Teqvim2013. pdf


Azərbaycanlıların Sоyqırımının (31.03.1918) 95-ci ildönümü



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə101/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   97   98   99   100   101   102   103   104   ...   538
Azərbaycanlıların Sоyqırımının (31.03.1918) 95-ci ildönümü

99

100



101

103


102

104


105

106


107

108


109


75

Milli ədəbiyyat 

80  

illiyi

Cabir Novruz  

1933-2002    

MART

Cabir Mirzəbəy oğlu Novruzov 

(Cabir Novruz) 1933-cü il mart ayının 

12-də  Xızı rayonunun Upa kəndində 

anadan olmuşdur. Orta məktəbi 

bitirdikdən sonra Mirzə  Ələkbər Sa-

bir adına Pedaqoji Texnikumda təhsil 

almış  və 1952-ci ildə Azərbaycan 

Dövlət Universitetinin jurnalistika 

fakültəsinə daxil olmuşdur. Bir il son-

ra Azərbaycan Yazıçılar  İttifaqının 

tövsiyəsi ilə təhsilini davam etdirmək 

üçün Moskvaya, Maksim Qorki adına 

Ədəbiyyat  İnstitutuna göndərilmiş  və 

1957-ci ildə oranı bitirmişdir. 

1958-ci ildə “Bakı” axşam qəzetinin 

Ədəbiyyat  şöbəsində  ədəbi işçi kimi 

əmək fəaliyyətinə başlayan Cabir Nov-

ruz 1967-1970-ci illərdə “Azərbaycan” 

ədəbi-bədii jurnalının, 1991-1993-cü 

illərdə isə  “Ədəbiyyat və incəsənət” 

qəzetinin baş redaktoru vəzifələrində 

çalışmışdır. O, 1970-1997-ci illərdə 

Azərbaycan Yazıçılar  İttifaqı  İdarə 

Heyətinin katibi olmuşdur.

Şairin  əsərləri dünyanın müxtəlif 

xalqlarının dillərinə  tərcümə edilərək 

nəşr olunmuşdur.  Şeirlərinə mahnılar 

bəstələnmişdir. Onun bədii tərcümələri 

sayəsində isə Azərbaycan oxucusu 

dünya poeziyasının bir sıra qiymətli 

nümunələri ilə tanış olmaq imkanı qa-

zanmışdır.

“Mənim mugamatım”, “İnsan təbi-

əti”, “Həyat, sən nə  qəribəsən”, “Bir 

dünyam var”, “İnsan himnləri”, “Se-

çilmiş əsərləri” (iki cilddə) və s. kitab-

ların müəllifidir.

Şairin  ədəbi və ictimai fəaliyyəti 

yüksək qiymətləndirilmişdir. O, 1978-

ci ildə  “Əməkdar incəsənət xadimi”, 

1999-ci ildə “Xalq şairi” fəxri adla-

rına, dövlət mükafatına, 1986-cı ildə 

“Qırmızı əmək bayrağı“ ordeni və me-

dallara layiq görülmüşdür.

Cabir Novruz 1995-ci ildə Azər-

baycan Milli Məclisinin deputatı seçil-

mişdir. 


Azərbaycan Respublikası Preziden-

tinin fərdi təqaüdçüsü olmuşdur.

Cabir Mirzəbəy oğlu Novruzov 

(Cabir Novruz) 2002-ci il dekabr ayı-

nın 12-də ömrünün 70-ci ilində  vəfat 

etmişdir.

Xatirəsinin  əbədiləşdirilməsi məq-

sədilə Cabir Novruz adına fond yara-

dılmış (2003), onun yaşadığı binaya 

(N.Nərimanov prosp.11) xatirə lövhəsi 

vurulmuş, Xızıda orta məktəbə onun 

adı verilmiş, eləcə də haqqında www.

cabirnovruz.gen.az saytı hazırlanmış-

dır.


Saytda Cabir Novruzun həyat və ya-

radıcılığı haqqında məlumatlar, kitab-

ları, tərcümələri, çap olunan və olun-

mayan şeirləri, onun haqqında yazılan 

rəylər, məqalələr, ədəbi tənqidlər, şai-

rin sözlərinə yazılmış 128 mahnı, on-

lara çəkilmiş kliplər yerləşdirilmişdir. 

Saytda materiallar 3 – Azərbaycan, rus 

və ingilis dillərində verilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin