Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə109/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   105   106   107   108   109   110   111   112   ...   538
Aşıq Şəmşir

1893-1980 

15


82

Dünya ədəbiyyatı

100 

illiyi

Sergey Mixalkov 

1913-2009   

MART

Sergey Vladimiroviç Mixalkov 

1913-cü il mart ayının 13-də Moskva-

da anadan olmuşdur. 

Uşaqlar üçün canlı, maraqlı dildə 

yazdığı  şeirlərində (“Styopa dayı”, 

“Bəs sizdə nə var?” və s.) və pyeslərində 

(“Qırmızı qalstuk” 1946, “Qiymətli 

oğlan” 1971) vətənə  məhəbbət, nəcib 

mənəvi-əxlaqi keyfiyyətlər aşılanır. 

Böyük Vətən müharibəsi illərində 

hərbi müxbir kimi oçerk, hekayə, sa-

tirik şeir və felyetonlar yazmışdır. Mi-

xalkovun aktual mövzulu təmsilləri 

məşhurdur. Böyüklər üçün

 

yazdığı 



“İlya Qolovin” (1950) pyesi, “Ovçu” 

(1956), “Vəhşilər” (1958), “Özünə 

abidə...” (1959), “Xərçənglər”, (1960) 

satirik komediyaları əhali arasında bö-

yük rəğbət qazanmışdır. Onun gənc 

nəslin tərbiyəsindən bəhs edən “Hər 

şey uşaqlıqdan başlanır” (1968), “Za-

manın  əlamətləri” (1976) adlı kitab-

ları vardır.  Əsərləri bir çox dillərə, o 

cümlədən Azərbaycan dilinə  tərcümə 

edilmişdir. “Xərçənglər”, “Qiymətli 

oğlan” pyesləri Azərbaycan səhnəsində 

tamaşaya qoyulmuşdur.

S.V.Mixalkov SSRİ Yazıçılar İttifa-

qı  İdarə Heyətinin katibi, RSFSR Ya-

zıçılar  İttifaqı  İdarə Heyətinin sədri, 

1962-ci ildən “Fitil” satirik jurnalının 

baş redaktoru vəzifələrində çalışmış-

dır.

1973-cü ildə Sosialist Əməyi 



Qəhrəmanı adı almış, 3 dəfə Lenin or-

deni, Oktyabr İnqilabı ordeni, 3 başqa 

orden və medallarla təltif olunmuşdur. 

Mixalkov 1971-ci ildən SSRİ Pedaqoji 

EA-nın həqiqi üzvü olmuşdur.

Sergey Mixalkov SSRİ-nin, eləcə 

də müstəqil Rusiyanın himninin 

müəllifidir. Daha çox uşaq  şeirlərinin 

müəllifi kimi tanınan  şair populyar 

kino və cizgi filmlərinə  də ssenarilər 

yazmışdır.

Sergey Mixalkov təxminən 20 il 

ərzində RSFSR Yazıçılar Birliyinə 

rəhbərlik etmişdir. RSFSR və SSRİ Ali 

Sovetinin deputatı olmuşdur.

Sovet ədəbiyyatının klassiki Sergey 

Mixalkov 2009-cu il  avqust ayının 27-

də 96 yaşında vəfat etmişdir. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin