76
Milli ədəbiyyat
75
illiyi
Anar Rzayev
1938
MART
Anar Rəsul oğlu Rzayev 1938-ci il
mart ayının 14-də Bakıda anadan ol-
muşdur.
Burada
onillik musiqi məktəbini
bitirdikdən sonra 1955-1960-cı illərdə
ADU-nun filologiya fakültəsində
təhsil almışdır. 1960-1961-ci illər-
də Azərbaycan EA Nizami adına
Ədəbiyyat Muzeyində elmi işçi,
1961-1967-ci illərdə Azərbaycan SSR
Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində redaktor işləmişdir.
1987-1991-ci illərdə Azərbaycan
Yazıçılar İttifaqının birinci kati-
bi olmuş, 1991-ci ilin martından
Azərbaycan Yazıçılar Birliyinin sədri
seçilmişdir.
1960-cı ildə “Azərbaycan” jurnalı-
nın dekabr nömrəsində çap olunmuş
“Keçən ilin son gecəsi” və “Bayram
həsrətində” ilk mətbu hekayələridir.
Anarın müxtəlif ölkələrdə nəşr olu-
nan kitablarının sayı 50-dən artıqdır.
1983-cü ildən Asiya və Afrika
ölkələri ilə Respublika Həmrəylik
Komitəsinin, 1993-cü ildən Azərbay-
can-Türkiyə Dostluq Cəmiyyətinin
sədri seçilmişdir. Azərbaycan ədəbiy-
yatı və incəsənəti ensiklopediyası-
nın baş redaktorudur. 1993-cü ildə
Türkiyədə İstanbul şəhəri Memar
Sinan Universitetində Azərbaycan
ədəbiy-yatı tarixindən mühazirələr
oxumuşdur. Beynəlxalq Dialoq Avro-
Asiya təşkilatının sədri, Kinematoq-
rafçılar İttifaqı İdarə Heyətinin üzvü-
dür.
12 bədii filmin və 10-dan artıq
sənədli
televiziya filminin ssenari müəllifidir.
8 pyesi Azərbaycanın bütün teatrların-
da, habelə Türkiyədə, Moskvada, Bol-
qarıstanda, Özbəkistanda, Moldovada,
Tatarıstanda, Türkmənistanda tamaşa-
ya qoyulmuşdur. Əsərləri 20-dən artıq
dilə çevrilmışdır.
1995-ci və 2000-ci illərdə Azər-
baycan Respublikası Milli Məclisinin
deputatı seçilmişdir.
1995-ci ildə Azərbaycan Respub-
likası Konstitusiya Komissiyasının
üzvü olmuşdur. Anar bir sıra dövlət
və beynəlxalq mükafatların sahibidir.
Azərbaycanın Əməkdar incəsənət xa-
dimi (1976), Respublika Dövlət Mü-
kafatı laureatı (1980), “Literaturnoye
Obozreniye” jurnalının mükafatçısı
(1987), “Şərəf nişanı” ordenli Xalq
yazıçısıdır (1998). 1998-ci il martın
14-də ulu öndər Heydər Əliyev 60
yaşı münasibətilə yazıçını ölkənin ən
yüksək dövlət mükafatı – İstiqlal or-
deni ilə təltif etmişdir. Türkiyənin üç
mükafatına layiq görülmüşdür (2000,
2002, 2003).
10 may 2011-ci ildə Azərbaycan
Respublikasının Prezidenti İlham
Əliyev Yazıçılar Birliyinin sədri Anara
Azərbaycan ədəbiyyatının inkişafın-
da xüsusi xidmətlərinə görə Heydər
Əliyev Mükafatının verilməsi haqqın-
da Sərəncam imzalamışdır.
Dostları ilə paylaş: