Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə122/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   118   119   120   121   122   123   124   125   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www.milliqahraman.az

MART

10


91

Siyasət.Hərbi iş

I Şah Təhmasib Şah İsmayıl oğlu 

1513-1576    

I  Şah Təhmasib  Şah  İsmayıl oğlu 1513-cü il 

mart ayının 3-də  İsfahanda doğulmuşdur. Onun 

hakimiyyət illəri 1524-1576-cı illər Səfəvilər 

dövləti üçün sınaq illəri olmuşdur. Uşaqlığında 

mükəmməl təhsil almış I Təhmasib atası kimi bö-

yük sərkərdə və müdrik dövlət başçısı olmaq arzu-

sunda olmuşdu.

10 yaşında  şah elan edilən I Təhmasib 

hakimiyyət uğrunda mübarizə aparan qızılbaş tay-

fa  əmirlərinin  əlində oyuncağa çevrilmişdi.  Şah 

tədricən feodal pərakəndəliyinin ölkə üçün nə 

qədər təhlükəli olmasını anlamış və mərkəzləşmiş 

dövlət qurmaq fikrinə  gəlmişdir. O, sadiq 

tərəfdaşlarına arxalanaraq ayrı-ayrı tayfa başçıla-

rını itaətə gətirmiş, müqavimət göstərənləri məhv 

etmişdir.  İllər keçdikcə daimi qoşunların gücünə 

əmirlərin müqavimətini qıran I Təhmasib mərkəzi 

hakimiyyəti xeyli möhkəmlədə bilmişdir.

I Təhmasibin hakimiyyəti illərinə  Səfəvi-

Osmanlı müharibəsinin  ən qızğın döyüşləri 

təsadüf etmişdir. Osmanlı sultanı I Süleyman hələ 

1534-cü ildə Səfəvi dövlətindəki hərc-mərclikdən 

istifadə edərək Azərbaycana hücum etmişdir. Ağır 

döyüşlərlə geri çəkilən Səfəvi qoşunları osman-

lıların qarşısını ala bilməmiş  və onlar Təbriz də 

daxil olmaqla bir çox əraziləri talan etmişdilər. I 

Təhmasib “yandırılmış torpaq” taktikasına  əl at-

malı olmuşdu. I Təhmasibin taktikası düşmənə 

Azərbaycan torpaqlarında möhkəmlənməyə imkan 

verməmişdi. Səfəvi dövlətini daxildən parçalama-

ğa cəhd edən Osmanlı sultanı qiyamçı feodallara 

kömək etmiş, lakin bütün qiyamlar şah tərəfindən 

qətiyyətlə yatırılmışdır.  Şahın qoşunları osmanlı-

ların müttəfiqi olan Krım xanının yürüşlərinin qar-

şısını ala bilmişdi.

I Təhmasib  Şərqdə baş verən hadisələrə  fəal 

müdaxilə edir, daim ölkəsinin maraqlarına cavab 

verən siyasət həyata keçirirdi.

Müharibələr nəticəsində  Təbrizin dağıntılara 

məruz qalması  səbəbindən I Təhmasib 1555-ci 

ildə  paytaxtı, Təbrizdən Qəzvinə köçürmüşdü.

Amasiya müqaviləsindən sonra şah ölkənin iq-

tisadi həyatını, ticarət və  sənətkarlığı dirçəltmək 

məqsədilə bir sıra islahatlar həyata keçirmişdir. 

Ən ağır vergilər ləğv edilmiş, digərlərinin həcmi 

azalmış, vergi yığımında olan hərc-mərcliyin qar-

şısı alınmışdı. 1565-ci ildə tamğa vergisini ləğv 

etməklə  şah sənətkarlıq və ticarətin inkişafına 

yaxşı  şərait yaratmışdır. O zaman Təbriz,  Şama-

xı, Dərbənd, Bakı,  Ərdəbil, Ordubad, Ərəş, Cul-

fa mühüm sənətkarlıq-ticarət məntəqələri olmuş

Azərbaycan ipəyi, soyuq silahları, zinət  əşyaları, 

parçaları Şərq və Qərb bazarlarında  baha qiymətə 

satılmışdır.

I  Təhmasibin  hakimiyyəti illərində Azər-

baycanda mədəniyyətin inkişafı üçün şərait yara-

dılmışdı. Savadlı şəxs olan I Təhmasib özü bədii 

yaradıcılıq və  xəttatlıqla da məşğul olmuşdur. 

Hakimiyyəti illərində qazandığı təcrübəni o, “Şah 

Təhmasibin təzkirəsi” adlı  əsərində toplamışdı. 

Bu  əsər gələcək nəsillərə öyüd-nəsihət  şəklində 

yazılmış, hər müddəası konkret tarixi faktlar-

la təsdiqlənmişdir.  Şah daim elm və  mədəniyyət 

xadimlərini himayə etmiş, zəmanəsinin məşhur 

rəssam, xəttat, nəqqaş  və digər mütəxəssislərini 

Təbrizdə  fəaliyyət göstərən “Şah kitabxanası”na 

yığmışdı.

Osmanlıların və özbəklərin Azərbaycana qarşı 

birgə hücumu zamanı Şah I Təhmasib 1576-cı ildə 

Qəzvində vəfat etmişdir. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin