90
MART
Milli Qəhrəmanlar
50
illiyi
Vüqar Mürsəlov
1963-1992
Vüqar Mirəzbər oğlu Mürsəlov
1963-cü il mart ayının 10-da Cəlilabad
rayonunun Göytəpə kəndində anadan
olmuşdur.
1980-ci ildə 1 saylı orta məktəbi
bitirdikdən sonra Bakı texniki peşə
məktəbində təhsilini davam etdirmiş-
dir. Sonra Bakı Politexnik Texniku-
munu əla qiymətlərlə başa vurmuş və
Belorusiyanın Brest şəhərinə hərbi
xidmətə göndərilmişdir. Qvardiya baş
çavuşu, tankçı adları ilə ordudan tərxis
olunmuş, Göytəpə Avtomobil Təmiri
Zavodunda öz ixtisası üzrə əmək
fəaliyyətinə başlamışdır.
1991-ci ildə Xüsusi Təyinatlı Polis
Dəstəsinə yazılmış və torpaqlarımızın
müdafiəsinə qalxmışdır. Füzuli, Ağ-
dam, Xanlar, Laçın, Şuşa, Goranboy,
Ağdərə istiqamətində gedən döyüşlərdə
ölüm-dirim mübarizəsinə qalxmışdır.
Vüqar Mürsəlov 1992-ci il iyun ayının
9-da Tərtər rayonunun Cəmilli kəndi
istiqamətində gedən döyüşdə vuruş-
muş və qəhrəmanlıqla həlak olmuş-
dur.
Subay idi.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli
264 saylı Fərmanı ilə Mürsəlov Vü-
qar Mirəzbər oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Göytəpə şəhərində təhsil aldığı
məktəbə onun adı verilmiş, şəhərin
mərkəzində büstü qoyulmuşdur.
Tərtər, Göytəpə, Cəlilabad şəhər-
lərində adına küçə var.
Milli Qəhrəman
Dostları ilə paylaş: