İcazə verin 022-2023-cü il Ü. Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbinin “Son zəng”tədbirinə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhunu dəqiqəlik sükutla yad edərək başlayaq
SON ZƏNG Hazırladı:T.Həmid
Salam! Xoş gördük hər birinizi hörmətli tədbir iştirakçıları,dəyərli qonaqlarımız,üzərimizdə böyük əməyi olan məktəb kollektivi və əziz valideyinlərimiz
İcazə verin 2022-2023-cü il Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbinin “Son zəng”tədbirinə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad edərək başlayaq (SÜKUT)
İndi isə tədbirimizin əsas səbəbkarları olan 11-ciləri və 1-ciləri dəvət edək (Coni)
“Son zəng” tədbirimiz gözəl bir ilə təsadüf edir beləki bu il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyidir (Nailə) “Azərbaycan” şeiri
Diqqət! Diqqət! Azərbaycan Respublikasının Dövlət bayrağının gətirilməsinə hazır ol ! Bu şərəfli iş 11-ci sinif şagirdi Tuhumov Həmidə həvalə olunub. Bu gün məktəbin son zəngi çalınır.Yaxşısı,pisi,sevinci,kədəri ilə hər şeyi kənara qoyur. 11 ildir hər gün getdiyimiz yollar,1-ci girməyə cəht etdiyimiz sinif otaqları,əyləşdiyimiz patralar sanki bizi unutmayacaq deyirdi.
Bir məzunun “Ay illər” şeirində dediyi kimi
Nə bilirdikki illər ötəcək,
Uşaqlıq illəri gəlib keçəcək.
11 il yaşayıb boy atdığımız,
Bu məktəb illəri sona yetəcək.
Sanki bir dəftərdi məktəb illəri,
1-ci sinifdə verilir bizə.
11 il yaşab gördüyümüzü,
Bəyaz səhifəsinə yazmışıq bizdə. (Coni )
Məzunlarımızı təbrik edib öz ürək sözlərini demək üçün sözü məktəbimizin drektoru Tuhumova Sevil xanıma veririk.
-Doğma məktəb! Sənin qoynunda keçirdiyimiz bu 11 ildə bəlkə də, bu gün yeganə gündür ki,biz onu həm sevinc, həmdə kədərlə qarşılayırıq.
1-ci Sevinirik, çünki uşaqlığımızdan, müstəqil olacağımız günü səbirsizliklə gözləyirdik.Artıq məktəbi bitirərək biz buna nail olduq. Bu gündən etibarən məktəb illərini geridə qoyaraq həyatın enişli-yoxuşlu yolları ilə irəlləyəcəyik.
Bu yolda heç kim büdrəməsin ,alnıaçıq irəlli addımlasın.
Kədərlənirik, çünki 11 il bir yerdə sevincimizi paylaşıb, kədərimizi bölüşdüyümüz mehriban sinif yoldaşlarımızdan ,valideynlərimiz qədər doğma olan ,sevimli müəllimlərimizdən ayrılırıq .
Sözü şagirdlərlə həm dost, həmdə sirdaş olan, təlim-tərbiyə üzrə direktor müavini Anqbazov Sahib müəllimə veririk. (Coni)
11-cilərin çıxışı;
Hər bir insanın həyatında, məktəb illəri böyük rol oynayır. Biz burada yazıb-oxumağıda , vətəni sevməyidə, bir-birimizə qardaş-bacı olmağıda öyrənmişik .
Bu gündən etibarən biz məktəbə şagird kimi yox müstəqil Azərbaycanın azad gəncləri kimi gələcəyik. Arzu edirik ki, bütün məzunlarımız Vətəninə və valideynlərinə layiqli övladlar olsunlar. (Coni)
Əziz tədbir iştirakçılarımız! 11 ildir biz bu doğma məktəbdə hər gün yeni-yeni biliklərə yiyələnib,müstəqil həyata hazırlaşmışıq.
Bu gün bizim qəlbimiz sevinc hissləri ilə yanaşı, dərin bir minnətdarlıq hissidə bürüyüb.
İlk dəfə məktəbə qədəm qoyduğumuz gün, bizi məktəbin həyətində iki nəfər qarşıladı onlar bizə ibtidai siniflərdə dərs demiş,bizim ilk müəllimlərimiz olan Bəsirət və Xuraman müəllimlər idi.
Onlar bizə əldə qələm tutmağı, oxuyub yazmağı öyrətdilər.Onlara dərin minnətdarlığımızı bildiririk və sözü onlara veririk. (coni) müəlliməBizim ən dəcəl illərimizdə qayğımıza qalan ,bizə ingilis dilini sevdirərək öyrədən Samirə müəlliməyə,ən vacib illərimizdə, 10,11-ci siniflərdə bizə dəstək olan Pirdas müəlliməyə sonsuz təşəkkürümüzü bildiririk və sözü sizlərə veririk. (coni)
2-ci Anana dilinin sirlərini bizə öyrədən Nərgiz müəlliməyə və Məyrəm müəlliməyə minnətdarlığımızı bildiririk. (Buyrun sözü sizlərə veririk) (Coni).
Riyaziyyat-Bütün elmlərin şahıdır bizə bu elmin sirlərini öyrədən Cəmilə müəlliməyə və İlhamə müəlliməyə təşəkkürümüzü bildiririk (Cəmilə müəllimə və İlhamə müəllimə sözü sizə veririk buyrun) (Coni)
Bizə alman dilini öyrədən ,onu sevdirən müəllimlərə Sanur müəlliməyə və Pirdas müəlliməyə minnətdarlığımızı bildiririk (söz sizindir buyrun!!) (coni)
Bizə maddələri öyrədən Şərifova Fatma müəlliməyə, təbiətdə baş verənləri izah edən Əhmədova Münəvvər müəlliməyə,canlıları bizı sevdirən Qarayeva Aygül müəlliməyə,tarixi bizə öyrədən Hafizli Nigar müəlliməyə,qitələri,materikləri bizə öyrədən Khanayeva Lamiyə müəlliməyə ,proqramları say sistemləri bizə öyrədən Nooyeva Fatma müəlliməyə,vətənin keşiyində durmağı bizə öyrədən Qazaxov Elşad müəllimə,fiziki hazırlığa görə Xalitova Covharat müəlliməyə,əmək təliminə görə İsayeva Ceeray müəlliməyə,musiqi dərsinə görə Xoçberova Fatma müəlliməyə