95
Riyaziyyat.Fizika.Astronomiya
Hamlet İsaxanlı
1948
MART
Hamlet Abdulla oğlu İsayev (İsa-
xanlı) 1948-ci il mart ayının 1-də
Gürcüstanın Qardabani (keçmiş Qara-
yazı) rayonunun Kosalı kəndində ana-
dan olmuşdur. 1965-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU-nun)
mexanika-riyaziyyat fakültəsinə qəbul
olmuş və 1970-ci ildə oranı bitirmişdir.
1970-1973-cü illərdə Azərbaycan Elmlər
Akademiyası Riyaziyyat və Mexanika
İnstitutu tərəfindən M.V.Lomonosov adı-
na Moskva Dövlət Universiteti mexanika-
riyaziyyat fakültəsinə aspiranturada
oxumağa göndərilmiş və 1973-cü ildə
fizika-riyaziyyat elmləri namizədi alimlik
dərəcəsi almışdır.
1973-1983-cü illər ərzində Hamlet İsa-
xanlı Moskva və Bakıda, M.V.Lomonosov
adına Moskva Dövlət Universitetində,
SSRİ Elmlər Akademiyasının V.İ.Steklov
adına Riyaziyyat İnstitutunda, Azərbaycan
Elmlər Akademiyası Riyaziyyat və Me-
xanika İnstitutunda, Azərbaycan Dövlət
Universitetində çalışmış, elmi-tədqiqatla
və qismən də pedaqoji işlə məşğul olmuş-
dur. Sonra Azərbaycan Dövlət Neft və
Kimya İnstitutunda (indiki Azərbaycan
Dövlət Neft Akademiyası) və Leninqrad
Maliyyə və İqtisad İnstitutunda (Bakı fi-
lialında) professor və kafedra müdiri kimi
fəaliyyət göstərmişdir.
Hamlet İsayev imzası ilə SSRİ, ABŞ,
Böyük Britaniya, Kanada və Almani-
ya kimi ölkələrdə nüfuzlu elmi jurnal-
larda və məcmuələrdə elmi-tədqiqat
əsərləri dərc olunmuşdur. O, 1983-cü ildə
Moskvada Sovet Elmlər Akademiyası
V.İ.Steklov adına Riyaziyyat İnstitutun-
da “Çoxparametrli spektral nəzəriyyənin
bəzi məsələləri” mövzusunda dissertasi-
ya işini müdafiə edərək fizika-riyaziyyat
elmləri doktoru alimlik dərəcəsi almış;
bir qədər sonra isə Sovet Ali Attestasiya
Komitəsi tərəfindən professor adına layiq
görülmüşdür.
Hamlet İsaxanlı imzası ilə elm, təhsil,
humanitar və sosial elmlər üzrə məqalə
və kitablar, şeir kitabları, bədii-publisistik
əsərlər nəşr etdirmişdir.
1991-ci ildə İngilisdilli Azərbaycan
Universitetinin yaranmasına təşəbbüs
göstərmiş, Azərbaycan SSR Nazirlər
Sovetinin 20 dekabr 1990-cı il və
Azərbaycan Respublikası Nazirlər Kabi-
netinin 18 mart 1991-ci il tarixli qərarları
ilə rəsmi status alan bu ali məktəbi təsis
etmişdi. Azərbaycanın ilk özəl universite-
tinin qurucu rektoru olaraq geniş fəaliyyət
göstərmişdir. Bir qədər sonra yeni - Xəzər
Universiteti (Universitəsi) adını almışdı.
2010-cu ilin sentyabr ayından başlaya-
raq özü Xəzər Universiteti Direktorlar və
Qəyyumlar Şurasının sədri vəzifəsində,
müsabiqədə uğur qazanan professor Con
Rayder (ing. John Ryder) isə yeni rektor
vəzifəsində fəaliyyətə başlamışdı.
Hamlet İsaxanlı elm və təhsil təşkilat-
çısı kimi geniş tanınmaqla yanaşı, ədə-
biyyat, mədəniyyət və incəsənətin in-
kişafı, siyasi mədəniyyətin və media
mədəniyyətinin inkişafı, idmanın inkişa-
fı kimi sahələrə də öz dəyərli töhfələrini
vermiş və verməkdədir.
İsaxanlı soyadını о, poetik yaradı-
cılığında, həmçinin humanitar və sosi-
al elmlər sa
həsində yazdığı əsərlərində
işlədir. Onun bütün riyazi əsərləri “İsa-
yev” soyadı ilə çap olunur. Hazırda o, ge-
niş ictimaiyyət arasında daha çox Hamlet
İsaxanlı kimi tanınır.
Dostları ilə paylaş: