79
Milli ədəbiyyat
MART
20
20
8
30
25
80
illiyi
Rüfət Zülfüqar oğlu Əhmədzadə
1933-cü il mart ayının 25-də Bakı-
da anadan olmuşdur. Atası Zülfüqar
Əhmədzadə xalq düşməni kimi həbs
edildiyindən o, ailəsi ilə birlikdə
Balakən rayonuna köçmüşdür. 1949-
1951-ci illərdə burada orta məktəbi
bitirdikdən sonra Balakən rayon kino-
laşdırma idarəsində səyyar kinomexa-
nik kimi əmək fəaliyyətinə başlamış-
dır.
1951-1956-cı illərdə Balakən
rayon
Mədəniyyət evinin direktoru olmuş-
dur.
Bədii yaradıcılığa 1953-cü ildə
“Azərbaycan pioneri”
qəzetində çap
etdirdiyi “Əziz bayram” adlı ilk şeiri
ilə başlamışdır.
Bakıya döndükdən sonra 1956-
1959-cu illərdə Xətai rayonundakı
pionerlər evində direktor vəzifəsində
çalışmışdır. 1959-cu ildə “Kirpi” sa-
tirik jurnalının redaktoru Əvəz Sadıq
onu jurnala dəvət etmiş və o ömrünün
sonuna qədər bu jurnalda çalışmışdır.
Korrektor vəzifəsindən baş redaktorun
müavini vəzifəsinə qədər yüksəlmişdir.
SSRİ yazıçılar və SSRİ jurnalistlər it-
tifaqının üzvü olmuşdur.
1963-1968-ci illərdə ADU-nun fi-
lologiya fakültəsində təhsil almışdır.
10 kitab, 4 musiqili komediya (“Sizin
ilə, gülə-gülə”, “Bildirçinin bəyliyi”,
“92 dəqiqə gülüş”, “Hələlik”), 3 tele-
viziya tamaşası (“Sonuncu məhəbbət”,
“Gülüş sanatoriyası”, “Şirbalanın
məhəbbəti”) və yüzlərlə satirik televi-
ziya novella-səhnəciklərin müəllifidir.
Bir çox tanınmış mahnılar onun
şeirlərinə bəstələnmişdir.
Rüfət Əhmədzadə 1988-ci il dekabr
ayının 15-də Bakıda, 55 yaşında vəfat
etmişdir.
Dramaturq
Dostları ilə paylaş: