Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə115/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   111   112   113   114   115   116   117   118   ...   538
Ə d ə b i y y a t

Yusifoğlu, B.  Van Qoq: “Mən belə ölüm istərdim” [Mətn] /B.Yusifoğlu //Ədalət.- 19 yanvar.-2010.- S.5.


86

MART

80 

illiyi

Müğənni

Rübabə Muradova 

1933-1983  

22

Rübabə  Xəlil qızı Muradova 

1933-cü il mart ayının 22-də  Cənubi 

Azərbaycanın 

Ərdəbil 

şəhərində 

anadan olmuşdur. Ailənin ilk öv-

lad payı olan Rübabə  Ərdəbil Qız-

lar məktəbində  təhsil almışdır. Atası 

Pişəvəri hərəkatının ən fəal üzvlərindən 

olmuşdur. 1946-cı ildə siyasi müha-

cir ailəsi olaraq doğma torpaqlarını 

tərk etmək məcburiyyətində qalmış, 

əvvəl Astarada, sonralar isə Salyanda 

məskunlaşmışdılar.

Rübabə Muradova Salyanda orta 

məktəbdə  təhsilini davam etdirmiş, 

elə məktəbdə də onun məlahətli səsini 

aşkarlamışdılar. Bundan sonra Rübabə 

musiqi dərnəklərindən birinə üzv ol-

muşdu. Dərnəkdə Qulu Əsgərovla tanış 

olan Rübabə, tamaşalarda, tədbirlərdə 

çıxış etməyə başlamışdı.

Dram Teatrının aktyorları Salyan-

da qastrol səfərində olarkən “Vaqif” 

dramının nümayişi zamanı Xuraman 

obrazını oynayan aktrisa xəstələndiyi 

üçün bu rolu Rübabə oynamalı olur. 

Bu zaman onun 16 yaşı var idi. Ələsgər 

Ələkbərov ona Bakıya gəlməyi 

məsləhət görür. 

Rübabə Muradova 1950-ci ildə 

Bakıya gəlir və Asəf Zeynallı adı-

na Bakı Musiqi Məktəbinin muğam 

şöbəsində təhsil almağa başlayır. 1955-

ci ildə A.Zeynallı adına Bakı Musiqi 

Məktəbini (S.Şuşinskinin sinfini) bi-

tirir. Güclü, təsirli və müxtəlif çalarlı 

səsə, original ifaçılıq üslubuna malik 

müğənnini Həqiqət Rzayeva, Gülxar 

Həsənova kimi sənətkarlar Leyli rolu-

na hazırlaşdırmağa başlayırlar. 

Rübabə Muradova 1954-cü ildən 

Azərbaycan Dövlət Opera və Ba-

let Teatrının solisti olmuş, səhnədə 

bir-birindən gözəl rollar yaratmış-

dır.  Leyli (Üzeyir Hacıbəyli – “Leyli 

və  Məcnun”),  Əsli (Üzeyir Hacıbəyli 

– “Əsli və  Kərəm”),  Şahsənəm (Z. 

Hacıbəyli – “Aşıq Qərib”), Sənəm 

(Ş.Axundova – “Gəlin qayası”) və 

başqa partiyalar ifa etmişdir. Muğam, 

təsnif və xalq mahnılarının mahir ifa-

çısı olmuşdur. Onun ifa etdiyi “Qara 

gilə”, “Heydər babaya salam” bu gün 

də dillər əzbəridir. Filarmoniyada anş-

laqla keçən konsertləri indi də çoxla-

rının xatirindədir. Misilsiz lent yazıları 

Qızıl fondda qorunur. 

1971-ci ildə “Azərbaycanın Xalq ar-

tisti” fəxri adına layiq görülmüş, “Şərəf 

nişanı” ordeni ilə təltif edilmişdir.

Həyatının son anına qədər vətən 

nisgili Rübabə xanımın ürəyindən 

getməmiş, 13 yaşında ayrıldığı torpa-

ğına bircə  dəfə ayaq basmaq arzusu 

ürəyində qalmışdır. Doğulub böyü-

düyü  Ərdəbili, evini yenidən görmək 

xoşbəxtliyi ona nəsib olmamışdır. Bu 

nisgildən ağır xəstəliyə düçar olmuş, 

yataq xəstəsinə çevrilmişdi.

Rübabə Muradova 1983-cü il avqust 

ayının 30-da Bakıda vəfat etmiş, Yasa-

mal qəbiristanlığında dəfn edilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin