77
Milli ədəbiyyat
75
illiyi
Samət Əlizadə
1938-2002
MART
Samət Qürbət oğlu Əlizadə 1938-
ci il mart ayının 14-də Xızı-Bərmək
mahalının baş kəndi olan Xızıda
anadan olmuşdur. O, orta təhsilini
Siyəzən rayonunda almış, 1960-cı ildə
Azərbaycan Dövlət Universitetinin fi-
lologiya fakültəsini bitirmişdir.
Samət Əlizadə 1966-cı ildə elmlər
namizədi, 1992-ci ildə isə “XVI əsr
Azərbaycan ədəbi dili” mövzusunda
doktorluq dissertasiyası müdafiə et-
mişdir.
O, azəri-türk dilçiliyinin çox
sahələri üzrə görkəmli nailiyyətlər
əldə etmiş alimdir. Samət Əlizadə bir
çox beynəlxalq elmi yığıncaqların fəal
iştirakçısı olmuş, Azərbaycan türk di-
linin təbliğində böyük əmək sərf etmiş
dilçi alimdir. O, 1965-ci ildə öz tale-
yini müəllimlik kimi çətin və şərəfli
vəzifəyə bağlamış, Azərbaycan Dövlət
Universitetində dərs demişdir. Onun
hazırladığı tələbələr arasında onlarla
tanınmış dilçi-türkoloq vardır.
Bir dilçi alim kimi, Samət Əlizadəni
daha çox dilimizin tarixi maraqlandır-
mışdır. Tədqiqat obyekti kimi XVI
yüzilliyi seçmişdir. “Şühədanamə”nin
dilindən başlamış, bütün XVI əsrin
dil səviyyəsini öyrənmişdir. Ümumən,
dünya sivilizasiyasında olduğu kimi,
Azərbaycan mədəniyyəti tarixində də
XVI yüzillik əsrlər silsiləsində yüksək
zirvədir. Bütövlükdə bu əsrin dili,
ədəbiyyatı, tarixi, incəsənəti daha çox
maraq doğurmuşdur.
Onun XVI əsrin ədəbi dilinə həsr
etdiyi üç hissə, 8 fəsil, giriş, nəticə
və kitabiyyatdan ibarət olan “XVI əsr
Azərbaycan ədəbi dili” əsəri maraqla
oxunur.
S.Əlizadənin tədqiqatçı kimi xoş-
bəxtliyi həm də onda idi ki, o, ərəb
əlifbasına, bu əlifba ilə yazılmış əsər-
lərin imla qaydalarına gözəl bələd ol-
muşdur.
Ədəbi yaradıcılığa XX əsrin 60-cı
illərdən başlamışdır. Dövri mətbuatda
vaxtaşırı elmi və ədəbi-tənqidi mə-
qalələrlə çıxış etmiş, bədii dil və üslub
məsələlərinə xüsusi diqqət yetirmişdir.
Türkiyənin Kayseri şəhərində keçirilən
I Millətlərarası Böyük Azərbaycan
konqresinin iştirakçısı olmuşdur.
O, 10 kitab, 200-ə qədər elmi mə-
qalənin müəllifidir.
Samət Qürbət oğlu Əlizadə 2002-ci
il may ayının 31-də vəfat etmişdir.
Dostları ilə paylaş: