104
Tarixdə bu gün
Daşkəsən rayonu
1948
MART
Ərazisi: 1046 km²
Əhalisi: 31 200 nəfər (01.01.2011)
Daşkəsən rayonu Azərbaycan SSR
ərazisində 1930-cu ildə inzibati ərazi
kimi yaradılmışdır.
Daşkəsən şəhərinin əsası Böyük
Vətən müharibəsindən sonra 1948-
ci il mart ayının 16-da qoyulmuşdur.
Rayon əsasən dəmir filizi yataqlarının
istifadəyə verilməsi ilə əlaqədar salın-
mışdır.
1956-cı ilə qədər Dəstəfur rayonu
adını daşımış, 1956-cı ildə Daşkəsən
adlandırılmışdır. 1963-cü ildə ləğv
edilərək ərazisi o dövrkü Xanlar rayo-
nuna verilmiş, 1965-ci ildə isə yenidən
müstəqil inzibati ərazi - rayon olmuş-
dur.
Zağalı, Zivlən, Bayan, Qurubulaq,
Əmirvar, Xoşbulaq, Dardərə və başqa
kəndlərdə aparılmış arxeoloji qazıntı-
lar bu rayonun ərazisində daş dövrünə
aid insan məskənlərinin olmasını sü-
but etmişdir.
Daşkəsən rayonu Gəncə şəhərindən
33-41 kilometr cənub-qərbdə, Ki-
çik Qafqazın şimal-şərqində dəniz
səviyyəsindən 1600-1800 metr
yüksəklikdə yerləşir.
İnzibati mərkəzi Daşkəsən
şəhəridir.
Rayon cənub-qərbdən 8 kilometr
məsafə ilə Ermənistan Respublika-
sı ilə (8 km), eləcə də Şəmkir (24,5
km), Kəlbəcər (23 km), Gədəbəy (41
km) və Göygöl (56,3 km) rayonları ilə
həmsərhəddir.
Kiçik Qafqazın şimal-şərqində
yerləşən Daşkəsənin səthini şimala
doğru alçalan dağlar əhatələyir. Mu-
rovdağ və Şahdağ silsilələrinin ya-
macları da bu rayonun ərazisidir. Ən
hündür zirvələri Hinaldağ (3367 m.),
Qoşqar dağıdır (3361 m.) və s.
Başkənd-Dəstəfur çökəkliyinin
bir hissəsi Daşkəsən rayonun ərazi-
sindədir. Səthi kanyonlarla kəsilmişdir.
Yura və təbaşir çöküntüləri yayılmış-
dır.
Daşkəsəndə memarlıq abidələri
kimi Qoşqar çayının üzərindən sa-
lınmış iki qədim daş körpünün və
Əhmədli kəndindəki məqbərənin adını
çəkmək olar.
Rayonda xalçaçılıq, metal üzərində
döymə, ağac və daş üzərində oyma işi
kimi sənət növləri bu gün də inkişaf
etdirilir.
Dostları ilə paylaş: