Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə28/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   24   25   26   27   28   29   30   31   ...   538
İ n t e r n e t d ə

www..anl.az

az.wikipedia.org

www.milliqahraman.az

10

55 

illiyi

Milli Qəhrəman


18

Milli Qəhrəmanlar

Eldar Məmmədov 

1968-1993 

Y

ANV

AR

Eldar Harun oğlu Məmmədov 

1968-ci il yanvar ayının 10-da Bakı 

şəhərində doğulmuşdur. 1982-ci ildə 

Bakıdakı 189 saylı  məktəbi bitir-

dikdən sonra Cəmşid Naxçıvanski 

adına hərbi məktəbə daxil olmuşdur. 

1985-ci ildə  təhsilini başa vurduqdan 

sonra Riqadakı  Qırmızı Bayraqlı Ali 

Hərbi Siyasi   Məktəbində təhsil almış-

dır. Təhsilini bitirən Eldar Məmmədov 

SSRİ Silahlı Qüvvələrində  hərbi 

xidmətə göndərilmişdir. Erməni işğal-

çıları vətənimizə təcavüz edən zaman 

o, Azərbaycana qayıtmış və yenicə ya-

radılan Sərhəd Qoşunlarında xidmətə 

başlamışdır.

Eldar Məmmədov Azərbaycana 

qayıtdıqdan sonra əvvəl raket qoşun-

larında, sonra isə Milli Təhlükəsizlik 

Nazirliyi Sərhəd Qoşunları Baş 

İdarəsində  hərbiçi kimi fəaliyyətini 

davam etdirmişdir.

1993-cü ildə  Sərhəd Qoşunları 

idarəsinin könüllülərdən ibarət ba-

talyonun tərkibində  Ağdərə istiqa-

mətində gedən döyüşlərdə  iştirak et-

mişdir. Ağdərədə gedən döyüşlərdə 

xüsusi fədakarlıq nümayiş etdirən 

E.Məmmədov 1993-cü il fevral ayının 

24-də  qəhrəmancasına həlak olmuş-

dur.


Subay idi.

Azərbaycan Respublikası Prezi-

dentinin 11 dekabr 1994-cü il tarix-

li 247 saylı  Fərmanı ilə Eldar Harun 

oğlu Məmmədov ölümündən son-

ra “Azərbaycan Milli Qəhrəmanı” 

fəxri adına layiq görülmüşdür. Bakı 

şəhərindəki  Şəhidlər Xiyabanında 

dəfn edilmişdir.

Dövlət Sərhəd Xidmətinin 

Göytəpə  Sərhəd Dəstəsinin 2-ci alayı 

E.Məmmədovun adını daşıyır.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin