96
Kimya.Biologiya.Tibb
90
illiyi
Rəhim Rəhimov
1923
MART
Rəhim Nurməmməd oğlu Rəhimov
1923-cü il mart ayının 18-də Naxçı-
van Muxtar Respublikasının Ordubad
şəhərində anadan olmuşdur.
1937-ci ildə Ordubad şəhər Peda-
qoji Texnikumuna daxil olmuşdur.
1945-ci ildə N.Nərimanov adına
Azərbaycan Tibb İnstitutunun (indiki
ADTU) müalicə-profılaktika fakültə-
sinə daxil olmuşdur.
1953-cü ildə R.Rəhimov qəbul im-
tahanlarını müvəffəqiyyətlə verərək
Elmi-Tədqiqat Rentgenologiya, Ra-
diologiya (hazırkı Azərbaycan Res-
publikası Səhiyyə Nazirliyi Milli On-
kologiya Mərkəzi) İnstitutunda şüa
diaqnostikası ixtisası üzrə aspirantura-
ya qəbul olunmuşdur.
Təxminən 50 il ərzində akademik
R.Rəhimov həzm sistemi orqanla-
rının və ağciyərlərin patologiyaları-
nın rentgenoloji, kliniki, morfoloji
xüsusiyyətlərinin öyrənilməsinə dair
aparılan əsaslı tədqiqatlara rəhbərlik
etmişdir. Aparılan tədqiqatların bi-
rinci hissəsinin nəticəsi kimi 1958-
ci ildə ona tibb elmləri namizədi adı
verilmiş,1968-ci ildə tibb elmləri dok-
toru adı almışdır.
1969-cu ildə Ali Attestasiya Komis-
siyasının qərarı ilə R.Rəhimov profes-
sorluğa layiq görülmüşdür.
1989-cu ildə isə Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü seçil-
mişdir. R.Rəhimovun tədqiqatlarının
və əldə etdiyi nəticələrin birinci-
liyi, aktuallığı, yüksək effektiv-
liyi vətənimizin, eləcə də xarici
dövlətlərin (Yaponiya, Almaniya, İta-
liya və.s) tibb ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilmişdir. Akade-
mik R.Rəhimov mədə-bağırsaq siste-
mi və ağciyərlərin bəd və xoşxassəli
şişlərinin erkən diaqnostikasına və di-
ferensial diaqnostikanın incəliklərinə
həsr olunmuş 147-dən artıq elmi
məqalənin, iki ixtiranın müəllifidir.
On iki səmərələşdirici təklifi respub-
likamızda və MDB ölkələrinin müalicə
idarələrinin rentgenoloji şöbələ-rində
tətbiq edilərək geniş istifadə edil-
məkdədir. Akademik R.Rəhimovun
rəhbərliyi altında 8 namizədlik və 3
doktorluq dissertasiyası müdafiə edil-
mişdir. R.Rəhimov elmi fəaliyyətinin
55 ildən çoxunu Azərbaycan Respub-
likası Səhiyyə Nazirliyi Milli Onko-
logiya Mərkəzində keçirərək aspirant-
lıqdan akademikliyə qədər şərəfli bir
yol keçmişdir.
1974-cü ildə akademik R.Rəhimov
Onkoloji Mərkəzə direktor vəzifəsinə
təyin edilmişdir. Azərbaycan Respub-
likasının Əməkdar elm xadimidir.
Akademik R.Rəhimov böyük
xid-mətlərinə görə dövlət tərəfindən
bir çox mükafatlarla - “Şərəf nişa-
nı” (1971), “Rəşadətli əməyə görə”
ordenlərlə (1974), “SSRİ səhiyyə
əlaçısı”, “Qırmızı xaç” və Qırmızı ay-
para cəmiyyətinin nişanları ilə təltif
olunmuşdur.
Dostları ilə paylaş: