
qardaşlarımıza”  göstərir:  “Son  çarə isə:  Kürdləri  öz  idarəçiliyi  altında  saxlayan,  onları
məmnun edən, yaxşı həyat yaşamalarını təmin edən, bir quruluşun təzyiq üsulu ilə deyil,
islahat  üsulu  ilə həm  İraqda,  həm  İranda  və həm  də Türkiyədə yaradılmasıdır. Belə bir
durumda Kürdlər bu ölkələrdən ayrılmağı özləri istəməyəcəkdir” (Yenə orada, səh52).
Dr.  F.  Şinnavininaxırıncı  sözlərindəki  həqiqəti  “müsəlman qardaşlarımızdan”
ərəblərin  İraqda  kürdlərin  milli  haqqlarını,  tam  olmasa  belə,  tanıdıqdan  sonra  burada
yaranan  sabitlik  (ərəblərlə kürdlər  arasında  uzun  sürən  müharibələrə son  qoyulması    və
İraq  kürdlərinin  müstəqil  Kürdüstan  dövləti  qurmaq  uğrunda  minlərlə şəhid  verdiklərinə
baxmayaraq, bu dövlət çərçivəsində razı olmaları sübut etdi. İndi növbə digər “ müsəlman
qardaşlarımızındır  ”:  kürdlər  və farslar  da kürd  qardaşlarının  qanını tökmək,  dinc əhalini
bombardman  etmək,  polisə daş  atan  kürd  balalarını  həbə saldırmaq əvəzinə onların  milli

118
haqlarını  tanısalar ,  Türkiyə və İran  kimi  böyük  müsəlman  ölkələrində də sabitlik  və
inkişaf  şəraiti  yaranar,  bu  isəmüsəlman  dünyasının  parçalayıb  dağıtmaq  istəyən
xaçpərəstlərin əzəli və bugünkü arzusu gözlərində qalar.
“Kürd  məsələsi”nin  həlli    bütün  Yaxın  və Orta  Şərq  regionunda  möhkəm  sülhün
əldə edilməsi üçün mühüm şərtlərdən biridir. Türk və Fars “qardaşlarımız bu həqiqəti nə
qədər  tez  anlasalar  onları  İslam  dünyasındakı  itmiş  nüfuzu  (  “müsəlman  qardaşlarına”
zülm etdikləri üçün bu nüfuz çox aşağı düşüb) bir o qədər tez yüksəklər.

119
I.VI.  MÜSTƏQİL  KÜRDÜSTAN  DÖVLƏTİNİN  YARANMASINA  MANE  OLAN
SƏBƏBLƏR
Kürdlərin  və Kürdüstanın  tarixinə qısa  nəzər  göstərdi  ki,  qədim  və geniş,  təbii
sərvətlərlə zəngin,  məskunlaşma ərazisinə,  doğma  dilə,  sayılıb-seçilən  etnoqrafik
xüsusiyyətlərə,  zəngin  mədəniyyətə malik  olna  bir  çox  qüdrətli  dövlət  xadimləri  yetirən,
İran,  Türkiyə,  İraq,  Rusiya,  Azərbaycan  və s.  dövlətlərinin  qurulması  və inkişafında,
həmçinin, bütün İslam dünyasının qorunmasında misilsiz xidmətlər göstərən bu qəhrəman
xalq  indiyədək  milyonlarla  şəhid  verdiyinə baxmayaraq,  öz  müstəqil  dövlətini  qura
bilməmişdir.
Bütün  kürdlərin  tarix  boyu ən  yüksək  amalı  olan  müstəqil  Kürdüstan  dövlətinin
yaranmasına  mane  olan  obyektiv  və subyektiv,  tarixi  və müasir  səbəblər  çoxdurş
Kürdüstan  tarixinin  siyasi  təhlili  həmin səbəbləri  aşağıdakı  kimi  qruplaşdırmağa  imkan
verir.
İ.  Kürdüstan ərazisinin ən  qədim  zamanlardan  yeni  dövrədək nəhəng  imperiyalar
(İran,  Roma,  Bizans, Ərəb  Xilafəti,  Osmanlı  və s.) arasında  yerləşməsi. Hər  tərəfdən
“ayılar”  və “şirlər”  lə əhatə olunan  kürdlər əsrlər  boyu  onların  hücumlarına (çox  vaxt
“əlbir  olub  bir  ayı  bir  şir  ilə”  hikmətinə əsaslanan  birgə hücumlarına) məruz  qalmış,
Kürdüstanın ərazisi saysız-hesabsız  müharibələr  meydanına  çevrilmiş,  minlərlə yaşayış
məntəqələri,  maddi və mənəvi  mədəniyyət  abidələri  məhv  edilmişdir. Əlbir olan  “ayılar”
və “şirlər”in hücumlarından qorxmayan kürdlər onlara qarşı pələng kimi qəhrəmancasına
vuruşduqları  üçün minilliklər ərzində milyonlarla  şəhid  vermiş,  dovşan  kimi  qaçıb
gizlənənlərdən  fərqli  olaraq  öz  milli  varlığını,  milli  mənliyini  bugünədək  qoruyub
saxlamışlar.
2.  Kürdüstan ərazisinin mühüm  geostrateji  mövqeyə və zəngin  təbii  sərvətlərə
malik  olması.  Xalq  hikmətində deyildiyi  kimi,  “gözəlin  başı  həmişə bəlalı”  olur.
Kürdüstanın  da  başına  gələn  bəlaların  çoxuna  səbəb  onun  yuxarıda  qeyd  etdiyimiz
gözəlliyi, zənginliyi və müasir dövrdə çox mühüm olan geostrateji mövqeyidir. Tarix boyu
Kürdüstanın  qonşuları, hətta,  qonşu  olmayan  yadelli  işğalçılar  da  ona  “yağlı  tikə”  kimi
baxmış və onu ələ keçirmək üçün qanlı müharibələr aparmışlar.
3.  Kürd  cəmiyyətində hərbi-tayfa  quruluşunun
öz  nüfuzu  yeni  dövrədək
saxlaması;  ayrı-ayrı  tayfa  ittifaqları  arasında milli  birliyin  olmaması.
Yuxarıda  qeyd
etdiyimiz  müstəqil  və yarımmüstəqil  kürd əmirlikləri  vahid  kürd  xalqını  deyil,  ayrı-ayrı
tayfa  ittifaqlarını  təmsil  edirdi.  Həmin əmirliklər arasında  milli  birlik  yox  idi.  Digər
tərəfdən  qonşu  dövlətlər  həmin əmirlikləri,  daha doğrusu  onlara  rəhbərlik  edən  tayfa
başçılarını (kürd əmirlərini) müxtəlif vasitələrlə ələ alır və onları bir-birinə düşmən edirdi.

120
Kürd xalqının  böyük  mütəfəkkiri  oğlu Əhməd  Xani  müstəqil Kürdüstan dövlətinin
hələ XVII əsrdə yaranmasına  mane  olan  başlıca səbəb  milli  birliyin  olmamasından
görərək, məşhur “Mən və Zin” poemasında yazırdı:
Fikrimizcə,  dahi  mütəfəkkir  şairin  tarixi  həqiqəti  bu  dərəcədə aydın  və lakonik
ifadə edən hikmətli sözlərinin heç bir izaha ehtiyacı yoxdur.
4.  Kürd xalqının  yetirdiyi  tarixi  şəxsiyyətlərin (S. Əyyubi,  Məhəmməd İbn Ər-
Rəvvad, Əhməd  İbn  Mərvan,  Məhəmməd  İbn  Şəddad əl- Kürdi,  Kərimxan Zənd,  Bəkir
Sidqi,  Turqut Özal  və s.) əksəriyyətinin şəxsi  və ya  tayfa  mənafeyini  milli  mənafedən,
dini hissləri milli hisslərdən üstün  tutması. Bu səbəbə (xalqın vahid liderinin olmaması)
xüsusi önəm verən dahi Əhməd Xani yazır:
Qəhrəmanlıq, qüdrət, mərdlik, səxavət,
Əmirlik, rəşadət, igidlik, qüvvət-
Xasdır kürdün hər bir qəbiləsinə,
Burda hamı girər qılınc bəhsinə.
Kürddə nə ölçüdə varsa cəsarət-
O qədər nifrətə eyləyər nifrət.
Qeyrətə boğulub ömrün dar günü
Boynuna götürməz minnət yükünü.
Tayfalar tayfaya düşməndir ancaq,
Odur ki, ortada yoxdur ittifaq.
Əgər birlik nəsib olsaydı bizə,
Arxa  dayansaydıq  bir-birimizə,Kürdə
baş əyərdi ərəblə əcəm,
Cümlə dərdimizə olardı əncam (181,10).

121
Göründüyü  kimi  dahi  mütəfəkkir  şair  müstəqil  dövlətin  qurulmasının  başlıca
amillərindən  birini  ləyaqətli,  xalqın  “dərdin  qalıb  öndə”  gedən  liderin  olmasında  görür.
Kürd xalqının qeydinə qalmaq, ona liderlik etmək əvəzinə başqa xalqlara rəhbərlik etmiş
və bunu özlərinə “şərəf-şan” bilmişlər.
Dr.  F.Şinnavi  də kürdlərin  bir  sıra  görkəmli  tarixi  şəxsiyyətlərinin  bu  cəhətinə
xüsusi diqqət çəkərək yazır: “.... Səlahəddin Əyyubi xaçpərəstlərin səfərlərinə qarşı özünə
tabe  olan  Kürdlərlə və Türk əsillilərin  köməyi  ilə qələbə çaldı.  Fəqət,  doğma  vətəni  lan
Kürdütanı  buraxıb  Misirdə yerləşib  özünə bir  qala  inşa  etdirdi.  Doğulduğu  yeri  İslam
qalası halına gətirməyə qadir olduğuna rəğmən bunu etmədi Səlahəddin Səlibçiləri 12.000
Kürd əsgəri  ilə məğlub  etdi.  Bu  qədər  az  saylarına  rəğmən  sərt  təbiətləri,  cəsur  və mərd
olmaları  və savaş  texnikasını  yaxşı  bilmələri  və uzun  yolçuluğa  dayanma  gücünə sahib
olmaları  sayəsində avropalıları  darmadağın etdi.  Xaçpərəstləri  qovan  kürdlərsəlahəddinin
Misirə yerləşməsi ilə avropalaşmaya başladı. Səlahəddin avropalaşma hərəkatında başarılı
ola  bilmədi.  Fəqət,  Səddam  vəhşi  bir  şəkildə Kürdləri  zorla ərəbləşdirmə əməliyyatına
başladı və bunda başarılı oldu” (22, 46).
Müəllif daha sonra İran şahı olmuş Kərimxan Zəndin, İraqın baş naziri və ali hərbi
rəhbəri  olmuş  Bəkir  Sidqinin,  Türkiyəni  iqtisadi  böhran  bataqlığından  çıxarmış  Turqut
Bir kərəm sahibi, ürəyi təmiz
Əzəldən olsaydı başbilənimiz,
Əsla yer qalmazdı şəkkə-şübhəyə,
Sikkə basılardı bizim külçəyə.....
Meydana çıxsaydı padişahımız
Ləyaqətli, nəcib qibləgahımız...
Qoysaydıq başına şərafətli tac,
Ad-sanda olmazdıq kimsəyə möhtac.
Dərdimizə qalıb öndə gedərdi,
Bizim namərdlərdən xilas edərdi.
O vaxt baş tutmazdı Rum istilası,
Yurdumuz olmazdı bayquş yuvası (181,8-9).

122
Özalın  da  öz  xalqları  üçün  heç  nə etmədiklərini  qeyd  edir  və onları  buna  görə qınayır
(Yenə orada, səh.47).
5.  Yeni  dövrdə,  xüsusilə,  yaşadığımız  zamanda  böyük  dövlətlərin
iqtisadi
maraqları ilə müstəqil Kürdüstan dövləti qurmaq istəyən Kürdlərin milli maraqlarının
bir-birinə zidd  olması.
Xatırladaq  ki,XX əsrin  20-ci  illərində müstəqil  Kürdüstanın
yaranması  üçün  şərait  yarandığına  baxmayaraq,  Mosul  və Kərkük  neftinə yiyələnmək
istəyən  ingilislərin  səyi  nəticəsində Sevr  müqaviləsi (10  avqust  1920-ci  ildə Paris
ətrafındakı  Sevr  məntəqəsində Türkiyə ilə imzalanmış  bu  müqavilədə bir  ildən  sonra
Mosal  vilayətində əhatə edəcək  müstəqil  Kürdüstan  dövlətinin  yaradılması  nəzərdə
tutulmuşdur) kağız üzərində qaldı.
XXI əsrin əvvəllərində də müstəqil  Kürdüstanın  yaranmasına  tarixi  şərait  yarandı.
Lakin  bu  dəfə də ABŞ  hərbi  iqtisadi  maraqlarını (netflə zəngin Ərəb  ölkələri  və NATO
üzvü olan Türkiyə ilə sıx əməkdaşlıq əlaqələrini) kürdlərin milli du ( Halbuki ABŞ kürdlərə
milli  dövlət  quruculuğunda  kömək  edəcəyinə söz  vermişdi).    Nəticədə İraq  kürdləri
yuxarıda  qeyd  etdiyimiz  kimi  Muxtar  Kürdüstanın  qurulmasına  razı  olmaq
məcburiyyətində qaldılar.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin