Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə123/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   119   120   121   122   123   124   125   126   ...   538
Ə d ə b i y y a t

I Şah Təhmasib (1513-1576)/S.Əhmədov//Azərbaycan tarixindən 

yüz şəxsiyyət.- Bakı, 2006.-S.65-67.

500 

illiyi

Dövlət xadimi 

MART

3


92

Mədəniyyət.Maarif.Elm

135 

illiyi

Şeyx Məhəmməd Rasizadə

 1878-1939 

MART

Görkəmli maarif xadimi, müəllim 

və şair Şeyx Məhəmməd Hacı Abdulla 

oğlu Rasizadə 1878-ci il mart ayının 

15-də Naxçıvanda anadan olmuşdur. 

Hüseyn Cavidin böyük qardaşıdır. 

Təbrizdə, Urmiyada ehtimal ki, bir 

müddət Tehranda ruhani təhsili almış, 

1917-ci ildə  İrəvan maarif idarəsində 

kurs bitirmişdir. 

Ruhani təhsili almasına bax-

mayaraq, 1906-cı ildə Naxçıvanda 

üsuli-cədid məktəbinin (“Məktəbi-

xeyriyyə”) yaradıcılarından biri kimi 

pedaqoji fəaliyyətə başlamış, ömrünün 

sonunadək buradakı orta məktəblərdə 

pedaqoji və kənd təsərrüfatı texnikum-

larında türk dili və ədəbiyyatından dərs 

demiş, Həsən  Əliyev, Heydər  Əliyev, 

Məmməd Cəfər, Abbas Zamanov, 

Yusif Məmmədəliyev kimi gökəmli 

şəxslərin müəllimi olmuşdur. 

Şeyx Məhəmməd həmçinin istedad-

lı  şair olmuş, XX əsrin  əvvəllərindən 

“Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Tazə 

Həyat”, “Təkamül”, “İqbal”, “Füyu-

zat”, “Açıq söz”, “Hürriyyət” kimi 

qəzet və jurnallarda, sonralar isə So-

vet mətbuatında, xüsusilə  “Şərq qa-

pısı” qəzetində xalqı maarif, elm və 

mədəniyyətə  səsləyən  şeirlər dərc et-

dirmişdir. 

“Yeddi qız”, birinci dünya mühari-

bəsindən bəhs edən “1914-cü il” (bəzi 

parçaları 1935-ci ildə  “Şərq qapı-

sı” qəzetində  dərc olunmuşdur) adlı 

kiçik poemaları vardır. Fars dilini 

mükəmməl bilən Şeyx Məhəmməd bu 

dildə  də  şeirlər yazmış, o cümlədən,  

fars  şairi Firdovsiyə  şeir və poema 

həsr etmiş, onun “Şahnamə”sindən 

parçaları (“Sultan Mahmuda həcv” və 

s.) dilimizə çevirmiş, Firdovsi haqqın-

da tədqiqat aparmış, bununla əlaqədar 

görkəmli 

şərqşünas K.Smirnovla 

məktublaşmışdı. 

“Azərbaycan tədqiq və  tətəbbö 

cəmiyyəti” Naxçıvan  şöbəsinin tarix, 

ədəbiyyat bölməsinə  rəhbərlik edən 

Şeyx Məhəmməd (Şərur qəzasında 

aparılmış ibtidai tədqiqat haqqında 

məqaləsi “Azərbaycanı öyrənmə yolu” 

jurnalının 1930-cu ildə 4-5-ci sayların-

da dərc olunmuşdur) Naxçıvan folklo-

runun toplanması sahəsində də mühüm 

işlər görmüşdür. 

Ömrünün son illərində, xüsusilə 

Hüseyn Cavidin həbsindən sonra 

təzyiq və təqiblərə məruz qalmışdır.

Şeyx Məhəmməd Rasizadə 1939-

cu il dekabr ayının 24-də  vəfat et-

mişdir.  Ədəbi irsi H.Cavidin Bakıda 

və Naxçıvandakı xatirə muzeylərində 

saxlanılır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin